Penitensiar sahədə islahatlar diqqət mərkəzindədir

İnsan hüquqlarının təmin edilməsi üzrə nüfuzlu beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq edən ölkəmiz bu sahədə bütün əsas beynəlxalq müqavilələrə, o cümlədən, İşgəncələrə Qarşı Avropa Konvensiyasına qoşulmuşdur. Konvensiyanın eyni adlı Komitəsinin monitorinq qrupu ölkəmizə səfərlər edərək, mövcud vəziyyətlə tanış olmuş, müvafiq hesabat və tövsiyələr təqdim etmiş və onların icrası üzrə bir çox işlər görülmüşdür.

Bu il noyabrın 20-də Azərbaycana növbəti səfərə gəlmiş İşgəncələrə Qarşı Avropa Komitəsinin xanım Renat Kikerin başçılıq etdiyi geniş tərkibli nümayəndə heyəti tövsiyələrin icrası vəziyyəti ilə tanış olmuş, bir çox cəzaçəkmə müəssisələrinə və digər yerlərə baş çəkmiş, məhkumlarla, təqsirləndirilən şəxslərlə çoxsaylı təkbətək görüşlər keçirmiş, onların hüquqlarının qorunması ilə maraqlanmış, həmçinin Ədliyyə Nazirliyi və digər dövlət strukturlarının, qeyri-hökumət qurumlarının rəhbər şəxsləri ilə görüşmüşlər.

Noyabrın 30-da nümayəndə heyətini qəbul edən ədliyyə naziri Fikrət Məmmədov Azərbaycanda insan haqlarının təmin olunmasına xüsusi önəm verildiyini bildirmiş, ölkə Prezidentinin tapşırıqlarına əsasən məhkəmə sisteminin müasirləşdirilməsinə və ədliyyə orqanlarının inkişafına yönəlmiş islahatlar barədə məlumat verərək, Avropa Şurası ilə həyata keçirilən sıx əməkdaşlığın əhəmiyyətini xüsusi vurğulamışdır. O, penitensiar xidmətin işinin təkmilləşdirilməsi, məhkumların hüquqlarının qorunması, saxlanma şəraitinin, ərzaq və digər təminatlarının, onlara göstərilən tibbi xidmətin kökundən yaxşılaşdırılması üzrə görülən əsaslı tədbirləri diqqətə çatdıraraq, bu sahədə tam şəffaflığın təmin edilməsi üçün yaradılmış İctimai Komitənin səmərəli fəaliyyətini qeyd etmişdir.

Ölkəmizdə onların fəaliyyəti üçün hərtərəfli şərait yaradıldığına görə təşəkkür edən qonaqlar 10 gün davam etmiş səfərlə bağlı təəssüratlarını bölüşmüşlər. Müşahidə olunan dəyişiklikləri, o cumlədən yeni penitensiar müəssisələrin inşasını müsbət qiymətləndirən nümayəndə heyətinin üzvləri bununla bağlı, eləcə də mövcud problemlərin aradan qaldırılması üzrə təkliflərini bildirmiş, Komitənin tövsiyələrinin icrası sahəsində Ədliyyə Nazirliyi tərəfindən görülmüş işləri qeyd etmişlər. Qonaqlar həmçinin, islahatların davamı üzrə gələcək tədbirlərlə maraqlanmış, qaldırdıqları məsələlərə aydınlıq gətirilərək, əhatəli məlumatlar verilməsindən razı qaldıqlarını bildirmişlər. Qeyd olunmuşdur ki, səfərlə bağlı geniş hesabat hazırlandıqdan sonra Azərbaycan tərəfinə təqdim olunacaqdır.


İşgəncələrə qarşı Avropa Komitəsi Azərbaycana səfər etmişdir

06.12.2006-cı il, Strasburq İşgəncələrin qarşısının alınması üzrə Avropa Komitəsinin (CPT) nümayəndə heyəti bu yaxınlarda Azərbaycana on bir günlük səfər etmişdir. 20 noyabr 2006-cı il tarixdə başlayan səfər CPT-nin Azərbaycana ikinci dövri səfəri olmuşdur.

Səfər zamanı nümayəndə heyəti 2002-ci ildəki birinci dövri səfərdən bəri CPT-nin tövsiyələrinin həyata keçirilməsi üzrə irəliləyişləri qiymətləndirmişdir. Nümayəndə heyəti polis tərəfindən saxlanılmış şəxslərlə rəftar və müvəqqəti saxlama yerlərindəki şəraiti yoxlamışdır. Ömürlük və digər uzun müddətə azadlıqdan məhrum edilmiş məhkumlarla rəftar və rejim məsələlərinə xüsusi diqqət yetirilmişdir. Səfər həmçinin, psixiatrik müəssisələrdəki vəziyyəti nəzərdən keçirmək və Psixiatrik yardım haqqında Qanun üzrə qeyri-könüllü psixi xəstələrə tətbiq olunan hüquqi mühafizəni qiymətləndirmək imkanı vermişdir.

