13-06-2007 | 04:02 2186
Ədliyyə orqanlarına işə qəbul üzrə Müsabiqə Komissiyasının iclasında ədliyyə orqanlarına qulluğa qəbulla bağlı söhbət mərhələsinin nəticələri müzakirə olunmuş və müsabiqəyə yekun vurulmuşdur.
Qeyd edilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin ədliyyə orqanlarının inkişafına dair tapşırıqlarına müvafiq olaraq ədliyyə sistemində yüksək peşəkar kadr korpusunun formalaşdırılmasını və qulluğa qəbulun şəffaf prosedurlarla aparılmasını təmin etmək məqsədilə açıq müsabiqə keçirilmişdir.
Müsabiqə Komissiyası sənədlərini təqdim etmiş 258 hüquqşünasla Azərbaycan Respublikasının Tələbə Qəbulu üzrə Dövlət Komissiyası ilə birlikdə aşkarlıq şəraitində, yerli və beynəlxalq müşahidəçilərin, həmçinin kütləvi informasiya vasitələri nümayəndələrinin iştirakı ilə test imtahanı keçirmiş və 129 nəfər müvəffəqiyyət qazanaraq ikinci mərhələyə, söhbətə buraxılmışlar.
Namizədlərin ədliyyə orqanlarında işləmək üçün zəruri peşə biliyinə və mənəvi keyfiyyətlərə malik olmasını müəyyən etmək məqsədilə Müsabiqə Komissiyası onlarla fərdi qaydada söhbət aparmışdır.
Müsabiqənin nəticələrinə görə 67 namizəd müvəffəqiyyət qazanaraq ədliyyə orqanlarına qulluğa qəbul olunmaq üçün tövsiyə edilmişlər.
Arzu edənlər müsabiqənin nəticələrinə dair siyahı ilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin inzibati binasında (Bakı şəhəri, İnşaatçılar prospekti 1) xüsusi lövhədə tanış ola bilərlər.
ƏDLİYYƏ ORQANLARINA QULLUĞA QƏBUL ÜZRƏ MÜSABİQƏDƏN
MÜVƏFFƏQİYYƏTLƏ KEÇMİŞ NAMİZƏDLƏRİN SİYAHISI
Soyadı, adı, atasının adı | Test | Söhbət | Cəmi | |
1. | Babayev Elturan Ağasəfər oğlu | 84.0 | 23.7 | 107.7 |
2. | İlyasova Aygün Rafiq qızı | 78.5 | 23.4 | 101.9 |
3. | Əliyeva Səkinə Qamboy qızı | 74.5 | 24.1 | 98.6 |
4. | Mirzəyev Anar Malik oğlu | 74.0 | 21.0 | 95.0 |
5. | Əhmədov Nəsib Ağa oğlu | 74.5 | 20.4 | 94.9 |
6. | Əmrahov Rövşən Vahid oğlu | 74.5 | 20.1 | 94.6 |
7. | Quliyev Ceyhun Ramiz oğlu | 72.5 | 21.8 | 94.3 |
8. | Babayev Nurlan Bəxtiyar oğlu | 76.5 | 17.4 | 93.9 |
9. | Mahmudov Elmin Polad oğlu | 74.0 | 19.0 | 93.0 |
10. | Əlməmmədov Ayxan Fərhad oğlu | 72.0 | 20.2 | 92.2 |
11. | İslamov Nicat Qurbanəli oğlu | 76.0 | 16.1 | 92.1 |
12. | Alıbəyli Sərdar Yusif oğlu | 73.5 | 18.0 | 91.5 |
13. | Tağıyev Azər Ramiz oğlu | 74.5 | 17.0 | 91.5 |
14. | Aslanov Sənan Aslan oğlu | 70.0 | 21.4 | 91.4 |
15. | Rüstəmov Toğrul Zəkara oğlu | 72.0 | 19.0 | 91.0 |
16. | Hüseynov Samir Hüseyn oğlu | 73.5 | 17.4 | 90.9 |
17. | İsmayılov Seymur Bəhrəm oğlu | 74.5 | 16.0 | 90.5 |
18. | Mərdəliyeva Vüsalə Mahal qızı | 72.0 | 18.0 | 90.0 |
19. | Torqaşev Serqey Vladimiroviç | 69.5 | 20.0 | 89.5 |
20. | Abdullayev Rufət Rəhman oğlu | 70.5 | 18.5 | 89.0 |
