20-11-2015 | 04:02 938
gömrük qaydalarının asanlaşdırılması ilə bağlı qərarları barədə məlumat verilmiş, onların əhalidə və sahibkarlarda böyük rəğbət doğurduğu qeyd olunmuşdur...
İclas iştirakçılarının diqqətinə çatdırılmışdır ki, Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə qəbul olunmuş "Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında" 2015-ci il 20 oktyabr tarixli Qanuna əsasən ölkə ərazisində aparılan bütün yoxlamalar 2 il müddətinə dayandırılmışdır. Bununla yanaşı, həmin qanunun tətbiqinə dair fərmanla insanların həyat və sağlamlığına, dövlətin təhlükəsizliyinə və iqtisadi maraqlarına mühüm təhlükə yaradan hallar üzrə aparılmasına yol verilən yoxlamaların siyahısı müəyyən olunmuşdur.
Ədliyyə, İqtisadiyyat və Sənaye nazirliklərinin nümayəndələri tərəfindən seminar iştirakçılarına yoxlamaların keçirilməsi ilə bağlı yeni qanunvericiliyin tətbiqi, eyni zamanda Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin informasiya sisteminə qısa müddət ərzində edilmiş dəyişikliklər haqqında izahlar verilmiş, reyestrin yeni imkanları barədə əyani təqdimat keçirilmişdir.
Sonda seminar iştirakçılarının çoxsaylı sualları cavablandırılmış, yoxlamaların həyata keçirilməsi sahəsində təcrübədən irəli gələn təklifləri dinlənilmişdir.