Ədliyyə Nazirliyində görüş

Ölkəmizdə səfərdə olan Slovakiya Respublikası Konstitusiya Məhkəməsinin sədri xanım İvetta Matsejkova rəhbərlik etdiyi nümayəndə heyəti ilə oktyabrın 6-da ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədovla görüşmüşdür.

Dövlətlərimiz arasında dostluq və əməkdaşlıq münasibətlərinin uğurlu inkişafını qeyd edən nazir bu ilin mayında Slovakiya baş nazirinin müavini, ədliyyə naziri Ştefan Harabinin Azərbaycana səfərini və iki ölkənin Ədliyyə nazirlikləri arasında imzalanmış Memorandumun əhəmiyyətini vurğulamış, hüquqi sahədə əməkdaşlığın daha da möhkəmlənəcəyinə ümidvar olduğunu söyləmişdir.

Səmimi qəbula görə minnətdarlığını bildirən xanım İ.Matsejkova Slovakiyanın Azərbaycanla əlaqələrin genişlənməsinə mühüm önəm verdiyini vurğulamış, respublikamızda aparılan mütərəqqi məhkəmə-hüquq islahatlarının müsbət nəticələrini təqdir edərək, ölkəsinin məhkəmə sistemi barədə məlumat vermişdir.

Söhbət zamanı Slovakiya və Azərbaycan məhkəmə sisteminin oxşarlığı qeyd olunaraq ədalət mühakiməsinin səmərəliliyinin artırılması, hakimliyə namizədlərin ən demokratik və mütərəqqi üsullarla seçimi və tədrisi, vətəndaşların məhkəmələrə müraciət im kanlarının asanlaşdırılması məqsədilə yaradılmış regional apellyasiya məhkəmələrinin fəaliyyəti və s. məsələlər üzrə faydalı fikir və təcrübə mübadiləsi aparılmışdır.

Qonaqlar nazirlikdə Ədliyyə tarixi muzeyi ilə tanış olmuşlar.

iacca
iap
Qarabağ Azərbaycandır!
eplc
Ən Tez