20-07-2016 | 04:02 1579
Tender 2 (iki) lot üzrə keçirilir:
LOT-1. 2016-cı ildə Ədliyyə Nazirliyi Qeydiyyat və notariat baş idarəsinin istismarında olan informasiya sistemlərinin avadanlıq kompleksinə texniki dəstək üzrə işlərin görülməsinin satınalınması
LOT-2. 2016-cı ildə Ədliyyə Nazirliyi Qeydiyyat və notariat baş idarəsinin istismarında olan informasiya sistemlərinin proqram təminatına texniki dəstəyin göstərilməsi və inkişafı üzrə işlərin görülməsinin satınalınması
Tender iştirakçıları öz tender təkliflərini möhürlənmiş, imzalanmış şəkildə ikiqat zərflərdə yazılı surətdə təqdim etməlidirlər.
Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi texniki və maliyyə imkanlarına malik olmalıdırlar.
Tenderdə iştirak etmək istəyənlər lotlar üzrə aşağdakı məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu Bakı şəhəri, Azadlıq prospekti 72 ünvanından (Əlaqələndirici şəxs: Axundov Elnur Camal oğlu telefon: 404-42-03, faks 441-02-36) ala bilərlər.
LOT-1. 700 manat
LOT-2. 400 manat
Ədliyyə Nazirliyi Qeydiyyat və notariat baş idarəsi
Hesab № AZ61CTRE00000000000002088403
VÖEN:1300498771
Bank adı: Dövlət Xəzinədarlıq Agentliyi
Kodu: 210005
VÖEN: 1401555071
Müxbir hesab AZ41NABZ01360100000000003944
S.W.I.F.T.BIK: CTREAZ 22
Büdcə təsnifatının kodu: 142340
Büdcə səviyyəsinin kodu: 7
İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:
- tenderdə iştirak etmək üçün yazılı müraciət;
- tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;
- tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü ərzində qüvvədə olmalıdır);
- tender təklifi dəyərinin 3 (üç) faizi həcmində bank təminatı (zərflərin açıldığı tarixdən sonra ən azı 60 bank günü ərzində qüvvədə olmalıdır);
- Azərbaycan Respublikasında vergilər və digər icbari ödənişlər üzrə vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq dövlət orqanının arayışı;
- iddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;
- iddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;
- iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi (hüquqi şəxslər üçün), qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;
- müvafiq mallar üzrə uyğunluq sertifikatları.
Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsli və surəti) tərtib olunmalıdır (xarici dildə olan tender təklifləri Azərbaycan dilinə tərcümə olunmalıdır).
Tender proseduru "Dövlət satınalmaları haqqında" Qanunun tələblərinə uyğun keçiriləcəkdir.
Iddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi, bank təminatı istisna olmaqla) 26 avqust 2016-cı il saat 17:00-ə qədər, tender təklifi və bank zəmanətini isə möhürlənmiş ikiqat zərfdə 05 sentyabr 2016-cı il saat 17:00-ə qədər Bakı şəhəri, Azadlıq prospekti -72, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Qeydiyyat və notariat baş idarəsinə təqdim etməlidirlər.
Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaqdır. İddiaçıların təklifləri Bakı şəhəri, Ədliyyə Nazirliyi Qeydiyyat və notariat baş idarəsində 06 sentyabr 2016-cı il tarixdə saat 11:00-da açılacaqdır.
İddiaçıların səlahiyyətli nümayəndələri komissiyanın iclasında iştirak edə bilərlər.