Azərbaycan Respublikası Ədliyyə Nazirliyi

Ədliyyə Nazirliyi vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatının aparılmasını təşkil edir. Bu fəaliyyət Nazirliyin Notariat, qeydiyyat və reyestr baş idarəsi tərəfindən həyata keçirilir.

Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri öz səlahiyyətləri daxilində doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını dəyişir, tamamlayır, düzəldir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və təkrar şəhadətnamələr verirlər. 

Fəaliyyətin sahələri

Doğumun qeydə alınması

Doğumun qeydə alınması üçün zəruri olan sənədlər aşağıdakılardır:

    1. valideynlərin şəxsiyyətini təsdiq edən sənədlər
    2. valideynlərin nikah haqqında şəhadətnaməsi
    3. valideynlərin doğum haqqında şəhadətnaməsi
    4. doğum faktını, vaxtını və yerini təsdiq edən tibb müəssisəsindən sənəd
    5. uşaq tibb müəssisəsindən kənarda doğulduqda, doğuma kömək göstərmiş və ya doğuşdan sonra valideynlərin müraciət etdiyi həkimin verdiyi sənəd
    6. uşaq ölü doğulubsa, onun ölü doğulması barədə həkimin verdiyi sənəd
    7. uşaq, ana tibb müəssisəsindən çıxmamışdan əvvəl ölübsə, doğum və ölüm barədə həkimin verdiyi sənəd
    8. tapılmış uşaqlar haqqında uşağın tapılması haqqında sənədi, yaşı və cinsi barədə tibbi arayışı, habelə ona veriləcək ad, ata adı və soyad barədə qəyyumluq orqanının razılığı və ya göstərişi
    9. atılmış uşaqlar haqqında uşağın atılması haqqında sənəd, doğum yeri, tarixi və cinsi barədə tibbi şəhadətnamən, habelə ona veriləcək ad, ata adı və soyad barədə qəyyumluq orqanının razılığını və ya göstərişi
    10. doğum faktının müəyyən olunması haqqında qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi
    11. doğumun qeydə alınması üçün müəyyən olunmuş 1 aylıq müddət keçdikdə uşağın sağlamlığı barədə həkim arayışı

Doğumun qeydiyyatı zamanı iştirak etməli olan şəxslərin siyahısı:

    1. valideynlər və ya onlardan biri
    2. valideynlər üzrlü səbəbə görə müraciət edə bilmədikdə qohumlar, qonşular, uşağın doğulduğu tibb müəssisəsinin müdiriyyəti və yaxud notariat qaydasında təsdiq olunmuş etibarnamə əsasında səlahiyyətli şəxslər
      Qeyd 1: Qanunvericilikdə nəzərdə tutuluş müddət keçdikdən sonra doğumun qeydə alınması üçün valideynlər və ya onlardan biri müraciət etməlidir
      Qeyd 2: Nikahı olmayan anadan doğulmuş uşağın doğumunun qeydə alınması üçün ana şəxsən və ya onu etibarnamə əsasında təmsil edən nümayəndəsi vasitəsilə müraciət edə bilər
    3. yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə yerli komissiya

  • Üzrlü səbəblər olmadan valideynlər tərəfindən doğumun qeydə alınması üçün qanunvericiliklə müəyyən edilmiş 1 aylıq müddətdə müraciət edilmədikdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələblərinə əsasən inzibati tənbeh tədbirləri tətbiq edilir.
  • Doğum bu barədə məlumat verən şəxsin seçdiyi, doğum faktı məhkəmə qaydasında müəyyən edildikdə isə məhkəmə qətnaməsinin çıxarıldığı yer üzrə qeydiyyat şöbəsi, konsulluq idarəsi və ya icra hakimiyyətinin nümayəndəliyi tərəfindən dövlət qeydiyyatına alınır.
  • Doğumun dövlət qeydiyyatı qeydiyyat şöbəsinə, konsulluq idarəsinə və icra hakimiyyətinin nümayəndəliyinə getmədən elektron müraciət əsasında həyata keçirilə bilər. Şəxsin arzusundan asılı olaraq müvafiq şəhadətnamə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin informasiya sistemindən çap olunaraq vəzifəli şəxsin imzası ilə təsdiq edilməklə kağız daşıyıcıda da təqdim edilə bilər.
  • Doğumun elektron qeydiyyatı zamanı elektron şəhadətnamə informasiya sistemində generasiya olunur və Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müraciət edən şəxsin elektron kabinetində yerləşdirilməsi üçün “MyGov” Elektron Hökumət Portalına ötürülür.
  • Doğumun qeydiyyatı üçün zəruri olan sənədlərin Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda, həmin sənədlər və ya məlumatlar ərizəçidən tələb edilmir.
  • Belə sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi ərizəçinin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya ərizəçi tərəfindən təmin edilir.

Dövlət rüsumunun məbləği:

Doğumun qeydə alınması və bu barədə ilkin şəhadətnamələrin verilməsi üçün dövlət rüsumu ödənilmir.

Nikahın qeydə alınması

Nikahın qeydə alınması üçün zəruri olan sənədlər aşağıdakılardır:

    1. nikaha daxil olmağı arzu edən şəxslərin yazılı ərizələri
    2. nikaha daxil olmağı arzu edən şəxslərin şəxsiyyətini təsdiq edən sənədlər
    3. nikaha daxil olmaq istəyən şəxslərin tibbi müayinədən keçdiklərini təsdiq edən sənəd
    4. əcnəbilərin və ya vətəndaşlığı olmayan şəxslərin şəxsiyyətini təsdiq edən sənədlərdə ailə vəziyyəti barədə qeyd olmadıqda, onların vətəndaş olduğu və ya daimi yaşadığı ölkənin səlahiyyətli orqanlarından verilən və müvafiq qaydada leqallaşdırılmış ailə vəziyyəti haqqında arayış
    5. əvvəllər nikahda olmuş şəxslər nikahın pozulması haqqında şəhadətnaməni (surətini) və ya ərinin (arvadının) ölüm haqqında şəhadətnaməsini (surətini), yaxud nikahın etibarsız sayılması barədə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsini və ya ondan çıxarış
    6. 1944-cü il 8 iyul tarixinədək faktiki nikah münasibətlərində olmuş şəxslərdən biri öldükdə və ya xəbərsiz itkin düşdükdə faktiki nikah münasibətlərində olma faktını təsdiq edən məhkəmə qərarı
    7. əcnəbi və ya vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasının ərazisində qanuni əsaslarla olmasını və ya yaşamasını təsdiq edən sənədin surəti
    8. dövlət rüsumunun ödənilməsi barədə sənəd

Nikahın qeydiyyatı zamanı iştirak etməli olan şəxslərin siyahısı:

    • nikaha daxil olan şəxslərin hər ikisi

  • “myGov” elektron hökumət portalı vasitəsilə ailə üzvləri və ailə vəziyyəti haqqında elektron imza ilə təsdiq edilmiş arayışlar rəqəmsal formada əldə edilə bilər.
  • Nikahın qeydə alınması nikaha daxil olanlardan və ya onların valideynlərindən birinin seçdiyi hər hansı bir qeydiyyat şöbəsi, konsulluq idarəsi və icra hakimiyyətinin nümayəndəliyi tərəfindən həyata keçirilir.
  • Göstərilən sənədlərin Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda, həmin sənədlər və ya məlumatlar ərizəçidən tələb edilmir.
  • Belə sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi ərizəçinin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya ərizəçi tərəfindən təmin edilir.
  • Qeyd 1: Nikaha daxil olmağı arzu edənlərdən biri və ya hər ikisi əcnəbi və ya vətəndaşlığı olmayan şəxs olduğu halda onun (onların) Azərbaycan Respublikasının ərazisində qanuni əsaslarla olmasını və ya yaşamasını təsdiq edən sənədin surəti, eləcə də ailə vəziyyətinə dair arayış ərizəyə əlavə edilməlidir.
  • Qeyd 2: Azərbaycan Respublikasının Ailə Məcəlləsində, Azərbaycan Respublikasının Cinayət Məcəlləsində və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında 28 iyun 2024-cü il tarixli, 1198-VIQD nömrəli Qanunla Ailə Məcəlləsinin 12-ci maddəsinə əsasən qardaşların və (və ya) bacıların ümumi bioloji baba və (və ya) nənəsi olan uşaqları, habelə bioloji qohumluğu olan əmi (dayı) və qardaş (bacı) qızı, həmçinin bibi (xala) və qardaş (bacı) oğlu arasında nikahın bağlanmasına yol verilməməsinə dair müddəalar əlavə edilmişdir.
  • Bildiriş: Qardaşların və (və ya) bacıların ümumi bioloji baba və (və ya) nənəsi olan uşaqları, habelə bioloji qohumluğu olan əmi (dayı) və qardaş (bacı) qızı, həmçinin bibi (xala) və qardaş (bacı) oğlu arasında nikahın bağlanması qadağandır.

