22-05-2017 | 04:02 1161
Mayın 22-də ölkəmizdə səfərdə olan Açıq Hökumət Tərəfdaşlığı Təşkilatının nümayəndə heyəti ilə ədliyyə nazirinin müavini Toğrul Musayevin görüşü keçirilib.
Nazir müavini ölkəmizdə dövlət başçısının siyasi iradəsi ilə açıq hökumətin təşviqi üzrə həyata keçirilən tədbirlər, o cümlədən vətəndaş cəmiyyətinin inkişafı və ictimai iştirakçılıq barədə məlumat verib, ədliyyə sistemində şəffaflığın və ictimai nəzarət mexanizmlərinin geniş tətbiq olunduğunu, əhaliyə müxtəlif növ elektron xidmətlərin göstərildiyini qeyd edib. Həmçinin, görüşdə qeyri-hökumət təşkilatlarının fəaliyyəti üçün hər cür şəraitin yaradıldığı, bu sahədə qanunvericilik bazasının təkmilləşdirildiyi bildirilib.
Qonaqlar Azərbaycanda son illər həyata keçirilən islahatları və yenilikləri məmnunluqla qarşılayaraq, açıq hökumət prinsiplərinin tətbiqində Ədliyyə Nazirliyinin iştirakının əhəmiyyətini qeyd ediblər.
Söhbət zamanı Azərbaycanın üzv olduğu bu təşkilatla qarşılıqlı fəaliyyətin davam etdirilməsində maraq ifadə olunub, faydalı fikir mübadiləsi aparılıb.