Səfər çərçivəsində CPT nümayəndə heyəti Ədliyyə naziri Fikrət Məmmədov, Ədliyyə nazirinin müavini və Penitensiar Xidmətin rəisi Nazim Ələkbərov, Səhiyyə nazirinin müavini Sənan Kərimov, Baş Prokurorun birinci müavini Rüstəm Usubov, habelə digər yüksək hökumət rəsmiləri ilə görüşlər keçirmişlər. Onlar həmçinin, İnsan hüquqları üzrə müvəkkil Elmira Süleymanova ilə də görüşmüşlər. Sonra CPT-nin maraqlı olduğu sahələrdə fəal olan qeyri-hökumət və beynəlxalq təşkilatların üzvləri ilə müzakirələr davam etdirilmişdir.

Səfərin sonunda nümayəndə heyəti öz ilkin müşahidələrini Azərbaycan hakimiyyət qurumlarına təqdim etmişdir.

Səfər CPT-nin aşağıdakı nümayəndələri tərəfindən həyata keçirilmişdir:

  • Renat Kiker, nümayəndə heyətinin rəhbəri (Avstriya)
  • Selso Das Neves Manata (Portuqaliya)
  • Jdenek Hajek (Çexiya)
  • Jan-Pyer Restellini (İsveçrə)
  • Vitolds Zahars (Latviya) Onlar CPT Katibliyindən olan Petya Nestorova (Şöbə müdiri), Boris Vodz və İzabell Servoz-Qaluççi tərəfindən, habelə Qlazqo Kaledoniya Universitetinin Cinayət Ədliyyəsi üzrə Professoru Ceyms Makmanus (Britaniya) və Oksford məhkəmə psixiatriya eksperti Klayv Myu (Britaniya) tərəfindən müşayiət olunmuşlar.

Nümayəndə heyəti aşağıdakı yerlərə səfər etmişdir: 

Daxili İşlər Nazirliyinin tabeçiliyində olan müəssisələr:

  • Mütəşəkkil cinayətkarlıqla mübarizə üzrə baş idarənin müvəqqəti saxlama təcridxanası, Bakı
  • Nərimanov rayon polis idarəsinin müvəqqəti saxlama təcridxanası, Bakı
  • Bakı şəhər baş polis idarəsinin yetkinlik yaşına çatmayanlar üçün qəbuledici və bölüşdürücü mərkəzi
  • Nəqliyyatda baş polis idarəsinin Biləcəri şöbəsi, Bakı
  • Səbail rayon polis idarəsi, Bakı
  • 15 saylı polis bölməsi, Bakı
  • 30 saylı polis bölməsi, Bakı
  • Qax rayon polis idarəsinin müvəqqəti saxlama təcridxanası
  • Şamaxı rayon polis idarəsinin müvəqqəti saxlama təcridxanası
  • Sumqayıt şəhər polis idarəsinin müvəqqəti saxlama təcridxanası
  • Zaqatala rayon polis idarəsinin müvəqqəti saxlama təcridxanası

Naxçıvan Muxtar Respublikası

  • Daxili İşlər Nazirliyinin müvəqqəti saxlama təcridxanası, Böyük Duz
  • Sədərək rayon polis idarəsi
  • Şərur rayon polis idarəsi 

Ədliyyə Nazirliyinin tabeçiliyində olan müəssisələr

  • Qobustan həbsxanası
  • 3 saylı İstintaq Təcridxanası, Şüvəlan
  • Ciddi rejimli 11 saylı cəzaçəkmə müəssisəsi, Binəqədi rayonu, Bakı

Bundan əlavə, nümayəndə heyəti Bakıda yerləşən mərkəzi müalicə müəssisəsində bu yaxınlarda Qobustan həbsxanasından bura köçürülmüş məhkumlarla söhbət aparmış və Naxçıvan MR-dakı qarışıq tipli cəzaçəkmə müəssisəsinin inşa məsələlərini nəzərdən keçirmişdir. 

Səhiyyə Nazirliyinin tabeçiliyində olan müəssisələr

  • 1 saylı Bakı şəhər psixiatrik xəstəxanası
  • Regional psixo-nevroloji dispanser, Şəki 

Müdafiə Nazirliyinin tabeçiliyində olan müəssisələr

  • Naxçıvan Qarnizonunun Hauptvaxtası 

Dövlət Sərhəd Xidmətinin tabeçiliyində olan müəssisələr

  • Sərhəd rejimini pozmuş şəxslərin üçün müvəqqəti saxlama təcridxanası, Dövlət Sərhəd Xidmətinin hərbi bölməsi, Naxçıvan şəhəri

Mənbə: İşgəncələrə qarşı Avropa Komitəsinin internet səhifəsi

iacca
iap
business ready
eplc
Ən Tez