Yasamal rayon 18 saylı tam orta məktəbdə Ədliyyə işçilərinin peşə bayramına həsr olunmuş tədbir keçirilmişdir

Ümummilli lider Heydər Əliyevin 2000-ci il 11 noyabr tarixli Sərəncamı ilə Ədliyyə Nazirliyinin ilk Əsasnaməsinin təsdiq edildiyi gün - 22 noyabr Ədliyyə işçilərinin peşə bayramı günü kimi müəyyən edilmişdir. Ölkəmizdə ədliyyə orqanlarının yaradılmasından 97 il ötür. Bu münasibətlə noyabrın 19-da Yasamal rayon qeydiyyat şöbəsi tərəfindən M.Müşfiq adına 18 saylı tam orta məktəbin Heydər Əliyev muzeyində Bakı Dövlət Universitetinin və Azərbaycan Dillər Universitetinin tələbələri ilə tədbir keçirilmişdir.

Tədbirdə Yasamal rayon icra hakimiyyətinin, Ədliyyə Nazirliyinin, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, Yasamal rayon məhkəməsinin, Gənclər və idman idarəsinin, qeydiyyat şöbəsinin və digər ədliyyə qurumlarının əməkdaşları çıxışlar etmişlər.

Tədbirdə möhtərəm Prezident cənab İlham Əliyevin rəhbərliyi altında uğurla həyata keçirilən məhkəmə-hüquq islahatları və ədliyyə orqanlarının inkişafı barədə ətraflı məlumat verilmiş, bu orqanların çoxşaxəli fəaliyyətindən söz açılaraq hüquqşünaslıq peşəsinin əhəmiyyətindən və nüfuzundan, habelə gənclərin bu peşəni seçməsi nəticəsində gələcəkdə ədliyyə və ya digər hüquq mühafizə orqanlarında işləmək imkanlarından danışılmışdır.

Tədbirdə ədliyyənin, o cümlədən qeydiyyat orqanlarının fəaliyyətini əks etdirən videoçarx nümayiş etdirilmişdir.

iacca
iap
Qarabağ Azərbaycandır!
eplc
Ən Tez