Ədliyyə Nazirliyi məhkəmə ekspertizası fəaliyyətini təşkil edir, Məhkəmə Ekspertlərinin Reyestrini, Məhkəmə Ekspertizası Tədqiqat Metodlarının Dövlət Reyestrini və Məhkəmə Ekspertizasının Elmi-Metodiki Fondunu aparır. Nazirlik bu fəaliyyəti Məhkəmə Ekspertizası Mərkəzi vasitəsilə həyata keçirir.
Məhkəmə ekspertizaları sahəsində fəaliyyət aşağıdakılardır:
- məhkəmə ekspertizalarının keçirilməsi və tədqiqatlar aparılması;
- elmi-tədqiqat işlərinin aparılması, ekspert tədqiqatının yeni metod və metodikalarının hazırlanması və təkmilləşdirilməsi;
- məhkəmə və hüquq mühafizə orqanlarına elmi-metodik köməkliyin göstərilməsi;
- ekspert profilaktikasının həyata keçirilməsi;
- özəl məhkəmə eksperti şəhadətnaməsinin verilməsi;
- Məhkəmə Ekspertizası Mərkəzinin ekspertlərinin və özəl məhkəmə ekspertlərinin “Məhkəmə ekspertizası fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə riayət etməsinə nəzarət edilməsi;
- məhkəmələrə və istintaq orqanlarına kömək məqsədilə məhkəmə ekspertizasına dair metodiki vəsaitlərin hazırlanması.