IMAGE

Ədliyyə nazirliyində görüş

Azərbaycanda səfərdə olan ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu Seçki Departamentinin rəis müavini Konrad Olajevskinin başçılıq etdiyi nümayəndə heyəti iyunun 18-də ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədovla görüşmüşdür.

Ölkəmizin ATƏT-lə əməkdaşlığa mühüm əhəmiyyət verdiyini bildirən nazir Azərbaycanda insan hüquqlarının təşviqində, qanunvericiliyin təkmilləşdirilməsində ATƏT-in dəstəyini qeyd etmiş, aparılan mütərəqqi məhkəmə islahatları çərçivəsində hakimliyə namizədlərin Avropada ən şəffaf üsullarla seçimi və tədrisində qurumun fəal iştirakını vurğulamışdır.

ATƏT-in müşahidə missiyası haqqında məlumat verən qonaq prezident seçkilərinə hazırlıq, müşahidəçilərin prosesdə iştirakı, seçki ilə bağlı şikayətlərə baxılması, pozuntularla əlaqədar görülmüş tədbirlər və qanunvericiliyə edilmiş dəyişikliklərlə maraqlanmışdır.

Səmərəli fikir mübadiləsi şəraitində keçən görüşdə qonaqları maraqlandıran suallar ətraflı cavablandırılmışdır.

iacca
iap
Qarabağ Azərbaycandır!
eplc
Ən Tez