Tacikistan nümayəndələri üçün təlimlər keçirilmişdir

26-27 oktyabr 2015-ci il tarixlərdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Qeydiyyat və notariat baş idarəsində Tacikistanın Ədliyyə və Xarici İşlər nazirliklərinin əməkdaşları üçün "Xarici rəsmi sənədlərin leqallaşdırılması tələbini ləğv edən Haaqa Konvensiyası"nın təcrübi tətbiqi məsələləri" mövzusunda təlim təşkil edilmişdir.

Sözügedən Konvensiyanın tətbiqində Azərbaycan Mərkəzi Asiya ölkələri sırasında Tacikistan Respublikası tərəfindən ən uğurlu təcrübəsi olan ölkə kimi seçilmişdir.

Təlimdə iştirak edən Tacikistan Respublikasının nümayəndələri Haaqa Konvensiyasının əhəmiyyəti, bu baxımdan ölkələrarası sənəd dövriyyəsinin təşkili, sənədlərin rəsmiləşdirilməsinin xüsusiyyətləri, apostilin verilməsi üzrə formalaşmış Azərbaycan təcrübəsi, apostillərin elektron reyestrinin imkanları barədə mühazirələr oxunmuş, verilmiş suallar ətraflı cavablandırılmışdır.

Bununla yanaşı apostillərin elektron reyestrinin aparılmasında xüsusi əhəmiyyət kəsb edən müasir informasiya texnologiyalarının tətbiqi ilə bağlı aparılan islahatlar, o cümlədən "Elektron notariat" informasiya sisteminin imkanları, Ədliyyə Nazirliyi tərəfindən göstərilən elektron xidmətlərə dair məlumatlar təlimçilər tərəfindən maraqla qarşılanmış, bu sahədə görülmüş işlər yüksək qiymətləndirilmişdir.

Nümayəndələr həmçinin Baş idarədə Dövlət notariat arxivi üçün yaradılmış şəraitlə və informasiya resursları mərkəzi ilə tanış olaraq yüksək təəssüratlarını bildirmiş, əldə olunmuş nailiyyətləri təqdir etmişlər.

Təlimdə iştirak edənlər proqram çərçivəsində Azərbaycanın ixtirası və brendi olan "ASAN xidmət" mərkəzlərinin fəaliyyəti, həyata keçirdiyi xidmət növləri ilə tanış olmaq üçün Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan 1 saylı Bakı "ASAN xidmət" mərkəzində olmuşlar.

Nümayəndələrə bildirilmişdir ki, "ASAN xidmət" mərkəzlərinin fəaliyyət məqsədi dövlət orqanları tərəfindən xidmətlərin göstərilməsində vətəndaşların rahatlığının, şəffaflığının təmin edilməsi, korrupsiya hallarının istisna edilməsi, müasir texnologiyaların tətbiq edilməsi, məmur-vətəndaş münasibətlərində yeni düşüncə tərzinin formalaşmasıdır.

Burada yaradılmış şərait və iş prinsipini öyrənən təlimçilər əməkdaşların peşəkar yanaşmasını yüksək qiymətləndirmiş, mərkəzə gələcək fəaliyyətində uğurlar arzu etmişlər.

Bununla yanaşı nümayəndələr apostil verilməsi üçün sənədlərin hazırlanması, onların tərtibi və rəsmiləşdirilməsi prosedurunu izləmək üçün Bakı şəhər 1 saylı notariat kontorunda da olmuşlar.

iacca
iap
Qarabağ Azərbaycandır!
eplc
Ən Tez