Ədliyyə Nazirliyində görüş

Sentyabrın 2-də ədliyyə naziri Fikrət Məmmədov İranın ölkəmizdə yeni təyin olunmuş səfiri Məmmədbağır Bəhrami ilə görüşmüşdür.

Azərbaycan və İran arasında dostluq əlaqələrinin inkişafını qeyd edən nazir dövlətlərimiz arasında zəngin müqavilə-hüquq bazasının olduğunu, Ədliyyə nazirlikləri arasında əməkdaşlığa dair imzalanmış Sazişin, qarşılıqlı səfərlərin və aparılmış təcrübə mübadiləsinin əhəmiyyətini vurğulamış, hüquqi sahədə əlaqələrin bundan sonra da genişlənəcəyinə ümidvar olduğunu bildirmişdir.

Azərbaycan Prezidenti cənab İlham Əliyevin İrana səfəri ilə regionda strateji əhəmiyyətə malik olan ölkələrimiz arasında münasibətlərdə yeni səhifənin açıldığını bildirən səfir, bu əlaqələrin daha da möhkəmləndirilməsi üçün səylərini əsirgəməyəcəyini söyləmişdir.

Görüşdə hüquqi əməkdaşlığın perspektivləri müzakirə olunmuş, qarşılıqlı hüquqi yardım, məhkumların verilməsi və digər məsələlər ətrafında səmərəli fikir mübadiləsi aparılmışdır.

Qonaq nazirlikdə Ədliyyə tarixi muzeyi ilə tanış olmuşdur.

iacca
iap
Qarabağ Azərbaycandır!
eplc
Ən Tez