22-05-2008 | 04:02 1513
Maraqların ifadə edilməsi üçün hazırki sorğu DG-market on-line jurnalında 21 may 2007-ci il tarixdə bu layihə üçün dərc olunmuş satınalma üzrə ümumi bildiriş elanının davamıdır.
Azərbaycan Respublikası Höküməti Ədliyyə Sisteminin Müasirləşdirilməsi Layihəsinin (ƏSML) hazırlanması üçün Beynəlxalq İnkişaf Assosiyasiyasından kredit almışdır və bu vəsaitin bir hissəsini layihə çərçivəsində satın alınacaq məsləhət xidmətlərinə - Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin veb-səhifəsinin yaradılmasına - xərcləmək məqsədi ilə ixtisaslaşmış məsləhətçi şirkətlərin xidmətlərindən istifadə etmək niyyətindədir.
Tapşırığın məqsədi Ədliyyə Nazirliyi Ədliyyə sisteminin müasirləşdirilməsi layihəsi çərçivəsində Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin veb-səhifəsinin yaradılmasıdır.
Marağı olan şirkətlər aşağıdakı tələblərə cavab verməlidir:
Məsləhətçilərin seçimi Dünya Bankının hazırda qüvvədə olan “Dünya Bankından Borcalanlar tərəfindən Məsləhətçilərin Seçilməsi və İşə götürülməsi” təlimat kitabçasında əks olunmuş Məsləhətçi ixtisaslaşması (CQ) satınalma üsulu əsasında həyata keçiriləcək.
Maraqların ifadə edilməsi üçün sənədlərin son təqdim etmə tarixi: 09 iyun 2008-ci il saat 17:00-dək.
Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin
Təşkilat –Nəzarət Baş İdarəsi
Əlaqələndirici şəxs: Ramin Qurbanov,
əlaqə telefonu 510-85-59/60 faks 510-76-72,
Email: office_jmp@justice.gov.az;
Az1073,Bakı şəhəri, İnşaatçılar prospekti, 1.