Azərbaycan Respublikası Ədliyyə Nazirliyi

Könüllülük fəaliyyəti

Qeydiyyat üçün müraciət forması
Könüllü fəaliyyəti

“Ədliyyə könüllüləri” hərəkatının tarixi

2 fevral 2019-cu ildən etibarən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dövlət qurumlarında könüllü fəaliyyətin stimullaşdırılması çağırışına və “Könüllü fəaliyyət haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən Ədliyyə Nazirliyinin aparatı və tabeli qurumlarında gənclərin könüllü əsaslarla fəaliyyətə cəlb olunmasına start verilmişdir. Bu istiqamətdə “Ədliyyə könüllüləri” hərəkatı formalaşdırılmış, yüzlərlə gənc bu sıralara qoşulmuşdur. Ədliyyə könüllüləri ümumrespublika könüllülər hərəkatının fəaliyyətində yaxından iştirak etmiş, sosial fəaliyyət, gənclərlə iş, kadr siyasətinin gəncləşdirilməsi istiqamətində aparıcı qüvvələrdən birinə çevrilmişlər.

30 yanvar 2020-ci ildə “Ədliyyə könüllüləri” hərəkatının üzvü olan bir qrup gənc hərəkatın bazası əsasında “Ədliyyə Könüllüləri” ictimai birliyini qurmuşlar. İctimai birlik təsis olunduğu gündən etibarən ölkənin sosial-ictimai həyatında öz üzvləri ilə birgə fəal iştirak etmiş, öz etalonu olaraq müəyyənləşdirdiyi ədalətli, vətənpərvər və yenilikçi dəyərlərinə sadiq qalaraq bir çox sahələrdə gənclərin aktiv fəaliyyətinə, sosiallaşmasına öz töhfəsini vermişdir. Bu istiqamətdə Covid-19 pandemiyası ilə bağlı ölkədə karantin vəziyyətinin elan edilməsindən sonra digər könüllü təşkilatları kimi “Ədliyyə Könüllüləri” ictimai birliyi də aktiv şəkildə proseslərə qoşulmuş, Azərbaycan Könüllülərinin Əlaqələndirmə Mərkəzinin (AKƏM) üzvi kimi sosial yardım, maarifləndirmə və digər humanitar kampaniyalarda yaxından iştirak etmişdir. 2020-ci ilin sonlarında başlanan Vətən Müharibəsində də ictimai birliyin üzvləri aktiv şəkildə dünya mediasında informasiya mübarizəsində aktiv iştirak etmiş, dünya ictimaiyyətinin düzgün məlumatlandırılmasına öz töhfələrini vermişlər. AKƏM-in bazasında yaradılmış Azərbaycan Könüllü Təşkilatları İttifaqının (AKTİ) üzvlüyünə qəbul olduqdan sonra da ictimai birlik öz fəaliyyətini davam etdirmiş, hüquq və digər sahələrdə gənclərin maariflənməsi, sosial fəaliyyətlərə və layihələrə cəlb olunması, o cümlədən şəbəkələşməsi istiqamətində öz töhfəsini vermişdir.

"Ədliyyə könüllülüləri" hərəkatı çərçivəsində həyata keçirilmiş layihə və tədbirlər

Könüllülük hərəkatı çərçivəsində layihə və tədbirlər təşkil olunarkən könüllülük hərəkatının və onun timsalında ictimai birliyin ədalətli, vətənpərvər və yenilikçi dəyərləri əsas etalon olaraq qəbul olunur. Layihə və tədbirlərin təşkilində əsas məqsəd gənclərin müxtəlif istiqamətlər üzrə əsas və yardımçı bilik və bacarıqlarının artırılması, dövlət idarəetməsində ictimai fəallığın stimullaşdırılması, asudə vaxtın səmərəli təşkili, geniş kommunikasiyaların, şəbəkələşmənin formalaşdırılması, yerli və beynəlxalq arenalarda təmsil olunma, ölkəmizin və ölkə gəncliyinin qlobal sferada tanınmasına töhfə verilməsidir.

Sənədlər