Dövlət rüsumunun məbləği:
Nikahın qeydə alınması üçün 10 manat dövlət rüsumu ödənilməlidir.

Nikahın pozulmasının qeydə alınması

Nikahın pozulmasının qeydə alınması üçün zəruri olan sənədlər aşağıdakılardır:

    1. yetkinlik yaşına çatmayan ümumi uşaqları olmayan ər-arvadın nikahın pozulması haqqında birgə razılıq ərizəsi
    2. ərizə verən şəxslərin şəxsiyyətini təsdiq edən sənədlər
    3. yetkinlik yaşına çatmayan ümumi uşaqların olmasından asılı olmayaraq ərin (arvadın) ərizəsi əsasında nikahın pozulması aşağıdakı sənədlər təqdim edildikdə aparılır:
      1. ərin və ya arvadın xəbərsiz itkin düşməsi barədə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi
      2. ərin və ya arvadın fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi
    4. məhkəmə qaydasında fəaliyyət qabiliyyəti olmayan hesab edilən ərin (arvadın) qəyyumunun ərizəsi
    5. nikahın pozulması haqqında məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi
    6. nikahın etibarsız sayılması barədə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi
    7. ər (arvadın) birgə ərizəsi və ya ərin (arvadın) ərizəsi əsasında nikah pozulduqda nikah haqqında şəhadətnamə
    8. dövlət rüsumunun ödənilməsi barədə sənəd

Nikahın pozulmasının qeydiyyatı zamanı iştirak etməli olan şəxslərin siyahısı:

    1. birgə razılıq ərizəsi əsasında nikah pozulduqda - ər və arvadın hər ikisi
    2. ərin (arvadın) ərizəsi əsasında nikah pozulduqda - ər və ya arvad
    3. məhkəmə qətnaməsi əsasında nikah pozulduqda - ər və arvad (birlikdə və ya ayrılıqda)
    4. məhkəmə qaydasında fəaliyyət qabiliyyəti olmayan hesab edilən ərin (arvadın) qəyyumu
    5. notariat qaydasında təsdiq olunmuş etibarnamə əsasında səlahiyyətli şəxslər
  • Ərizə əsasında nikahın pozulması ər-arvadın və ya onlardan birinin seçdiyi, məhkəmə qətnaməsi əsasında nikahın pozulması isə bu barədə qətnamənin çıxarıldığı yer üzrə qeydiyyat şöbəsi və konsulluq idarəsində dövlət qeydiyyatına alınır.
  • Nikahın pozulmasının dövlət qeydiyyatı nəticəsində hüquqi əhəmiyyətini itirən sənədlər istisna edilməklə, göstərilən sənədlərin Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda, həmin sənədlər və ya məlumatlar ərizəçidən tələb edilmir.
  • Belə sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi ərizəçinin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya ərizəçi tərəfindən təmin edilir.

Dövlət rüsumunun məbləği:

  • yetkinlik yaşına çatmamış ümumi uşaqları olmayan ər-arvadın qarşılıqlı razılığı əsasında və məhkəmə qətnaməsi əsasında (qətnamədə dövlət rüsumunu tərəflərdən hansının ödəməli olduğu göstərilmədikdə, qeydiyyat üçün birinci müraciət etmiş tərəfdən) – 20 manat
  • digər tərəf müəyyən edilmiş qaydada xəbərsiz itkin düşmüş, yaxud fəaliyyət qabiliyyəti olmayan hesab edilmiş şəxsdirsə – 2 manat 
Övladlığa götürmənin qeydə alınması

Övladlığa götürmənin qeydə alınması üçün zəruri olan sənədlər aşağıdakılardır:

    1. övladlığa götürənlərin birgə ərizəsi və ya onlardan birinin ərizəsi
    2. övladlığa götürənlərin şəxsiyyətini təsdiq edən sənədlər
    3. övladlığa götürmə haqqında məhkəmə qətnaməsi
    4. övladlığa götürülmüş uşağın doğum haqqında şəhadətnaməsi

Övladlığa götürmənin qeydə alınması zamanı iştirak etməli olan şəxslərin siyahısı:

    1. övladlığa götürən-kişi və ya qadın
    2. övladlığa götürənlər-kişi və qadın
    3. notariat qaydasında təsdiq olunmuş etibarnamə əsasında səlahiyyətli şəxslər

  • Övladlığa götürmənin dövlət qeydiyyatı övladlığa götürmə haqqında məhkəmə qətnaməsinə əsasən qətnamənin çıxarıldığı yer üzrə qeydiyyat şöbəsi və konsulluq idarəsi tərəfindən aparılır.
  • Azərbaycan Respublikası Ailə Məcəlləsinin 118.20-ci maddəsinə uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemindən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin informasiya sisteminə daxil olmuş uşağın övladlığa götürülməsi barədə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsindən çıxarışa əsasən övladlığa götürmənin qeydiyyatı aparılır.
  • Övladlığa götürmə məhkəmə tərəfindən ləğv edildikdə isə məhkəmənin həmin qətnaməsi qanuni qüvvəyə mindikdən sonra Azərbaycan Respublikası Ailə Məcəlləsinin 131.4-cü maddəsinə uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemindən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin informasiya sisteminə daxil olmuş övladlığa götürmənin ləğv olunması barədə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsindən çıxarışa əsasən övladlığa götürülənin doğumu haqqında akt qeydində övladlığa götürmədən əvvəl olmuş bütün ilkin məlumat bərpa edilir.

Dövlət rüsumunun məbləği:
Övladlığa götürülmənin qeydə alınması və bu barədə ilkin şəhadətnamələrin verilməsi üçün dövlət rüsumu ödənilmir.

Atalığın müəyyən edilməsinin qeydə alınması

Atalığın müəyyən edilməsinin qeydə alınması üçün zəruri olan sənədlər aşağıdakılardır:

    • atalığın müəyyən edilməsi üçün uşağın atasının və anasının (valideynlərin) birgə ərizəsi
    • ərizə verən şəxslərin şəxsiyyətini təsdiq edən sənədlər
    • uşağın doğum haqqında şəhadətnaməsi
    • atalıq məhkəmə qaydasında müəyyən edilərsə qanuni qüvvəyə minmiş qətnamə
    • ana öldükdə, fəaliyyət qabiliyyəti olmayan hesab edildikdə, ananın yaşayış yerini müəyyən etmək olmadıqda və ya o, valideynlik hüquqlarından məhrum edildikdə uşağın atasının ərizəsi ilə yanaşı:
      • qəyyumluq və himayə orqanlarının razılığını təsdiq edən sənəd
      • ananın ölümü haqqında şəhadətnamə (surəti)
      • ananın fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsindən çıxarış
      • ananın valideynlik hüquqlarından məhrum olunması barədə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsindən çıxarış
      • ananın xəbərsiz itkin düşmüş hesab edilməsi barədə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsindən çıxarış və ya onun yaşadığı yeri müəyyən etməyin mümkün olmamasını təsdiq edən sənəd təqdim edilməlidir
    • yetkinlik yaşına çatmış şəxs barədə atalıq müəyyən olunduqda onun razılığı
    • həmin şəxs fəaliyyət qabiliyyəti olmayan hesab edildikdə onun qəyyumunun və ya qəyyumluq və himayə orqanının razılığı

Atalığın müəyyən edilməsinin qeydə alınması zamanı iştirak etməli olan şəxslərin siyahısı:

    • valideynlər (ata və ana)
    • tək atanın ərizəsi əsasında - uşağın atası
    • atalıq məhkəmə qaydasında müəyyən edildikdə valideynlər və ya onlardan biri
    • yetkinlik yaşına çatmış şəxs barədə atalıq müəyyən olunduqda həmin şəxs və valideynlər
    • yetkinlik yaşına çatmış şəxs fəaliyyət qabiliyyəti olmayan hesab edildikdə – qəyyum və ya himayəçi
    • notariat qaydasında təsdiq olunmuş etibarnamə əsasında səlahiyyətli şəxslər

  • Ərizə əsasında atalığın müəyyən edilməsi valideynlərin seçdiyi, atalıq məhkəmə tərəfindən müəyyən edildikdə isə məhkəmə qətnaməsinin çıxarıldığı yer üzrə qeydiyyat şöbəsində və ya konsulluq idarəsində dövlət qeydiyyatına alınır.
  • Atalığın müəyyən edilməsinin dövlət qeydiyyatı nəticəsində hüquqi əhəmiyyətini itirən sənədlər istisna edilməklə, göstərilən sənədlərin Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda, həmin sənədlər və ya məlumatlar ərizəçidən tələb edilmir.
  • Belə sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi ərizəçinin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya ərizəçi tərəfindən təmin edilir.

