Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi ədliyyə sisteminin müasirləşdirilməsi layihəsi

(Kredit 4209AZ)

Məhkəmə-Hüquq Şurası, Ədliyyə Nazirliyi və məhkəmələrin veb saytlarının  vahid formatda yenidən hazırlanması və sözügedən saytlara daxil edilən məlumatların idarəedilməsi  

Maraqların İfadəsi üzrə Bildiriş-4.6-CS-04

Maraqların İfadəsi üzrə Bildiriş 21 may 2007-ci il tarixində DG-market onlayn jurnalında bu layihə ilə əlaqədar olaraq dərc edilmiş Ümumi Satınalmalar üzrə Bildirişin davamıdır.

Azərbaycan Respublikası Hökuməti Beynəlxalq İnkişaf Assosiasiyasından "Ədliyyə Sisteminin Müasirləşdirilməsi" Layihəsinin maliyyələşdirilməsi ilə əlaqədar olaraq kredit almış və həmin kredit vəsaitlərinin bir hissəsinin Məhkəmə-Hüquq Şurası, Ədliyyə Nazirliyi və məhkəmələrin veb saytlarının vahid formatda yenidən hazırlanması və sözügedən saytlara daxil edilən məlumatların idarəedilməsi üzrə müvafiq yanaşmanın işlənib hazırlanması nəzərdə tutulur.

Xidmətlərə aşağıdakılar daxildir:

 Veb-dizayn

Məsləhətçi saytın ilkin strukturu və planı, yeni internet saytının idarə olunması və işlənməsini  göstərməlidir. Dizaynın lazımi qaydada nəzərdən keçirilməsi və təkmilləşdirilməsini təmin etmək üçün bir neçə dizaynın (4-ə qədər), o cümlədən də veb saytlarda təqdim edilən məlumatların idarə edilməsinə dair yanaşmanın hazırlanması.

Hazırlama və sınaqdan keçirmə

Qəbul olunmuş dizaynın HTML formatına çevrilməsinə və brauzerin uyğunluğunun və s. yoxlanılmasından sonra, veb-saytın vahid formatda yaradılması və mövcud saytlarda olan məlumatlarla təmin edilməsi.

Təlim və Quraşdırma

Məhkəmə-Hüquq Şurası, məhkəmələr və Ədliyyə Nazirliyi qurumlarından seçilmiş "veb-menecer"lər üçün məlumatların idarə edilməsi və sayta yeni məlumatların daxil edilməsi üzrə təlimlərin aparılması.

 

Azərbaycan Respublikası Ədliyyə Nazirliyi məsləhətçiləri müsabiqədə iştirak edərək imkanlarını nümayiş etdirməyə dəvət edir. Maraq göstərən məsləhətçilər xidmətlərin göstərilməsi baxımından səriştəli olduqlarını sübut edən məlumatlar (broşurlar, oxşar tapşırıqların təsviri, oxşar fəaliyyətlərdə təcrübə, işçi heyətinin müvafiq bacarıqlara malik olması və s.) təqdim etməlidirlər. Tapşırığın ehtimal olunan müddəti 100 günə qədərdir.

Məsləhətçi şirkət aşağıdakı ixtisas tələblərinə cavab verməlidir:

  • Hökumət orqanları, qeyri-hökümət təşkilatları və özəl sektora veb səhifələrin hazırlanması sahəsində məsləhət xidmətlərinin göstərilməsi sahəsində ən azı 5 (beş) illik təcrübə;
  • Spesifik: Dövlət idarəetmə sektoru üçün oxşar tapşırıqların uğurla yerinə yetirilməsində təcrübəyə malik olmaq.

Məsləhətçi şirkət Dünya Bankının təlimatlarında: (Dünya Bankından kreditalanlar tərəfindən məsləhətçilərin seçimi və işə qəbuluna dair) göstərilən qaydalarda Məsləhətçilərin ixtisası satınalma üsuluna uyğun olaraq seçiləcəkdir. 

İştirakçılar məlumatları 2009-cu il oktyabr ayının 20-i saat 18:00-dək aşağıda göstərilən ünvanlara (Azərbaycan Respublikası Ədliyyə Nazirliyi, "Ədliyyə Sisteminin Müasir-ləşdirilməsi" Layihəsi, AZ1073, İnşaatçılar prospekti, 1, Bakı, Azərbaycan, tel: +99412 510 85 60, faks: +99412 510 76 72; elektron poçt ünvanı: office_jmp@justice.gov.az; jmpofficeaze@yahoo.com) göndərə bilərlər.

iacca
iap
Qarabağ Azərbaycandır!
eplc
Ən Tez