Hakimlərə xidməti vəsiqələr və xüsusi geyim formaları təqdim olunmuşdur

Ölkəmizdə ədalət mühakiməsinin səmərəliliyinin artırılması üzrə görülən tədbirlər çərçivəsində vakant hakim vəzifəsinə namizədlərin beynəlxalq standartlar səviyyəsində, tam şəffaf şəraitdə seçilməsi prosesi keçirilmiş, 1000-dən çox namizəd sırasından 55 nəfər hakim vəzifəsinə layiq bilinərək, dövlət başçısı tərəfindən müvafiq hakim vəzifələrinə təyin olunmuşlar.

Avqustun 8-də Ədliyyə Nazirliyində eyni qaydalar müvafiq hakim vəzifəsinə təyin olunmuş həmin şəxslərə xidməti vəsiqənin və xüsusi geyimin təqdimetmə mərsimi keçirilmişdir.

Mərsimdə çıxış edən ədliyyə nazirinin müavini Vilayət Zahirov məhkəmə fəliyyətinin təkmilləşdirilməsi üzrə görülən tədbirləri vurğulamış, ölkə Prezidenti cənab İlham Əliyevin birinci instansiya məhkəmələri hakimlərinin təyin edilməsi haqqında 28 iyul 2007-ci il tarixli Sərəncamının əhəmiyyətini qeyd etmişdir.

Xüsusi geyim forması və xidməti vəsiqəni Azərbycan Respublikası ədliyyə nazirinin təbrik məktubu ilə birgə hakimlərə təqdim edən nazir müavini onların ədalət mühakiməsini müstəqil və qərəzsiz həyat keçirəcəklərinə, bu zaman qanunun aliliyini təmin edəcəklərinə, hakim adını həmişə uca tutacaqlrına ümidvar olduğunu bildirmişdir.

Mərsimdə çıxış edən hakimlər məhkəmə hakimiyyətinin müstəqilliyinin təmin edilməsinə, hakimlərin cəmiyyətdə nüfuzunun artırılmasına yönələn tədbirlərə görə ölkə Prezidentinə minnətdarlıqlarını ifdə etmiş, onlara göstərilən yüksək etimadı doğruldacaqlarına söz vermişlər.

iacca
iap
Qarabağ Azərbaycandır!
eplc
Ən Tez