Azərbaycan Respublikası Ədliyyə Nazirliyi

Rəhbərlik

Fərid Turab oğlu Əhmədov Azərbaycan Respublikasının ədliyyə naziri

Doğum tarixi:

1979-cu ildə Bakı şəhərində anadan olmuşdur.

 

Təhsili:

2000-ci ildə Bakı Dövlət Universitetinin Beynəlxalq hüquq fakültəsinin bakalavr, 2002-ci ildə isə magistr pilləsini fərqlənmə diplomları ilə başa vurmuşdur.

2004-cü ildə Böyük Britaniyanın Esseks Universitetini “British Chevening” təqaüd proqramı ilə beynəlxalq insan hüquqları ixtisası üzrə ikinci magistr təhsilini fərqlənmə diplomu ilə bitirmişdir.

2009-cu ildə Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında dissertasiya işini müvəffəqiyyətlə müdafiə edərək Ali Attestasiya Komissiyasının qərarı ilə hüquq üzrə fəlsəfə doktoru elmi dərəcəsinə layiq görülmüşdür. 

2009-cu ildə İngiltərənin Oksford Universitetinə “Weidenfeld” təqaüdü ilə daxil olaraq 2017-ci ildə hüquq üzrə fəlsəfə doktoru elmi dərəcəsinə layiq görülmüşdür.

 

Karyera:

2000-ci ildən hüquqşünaslıq fəaliyyətinə başlamış, 2004-2006-cı illərdə Konstitusiya Məhkəməsinin Aparatında, 2006-2007-ci illərdə Milli Məclis Aparatında müxtəlif vəzifələrdə çalışmışdır. 

2009-2011-ci illərdə Oksford Universitetində hüquq sahəsində pedaqoji fəaliyyətlə məşğul olmuşdur.

2011-2015-ci illərdə ADA Universitetində hüquq üzrə baş müəllim vəzifəsində çalışmışdır.

2015-2017-ci illərdə Azərbaycan Universitetinin rektoru, 2017-2020-ci illərdə “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin baş direktorunun müavini vəzifələrində işləmişdir.

2021-ci ildə rəqəmsal inkişaf və nəqliyyat nazirinin müşaviri, 2022-ci ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini vəzifəsinə təyin olunmuşdur.

2023-cü ildən 2024-cü ilin fevralınadək BMT-nin İnsan hüquqları komitəsinin üzvü, ümumi məruzəçisi və büro üzvü olaraq fəaliyyət göstərmişdir.

Azərbaycan Respublikası Prezidentinin 27 fevral 2024-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının ədliyyə naziri təyin edilmişdir.

Azərbaycan Respublikası Prezidentinin 22 noyabr 2024-cü il tarixli Sərəncamı ilə III dərəcəli dövlət ədliyyə müşaviri ali xüsusi rütbəsi verilmişdir.

Hazırda ADA Universitetinin dosentidir.

Beynəlxalq hüquq sahəsində nüfuzlu elmi nəşrlərdə dərc edilmiş monoqrafiya, bir sıra elmi və publisistik məqalələrin müəllifidir.

 

Xarici dillər:

  • İngilis
  • Rus

 

Həyatı:

Ailəlidir, dörd övladı var.

Abiddin Qabil oğlu Hüseynov Ədliyyə nazirinin müavini

Doğum tarixi:

1977-ci ildə Neftçala rayonunda anadan olmuşdur.

 

Təhsili:

1997-ci ildə Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunun Politologiya fakültəsinin bakalavr pilləsini, 1999-cu ildə həmin fakültənin magistr pilləsini fərqlənmə diplomu ilə bitirmişdir. 

2003-cü ildə Rusiya Federasiyası Ədliyyə Nazirliyinin Rusiya Hüquq Akademiyasının hüquq fakütəsini ikinci ali təhsil üzrə başa vurmuşdur. 

Cenevrə (Graduate Institute of International and Development Studies), Ankara (Türkiyə Ədliyyə Akademiyası), Paris (Ecole Nationale de la Magistrature) və Berlin (GTZ/GİZ) şəhərlərində dövlət qulluqçuları və hakimlər üçün nəzərdə tutulmuş ixtisasartırma və təlimçilərin hazırlanması proqramlarında iştirak etmişdir. 

