IMAGE

Milli Qurtuluş günü ədliyyə orqanlarında qeyd olunub

Azərbaycanın 26 illik müstəqillik tarixində ölkəmizin və xalqımızın bu günü və gələcəyi üçün müstəsna əhəmiyyət daşıyan və hər il geniş qeyd edilən ən əziz bayramlardan olan 15 iyun - Milli Qurtuluş Gününün tarixi önəmi illər ötdükcə daha aydın dərk olunur. Məhz 1993-cü ilin 15 iyununda xalqımızın xilaskar oğlu, ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə respublikamız dərin ictimai-siyasi, iqtisadi böhrandan çıxaraq intibah dövrünə qədəm qoymuşdur. Ulu Öndərin müstəqilliyimizin qorunub möhkəmləndirilməsində, demokratik hüquqi dövlət quruculuğunun inkişafında müstəsna rolu və misilsiz xidmətləri qədirbilən xalqımız tərəfindən daim uca tutulur.

Milli Qurtuluş Günü Ədliyyə Nazirliyinin bütün struktur qurumlarında geniş qeyd olunub, Ümummilli Liderin nazirlikdəki büstü önünə gül dəstələri düzülüb, əziz xatirəsi dərin ehtiramla yad edilib. Əlamətdar bayram münasibətilə nazirliyin kollektivi ilə yığıncaqlar, o cümlədən gənc ədliyyə işçiləri ilə görüş keçirilərək, əbədiyaşar lider Heydər Əliyevin güclü idarəçilik bacarığı, xilaskarlıq missiyası, titanik fəaliyyəti haqqında ətraflı bəhs olunub.

Tədbirlərdə müstəqilliyimizin bərpasından sonra onu yenidən itirmək təhlükəsi, ictimai-siyasi, sosial-iqtisadi problemlər, vətəndaş müharibəsi ilə üzləşən Azərbaycanı bu ağır vəziyyətdən xilas edərək dirçəliş yoluna çıxaran ulu öndər Heydər Əliyevin xalqımız və dövlətimiz qarşısındakı misilsiz xidmətlərindən danışılıb, Ümummilli Liderin müəyyən etdiyi hərtərəfli inkişaf strategiyasının ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilməsi, ölkəmizin gündən-günə çiçəklənməsi, xalqımızın bütün sahələrdə yüksək nailiyyətlər qazanması vurğulanıb.

Ulu Öndərin dövlətçilik amallarına daim sadiq qalan ədliyyə işçiləri ölkəmizin hərtərəfli inkişafı naminə bundan sonra da dövlət başçısına layiqli yardımçı olmaq üçün əllərindən gələni əsirgəməyəcəklərini söyləyiblər.

Bayramla əlaqədar həmçinin, nazirlikdə Heydər Əliyev muzeyində dahi öndərin zəngin həyat və fəaliyyətini əks etdirən ekspozisiyalarla tanış olunub, nazirliyin kinozalında filmlər, eləcə elektron məlumat lövhəsində foto-slaydlar nümayiş etdirilib.

iacca
iap
Qarabağ Azərbaycandır!
eplc
Ən Tez