Dövlət rüsumunun məbləği:
Atalığın müəyyən edilməsinin qeydə alınması və bu barədə ilkin şəhadətnamələrin verilməsi üçün dövlət rüsumu ödənilmir.

Adın, ata adının və soyadın dəyişdirilməsinin qeydə alınması

Adın, ata adının və soyadın dəyişdirilməsinin qeydə alınması üçün zəruri olan sənədlər aşağıdakılardır:

    • adın, ata adının və soyadın dəyişdirilməsi haqqında ərizə
    • ərizə verən şəxsin doğumu haqqında şəhadətnamə
    • ərizə verən şəxs nikahdadırsa, nikah haqqında şəhadətnamə
    • ərizə verən şəxsin nikahı pozulmuşdursa, nikahın pozulması haqqında şəhadətnamə
    • ərizə verən şəxsin uşaqları vardırsa, onların doğumu haqqında şəhadətnamələr
    • şəxsiyyəti təsdiq edən sənədin notariat qaydasında təsdiq olunmuş surəti
    • ilkin hərbi qeydiyyata alınma haqqında vəsiqənin və ya hərbi biletin notariat qaydasında təsdiq edilmiş surəti
    • ərizə verən şəxsin 3x4sm ölçüdə 2 ədəd fotoşəkili
    • dövlət rüsumunun ödənilməsi barədə sənəd

Adın, ata adının və soyadın dəyişdirilməsinin qeydə alınması zamanı iştirak etməli olan şəxslərin siyahısı:

    • ərizə verən şəxsin özü
    • notariat qaydasında təsdiq olunmuş etibarnamə əsasında səlahiyyətli şəxslər

Ərizə əsasında adın, ata adının və soyadın dəyişdirilməsi vətəndaşın seçdiyi, məhkəmə qətnaməsi əsasında dəyişdirilməsi isə bu barədə qətnamənin çıxarıldığı yer üzrə qeydiyyat şöbəsi və konsulluq idarəsində dövlət qeydiyyatına alınır.

Dövlət rüsumunun məbləği:
Soyadın, adın və ata adının dəyişdirilməsinin qeydə alınması üçün 15 manat dövlət rüsumu ödənilməlidir

Ölümün qeydə alınması

Ölümün qeydə alınması üçün zəruri olan sənədlər aşağıdakılardır:

    1. ölən şəxsin şəxsiyyətini təsdiq edən sənəd
    2. ölən şəxs Azərbaycan Respublikasında müvəqqəti və ya daimi yaşayan, habelə qaçqın statusu almış əcnəbi və vətəndaşlığı olmayan şəxs olduqda müvafiq olaraq Azərbaycan Respublikasında müvəqqəti və ya daimi yaşamaq üçün icazəni təsdiq edən sənəd və ya qaçqın vəsiqələri
    3. ölən şəxs hərbi vəzifəli və ya çağırışçı olduqda hərbi bilet (hərbi xidmətlə bağlı olan sənədlər).

Ölümün qeydə alınması zamanı iştirak etməli olan şəxslərin siyahısı:

Qeydiyyat şöbəsi Azərbaycan Respublikasının ərazisində ölmüş şəxsin ölümünü informasiya sisteminə ötürülmüş məlumat əsasında həmin məlumatın ötürüldüyü iş günü ərzində hər hansı şəxsin iştirakı olmadan dövlət qeydiyyatına alır.

  • Ölüm bu barədə məlumat verən şəxsin seçdiyi, ölüm faktı məhkəmə tərəfindən müəyyən edildikdə və ya şəxs ölmüş elan edildikdə məhkəmə qətnaməsinin çıxarıldığı yer üzrə qeydiyyat şöbəsi, konsulluq idarəsi və icra hakimiyyəti nümayəndəliyində dövlət qeydiyyatına alınır.
  • Ölümün dövlət qeydiyyatı qeydiyyat şöbəsinə, icra hakimiyyətinin nümayəndəliyinə və konsulluq idarəsinə getmədən elektron müraciət əsasında həyata keçirilə bilər. Şəxsin arzusundan asılı olaraq müvafiq şəhadətnamə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin informasiya sistemindən çap olunaraq vəzifəli şəxsin imzası ilə təsdiq edilməklə kağız daşıyıcıda da təqdim edilə bilər.
  • Ölümün elektron qeydiyyatı zamanı elektron şəhadətnamə informasiya sistemində generasiya olunur və Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müraciət edən şəxsin elektron kabinetində yerləşdirilməsi üçün “MyGov” Elektron Hökumət Portalına ötürülür.
  • Ölüm haqqında məlumat tibb müəssisəsi tərəfindən Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən isə həmin gün EHİS vasitəsilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin informasiya sisteminə və oradan da avtomatlaşdırılmış rejimdə ölümün baş verdiyi yer üzrə qeydiyyat şöbəsinə ötürülür.
  • Qeydiyyat şöbəsi Azərbaycan Respublikasının ərazisində ölmüş şəxsin ölümünü informasiya sisteminə ötürülmüş məlumat əsasında həmin məlumatın ötürüldüyü iş günü ərzində dövlət qeydiyyatına alır.
  • Ölüm haqqında tibbi şəhadətnamə olmadıqda ölüm faktı məhkəmə qaydasında müəyyən edilir. Bu halda Azərbaycan Respublikası Ailə Məcəlləsinin 194.2-ci maddəsinə uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemindən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin informasiya sisteminə daxil olmuş ölüm faktının müəyyən olunması və ya şəxsin ölmüş elan edilməsi barədə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsindən çıxarışa əsasən ölümün qeydiyyatı aparılır.
  • Azərbaycan Respublikası vətəndaşının, Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxsin və ya əcnəbinin xarici ölkədə öldüyü və ölüm həmin ölkənin səlahiyyətli orqanlarında və konsulluq idarəsində qeydə alınmadığı hallarda ölümün qeydiyyatı bu ölkədə verilmiş ölüm faktını təsdiq edən tibbi sənəd əsasında qeydiyyat şöbəsi tərəfindən aparılır.

Dövlət rüsumunun məbləği:
Ölümün qeydə alınması və bu barədə ilkin şəhadətnamələrin verilməsi üçün dövlət rüsumu ödənilmir.

Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı haqqında təkrar şəhadətnamələrin (arayışların) verilməsi

Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı haqqında təkrar şəhadətnamələrin (arayışların) verilməsi üçün zəruri olan sənədlər:

    • Ərizə (Nazirliyin rəsmi veb saytında "Ərizə və sorğu formaları" bölməsindən müvafiq ərizə formasını əldə etmək mümkündür)
    • ərizə verən şəxsin şəxsiyyətini təsdiq edən sənəd
    • ölənlər barəsində təkrar şəhadətnamənin (arayışın) alınması üçün qohumluq münasibətlərini təsdiq edən sənədlər (doğum, nikah və sair vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı haqqında şəhadətnamələr (arayışlar)
    • dövlət rüsumunun ödənilməsi barədə sənəd

  • Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin informasiya sistemindəki məlumatların vətəndaşlıq vəziyyəti akt qeydlərindəki məlumatlara uyğunluğu yoxlanılmaqla şəxslərə vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı haqqında təkrar şəhadətnamə və ya arayış verilir.
  • Təkrar şəhadətnamənin (arayışın) verilməsi üçün maraqlı şəxslər tərəfindən seçdiyi qeydiyyat şöbəsinə, Vətəndaşlıq vəziyyəti aktlarının arxivinə, Naxçıvan Muxtar Respublikası Vətəndaşlıq vəziyyəti aktlarının arxivinə və ya akt qeydinin olduğu konsulluq idarəsinə müraciət olunur.
  • Qeyd edək ki, “myGov” elektron hökumət portalı vasitəsilə ailə üzvləri və ailə vəziyyəti haqqında elektron imza ilə təsdiq edilmiş arayışlar rəqəmsal formada əldə edilə bilər.
  • Təkrar şəhadətnamənin (arayışın) verilməsi üçün sənədlərin Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda, həmin sənədlər və ya məlumatlar ərizəçidən tələb edilmir. Belə sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi ərizəçinin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya ərizəçi tərəfindən təmin edilir.

Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı haqqında təkrar şəhadətnamələrin (arayışların) verilməsi zamanı iştirak etməli olan şəxslərin siyahısı:

    • barəsində müvafiq vətəndaşlıq vəziyyəti aktının qeydi tərtib olunmuş şəxsin özü
    • yetkinlik yaşına çatmayanlar barəsində onların valideynləri, övladlığa götürənlər, qəyyumları və ya qəyyumluq və himayə orqanları, sosial xidmət müəssisələri və əhalinin sosial müdafiəsi orqanları
    • ölənlər barəsində - ölmüş şəxsin qohumları
    • notariat qaydasında təsdiq olunmuş etibarnamə əsasında səlahiyyətli şəxslər

Dövlət rüsumunun məbləği:
Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı barədə təkrar şəhadətnamələrin verilməsi üçün 3 manat dövlət rüsumu ödənilir. Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı barədə arayışların verilməsi üçün dövlət rusumu ödənilmir.

Vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik edilməsi və itmiş akt qeydlərinin bərpası

Vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik edilməsi və itmiş akt qeydlərinin bərpası üçün zəruri olan sənədlərin siyahısı:

    • Müraciət edən şəxsin ərizəsi
    • Ərizəçinin şəxsiyyətini təsdiq edən sənəd
    • Vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik və ya onların bərpası məhkəmə qərarı əsasında həyata keçirildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi
    • Vətəndaşlıq vəziyyəti akt qeydində dəyişiklik və ya bərpa edilməsi üçün əsas olan digər sənədlər

Vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik edilməsi və itmiş akt qeydlərinin bərpası zamanı iştirak etməli olan şəxslərin siyahısı:

    • barəsində vətəndaşlıq vəziyyəti aktının qeydi tərtib olunmuş şəxsin özü
    • yetkinlik yaşına çatmayanlar barəsində onların valideynləri, qəyyumu və ya qəyyumluq və himayə orqanları
    • fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxsin qəyyumu
    • ölənlər barəsində onların qanuni varisləri
    • notariat qaydasında təsdiq olunmuş etibarnamə əsasında səlahiyyətli şəxslər
  • Vətəndaşlıq vəziyyəti akt qeydində ərizə əsasında dəyişiklik edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda ərizə verən şəxsin seçdiyi, məhkəmə qətnaməsi əsasında isə bu barədə qətnamənin çıxarıldığı yer üzrə qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən həyata keçirilir.
  • Aidiyyəti şəxslər arasında mübahisə olduqda akt qeydində dəyişiklik məhkəmənin qətnaməsi əsasında aparılır.
  • Azərbaycan Respublikası Ailə Məcəlləsinin 161.4-cü maddəsinə uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə vətəndaşlıq vəziyyəti akt qeydində dəyişiklik edilməsi barədə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsindən çıxarış daxil olduqda qeydiyyat şöbələri və ya konsulluq idarələri tərəfindən rəy tərtib edilmədən akt qeydinin qeydiyyat şöbələrində və ya konsulluq idarələrində saxlanılan nüsxəsinin üzərində zəruri dəyişiklik edilir.
  • Vətəndaşlıq vəziyyəti akt qeydlərinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında ərizə verənlərin seçdiyi yer üzrə qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən icra edilir.
  • İtmiş akt qeydinin qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydasında müəyyən edilir.
  • Xarici ölkədə tərtib edilmiş vətəndaşlıq vəziyyəti akt qeydini və ya onun mövcudluğu barədə məlumatı əldə etmək mümkün olmadıqda, qeydiyyat şöbələri və ya konsulluq idarələri həmin akt qeydini bərpa edir və müvafiq şəhadətnamə verir.
  • Azərbaycan Respublikası Ailə Məcəlləsinin 162.3-cü maddəsinə uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə vətəndaşlıq vəziyyəti akt qeydlərinin bərpa edilməsi barədə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsindən çıxarış daxil olduqda qeydiyyat şöbələri və ya konsulluq idarələri tərəfindən rəy tərtib edilmədən akt qeydi bərpa olunur və maraqlı şəxs müraciət etdikdə ona müvafiq şəhadətnamə və ya arayış verilir.

Dövlət rüsumunun məbləği:
Vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik edilməsi və onların bərpası ilə əlaqədar şəhadətnamələrin verilməsi üçün 3 manat dövlət rüsumu ödənilməlidir.

Soyad sonluğuna dəyişiklik edilməsi qaydası

Soyad sonluğuna dəyişiklik edilməsi üçün zəruri olan sənədlərin siyahısı:

    • ərizə ilə müraciət edənin şəxsiyyətini təsdiq edən sənədin surəti 
    • dəyişiklik edilməli olan akt qeydləri əsasında verilmiş bütün digər şəhadətnamələr

Soyad sonluğuna dəyişiklik edilməsi zamanı iştirak etməli olan şəxslərin siyahısı:

    • 18 yaşına çatmış hər bir vətəndaş soyadının sonluğuna dəyişiklik edilməsi üçün müraciət etmək hüququna malikdir 
    • 18 yaşına çatmayanların soyadlarının sonluğuna dəyişiklik onların valideynlərinin və digər qanuni nümayəndələrinin (övladlığa götürənlərin, qəyyumun və ya himayəçinin) ərizəsi əsasında həyata keçirilir 
    • notariat qaydasında təsdiq olunmuş etibarnamə əsasında səlahiyyətli şəxslər

Qeyd: 10 yaşına çatmış uşağın soyadının sonluğu yalnız onun razılığı ilə dəyişdirilir.

Dövlət rüsumunun məbləği:
Soyadın sonluğunun dəyişdirilməsi ilə əlaqədar yeni hüquqi sənədlərin verilməsi üçün dövlət rüsumu nəzərdə tutulmamışdır

Tez-tez verilən suallar

Hamısına bax
Azərbaycan Respublikasında nikah neçə yaşdan bağlana bilər?

Azərbaycan Respublikasında nikah yaşı 18 yaş müəyyən olunmuşdur.

Vətəndaşlıq vəziyyətli aktlarının dövlət qeydiyyatı hansı qurumlar tərəfindən həyata keçirilir?

Vətəndaşlıq vəziyyətli aktlarının dövlət qeydiyyatı Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin və Naxçıvan Muxtar Respublikasının ərazisində Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri, nikah evləri, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin xaricdəki konsulluq idarələri, rayon tabeli şəhərlərdə, qəsəbələrdə və kəndlərdə rayon, şəhər, şəhər rayonu icra hakimiyyətlərinin nümayəndəlikləri (bundan sonra – müvafiq olaraq "qeydiyyat şöbəsi", "konsulluq idarəsi, "icra hakimiyyətinin nümayəndəliyi"), habelə “ASAN xidmət” mərkəzlərində fəaliyyət göstərən qeydiyyat şöbələri tərəfindən həyata keçirilir.

Azərbaycan Respublikası vətəndaşları öz adını, ata adını və soyadını dəyişdirə bilərmi?

Azərbaycan Respublikası vətəndaşlarının öz adını, ata adını və soyadını dəyişdirməsinə 18 yaşına çatdıqdan sonra yol verilir.

Hansı hallarda nikahın qeydə alınması müddəti azaldıla bilər?

