Ədliyyə Nazirliyi informasiya texnologiyaları üzrə mütəxəssis vəzifəsi üzrə boş iş yerinə işçi dəvət edir

Ədliyyə Nazirliyi ədliyyə sisteminin müasirləşdirilməsi layihəsi çərçivəsində informasiya texnologiyaları üzrə mütəxəssis vəzifəsi üzrə boş iş yerinə işçi dəvət edir.

İnformasiya texnologiyaları üzrə mütəxəssisə verilən tələblər:

  • İnformasiya texnologiyaları (kompüter) və ya oxşar sahə üzrə təhsil dərəcəsi:
  • informasiya texnologiyaları sahəsində ən azı 3 (üç) il iş təcrübəsi olmalı:
  • Azərbaycan və İnglis dillərini bilməli:
  • kompüter avadanlığı və proqram təminatını quraşdırma bacarığına:
  • ofis kompüter proqramları və əlaqədar proqram təminatından istifadəetmə biliklərinə malik olmalıdır.

Namizədlər yuxarıda göstərilən tələblərə cavab verdiklərini əks etdirən Azərbaycan və İnglis dillərində tərcümeyi-halın (CV) elektron və çap variantını, habelə təhsil sertifikatları və digər rəsmi sənədlərin sürətlərini, müvafiq ərizə ilə birlikdə aşağıdakı ünvana təqdim etməlidirlər.

Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi
Təşkilat Nəzarət Baş İdarəsi
Əlaqələndirici şəxs: Ramin Qurbanov
Əlaqə telefonu: 510 04 44, faks 430 11 77
Email: ramingurbanov@yahoo.comramingurbanov@justice.gov.az
AZ1073, Bakı şəhəri, İnşaatçılar prospekti 1. 

Sənədlər iyunun 2-də saat 18.00-dək qəbul olunacaqdır.

iacca
iap
Qarabağ Azərbaycandır!
eplc
Ən Tez