21. | Əliyeva Gülnarə Əmir qızı | 70.5 | 18.4 | 88.9 |
22. | Abbasov Həmid Malik oğlu | 71.0 | 17.5 | 88.5 |
23. | Məlikov Tural Rauf oğlu | 65.0 | 23.2 | 88.2 |
24. | Mustafayev Asif Əsgər oğlu | 73.0 | 15.0 | 88.0 |
25. | Əskərov Şəhriyar Həsən oğlu | 71.0 | 16.1 | 87.1 |
26. | Rzazadə Xanım Asif qızı | 69.0 | 18.0 | 87.0 |
27. | Azadəliyev Seyhun Cəbrayıl oğlu | 68.5 | 17.5 | 86.0 |
28. | Məhərrəmov İlqar Xosrov oğlu | 69.0 | 16.2 | 85.2 |
29. | Fərzəndov Əli Mütalib oğlu | 67.5 | 17.4 | 84.9 |
30. | Əkbərova Günel Bəkir qızı | 66.5 | 17.2 | 83.7 |
31. | Şirinov Fuad Paşa oğlu | 65.5 | 18.1 | 83.6 |
32. | Rəhimov Rüstəm İlyaz oğlu | 68.0 | 15.2 | 83.2 |
33. | Abasov Səvxan Yusif oğlu | 67.5 | 15.2 | 82.7 |
34. | Paşayev Nemət Şirkət oğlu | 67.5 | 15.1 | 82.6 |
35. | Əsgərov Qəhrəman Alaverdi oğlu | 64.5 | 18.0 | 82.5 |
36. | İsmaylov Elçin Ağamehti oğlu | 67.5 | 15.0 | 82.5 |
37. | Qənbərov Natiq Zərbi oğlu | 67.5 | 15.0 | 82.5 |
38. | Dadaşov Ruslan Təbriz oğlu | 67.0 | 15.4 | 82.4 |
39. | Səfərov Seymur Namaz oğlu | 64.0 | 18.2 | 82.2 |
40. | Babayev İlyas Eyvaz oğlu | 67.0 | 15.1 | 82.1 |
41. | Dadaşov Şahin Məruf oğlu | 66.5 | 15.5 | 82.0 |
42. | Mustafayev Kamil Şöhrət oğlu | 66.5 | 15.1 | 81.6 |
43. | Əliyeva Rəvanə Ələkbər qızı | 64.5 | 16.0 | 80.5 |
44. | Hüseynova Güney İmran qızı | 65.0 | 15.2 | 80.2 |
45. | Aslanov Zamiq Novruz oğlu | 60.5 | 19.2 | 79.7 |
46. | Mustafayeva Gülarə Novruz qızı | 60.0 | 19.4 | 79.4 |
47. | Mürsəlov Mirhüseyn Mirisaq oğlu | 62.5 | 16.2 | 78.7 |
48. | Məmmədov Elşən Cahanbaxış oğlu | 62.5 | 16.1 | 78.6 |
49. | Ömrümova Aynurə Məhərrəm qızı | 63.0 | 15.1 | 78.1 |
50. | Hacıyev Şahin Şaiq oğlu | 57.5 | 20.2 | 77.7 |
51. | Rzayeva Pərvanə Aslan qızı | 55.0 | 21.4 | 76.4 |
52. | Hacıyev Elburus Rafiq oğlu | 60.0 | 16.2 | 76.2 |
53. | Hüseynov Seid Barat oğlu | 60.5 | 15.1 | 75.6 |
54. | Mustafayev Teymur Saleh oğlu | 60.5 | 15.0 | 75.5 |
55. | Həmzəyev Səbuhi Fəzail oğlu | 60.0 | 15.2 | 75.2 |
56. | Əliyev Faiq Məhəmməd oğlu | 60.0 | 15.0 | 75.0 |
57. | Salehov Ayaz Mirməhəmməd oğlu | 59.5 | 15.1 | 74.6 |
58. | Əliyev Azər Eyvaz oğlu | 58.0 | 16.5 | 74.5 |
59. | Şahmuradova Güldanə Nuşrəvan qızı | 56.0 | 17.2 | 73.2 |
60. | Xəlilov İkram Mehrab oğlu | 57.5 | 15.2 | 72.7 |
61. | Mirzəyev Ruslan Soltanağa oğlu | 57.5 | 15.1 | 72.6 |
62. | Şahmalıyev Vüsal Şahəddin oğlu | 57.5 | 15.0 | 72.5 |
63. | Abdullayeva Kəmalə İsmayıl qızı | 55.0 | 16.4 | 71.4 |
64. | Qasımov Vüqar Malik oğlu | 56.0 | 15.2 | 71.2 |
65. | Orucov Şükür Mehdi oğlu | 55.0 | 16.0 | 71.0 |
66. | Əhmədova Xanım Hüseyn qızı | 55.5 | 15.1 | 70.6 |
67. | Əmirov Elçin Arif oğlu | 55.0 | 15.2 | 70.2 |