Üzrlü səbəblər (təcili olaraq uzunmüddətli ezamiyyətə getmə və ya daimi yaşamaq üçün başqa yerə köçmə, birgə uşaqların olması, nikaha daxil olmaq istəyən qadının hamilə olması, evlənənlərin və ya onların yaxın qohumlarının ağır xəstəliyi, hərbi xidmətə çağırılma və digər hallar) olduqda nikahın bağlanma müddəti qeydiyyat şöbəsi və ya icra hakimiyyətinin nümayəndəliyi tərəfindən azaldıla və ya 1 aydan çox olmayan müddətə uzadıla bilər. Nikaha daxil olmaq istəyən şəxslərin ümumi uşaqları olduqda, onların hər ikisinin yaşı 50-dən yuxarı olduqda, habelə qadın hamilə olduqda nikahın qeydiyyatı ərizə verilən gün aparıla bilər.

Nikah müqaviləsi nədir və hansı qaydada bağlanır?

Nikah müqaviləsi nikaha daxil olan şəxslər arasında bağlanan, nikah dövründə və nikah pozulduqda ər-arvadın əmlak hüquqlarını və vəzifələrini müəyyən edən sazişdir. Nikah müqaviləsi nikahın dövlət qeydiyyatına qədər, eləcə də nikah dövründə istənilən vaxt bağlana bilər. Nikahın dövlət qeydiyyatına qədər bağlanmış nikah müqaviləsi nikahın dövlət qeydiyyatına alındığı gündən qüvvəyə minir. Nikah müqaviləsi yazılı formada bağlanır və notariat qaydasında təsdiq olunur.

Xarici məhkəmələrin qətnamələri əsasında nikahın pozulması hansı qaydada aparılır?

Nikahın pozulması haqqında xarici məhkəmələrin (MDB-nin üzvü olan ölkələrin məhkəmələrindən başqa) qətnamələri Azərbaycan Respublikasının Ali Məhkəməsi tərəfindən tanındıqdan sonra icra edilir.

Adın, ata adının və soyadın dəyişdirilməsi hansı hallarda mümkün deyildir?

Ərizə verən şəxs cinayət mühakimə icraatına şübhəli və ya təqsirləndirilən şəxs qismində cəlb edildiyi dövrdə, onun götürülməmiş və ya ödənilməmiş məhkumluğu olduqda, habelə barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilmiş şəxs olduqda adın, ata adının, soyadın dəyişdirilməsinə yol verilmir.

Ölümün qeydə alınması necə həyata keçirilir?

Ölüm haqqında məlumat tibb müəssisəsi tərəfindən Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən isə həmin gün EHİS vasitəsilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin informasiya sisteminə və oradan da avtomatlaşdırılmış rejimdə ölümün baş verdiyi yer üzrə qeydiyyat şöbəsinə ötürülür. Qeydiyyat şöbəsi Azərbaycan Respublikasının ərazisində ölmüş şəxsin ölümünü informasiya sisteminə ötürülmüş məlumat əsasında həmin məlumatın ötürüldüyü iş günü ərzində dövlət qeydiyyatına alır.

Qohumluq əlaqələri olduğu halda nikah mümkündürmü?

Azərbaycan Respublikası Ailə Məcəlləsinin 12-ci maddəsinə əsasən yaxın qohumlar (valideynlər və uşaqlar, baba-nənə və nəvələr, doğma və ögey (ümumi ata və anası olan) qardaş və bacılar), övladlığa götürənlər və övladlığa götürülənlər arasında nikahın bağlanmasına yol verilmir.
Eyni zamanda, 2024-cü il 28 iyun tarixli 1198-VIQD nömrəli Qanunla Məcəllənin 12-ci maddəsinə qardaşların və (və ya) bacıların ümumi bioloji baba və (və ya) nənəsi olan uşaqları, habelə bioloji qohumluğu olan əmi (dayı) və qardaş (bacı) qızı, həmçinin bibi (xala) və qardaş (bacı) oğlu arasında nikahıın bağlanmasına yol verilməməsinə dair müddəalar əlavə edilmişdir və həmin dəyişiklik 2025-ci il iyulun 1-dən qüvvəyə minib.

Statistika

Statistik rəqəmlər 2025-ci ilin 9 ayını əhatə edir.

VVAQ ümumi sayı
191,643 Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatının ümumi sayı

Xidmət məntəqələri

map
Qeydiyyat şöbələri

Bütün regionlar üzrə 80 qeydiyyat şöbəsi

Abşeron rayon qeydiyyat şöbəsi

Abşeron ray, Xırdalan ş., Z.Əliyeva 2

Abşeron rayon qeydiyyat şöbəsi

Abşeron ray, Xırdalan ş., Z.Əliyeva 2

iş günləri: II-III-IV-V-VI, iş saatları: 10:00-19:00, fasilə: 14:00-15:00
Ağcabədi regional "Asan xidmət" mərkəzində qeydiyyat şöbəsi

Ağcabədi şəhəri, Nəriman Nərimanov kolxozu ərazisi

Ağcabədi regional "Asan xidmət" mərkəzində qeydiyyat şöbəsi

Ağcabədi şəhəri, Nəriman Nərimanov kolxozu ərazisi

İş günləri: I-II-III-IV-V-VI-VII, iş saatları: 09:00-17:00 (şənbə-bazar: 09:00-16:00)
Ağdam rayon qeydiyyat şöbəsi

Quzanlı qəsəbəsi, H.Əliyev pr.

Ağdam rayon qeydiyyat şöbəsi

Quzanlı qəsəbəsi, H.Əliyev pr.

İş günləri: II-III-IV-V-VI, iş saatları: 09:00-18:00, fasilə: 13:00-14:00
Ağdaş rayon qeydiyyat şöbəsi

H.Əliyev mərkəzi

Ağdaş rayon qeydiyyat şöbəsi

H.Əliyev mərkəzi

İş günləri: II-III-IV-V-VI, iş saatları: 10:00-19:00, fasilə: 14:00-15:00
Ağstafa rayon qeydiyyat şöbəsi

Süleyman Tatlıyev küçəsi 5

Ağstafa rayon qeydiyyat şöbəsi

Süleyman Tatlıyev küçəsi 5

İş günləri: II-III-IV-V-VI, iş saatları: 10:00-19:00, fasilə: 14:00-15:00
Ağsu rayon qeydiyyat şöbəsi

Azərbaycan küçəsi

Ağsu rayon qeydiyyat şöbəsi

Azərbaycan küçəsi

İş günləri: I-II-III-IV-V, iş saatları: 09:00-18:00, fasilə: 13:00-14:00
Astara rayon qeydiyyat şöbəsi

Heydər Əliyev prospekti 16

Astara rayon qeydiyyat şöbəsi

Heydər Əliyev prospekti 16

İş günləri: II-III-IV-V-VI, iş saatları: 09:00-18:00, fasilə: 13:00-14:00
Balakən "Asan xidmət" mərkəzində qeydiyyat şöbəsi

Balakən rayonu, Heydər Əliyev prospekti 159

Balakən "Asan xidmət" mərkəzində qeydiyyat şöbəsi

Balakən rayonu, Heydər Əliyev prospekti 159

İş günləri: I-II-III-IV-V-VI-VII, iş saatları: 09:00-17:00 (şənbə-bazar: 09:00-16:00)
Beyləqan rayon qeydiyyat şöbəsi

H.Əliyev küçəsi 18

Beyləqan rayon qeydiyyat şöbəsi

H.Əliyev küçəsi 18

İş günləri: I-II-III-IV-V, iş saatları: 10:00-19:00, fasilə: 14:00-15:00
Bərdə regional "Asan xidmət" mərkəzində qeydiyyat şöbəsi

Bərdə şəhəri, H.Əliyev pr. 100

Bərdə regional "Asan xidmət" mərkəzində qeydiyyat şöbəsi

Bərdə şəhəri, H.Əliyev pr. 100

İş günləri: I-II-III-IV-V-VI-VII, iş saatları: 09:00-17:00 (şənbə-bazar: 09:00-16:00)
Biləsuvar rayon qeydiyyat şöbəsi

Biləsuvar şəhəri, K.Əbilhəsənov küçəsi 2

Biləsuvar rayon qeydiyyat şöbəsi

Biləsuvar şəhəri, K.Əbilhəsənov küçəsi 2

İş günləri: I-II-III-IV-V, iş saatları: 09:00-18:00, fasilə: 13:00-14:00
Cəlilabad rayon qeydiyyat şöbəsi

