12-10-2009 | 04:02 2401
(Kredit 4209AZ)
Məhkəmə-Hüquq Şurası, Ədliyyə Nazirliyi və məhkəmələrin əməkdaşları üçün İKT üzrə təlim
Maraqların İfadəsi üzrə Bildiriş 21 may 2007-ci il tarixində DG-market onlayn jurnalında bu layihə ilə əlaqədar olaraq dərc edilmiş Ümumi Satınalmalar üzrə Bildirişin davamıdır.
Azərbaycan Respublikası Hökuməti Beynəlxalq İnkişaf Assosiasiyasından "Ədliyyə Sisteminin Müasirləşdirilməsi" Layihəsinin maliyyələşdirilməsi ilə əlaqədar olaraq kredit almış və həmin kredit vəsaitlərinin bir hissəsinin Məhkəmə-Hüquq Şurası, Ədliyyə Nazirliyi və məhkəmələrin əməkdaşları üçün informasiya və kommunikasiya texnologiyalarından (İKT) istifadəsi sahəsində təlimin keçirilməsi məqsədilə məsləhətçi xidmətlərinin göstərilməsi nəzərdə tutulur.
Xidmətlərə aşağıdakılar daxildir:
1. Təlim ehtiyaclarının öyrənilməsi;
2. Təlim proqramının hazırlanması;
3. Təlimin keçirilməsi;
4. Təlimin qiymətləndirilməsi.
Mühit və tələblər
Təlimdən keçən şəxslərin sayı təxminən 600 nəfərdir. Təlim Ədliyyə Nazirliyinin təklif etdiyi binada keçiriləcək, təlim üçün tələb olunan avadanlıq Nazirlik tərəfindən təmin edilir. Təlim Azərbaycan dilində aparılacaq və bütün təlim materialları Azərbaycan dilində hazırlanacaqdır.
Təlimə aşağıdakı mövzular daxildir:
Hakimlərin ayrı qruplarda təlimi planlaşdırılır. Hər bir təlim mövzusunun üç səviyyədə təqdim ediləcəyi gözlənilir:
Məsləhətçilər müsabiqədə iştirak edərək imkanlarını nümayiş etdirməyə dəvət edilir. Maraq göstərən məsləhətçilər xidmətlərin göstərilməsi baxımından səriştəli olduqlarını sübut edən məlumatları (broşurlar, oxşar tapşırıqların təsviri, oxşar fəaliyyətlərdə təcrübə, işçi heyətinin müvafiq bacarıqlara malik olması və s.) təqdim etməlidirlər. Hər bir işçinin təqribən 3 gün təlim alacağı gözlənilir. Tapşırığın ehtimal olunan müddəti 6 aydır.
Məsləhətçi şirkət aşağıdakı ixtisas tələblərinə cavab verməlidir:
Məsləhətçi şirkət Dünya Bankının təlimatlarında: (Dünya Bankından kreditalanlar tərəfindən məsləhətçilərin seçimi və işə qəbuluna dair) göstərilən qaydalarda Məsləhətçilərin ixtisası satınalma üsuluna uyğun olaraq seçiləcəkdir.
İştirakçılar məlumatları 23 oktyabr 2009-cu il saat 18:00-dək aşağıda göstərilən ünvanlara (Azərbaycan Respublikası Ədliyyə Nazirliyi, "Ədliyyə Sisteminin Müasir-ləşdirilməsi" Layihəsi, AZ1073, İnşaatçılar prospekti, 1, Bakı, Azərbaycan, tel: +99412 510 85 60, faks: +99412 510 76 72; elektron poçt ünvanı: office_jmp@justice.gov.az; jmpofficeaze@yahoo.com) göndərə bilərlər.