Ən çox verilən suallar
Notariat xidmətlərinə əlçatanlığın daha da artırılması, o cümlədən vaxtından və yerindən (həm Azərbaycan Respublikası ərazisində, həm də Azərbaycan Respublikası hüdudlarından kənarda) asılı olmayaraq peşəkar hüquqi yardım almaq imkanının təşkili məqsədilə 2019-cu ildə “Mobil Notariat” tətbiqi istifadəyə verilmiş və onun vasitəsilə bəzi notariat hərəkətlərinin bilavasitə notariat ofisinə müraciət etmədən məsafədən rəsmiləşdirilməsi təşkil edilmişdir.
“Mobil Notariat” tətbiqi “AppStore” və ya “Google Play” mobil yükləmə platformalarından ödənişsiz olaraq yüklənilir.
Tətbiqdə qeydiyyat –
1) videoyazı vasitəsilə;
2) notariusdan alınan istifadəçi kodu və
3) digital login (Sima Rəqəmsal İmza, ASAN İmza, Sima Token (Elektron İmza), Fərdi İdentifikasiya Nömrəsi) vasitəsilə həyata keçirilə bilər.
Azərbaycan Respublikasının vətəndaşları, eləcə də ölkəmizdə daimi və ya müvəqqəti yaşamaq icazəsi olan əcnəbi və vətəndaşlığı olmayan şəxslər 24/7 rejimində olduqları yerdən asılı olmayaraq tətbiqin xidmətlərindən yararlana bilərlər.
Qeydiyyatdan keçən istifadəçilər aşağıdakı növ etibarnamələri elektron qaydada rəsmiləşdirə bilərlər:
• Nəqliyyat vasitələrinin idarə edilməsinə dair etibarnamələr;
• Nəqliyyat vasitələrinə sərəncam verilməsinə dair etibarnamələr;
• Vəkilllərə verilən etibarnamələr;
• Sosial etibarnamələr;
• Banklarda təmsilçilik məqsədilə verilən etibarnamələr;
• Vərəsəlik işləri ilə bağlı etibarnamələr;
• Müxtəlif qurumlarda təmsilçiliyə dair etibarnamələr;
• Daşınmaz əmlaka sərəncam verilməsinə dair etibarnamələr.
Adıçəkilən tətbiq vasitəsilə müvafiq ərizələrin (etibarnamələrə xitam verilməsinə dair, daşınmaz əmlaka sərəncam verilməsinə dair, əvvəl verilmiş ərizədən imtinaya dair, təhsil tələbə kreditinin verilməsinə dair ərizələr, yetkinlik yaşına çatmamış şəxslərin ümumvətəndaşlıq pasportu almasına dair, o cümlədən ölkə ərazisini tərk etmələri üçün valideynləri tərəfindən yazılan razılıq ərizələri, yaşayış sahəsində qeydiyyata alınma ilə əlaqədar mülkiyyətçinin razılıq ərizəsi), habelə mənzillərin, evlərin (bağların) müvəqqəti istifadəyə verilməsinə (kirayə müqaviləsi) dair müqavilələrin də rəsmiləşdirilməsi mümkündür.
Qeyd edək ki, “Mobil Notariat” tətbiqi vasitəsilə aparılan notariat hərəkətlərinə görə “Dövlət rüsumu haqqında” və “Notariat haqqında” qanunlar ilə müəyyən edilmiş məbləğdə haqq tutulur.
Ər-arvadın nikah dövründə əldə etdikləri nəqliyyat vasitəsinin nikah haqqında şəhadətnamə əsasında idarə olunması məsələsi ilə bağlı qeyd edilməlidir ki, nikah haqqında şəhadətnamə ərlə-arvadın mülkiyyətinin hansı hüquqi rejimə aid olduğunu müəyyən etmir. Bu sənəd Ailə Məcəlləsinin 175-ci maddəsinə uyğun olaraq, yalnız nikahın bağlanması haqqında qeyd aparıldıqda verilir və tərəflər arasında nikah münasibətlərinin olmasını təsdiqləyir.
Nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxsin nəqliyyat vasitəsində olmadığı hallarda, nəqliyyat vasitəsinin etibarnaməsiz idarə edilməsi (ər-arvadın ümumi mülkiyyət hüququna dair şəhadətnaməsinin olduğu hallar istisna olmaqla) İnzibati Xətalar Məcəlləsinin 332.1-ci maddəsi ilə müəyyən edilən inzibati məsuliyyətə səbəb olur.
Məlum olduğu kimi nikah dövründə əldə olunmuş (qazanılmış) əmlak ər-arvadın birgə mülkiyyəti sayılır (AR Mülki Məcəlləsi 225.1-ci maddə), daşınmaz əmlaka birgə hüququ olan ərin (arvadın) razılığı olmadan daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış hüquq barədə bağlanmış müqavilə etibarsız hesab edilir. Bu, həmçinin əldə edənin belə hüququn yalnız müqavilə tərəfinə məxsus olması barədə vicdanlı olduğu hallara da aiddir (adıçəkilən Məcəllə 225.6-cı maddə).