Mirzəli Hüseynzadə küçəsi 6A

Cəlilabad rayon qeydiyyat şöbəsi

Mirzəli Hüseynzadə küçəsi 6A

İş günləri: I-II-III--IV-V, iş saatları: 10:00-19:00, fasilə: 14:00-15:00
Daşkəsən rayon qeydiyyat şöbəsi

M.Əsədov küç 8

Daşkəsən rayon qeydiyyat şöbəsi

M.Əsədov küç 8

İş günləri: II-III-IV-V-VI, iş saatları: 09:00-18:00, fasilə: 13:00-14:00
Füzuli rayon qeydiyyat şöbəsi

Bala Bəhmənli kəndi

Füzuli rayon qeydiyyat şöbəsi

Bala Bəhmənli kəndi

İş günləri: I-II-III-IV-V, iş saatları: 10:00-19:00, fasilə: 14:00-15:00
Gədəbəy rayon qeydiyyat şöbəsi

H.Əliyev prospekti 3

Gədəbəy rayon qeydiyyat şöbəsi

H.Əliyev prospekti 3

gedebey@vva.gov.az
2 saylı Gəncə "Asan xidmət" mərkəzində qeydiyyat şöbəsi

Gəncə şəhəri, Nizami prospekti 784

2 saylı Gəncə "Asan xidmət" mərkəzində qeydiyyat şöbəsi

Gəncə şəhəri, Nizami prospekti 784

İş günləri: I-II-III-IV-V-VI-VII, iş saatları: 09:00-18:00 (şənbə-bazar: 09:00-16:00)
1 saylı Gəncə "Asan xidmət" mərkəzində qeydiyyat şöbəsi

Gəncə şəhəri, H.Əliyev prospekti 87a

1 saylı Gəncə "Asan xidmət" mərkəzində qeydiyyat şöbəsi

Gəncə şəhəri, H.Əliyev prospekti 87a

İş günləri: Həftənin bütün günləri, iş saatları: 9:00-18:00 (şənbə-bazar: 9:00-16:00)
Cəbrayıl rayon qeydiyyat şöbəsi

4 saylı Cəbrayıl qəs. İcra hakimiyyətinin binası

Cəbrayıl rayon qeydiyyat şöbəsi

4 saylı Cəbrayıl qəs. İcra hakimiyyətinin binası

İş günləri: II-III-IV-V-VI, iş saatları: 10:00-19:00, fasilə: 14:00-15:00
Goranboy rayon qeydiyyat şöbəsi

Civəzadə küç 16

Goranboy rayon qeydiyyat şöbəsi

Civəzadə küç 16

İş günləri: I-II-III-IV-V, iş saatları: 10:00-19:00, fasilə: 14:00-15:00
Göyçay rayon qeydiyyat şöbəsi

N.Nərimanov küçəsi 50

Göyçay rayon qeydiyyat şöbəsi

N.Nərimanov küçəsi 50

İş günləri: II-III-IV-V-VI, iş saatları: 09:00-18:00, fasilə: 13:00-14:00
Göygöl rayon qeydiyyat şöbəsi

H.Əliyev pr 53

Göygöl rayon qeydiyyat şöbəsi

H.Əliyev pr 53

İş günləri: II-III-IV-V-VI, iş saatları: 09:00-18:00, fasilə: 13:00-14:00
Hacıqabul rayon qeydiyyat şöbəsi

İsmət Qayıbov küçəsi 29

Hacıqabul rayon qeydiyyat şöbəsi

İsmət Qayıbov küçəsi 29

İş günləri: I-II-III-IV-V, iş saatları: 10:00-19:00, fasilə: 14:00-15:00
İmişli regional "Asan xidmət" mərkəzində qeydiyyat şöbəsi

İmişli rayonu, H.Əliyev prospekti 4, AZ3000

İmişli regional "Asan xidmət" mərkəzində qeydiyyat şöbəsi

İmişli rayonu, H.Əliyev prospekti 4, AZ3000

İş günləri: I-II-III-IV-V-VI-VII, iş saatları: 09:00-17:00 (şənbə-bazar: 09:00-16:00)
İsmayıllı rayon qeydiyyat şöbəsi

H.Əliyev prospekti 49

İsmayıllı rayon qeydiyyat şöbəsi

H.Əliyev prospekti 49

İş günləri: I-II-III-IV-V, iş saatları: 09:00-18:00, fasilə: 13:00-14:00
Kürdəmir regional "Asan xidmət" mərkəzində qeydiyyat şöbəsi

Kürdəmir rayoun, Şıxımlı kəndi

Kürdəmir regional "Asan xidmət" mərkəzində qeydiyyat şöbəsi

Kürdəmir rayoun, Şıxımlı kəndi

İş günləri: I-II-III-IV-V-VI-VII, iş saatları: 09:00-17:00 (şənbə-bazar: 09:00-16:00)
Qax rayon qeydiyyat şöbəsi

M.Rahim küçəsi 1

Qax rayon qeydiyyat şöbəsi

M.Rahim küçəsi 1

İş günləri: I-II-III-IV-VII, iş saatları: 10:00-19:00, fasilə: 14:00-15:00
Qazax rayon qeydiyyat şöbəsi

H.Əliyev pr. 154A

Qazax rayon qeydiyyat şöbəsi

H.Əliyev pr. 154A

İş günləri: I-II-III-IV-V, iş saatları: 10:00-19:00, fasilə: 14:00-15:00
Qəbələ regional "Asan xidmət" mərkəzində qeydiyyat şöbəsi

Qəbələ şəhəri, E. Kərimov küç.79

Qəbələ regional "Asan xidmət" mərkəzində qeydiyyat şöbəsi

Qəbələ şəhəri, E. Kərimov küç.79

İş günləri: I-II-III-IV-V-VI-VII, iş saatları: 09:00-17:00 (şənbə-bazar: 09:00-16:00)
Qobustan rayon qeydiyyat şöbəsi

Qobustan şəh. H.əliyev pr.2

Qobustan rayon qeydiyyat şöbəsi

Qobustan şəh. H.əliyev pr.2

İş günləri: II-III-IV-V-VI, iş saatları: 09:00-18:00, fasilə: 13:00-14:00
Kəlbəcər rayon qeydiyyat şöbəsi

Gəncə şəhəri, Gülüstan qəsəbəsi, AKTA yataqxana 6

Kəlbəcər rayon qeydiyyat şöbəsi

Gəncə şəhəri, Gülüstan qəsəbəsi, AKTA yataqxana 6

İş günləri: II-III-IV-V-VI, iş saatları: 10:00-19:00, fasilə: 14:00-15:00
Quba regional "Asan xidmət" mərkəzində qeydiyyat şöbəsi

Quba şəhəri, H.Əliyev prospekti 32-33-cü məhəllə

Quba regional "Asan xidmət" mərkəzində qeydiyyat şöbəsi

Quba şəhəri, H.Əliyev prospekti 32-33-cü məhəllə

İş günləri: I-II-III-IV-V-VI-VII, iş saatları: 09:00-17:00 (şənbə-bazar: 09:00-16:00)
Qusar rayon qeydiyyat şöbəsi

S.Salahov küçəsi 1

Qusar rayon qeydiyyat şöbəsi

S.Salahov küçəsi 1

İş günləri: II-III-IV-V-VI, iş saatları: 09:00-18:00, fasilə: 13:00-14:00
Lerik rayon qeydiyyat şöbəsi

Lerik şəhəri Nizami küçəsi 2

Lerik rayon qeydiyyat şöbəsi

Lerik şəhəri Nizami küçəsi 2

İş günləri: I-II-III-IV-V, iş saatları: 09:00-18:00, fasilə: 13:00-14:00
Lənkəran regional "Asan xidmət" mərkəzində qeydiyyat şöbəsi

Lənkəran rayonu, Qurumba kəndi

Lənkəran regional "Asan xidmət" mərkəzində qeydiyyat şöbəsi

Lənkəran rayonu, Qurumba kəndi

İş günləri: I-II-III-IV-V-VI-VII, iş saatları: 09:00-17:00 (şənbə-bazar: 09:00-16:00)
Lənkəran rayon qeydiyyat şöbəsi

Qala Xiyabanı 9

Lənkəran rayon qeydiyyat şöbəsi

Qala Xiyabanı 9

İş günləri: II-III-IV-V-VI, iş saatları: 09:00-18:00, fasilə: 13:00-14:00
Masallı regional "Asan xidmət" mərkəzində qeydiyyat şöbəsi

Masallı şəhəri, H.Əliyev pr.