 

Karyera:

2000-ci ildə Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsində əmək fəaliyyətinə başlamışdır. 

2000-2010-cu illər ərzində Beynəlxalq hüquqi məsələlər şöbəsində müxtəlif vəzifələrdə, Aparat rəhbərinin köməkçisi, Vətəndaşların qəbulu və şikayətlər şöbəsinin müdir müavini vəzifələrində çalışmışdır. 

2010-cu ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi təyin edilmişdir.

2013-2020-ci illərdə Bakı Apellyasiya Məhkəməsinin hakimi, 2020-ci ildən 2024-cü ilin 4 iyun tarixinədək Ali Məhkəmənin hakimi vəzifələrində çalışmışdır.  

2023-cü ildə Azərbaycan Hakimlər İttifaqının İdarə Heyətinə üzv seçilmişdir.

2013-cü ildən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasında hakimliyə namizədlərin və hakimlərin tədrisi üzrə, 2016-cı ildən Avropa Şurasının proqramı çərçivəsində İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi üzrə Avropa Konvensiyasının və Avropa İnsan Hüquqları Məhkəməsinin presedent hüququnun hakimlərə tədrisi üzrə təlimçi kimi fəaliyyət göstərmişdir. 

2020-ci ildən ADA Universitetinin Hüquq fakültəsində “Mülki proses” fənnini tədris edir.

Hüquq sahəsində müxtəlif elmi-praktiki nəşrlərin müəllifi, redaktoru və redaksiya heyətinin üzvüdür.

Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 4 iyun tarixli Sərəncamı ilə ədliyyə nazirinin müavini təyin edilmişdir.

Azərbaycan Respublikası Məhkəmə - Hüquq Şurasının üzvüdür.

Məhkəmə orqanlarında səmərəli fəaliyyətinə görə Azərbaycan Respublikasının “Tərəqqi” medalı, “Azərbaycan Ali Məhkəməsinin 100 illiyi (1923-2023)” yubiley medalı və Məhkəmə-Hüquq Şurasının fəxri döş nişanı ilə təltif edilmişdir.

Azərbaycan Respublikası Prezidentinin 26 noyabr 2025-ci il tarixli Sərəncamı ilə III dərəcəli dövlət ədliyyə müşaviri ali xüsusi rütbəsi verilmişdir.

 

Xarici dillər:

İngilis 

Rus 

 

Həyatı:

Ailəlidir, üç övladı var.

 

Mübariz Hüseyn oğlu Əhmədov Ədliyyə nazirinin müavini

Doğum tarixi:

1980-ci ildə Bakı şəhərində anadan olmuşdur. 

 

Təhsili:

1996-2002-ci illərdə təhsil aldığı Bakı Dövlət Universitetini Hüquqşünaslıq ixtisası üzrə bakalavr və magistr pillələrini fərqlənmə diplomları ilə bitirmişdir. 

 

Karyera:

2002-2005-ci illərdə Sumqayıt və Qazax hərbi prokurorluqlarında müstəntiq vəzifəsində çalışmışdır. 

2005-2011-ci illərdə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində, Hüquqi təminat şöbəsində, Dövlət ittihamının müdafiəsi üzrə idarədə prokuror və böyük prokuror vəzifələrində işləmişdir. 2011-2015-ci illərdə Azərbaycan Respublikası Baş Prokurorluğunun Müraciətlərə baxılması idarəsinin rəis müavini-Vətəndaşların qəbulu şöbəsinin rəisi vəzifəsində, 2015-2017-ci illərdə Azərbaycan Respublikası Baş Prokurorunun böyük köməkçisi, 2017-2020-ci illərdə Qusar rayon prokuroru vəzifələrində çalışmışdır.

29 iyun 2020-ci il tarixdən 07 sentyabr 2024-cü il tarixinədək Baş prokurorluğun Elm-Tədris Mərkəzinin rəisi vəzifəsində işləmişdir. Ölkə başçısının 30 sentyabr 2021-ci il tarixli Sərəncamı ilə III dərəcəli dövlət ədliyyə müşaviri ali xüsusi rütbəsi verilmişdir. 

Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 07 sentyabr tarixli Sərəncamı ilə ədliyyə nazirinin müavini təyin edilmişdir.

