IMAGE

Ədliyyə nazirliyində görüş

Ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədov Avropa Şurasının Demokratiya və siyasi məsələlər üzrə Baş Direktorluğunun siyasi məsləhət və əməkdaşlıq üzrə direktoru Klaudiya Luçianini qəbul etmişdir.

Qonağı səmimi salamlayan nazir Azərbaycanın Avropa Şurası ilə səmərəli əməkdaşlığını, ölkəmizdə insan hüquqlarının etibarlı təmin edilməsinə yönəlmiş islahatların uğurunda Avropa Şurasının rolunu və dəstəyini xüsusi vurğulamışdır.

Avropa Şurasının Azərbaycanda aparılan demokratik islahatları dəstəklədiyini bildirən xanım K.Luçiani, təmsil etdiyi qurumun ölkəmizlə əməkdaşlığa mühüm əhəmiyyət verərək, əlaqələrin genişlənməsinə hazır olduğunu, bu sahədə Ədliyyə Nazirliyinin vacib və işgüzar tərəfdaşlığını vurğulamış, Avropa Şurası Baş Katibinin respublikamızda yeni təyin olunmuş xüsusi nümayəndəsi xanım V.Koteki təqdim etmişdir.

Görüşdə konkret əməkdaşlıq məsələləri müzakirə olunmuş, o cümlədən hakimlərin, dövlət ittihamçılarının, vəkillərin və digər hüquqşünasların tədrisi, penitensiar sistemdə islahatlara dəstək, habelə korrupsiyaya qarşı mübarizə üzrə birgə layihələrin işlənməsi barədə razılığa gəlinmişdir.

Qonaqlar nazirlikdə Ədliyyə tarixi muzeyi ilə tanış olmuşlar.

iacca
iap
Qarabağ Azərbaycandır!
eplc
Ən Tez