22-01-2006 | 04:02 2185
Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu məsələləri daimi komissiyasından bildirmişlər ki, "Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında" Qanuna dəyişiklik edilmiş və bununla da hüquqi şəxslərin dövlət qeydiyyatı sadələşdirilmişdir. Belə ki, hüquqi şəxslər, xarici hüquqi şəxslər dövlət qeydiyyatı zamanı öz təmsilçiləri haqqında məlumat təqdim etdikdə, onlardan tələb olunan imza nümunələrinə artıq ehtiyac olmayacaqdır. Bununla belə, hüquqi şəxslər qanunla müəyyən olunmuş müddət ərzində əvvəllər göstərmədikləri məlumatları müvafiq icra hakimiyyəti orqanına təqdim etməlidirlər.