Masallı regional "Asan xidmət" mərkəzində qeydiyyat şöbəsi

Masallı şəhəri, H.Əliyev pr.

İş günləri: I-II-III-IV-V-VI-VII, iş saatları: 09:00-17:00 (şənbə-bazar: 09:00-16:00)
Mingəçevir "Asan xidmət" mərkəzində qeydiyyat şöbəsi

Mingəçevir şəhəri, Heydər Əliyev prospekti 380

Mingəçevir "Asan xidmət" mərkəzində qeydiyyat şöbəsi

Mingəçevir şəhəri, Heydər Əliyev prospekti 380

İş günləri: I-II-III-IV-V-VI-VII, iş saatları: 09:00-17:00 (şənbə-bazar: 09:00-16:00)
Naftalan şəhər qeydiyyat şöbəsi

S.Vurğun küçəsi 30

Naftalan şəhər qeydiyyat şöbəsi

S.Vurğun küçəsi 30

İş günləri: III-IV-V-VI-VII, iş saatları: 10:00-19:00, fasilə: 14:00-15:00
Neftçala rayon qeydiyyat şöbəsi

H.Əliyev pr. 34a

Neftçala rayon qeydiyyat şöbəsi

H.Əliyev pr. 34a

İş günləri: I-II-III-IV-V, iş saatları: 09:00-18:00, fasilə: 13:00-14:00
Oğuz rayon qeydiyyat şöbəsi

Xətai küç. 6

Oğuz rayon qeydiyyat şöbəsi

Xətai küç. 6

İş günləri: I-II-III-IV-V, iş saatları: 09:00-18:00, fasilə: 13:00-14:00
Saatlı rayon qeydiyyat şöbəsi

saatli@vva.gov.az

Saatlı rayon qeydiyyat şöbəsi

saatli@vva.gov.az

İş günləri: II-III-IV-V-VI, iş saatları: 09:00-18:00, fasilə: 13:00-14:00
Sabirabad regional "Asan xidmət" mərkəzində qeydiyyat şöbəsi

Sabirabad şəhəri, H.Əliyev pr. 128

Sabirabad regional "Asan xidmət" mərkəzində qeydiyyat şöbəsi

Sabirabad şəhəri, H.Əliyev pr. 128

İş günləri: I-II-III-IV-V-VI-VII, iş saatları: 09:00-17:00 (şənbə-bazar: 09:00-16:00)
Salyan regional "Asan xidmət" mərkəzində qeydiyyat şöbəsi

Salyan şəhəri, Ələt-Astara şossesi 55

Salyan regional "Asan xidmət" mərkəzində qeydiyyat şöbəsi

Salyan şəhəri, Ələt-Astara şossesi 55

İş günləri: I-II-III-IV-V-VI-VII, iş saatları: 09:00-17:00 (şənbə-bazar: 09:00-16:00)
Siyəzən rayon qeydiyyat şöbəsi

T. İsmayılov küç. 1a

Siyəzən rayon qeydiyyat şöbəsi

T. İsmayılov küç. 1a

İş günləri: I-II-III-IV-V, iş saatları: 09:00-18:00, fasilə: 13:00-14:00
2 saylı Sumqayıt regional "Asan xidmət" mərkəzində qeydiyyat şöbəsi

Sumqayıt şəhəri, Bulvar küçəsi

2 saylı Sumqayıt regional "Asan xidmət" mərkəzində qeydiyyat şöbəsi

Sumqayıt şəhəri, Bulvar küçəsi

İş günləri: I-II-III-IV-V-VI-VII, iş saatları: 09:00-18:00 (şənbə-bazar: 09:00-16:00)
1 saylı Sumqayıt regional "Asan xidmət" mərkəzində qeydiyyat şöbəsi

Sumqayıt şəhəri, 15-ci məhəllə, Bakı küçəsi 42 D

Şəki regional "Asan xidmət" mərkəzində qeydiyyat şöbəsi

Şəki şəhəri, Zərifə Əliyeva küçəsi 104 , AZ 5500

Şəki regional "Asan xidmət" mərkəzində qeydiyyat şöbəsi

Şəki şəhəri, Zərifə Əliyeva küçəsi 104 , AZ 5500

İş günləri: I-II-III-IV-V-VI-VII, iş saatları: 09:00-17:00 (şənbə-bazar: 09:00-16:00)
Şəmkir rayon qeydiyyat şöbəsi

Nizami küçəsi 112

Şəmkir rayon qeydiyyat şöbəsi

Nizami küçəsi 112

İş günləri: II-III-IV-V-VI, iş saatları: 09:00-18:00, fasilə: 13:00-14:00
Qubadlı rayon qeydiyyat şöbəsi

Sumqayıt şəhəri 9-cu mikrorayon, Zülfü Hacızadə 64

Qubadlı rayon qeydiyyat şöbəsi

Sumqayıt şəhəri 9-cu mikrorayon, Zülfü Hacızadə 64

İş günləri: II-III-IV-V-VI, iş saatları: 10:00-19:00, fasilə: 14:00-15:00
Laçın rayon qeydiyyat şöbəsi

Ağcəbədi rayonu, Taxta körpü qəsəbəsi

Laçın rayon qeydiyyat şöbəsi

Ağcəbədi rayonu, Taxta körpü qəsəbəsi

İş günləri: I-II-III-IV-V, iş saatları: 09:00-18:00, fasilə: 13:00-14:00
Xaçmaz rayon qeydiyyat şöbəsi

N.Nərimanov küç 72A

Xaçmaz rayon qeydiyyat şöbəsi

N.Nərimanov küç 72A

İş günləri: II-III-IV-V, iş saatları: 09:00-18:00, fasilə: 13:00-14:00
Xızı rayon qeydiyyat şöbəsi

T.Özal küçəsi, İnzibati bina

Xızı rayon qeydiyyat şöbəsi

T.Özal küçəsi, İnzibati bina

İş günləri: II-III-IV-V, iş saatları: 09:00-18:00, fasilə: 13:00-14:00
Samux rayon qeydiyyat şöbəsi

H.Əliyev pr. 52

Samux rayon qeydiyyat şöbəsi

H.Əliyev pr. 52

İş günləri: II-III-IV-V, iş saatları: 09:00-18:00, fasilə: 13:00-14:00
Şamaxı regional "Asan Xidmət" mərkəzində qeydiyyat şöbəsi

Şamaxı rayonu, Şəhriyar qəsəbəsi

Şamaxı regional "Asan Xidmət" mərkəzində qeydiyyat şöbəsi

Şamaxı rayonu, Şəhriyar qəsəbəsi

İş günləri: I-II-III-IV-V-VI-VII, iş saatları: 09:00-17:00 (şənbə-bazar: 09:00-16:00)
Tərtər rayon qeydiyyat şöbəsi

Elman Hüseynov 20

Tərtər rayon qeydiyyat şöbəsi

Elman Hüseynov 20

İş günləri: II-III-IV-V-VI, iş saatları: 09:00-18:00, fasilə: 13:00-14:00
Tovuz regional "Asan Xidmət" mərkəzində qeydiyyat şöbəsi

Tovuz rayonu, Aşağı Quşçu kəndi

Tovuz regional "Asan Xidmət" mərkəzində qeydiyyat şöbəsi

Tovuz rayonu, Aşağı Quşçu kəndi

İş günləri: I-II-III-IV-V-VI-VII, iş saatları: 09:00-17:00 (şənbə-bazar: 09:00-16:00)
Ucar rayon qeydiyyat şöbəsi

H.Əliyev küç. 79

Ucar rayon qeydiyyat şöbəsi

H.Əliyev küç. 79

İş günləri: I-II-III-IV-V, iş saatları: 09:00-18:00, fasilə: 13:00-14:00
Yardımlı rayon qeydiyyat şöbəsi

H.Əliyev prospekti 63

Yardımlı rayon qeydiyyat şöbəsi

H.Əliyev prospekti 63

İş günləri: I-II-III-IV-V, iş saatları: 09:00-18:00, fasilə: 13:00-14:00
Yevlax rayon qeydiyyat şöbəsi

Yevlax şəhəri, Aşıq Ələsgər küçəsi 01

Yevlax rayon qeydiyyat şöbəsi

Yevlax şəhəri, Aşıq Ələsgər küçəsi 01

İş günləri: II-III-IV-V-VI, iş saatları: 09:00-18:00, fasilə: 13:00-14:00
Zərdab rayon qeydiyyat şöbəsi

