Bələdiyyələrin fəaliyyəti ilə bağlı hesabat Milli Məclisin müzakirəsinə çıxarılmışdır

Ədliyyə Nazirliyinin Bələdiyyələrə metodiki yardım mərkəzinin rəisi Mehdi Səlimzadə AzərTAc-ın müxbirinə demişdir ki, "Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında" Qanuna əsasən bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətlə bağlı hazırlanmış illik hesabat artıq Milli Məclisə təqdim olunmuşdur. Hesabatda bələdiyyələrin fəaliyyətilə bağlı imzalanmış fərmanların, sərəncamların, qəbul olunmuş qanunların və normativ hüquqi sənədlərin icra vəziyyəti, bələdiyyələrin fəaliyyətinin səmərəliliyinin artırılması istiqamətində həyata keçirilmiş islahatlar, mövcud problemlər və onların həlli yolları barədə təkliflər və sair müddəalar əksini tapmışdır. Sənəddə həmçinin, yerli özünüidarə orqanlarının beynəlxalq əməkdaşlığı, ABŞ, Avropa və qardaş Türkiyənin müvafiq qurumları ilə aparılmış təcrübə mübadilələrinin əhəmiyyətindən bəhs olunur.

Hesabatın parlamentin yaz sessiyasının ilk iclaslarının birində müzakirə olunacağı gözlənilir.

iacca
iap
business ready
eplc
Ən Tez