E L A N

Rusiya Federasiyasının Ryazan şəhərindəki Rusiya Federasiyası Ədliyyə Nazirliyinin Cəzaların İcrası Federal Xidmətinin Hüquq və İdarəçilik Akademiyası ilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar xidməti arasında Penitensiar xidmət üçün ixtisaslı kadrlar hazırlanması məqsədi ilə müqavilə bağlanmışdır. 

Müqavilə əsasında cari ilin may ayında keçiriləcək müsabiqədə layiq görülən namizədlər, rus dili bilən və orta təhsil bazasında olan Azərbaycan Respublikası vətəndaşları təhsil almaq məqsədilə Penitensiar xidmət tərəfindən qeyd olunan Akademiyaya təhsil almağa göndərilirlər.

Akademiyada təhsil almağa layiq görülənlər 5 il müddətində dövlət tərəfindən təhsil alacaq, yataqxanada yaşayacaq, normaya uyğun olaraq gündə 3 dəfə yeməklə və xidməti forma ilə təmin olunacaqlar. 

Rusiya Federasiyası Cəzaların İcrası Federal Xidmətinin “Hüquq və İdarəçilik” Akademiyasında təhsil almaq arzusunda olanlar 2017-ci ilin martın 10-dan mayın 5-dək Penitensiar xidmətin Kadrlar idarəsinə ərizə ilə müraciət edə bilərlər.

Ətraflı məlumat əldə etmək üçün Penitensiar xidmətin Kadrlar idarəsi ilə əlaqə saxlamaq olar. (012) 493-44-89, (012) 498-71-06, (077) 235 00 44.

iacca
iap
Qarabağ Azərbaycandır!
eplc
Ən Tez