Azərbaycan Respublikası Ədliyyə Nazirliyi

Ədliyyə Nazirliyi tərəfindən təhsil, elmi-tədqiqat fəaliyyəti üzrə:

  • ədliyyə, prokurorluq və məhkəmə orqanları, vəkillik fəaliyyəti üçün ixtisaslı kadrlar hazırlanır;
  • ali hüquq təhsili olmayan ədliyyə işçilərinin hüquqi hazırlığı təmin edilir;
  • ədliyyə və məhkəmə orqanlarının, vəkilliyin inkişafı naminə konseptual problemlər tədqiq edilir;
  • hüquq elminin müxtəlif sahələri üzrə fundamental, eksperimental və tətbiqi elmi araşdırmalar aparılır;
  • ədliyyə işçilərinin, vəkillərin əlavə təhsili, eləcə də müxtəlif sahələrdə çalışan işçilərin hüquq peşəsi üzrə əlavə təhsili təşkil edilir;
  • ilk dəfə ədliyyə orqanlarına qulluğa qəbul edilən namizədlərin, habelə vəkilliyə namizədlərin icbari təlimi, ilk dəfə hakim təyin olunmuş şəxslərin təlimi və hakimlərin davamlı tədrisi aparılır. 

Yuxarıda qeyd olunan fəaliyyətlər Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyası tərəfindən həyata keçirilir. 

Tez-tez verilən suallar

Hamısına bax
Ədliyyə Akademiyasında kimlərin təlimi həyata keçirilir?

Ədliyyə Akademiyasında ilk dəfə ədliyyə orqanlarına qulluğa qəbul edilən namizədlərin, habelə vəkilliyə namizədlərin peşə fəaliyyətinə buraxılması məqsədilə icbari təlimi, ali hüquq təhsili əsasında müxtəlif kateqoriyadan olan işçilərin peşə hazırlığının həyata  keçirilməsi və əlavə təhsili,  ilk dəfə hakim təyin olunmuş şəxslərin təliminin və hakimlərin davamlı tədrisi, ali ixtisas təhsili əsasında müxtəlif kateqoriyadan olan işçilərin hüquqi biliklərə yiyələnməsi məqsədilə hazırlanması və əlavə təhsilinin həyata keçirilməsi, ali təhsil müəssisələrinin elmi-pedaqoji heyətinin əlavə təhsilinin həyata keçirilməsi təmin edilir.

Ədliyyə Akademiyasında tədris hansı formada həyata keçirilir?

Akademiyada tədris, təlim, icbari təlim və ixtisaslarının artırılması əyani təhsilalma forması üzrə,  doktorantların hazırlanması isə əyani və qiyabi təhsil formaları üzrə həyata keçirilir.

Ədliyyə Akademiyasının fəaliyyətinin əsas məqsədi nədir?

Ədliyyə Akademiyasının fəaliyyətinin əsas məqsədi ədliyyə, prokurorluq və məhkəmə orqanları, vəkillik fəaliyyəti üçün ixtisaslı kadrların hazırlanması, ali hüquq təhsili olmayan ədliyyə işçilərinin hüquqi hazırlığının təmin edilməsi, ədliyyə və məhkəmə orqanlarının, vəkilliyin inkişafı naminə konseptual problemlərin tədqiq edilməsi, hüquq elminin müxtəlif sahələri üzrə fundamental, eksperimental və tətbiqi elmi araşdırmaların aparılmasıdır.

Xəbərlər

Azərbaycan ədəbi dilinin düzgün tətbiq olunmasına dair tədbir keçirilib

Azərbaycan ədəbi dilinin düzgün tətbiq olunmasına dair tədbir keçirilib

Hakimlər üçün “Stresin idarə olunması” təlimi keçirilib

Hakimlər üçün “Stresin idarə olunması” təlimi keçirilib

Ədliyyə orqanlarına qulluğa qəbul olan namizədlərlə icbari təlimlərə start verilib

Ədliyyə orqanlarına qulluğa qəbul olan namizədlərlə icbari təlimlərə start verilib

Ədliyyə Akademiyasında dövlət qurumlarının əməkdaşları üçün ixtisasartırma təlimlərinə start verilib

Ədliyyə Akademiyasında dövlət qurumlarının əməkdaşları üçün ixtisasartırma təlimlərinə start verilib

Azərbaycanlı hakimlər Almaniyada təlimdə iştirak ediblər

Azərbaycanlı hakimlər Almaniyada təlimdə iştirak ediblər

Ədliyyə Nazirliyi tərəfindən hakimlərin hazırlığının artırılması məqsədilə təlimlər keçirilib

Ədliyyə Nazirliyi tərəfindən hakimlərin hazırlığının artırılması məqsədilə təlimlər keçirilib

Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasının təşkilatçılığı ilə Türk dövlətlərində hakimiyyətin təşkilinin konstitusion əsaslarına həsr olunmuş beynəlxalq konfrans keçirilib

Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasının təşkilatçılığı ilə Türk dövlətlərində hakimiyyətin təşkilinin konstitusion əsaslarına həsr olunmuş beynəlxalq konfrans keçirilib

Qazaxıstandan olan hakimliyə namizədlər Ədliyyə Akademiyasında təcrübə keçiblər

Qazaxıstandan olan hakimliyə namizədlər Ədliyyə Akademiyasında təcrübə keçiblər

Hakimlər üçün cinayət hüququ və cinayət prosesi üzrə təlimlər keçirilib