Azərbaycan-Hindistan: hüquqi əməkdaşlıq genişlənir

İki ölkə arasında hüquqi yardıma dair sənəd layihələrinin razılaşdırılması məqsədilə Hindistanın Hüquq və Ədliyyə, Xarici və Daxili İşlər nazirliklərini təmsil edən geniş tərkibli nümayəndə heyəti sentyabrın 13-də ölkəmizə səfərə gəlmişdir.

Səfər zamanı Azərbaycan Respublikası ilə Hindistan Respublikası arasında Mülki və ticarət işləri üzrə hüquqi yardım, Cinayət işlərində qarşılıqlı hüquqi yardım və Ekstradisiya haqqında müqavilə layihələri üzrə danışıqlar aparılaraq müvafiq razılaşma protokolu imzalanmışdır. Qonaqlar həmçinin respublikamızın ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədovla görüşmüşlər.

Ölkəmizlə Hindistan Respublikası ilə əlaqələrinin genişləndiyini bildirən nazir dövlətlərimiz arasında mövcud müqavilə-hüquq bazasının inkişaf etdirilməsinin hər iki tərəf üçün faydalı olduğunu, razılaşdırılmaya çıxarılan sənədlərin imzalanmasının ədliyyə və məhkəmə orqanları arasında əməkdaşlığın möhkəmləndirilməsinə xidmət edəcəyini vurğulamışdır.

Azərbaycanla ikitərəfli əlaqələrin inkişaf etdirilməsində ölkəsinin maraqlı olduğunu bildirən nümayəndə heyəti, qeyd olunan müqavilələrin iki dövlət arasında əməkdaşlığa töhfə olacağını söyləmiş, ölkələrimizin beynəlxalq təşkilatlar daxilində qarşılıqlı fəaliyyətin əhəmiyyətini vurğulamışdır.

Hindistanın ölkəmizdəki səfiri Debnat Şounun iştirak etdiyi görüşdə əməkdaşlığın perspektivlərinə dair səmərəli fikir mübadiləsi aparılmışdır.

Sonra qonaqlar nazirlikdə Ədliyyə tarixi muzeyi ilə tanış olmuşlar.

iacca
iap
Qarabağ Azərbaycandır!
eplc
Ən Tez