VİLAYƏT HƏSƏN OĞLU ZAHİROV

Vilayət Zahirov 1958-ci ildə Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda anadan olmuşdur.

O, 1984-cü ildə Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirmişdir. Universiteti bitirdikdən sonra prokurorluq orqanlarına işə qəbul olunaraq Bakı şəhər prokurorluğunda böyük müstəntiq vəzifəsi üzrə stajor olmuş, Şəki rayon prokurorluğunun böyük müstəntiqi, respublika Baş prokuroru yanında, sonradan respublika prokurorluğu İstintaq idarəsində xüsusilə mühüm işlər üzrə müstəntiq vəzifələrində işləmişdir.

1995-2004-cü illərdə V.Zahirov Şəki rayon və Gəncə şəhər prokuroru vəzifələrində çalışmışdır. 2004-cü ilin iyun ayında Azərbaycan Respublikası ədliyyə nazirinin müavini təyin edilmişdir.

Azərbaycan Respulikasının Konstitusiya dövlət quruluşunun qorunmasında, xüsusi təhlükəli dövləti cinayətlər üzrə istintaqın aparılmasında, qanunçuluğun və hüquq qaydasının möhkəmləndirilməsi sahəsində xidmətlərinə görə Azərbaycan Respublikası Prezidentinin 26 dekabr 1995-ci il tarixli Fərmanı ilə "İgidliyə görə" medal ilə, ədliyyə orqanlarında qulluq keçərkən fərqləndiyinə və cəza-icra siyasətinin həyata keçirilməsində fəal iştirakına görə respublika Prezidentinin 21 noyabr 2008-ci il tarixli Sərəncamı ilə «Vətənə xidmətə görə» ordeninin üçüncü dərəcəsi, 20 noyabr 2015-ci il tarixli Sərəncamı ilə «Vətənə xidmətə görə» ordeninin ikinci dərəcəsi ilə təltif edilmişdir.

Hüquq mühafizə orqanlarında uzunmüddətli səmərəli fəaliyyətinə, ədliyyə sisteminin inkişafına layiqli töhfələr verərək qulluqda xüsusi fərqləndiyinə görə “Ədliyyə sahəsində fərqlənməyə görə” Azərbaycan Respublikasının medalı və bir sıra digər medallarla təltif edilmişdir.

Azərbaycan Respublikası Prezidentinin 20 noyabr 2018-ci il tarixli Sərəncamı ilə “Əməkdar hüquqşunas” fəxri adına layiq görülmüşdür.

Azərbaycan Respublikası Ədliyyə Nazirliyi üzrə 22 noyabr 2021-ci il tarixli əmrlə "Fəxri ədliyyə işçisi" adı verilmişdir. O, həmçinin, Azərbaycan Respublikası Prokurorluğunun da Fəxri işçisidir.

Ədliyyə Nazirliyi Apellyasiya Şurasının sədridir.

Azərbaycan Respublikasının milli təhlükəsizlik siyasəti sahəsində, həmçinin, qanunvericilik hakimiyyəti ilə işin təşkili üzrə işçi qruplarının, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının, Azərbaycan Respublikasının hərbi əməliyyatlar nəticəsində işgal olunmuş və bununla əlaqədar zərər çəkmiş ərazilərinin bərpası və yenidən qurulması üzrə Dövlət Komissiyasının, Beynəlxalq Humanitar Yardım üzrə Respublika Komissiyasının, Səfərbərlik və dövlət ehtiyatlarının idarə edilməsinin təkmilləşdirilməsi haqqında, Mülki müdafiə planının hazırlanması üzrə və bir sıra digər komissiyaların üzvüdür.

II dərəcəli dövlət ədliyyə müşaviridir.

O, həmçinin, Beynəlxalq Prokurorlar Assosiasiyasının üzvü, hüquqi mövzuda bir sıra məqalələrin müəllifidir.

Evlidir, 5 övladı var.

Tel: (+99412) 539-79-04
Fax: (+99412) 510-52-85
E-mail: v.zahirov@justice.gov.az

iacca
help_az
iap
eplc