Ədliyyə Nazirliyi məhkumlara və təqsirləndirilən şəxslərə tibb xidmətinin göstərilməsini təmin edir. Həmçinin ədliyyə orqanları işçilərinin, habelə onların ailə üzvlərinə, Nazirliyin Penitensiar xidmətində müddətli həqiqi hərbi xidmət keçən hərbi qulluqçulara, ədliyyə pensiyaçılarına tibb xidməti göstərilir, o cümlədən işçilərin sağlamlığının mühafizəsi istiqamətində kompleks profilaktika, müalicə və digər tədbirləri həyata keçirir.
Bu fəaliyyət istiqamətləri Ədliyyə Nazirliyinin Tibb baş idarəsi tərəfindən icra edilir.