Əməkdar hüquqşünas fəxri adının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Məhkəmə hakimiyyəti orqanlarında uzun müddət işlədiyinə və hakim vəzifəsini nümunəvi yerinə yetirdiyinə, Azərbaycanda qanunvericiliyin inkişafında xidmətlərinə görə aşağıdakı şəxslərə Əməkdar hüquqşünas fəxri adı verilsin:

Ağazadə Müzəffər Abusət oğlu Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimi
Həşimov Vidadi Qurban oğlu Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimi
Maqsudov Oqtay Maqsud oğlu Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimi
Mirzəyev Rəhman Baba oğlu Azərbaycan Respublikası Apellyasiya Məhkəməsinin hakimi
Süleymanov Ramiz Rəhim oğlu Naxcıvan Muxtar Respublikası Ali Məhkəməsinin sədri
Rəhimova Dilarə Qafar qızı Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Qanunvericilik baş idarəsinin rəisi 

İlham Əliyev 
Azərbaycan Respublikasının Prezidenti 
Bakı şəhəri, 20 noyabr 2006-cı il.

iacca
iap
Qarabağ Azərbaycandır!
eplc
Ən Tez