R.Kərimov küçəsi 46

Zərdab rayon qeydiyyat şöbəsi

R.Kərimov küçəsi 46

İş günləri: II-III-IV-V-VI, iş saatları: 10:00-19:00, fasilə: 14:00-15:00
Səadət Sarayı (Bakı Nikah Evi)

M.Muxtarov küçəsi 6

Səadət Sarayı (Bakı Nikah Evi)

M.Muxtarov küçəsi 6

İş günləri: II-III-IV-V-VI, iş saatları: 10:00-19:00, fasilə: 14:00-15:00
1 saylı Bakı "ASAN xidmət" mərkəzində qeydiyyat şöbəsi

Nərimanov rayonu, Ak.Həsən Əliyev küçəsi 36

1 saylı Bakı "ASAN xidmət" mərkəzində qeydiyyat şöbəsi

Nərimanov rayonu, Ak.Həsən Əliyev küçəsi 36

İş günləri: I-II-III-IV-V-VI-VII, iş saatları: 09:00-18:00 (şənbə-bazar 09:30-17:00)
Xəzər rayon qeydiyyat şöbəsi

Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Almas İldırım küçəsi 39

Xəzər rayon qeydiyyat şöbəsi

Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Almas İldırım küçəsi 39

İş günləri: II-III-IV-V-VI, iş saatları: 09:00-18:00, fasilə: 13:00-14:00
2 saylı Bakı "ASAN xidmət" mərkəzində qeydiyyat şöbəsi

Xətai rayonu, 8 noyabr prospekti 23

2 saylı Bakı "ASAN xidmət" mərkəzində qeydiyyat şöbəsi

Xətai rayonu, 8 noyabr prospekti 23

İş günləri: I-II-III-IV-V-VI-VII, iş saatları: 09:00-18:00 (şənbə-bazar 09:30-17:00)
Suraxanı rayon qeydiyyat şöbəsi

AZ1133,Bakı şəh., Suraxanı ray., Yeni Günəşli qəs., A/B yaşayış massivi, 117 a (37 saylı notariat ofisinin sağ tərəfindəki binanın 1-ci mərtəbəsi)

Suraxanı rayon qeydiyyat şöbəsi

AZ1133,Bakı şəh., Suraxanı ray., Yeni Günəşli qəs., A/B yaşayış massivi, 117 a (37 saylı notariat ofisinin sağ tərəfindəki binanın 1-ci mərtəbəsi)

İş günləri: I-II-III-IV-V, iş saatları: 09:00-18:00, fasilə: 13:00-14:00
3 saylı Bakı "ASAN xidmət" mərkəzində qeydiyyat şöbəsi

Yasamal rayonu, A. M. Şərifzadə 157

3 saylı Bakı "ASAN xidmət" mərkəzində qeydiyyat şöbəsi

Yasamal rayonu, A. M. Şərifzadə 157

İş günləri: I-II-III-IV-V-VI-VII, iş saatları: 09:00-18:00 (şənbə-bazar: 09:30-17:00)
Sabunçu rayon qeydiyyat şöbəsi

Sabunçu rayonu R.Axundov 27

Sabunçu rayon qeydiyyat şöbəsi

Sabunçu rayonu R.Axundov 27

İş günləri: II-III-IV-V-VI, iş saatları: 10:00-19:00, fasilə: 14:00-15:00
Səbail rayon qeydiyyat şöbəsi

Xəqani küç.3

Səbail rayon qeydiyyat şöbəsi

Xəqani küç.3

İş günləri: II-III-IV-V-VI, iş saatları: 10:00-19:00, fasilə: 14:00-15:00
4 saylı Bakı "ASAN xidmət" mərkəzində qeydiyyat şöbəsi

Sabunçu rayonu, Sülh küçəsi 8a

4 saylı Bakı "ASAN xidmət" mərkəzində qeydiyyat şöbəsi

Sabunçu rayonu, Sülh küçəsi 8a

İş günləri: I-II-III-IV-V-VI-VII, iş saatları: 09:00-18:00 (şənbə-bazar: 09:30-17:00)
Nərimanov rayon qeydiyyat şöbəsi

Azadlıq pr. 241

Nərimanov rayon qeydiyyat şöbəsi

Azadlıq pr. 241

İş günləri: II-III-IV-V-VI, iş saatları: 09:00-18:00, fasilə: 13:00-14:00
Nəsimi rayon qeydiyyat şöbəsi

Nizami küçəsi 104/43

Nəsimi rayon qeydiyyat şöbəsi

Nizami küçəsi 104/43

İş günləri: II-III-IV-V-VI, iş saatları: 10:00-19:00, fasilə: 14:00-15:00
Nizami rayon qeydiyyat şöbəsi

8-ci km., Q. Qarayev pr. 36a

Nizami rayon qeydiyyat şöbəsi

8-ci km., Q. Qarayev pr. 36a

İş günləri: I-II-III-IV-V, iş saatları: 09:00-18:00, fasilə: 13:00-14:00
Qaradağ rayon qeydiyyat şöbəsi

Lökbatan qəsəbəsi, 28 May küçəsi 1

Qaradağ rayon qeydiyyat şöbəsi

Lökbatan qəsəbəsi, 28 May küçəsi 1

İş günləri: II-III-IV-V-VI, iş saatları: 10:00-19:00, fasilə: 14:00-15:00
Binəqədi rayon qeydiyyat şöbəsi

8 mk/r, S.S.Axundov küçəsi 36

Binəqədi rayon qeydiyyat şöbəsi

8 mk/r, S.S.Axundov küçəsi 36

İş günləri: II-III-IV-V-VI, iş saatları: 09:00-18:00, fasilə: 13:00-14:00
Xətai rayon qeydiyyat şöbəsi

Xətai rayonu, Ramiz Quliyev 67

Xətai rayon qeydiyyat şöbəsi

Xətai rayonu, Ramiz Quliyev 67

İş günləri: I-II-III-IV-V, iş saatları: 09:00-18:00, fasilə: 13:00-14:00
5 saylı Bakı "ASAN xidmət" mərkəzində qeydiyyat şöbəsi

Nizami rayonu, H. Əliyev pr. 115

5 saylı Bakı "ASAN xidmət" mərkəzində qeydiyyat şöbəsi

Nizami rayonu, H. Əliyev pr. 115

İş günləri: I-II-III-IV-V-VI-VII, iş saatları: 09:00-18:00 (şənbə-bazar: 09:30-17:00)
6 saylı Bakı "ASAN xidmət" mərkəzində qeydiyyat şöbəsi

Xətai ray, Vunq Tau küç, Heydər Əliyev parkının yaxınlığı

6 saylı Bakı "ASAN xidmət" mərkəzində qeydiyyat şöbəsi

Xətai ray, Vunq Tau küç, Heydər Əliyev parkının yaxınlığı

İş günləri: I-II-III-IV-V-VI-VII, iş saatları: 09:00-18:00 (şənbə-bazar: 09:30-17:00)
7 saylı Bakı "ASAN xidmət" mərkəzində qeydiyyat şöbəsi

Nərimanov rayonu, Z.Nudirəliyev küçəsi 79

7 saylı Bakı "ASAN xidmət" mərkəzində qeydiyyat şöbəsi

Nərimanov rayonu, Z.Nudirəliyev küçəsi 79

İş günləri: I-II-III-IV-V-VI-VII, iş saatları: 09:00-18:00 (şənbə-bazar: 09:30-17:00)
Şirvan rayon qeydiyyat şöbəsi

Energetik küçəsi 28A

Şirvan rayon qeydiyyat şöbəsi

Energetik küçəsi 28A

İş günləri: I-II-III-IV-V, iş saatları 10:00-19:00, fasilə: 14:00-15:00
Şuşa regional "Asan xidmət" mərkəzində qeydiyyat şöbəsi

Şuşa şəhəri, Zəfər küçəsi 3

Şuşa regional "Asan xidmət" mərkəzində qeydiyyat şöbəsi

Şuşa şəhəri, Zəfər küçəsi 3

İş günləri: I-II-III-IV-V-VI-VII, iş saatları: 09:00-17:00 (şənbə-bazar: 09:00-16:00)