Azərbaycan Respublikası Prezidentinin 30 dekabr 2020-ci il tarixli Sərəncamı ilə “Dövlət qulluğunda fərqlənməyə görə medalı”, eyni zamanda Baş Prokurorluğun, Dövlət Gömrük Komitəsinin, Dövlət Sərhəd Xidmətinin müvafiq medalları ilə təltif edilmişdir. Beynəlxalq Prokurorlar Assosiasiyasının üzvüdür.

 

Xarici dillər:

İngilis 

Rus 

 

Həyatı:

Ailəlidir, iki övladı var.

 

Toğrul Aydın oğlu Hüseynov Ədliyyə nazirinin müavini

Doğum tarixi:

1986-cı ildə Bakı şəhərində anadan olmuşdur. 

 

Təhsili:

2007-ci ildə Bakı Dövlət Universitetinin Hüquqşünaslıq ixtisası üzrə bakalavr, 2010-cu ildə magistr pilləsini fərqlənmə diplomu ilə bitirmişdir. 

2022-ci ildə Amerika Birləşmiş Ştatlarının Missuri Universitetində Dövlət idarəetməsi üzrə magistr dərəcəsinə yiyələnmişdir. 

2024-cü ildə Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Dövlət və bələdiyyə idarəetməsi ixtisası üzrə magistr təhsili almışdır. Həmçinin Harvard Biznes Məktəbində davamlı biznes strategiyaları üzrə əlavə ixtisaslaşmışdır. 

 

Karyera:

2010-2013-cü illərdə Ədliyyə Nazirliyinin İcra xidmətində, 2013-2016-cı illərdə Qanunvericilik baş idarəsində müxtəlif vəzifələrdə çalışmışdır.

2016-2017-ci illərdə “Azərbaycan Dəmir Yolları” QSC-nin Hüquq şöbəsində bölmə rəisi, 2017-ci ilin avqust ayından 2024-cü ilin aprel ayınadək Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Qanunvericilik və hüquq ekspertizası məsələləri şöbəsində, Qanunvericilik və hüquq siyasəti şöbəsində və Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin Katibliyində baş məsləhətçi vəzifələrində çalışmışdır. 

2024-cü ilin aprel ayından sentyabr ayınadək Ədliyyə Nazirliyinin Strateji planlaşdırma və monitorinq baş idarəsinin rəisi vəzifəsində işləmişdir.

Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 7 sentyabr tarixli Sərəncamı ilə ədliyyə nazirinin müavini təyin edilmişdir.

Azərbaycan Respublikası Prezidentinin 26 noyabr 2025-ci il tarixli Sərəncamı ilə III dərəcəli dövlət ədliyyə müşaviri ali xüsusi rütbəsi verilmişdir.

 

Xarici dillər:

İngilis 

Rus 

 

Həyatı:

Ailəlidir, iki övladı var.

Eldar Qasım oğlu Nuriyev Ədliyyə nazirinin müavini

Doğum tarixi:

1955-ci ildə Lənkəran şəhərində anadan olmuşdur. 

 

Təhsili:

1978-ci ildə Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirmişdir.

 

Karyera:

Əmək fəaliyyətinə Gəncə şəhər prokurorluğunda prokuror köməkçisi kimi başlamış, 1993-cü ildə Bakı şəhəri prokurorluğuna rəhbər işə göndərilərək Daxili işlər orqanlarında qanunların icrasına nəzarət şöbəsinin rəisi, Azərbaycan Respublikası Prezidentinin İcra Aparatı Dövlət-hüquq şöbəsində böyük məsləhətçi, Azərbaycan Respublikası Prezidentinin İcra Aparatı Hüquq mühafizə orqanları ilə iş şöbəsində böyük referent vəzifələrində çalışmışdır.

2000-ci ilin oktyabr ayından Azərbaycan Respublikası Baş prokurorunun müavini təyin edilmişdir. 2006-cı ilin aprel ayından 2019-cu ilin noyabr ayınadək Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Dövlət nəzarəti şöbəsinin müdiri vəzifəsində işləmişdir.

25 dekabr 2019-cu ildən Azərbaycan Respublikası ədliyyə nazirinin müavini təyin edilmişdir. II dərəcəli dövlət ədliyyə müşaviri ali xüsusi rütbəsindədir.

