15-10-2009 | 04:02 2140
Kredit Nömrəsi 4209 AZ
Tenderdə İştiraka Dəvət (TİD)
Konstitusiya Məhkəməsinin İKT avadanlıqları ilə təchizatı
BMH No. 2.5-G-03
1. Tenderdə İştiraka Dəvət 21 may 2007-ci il tarixdə "DG-market onlayn" jurnalında bu layihə ilə əlaqədar olaraq çap olunmuş Ümumi Satınalmalara dair Bildirişin davamıdır.
2. Azərbaycan Respublikası Hökuməti Beynəlxalq İnkişaf Assosiasiyasından "Ədliyyə Sisteminin Müasirləşdirilməsi" Layihəsinin maliyyələşdirilməsi ilə əlaqədar olaraq kredit almış və kredit vəsaitlərinin bir hissəsinin Konstitusiya Məhkəməsinin İKT avadanlıqları ilə təchizatı nəzərdə tutulur.
3. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Konstitusiya Məhkəməsinin İKT avadanlıqları ilə təchizatı məqsədilə iştirakçıları təkliflərini möhürlənmiş qaydada təqdim etməyə dəvət edir.
4. Tender Dünya Bankının təlimatlarına (BYİB və BİA Kreditlərinə dair Satınalma hissəsində göstərilmiş Beynəlxalq Müsabiqə Hərracı (BMH) qaydaları) uyğun aparılacaqdır və təlimatlarda göstərildiyi kimi tenderdə iştirak hüququna malik ölkələrdən olan bütün iştirakçılar üçün açıqdır.
5. İştirakçılar yazılı ərizə təqdim etməklə və aşağıdakı bank hesabına 150 AZN məbləğində geri qaytarılmayan tenderdə iştirak haqqını ödəməklə Tender Sərtlər Toplusunu ingilis dilində göstərilən ünvanda (Azərbaycan Respublikası Ədliyyə Nazirliyi, "Ədliyyə Sisteminin Müasirləşdirilməsi" Layihəsinin İcra Qrupu, AZ1073, İnşaatçılar prospekti, 1, 5-ci mərtəbə, otaq 505 Bakı, Azərbaycan, tel: (994-12) 510 85 60, faks: (994-12) 510 76 72, elektron poçt: office_jmp@justice.gov.az, jmpofficeaze@yahoo.com) əldə edə bilərlər.
Benefisiarın adı: "Ədliyyə Sisteminin Müasirləşdirilməsi" Layihəsi
Azərbaycan Beynəlxalq Bankı
Kod: 805045
VÖEN: 9900001881
S.W.I.F.T: IBAZAZ2X
Müxbir hesab: 0137010002944
Hesab nömrəsi: 33318018409330334120
VÖEN: 1300286111
Tender sənədləri kuryer xidməti və ya elektron poçt vasitəsilə göndərilə bilər.
6. Tender təklifləri yuxarıda göstərilən ünvana 26 noyabr 2009-cu il tarixdə Bakı vaxtı ilə saat 15.00-dək çatdırılmalıdır. Gec təqdim olunmuş və elektron tender təklifləri qəbul edilmir.
Tender təklifləri Tender Komissiyasının üzvlərinin və tender prosedurunda iştirak etmək arzusunda olan iştirakçılar və (və ya) onların səlahiyyətli nümayəndələrinin iştirakı ilə göstərilən ünvanda 26 noyabr 2009-cu il tarixdə Bakı vaxtı ilə saat 15:01-də açılacaqdır.
Tender təklifləri 12,000 (on iki min) ABŞ dolları məbləğində Bank zəmanəti ilə təmin olunmalıdır. İştirakçılar əlavə məlumatları iş günləri 10.00-dan 18.00-dək yuxarıda qeyd olunan ünvanlardan əldə edə bilərlər.