Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin hakimi T.A.Zeynalovun hakim səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini, habelə “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 113-cü və 114-cü maddələrini rəhbər tutaraq qərara alıram:

Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Tamerlan Arif oğlu Zeynalovun ərizəsinə əsasən hakim səlahiyyətlərinə vaxtından əvvəl xitam verilsin.

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 6 avqust 2008-ci il.

iacca
iap
Qarabağ Azərbaycandır!
eplc
Ən Tez