Dövlət başçısının 3 fevral 2016-cı il tarixli Fərmanı ilə Azərbaycan Respublikası Prezidenti yanında Apelyasiya Şurasına sədr təyin edilmişdir.

2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni, Azərbaycan Xalq Cümhuriyyətinin, Milli Təhlükəsizlik və Xarici İşlər nazirliklərinin, Azərbaycan Ədliyyəsinin, Azərbaycan Polisinin, Azərbaycan Respublikası Prokurorluğunun 100 illiyi xatirə medalları, “Prokurorluğun fəxri işçisi”, digər döş nişanı və fəxri fərmanlarla təltif olunmuşdur.

 

Həyatı:

Ailəlidir, üç övladı var.

 

Mirsaleh Miradil oğlu Seyidov Ədliyyə nazirinin müavini - Penitensiar xidmətin rəisi

Doğum tarixi:

1977-ci ildə Sumqayıt şəhərində anadan olmuşdur.

 

Təhsili:

1998-ci ildə Bakı Dövlət Universitetinin Hüquq fakültəsini bakalavr, 2002-ci ildə isə magistr pillələrini fərqlənmə diplomları ilə bitirib.

 

Karyera:

1999-cu ildən Ədliyyə Nazirliyinin Məhkəmə Qərarlarının İcrası Baş İdarəsinin Əməliyyat-rejim şöbəsinin rejim və nəzarət xidmətinin təşkili bölməsinin nəzarətçilər üzrə inspektoru vəzifəsində əmək fəaliyyətinə başlamış, fevral ayından isə həmin İdarənin Rejim-nəzarət şöbəsinin inspektoru vəzifəsinə təyin olunmuşdur.

2001-ci ilin avqust ayında Məhkəmə Qərarlarının İcrası Baş İdarəsinin 3 saylı istintaq təcridxanasının Rejim mühafizə və nəzarət şöbəsinin rəisi, 2006-cı ilin noyabr ayından Penitensiar xidmətin 3 saylı istintaq təcridxanasının tərbiyə işləri üzrə rəis müavini, 2008-ci ilin fevral ayından isə 3 saylı istintaq təcridxanasının əməliyyat-rejim işləri üzrə rəis müavini vəzifələrində xidmət etmişdir.

2009-cu ilin fevral ayından Penitensiar xidmətin 15 saylı cəzaçəkmə müəssisəsinin rəisi, 2011-ci ilin avqust ayından 2016-cı ilin fevral ayınadək isə 10 saylı cəzaçəkmə müəssisəsinin rəisi vəzifəsində işləmişdir. 2016-cı ilin fevral ayından 2023-cü ilin iyul ayınadək Penitensiar xidmətin Əməliyyat-rejim idarəsinin rəisi vəzifəsində çalışmışdır.

2023-cü il iyul ayının 10-da Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin imzaladığı Sərəncamla ədliyyə nazirinin müavini - Penitensiar xidmətin rəisi təyin edilmişdir.

2023-cü il noyabr ayının 21-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin imzaladığı Sərəncamla ədliyyə general-mayoru ali xüsusi rütbəsi verilmişdir.

2018-ci ildə Azərbaycan Respublikası Prezidentinin 63 nömrəli Sərəncamı ilə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı və “Azərbaycan Ədliyyəsinin 100 illiyi (1918−2018)” Azərbaycan Respublikasının yubiley medalı ilə təltif olunmuşdur.

2023-cü ildə “Azərbaycan Respublikası Prezidentinin təhlükəsizliyini təmin edən orqanın 30 illiyi (1993-2023)" Azərbaycan Respublikasının yubiley medalı, “Azərbaycan Respublikasının strateji obyektlərin mühafizəsi orqanlarının 30 illiyi (1993-2023)" Azərbaycan Respublikasının yubiley medalı və “Azərbaycan Respublikasının xüsusi rabitə və informasiya təhlükəsizliyi orqanlarının 30 illiyi (1993-2023)" Azərbaycan Respublikasının yubiley medalı ilə təltif edilmişdir.

2024-cü ildə Azərbaycan Respublikası Prezidentinin 4289 nömrəli Sərəncamı ilə “Heydər Əliyevin 100 illiyi (1923-2023)" Azərbaycan Respublikasının yubiley medalı ilə təltif olunmuşdur.

 

Həyatı:

Ailəlidir, iki övladı var.