"Ədliyyə orqanlarında qulluq keçmə haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

"Ədliyyə orqanlarında qulluq keçmə haqqında" Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiq edilməsini təmin etmək məqsədi ilə qərara alıram: 

1. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, bir ay müddətində: 

1.1. qüvvədə olan qanunvericilik aktlarının "Ədliyyə orqanlarında qulluq keçmə haqqında" Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması barədə təkliflərini Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin; 

1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin və müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını təmin etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin; 

1.3. Öz səlahiyyətləri daxilində "Ədliyyə orqanlarında qulluq keçmə haqqında" Azərbaycan Respublikasının Qanunundan irəli gələn digər məsələləri həll etsin. 

2. Müəyyən edilsin ki: 

2.1. "Ədliyyə orqanlarında qulluq keçmə haqqında" Azərbaycan Respublikası Qanununun 4.6-cı maddəsinin altıncı cümləsində, 18.3-cü maddəsinin birinci cümləsində, 21.5-ci maddəsinin ikinci cümləsində, 21.26-cı maddəsində, 26.1-ci maddəsinin ikinci cümləsində, 27.1-ci maddəsində, 38.1.3-cü maddəsinin ikinci cümləsində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanı"nın səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir; 

2.2. həmin Qanunun 4.4-cü maddəsində nəzərdə tutulmuş ədliyyə orqanlarına qulluğa qəbul olunmaq üçün müraciət etmiş şəxslərin sənədlərinin yoxlanılması Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 3 sentyabr tarixli 568 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Dövlət orqanlarında dövlət qulluğuna qəbul edilən şəxsin dövlət qulluğunda işləməsinin mümkün olub-olmamasının qabaqcadan yoxlanılması Qaydaları"na uyğun olaraq həyata keçirilir; 

2.3. həmin Qanunun 23.6-cı, 23.7-ci, 25.3-cü, 26.2-ci, 27.2-ci, 37.4-cü maddələrində, 37.7-ci maddəsinin ikinci cümləsində, 39.4-cü maddəsində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanı"nın səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir; 

2.4. həmin Qanunun 3.1-ci maddəsində "müvafiq icra hakimiyyəti orqanları" və "müvafiq icra hakimiyyəti orqanı", 26.1-ci maddəsinin birinci cümləsində "müvafiq icra hakimiyyəti orqanı" dedikdə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi nəzərdə tutulur; 

2.5. həmin Qanunun 4.3-cü, 4.8-ci, 6.8-ci maddələrində, 7.2-ci maddəsinin ikinci cümləsində, 8.1-ci maddəsinin birinci və üçüncü cümlələrində, 10.0.1-ci maddəsində, 14.4-cü maddəsinin ikinci cümləsində, 21.2-ci maddəsinin üçüncü cümləsində, 21.6-cı maddəsində, 21.7.1-ci maddəsində (hər iki halda), 21.7.2-ci maddəsinin ikinci cümləsində, 21.9-cu maddəsində, 21.10-cu maddəsinin ikinci cümləsində, 21.20-ci maddəsinin ikinci cümləsində, 22.2-ci, 24.1-ci, 25.5-ci, 26.3-cü, 29.1-ci, 32.1-ci maddələrində, 32.3-cü maddəsinin üçüncü cümləsində, 34.5-ci, 34.6-cı, 35.10-cu maddələrində, 36.8-ci maddəsinin birinci cümləsində, 37.6-cı maddəsinin ikinci cümləsində, 39.1-ci maddəsinin ikinci cümləsində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanı"nın səlahiyyətlərini Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi həyata keçirir; 

2.6. həmin Qanunun 15.1-ci maddəsinin üçüncü cümləsində, 18.3-cü maddəsinin ikinci cümləsində, 21.8-ci, 31.1.7-ci maddələrində, 38.2-ci maddəsinin birinci cümləsində, 42.1-ci maddəsində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanı"nın səlahiyyətlərini Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi öz səlahiyyətləri daxilində həyata keçirirlər; 

2.7. həmin Qanunun 20.3-cü maddəsində "müvafiq icra hakimiyyəti orqanları" dedikdə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirliyi və Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi nəzərdə tutulur; 

2.8. həmin Qanunun 21.7.2-ci maddəsinin birinci cümləsində (hər iki halda) nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanı"nın səlahiyyətlərini Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi həyata keçirir; 

2.9. həmin Qanunun 37.7-ci maddəsinin birinci cümləsində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanları"nın səlahiyyətlərini yerli icra hakimiyyəti orqanları həyata keçirirlər. 

3. Bu Fərman dərc edildiyi gündən qüvvəyə minir. 

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 25 may 2006-cı il. 

iacca
iap
Qarabağ Azərbaycandır!
eplc
Ən Tez