Ədliyyə Nazirliyi Mətbuat xidmətinin məlumatı

Ölkəmizdə ədliyyə sistemində kadrların hazırlanması və bu sahədə yüksək keyfiyyətli tədrisin təşkili istiqamətində məqsədyönlü işlər davam etdirilir.

Qanunvericiliyin tələblərinə müvafiq olaraq ədliyyə orqanlarına qulluğa qəbulla bağlı builki müsabiqə nəticəsində müvəffəqiyyət qazanmış 49 nəfərin peşə fəaliyyətinə buraxılması məqsədilə ilk dəfə olaraq Ədliyyə Akademiyasında oktyabr ayının 16-da icbari təlimi başlanmışdır.

Bu münasibətlə keçirilmiş mərasimi Azərbaycan Respublikası ədliyyə nazirinin müavini II dərəcəli dövlət ədliyyə müşaviri, Müsabiqə Komissiyasının sədri Toğrul Musayev açaraq Azərbaycan Respublikasının

Bildirilmişdir ki, Avropa Komissiyasının təşəbbüsü ilə həyata keçiriləcək "Azərbaycanda ədliyyə sahəsində islahatlara dəstək" layihəsi çərçivəsində Ədliyyə Akademiyasının fəaliyyətinin inkişaf etdirilməsinə xüsusi önəm verilir.

Aşkarlıq şəraitində və şəffaf üsullarla həyata keçirilən müsabiqə və müsahibələr üzərində dayanılaraq, Ədliyyə Nazirliyinin rəhbərliyi tərəfindən məsələyə tələbkarlıqla və xüsusi həssaslıqla yanaşıldığı, son illərdə bu qaydada seçilmiş müasir dünyagörüşlü, sağlam düşüncəli 200 nəfərə yaxın gənc hüquqşünasın hazırda ədliyyənin müxtəlif sahələrində fəaliyyətlərini uğurla davam etdirdikləri vurğulanmışdır.

Çıxış edən namizədlər yaradılan şəraitə, müsabiqənin şəffaf və obyektiv keçirildiyinə görə Ədliyyə Nazirliyi rəhbərliyinə öz minnətdarlıqlarını çatdırmış və onlar etimad qazanarlarsa verilən tövsiyələri rəhbər tutaraq ədliyyə işçisi adını daim uca tutacaqlarını bildirmişlər.

iacca
iap
Qarabağ Azərbaycandır!
eplc
Ən Tez