Notariuslar tərəfindən notariat hərəkətlərinə görə tutulan dövlət rüsumunun dərəcələri “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsində müəyyən olunmuşdur. Belə ki, icarə müqaviləsi qiymətləndirilən digər müqavilə olduğundan rüsum müqavilə subyektlərindən asılı olaraq aşağıdakı məbləğlərdə təsnifatlaşdırılmışdır (10.7-ci maddə):
Tərəflər ər (arvad), uşaqlar, valideynlər, baba, nənə, nəvə, qardaş, bacıdan ibarətdirsə - 15 manat;
Tərəflərdən biri kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan fiziki və ya hüquqi şəxsdirsə - 15 manat;
Tərəflər digər şəxslərdirsə - 100 manat.
Qeyd edilən rüsumların 15%-i miqdarında xidmət haqqı tutulur.
Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1321.3-cü maddəsinə əsasən vərəsəlik şəhadətnaməsində vərəsə kimi qeyd olunan şəxsin həmin şəhadətnamədə göstərilən hüquqa malik olması qəbul edilir.
"Notariat haqqında” Qanunun 57-ci maddəsinə müvafiq olaraq mirasın açıldığı yerin notariusu vərəsəlik qaydasında keçən əmlaka dair vərəsələrə vərəsəlik hüququ haqqında şəhadətnamə verir.
Mülki Məcəllənin 1193-cü maddəsinə əsasən vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir.
Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Kollegiyasının 13.02.2019-cu il tarixli 3-N nömrəli qərarı ilə "Xüsusi notarius tərəfindən notariat hərəkətlərinin iş vaxtından sonra, istirahət və ya bayram günlərində aparılması Qaydası" və "Notariat ofisindən kənarda, habelə iş vaxtından sonra, istirahət və ya bayram günlərində notariat hərəkətlərinin aparılmasına görə haqqın məbləğinin müəyyən edilməsi meyarları" təsdiq edilmişdir. Həmin Qaydaya əsasən notariat ofisindən kənarda, habelə iş vaxtından sonra, istirahət və ya bayram günlərində notariat hərəkətlərinin aparılmasına görə haqqın məbləği, xidmətə sərf edilən zamana (başlama və başa çatma vaxtları əsasında) uyğun hesablanır.
Adıçəkilən Qaydanın 5.4-cü bəndinə müvafiq olaraq xidmətə sərf edilən bir saatlıq əməyin dəyəri Azərbaycan Respublikasında fəaliyyət göstərən notariusların cəminin əvvəlki il üzrə bir saatlıq orta gəlirlərinin (icbari ödənişlərin hesablanması üçün müəyyən edilən) Bakı şəhəri üzrə 0,3 mislinə, Sumqayıt, Gəncə şəhərləri və Abşeron rayonu üzrə 0,2 mislinə, digər regionlar üzrə isə 0,15 mislinə bərabərdir. Bu qaydada aparılmış hesablama nəticəsində 2025-ci il ərzində tətbiq ediləcək xidmətin dəyəri aşağıdakı kimi müəyyən edilmişdir:
-Bakı şəhəri üzrə 90,90 manat (0.3 misli)
-Sumqayıt, Gəncə şəhərləri və Abşeron rayonu üzrə 60,60 manat (0.2 misli)
-digər regionlar üzrə 45,45 manat (0,15 misli)
"Notariat haqqında" Qanunun 76-cı maddəsinə əsasən borcludan pul məbləğlərini tutmaq və ya əmlakı tələb edib almaq üçün borclunun olduğu yer üzrə notarius borcu müəyyən edən sənədlərdə icra qeydləri aparmalıdır. İcra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq etdiyi və bu maddənin üçüncü hissəsində nəzərdə tutulan müddət keçmədiyi halda aparılır.
Barəsində icra qeydi aparılan tələb üçün qanunla başqa müddət müəyyən edilməmişdirsə, icra qeydi tələb etmək hüququnun yarandığı gündən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsi ilə müəyyən edilmiş müvafiq iddia müddətləri keçənədək aparılır.
İcra qeydinin aparılması üçün dövlət orqanları, habelə hüquqi və fiziki şəxslər "Elektron imza və elektron sənəd haqqında" Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron imzadan istifadə etməklə elektron formada müraciət edə bilərlər.
Fiziki şəxslər yazılı qaydada da notariat ofislərinə müraciət edə bilərlər. Tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərməlidir. Bildirişin forması Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən müəyyən edilir. İpoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin göndərilməsi qaydası və bu bildirişdən sonra notarius tərəfindən icra qeydinin aparılması müddəti "İpoteka haqqında" Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Bildirişin surəti, onun borcluya çatdırıldığını təsdiq edən sənəd, borclunun cavab məktubu (cavab məktubu olduğu halda) və borcu müəyyən edən sənədlər icra qeydinin aparılması ilə bağlı ərizəyə əlavə olunur. Elektron formada müraciət olunduqda, ərizəyə əlavə olunan sənədlər skan edilərək və ya elektron sənəd formasında ona qoşma kimi əlavə olunur. Skan edilmiş sənədlərin həqiqiliyi ilə bağlı hər hansı şübhələrin yarandığı hallarda tələbkardan həmin sənədlərin əsillərinin təqdim edilməsi tələb olunur.
İcra qeydi aparılmış tələb borclu tərəfindən məhkəmə qaydasında mübahisələndirilə bilər.
İcra qeydinin aparılması barədə ərizə müvafiq icra hakimiyyəti orqanının Elektron notariat informasiya sisteminə və ya fiziki şəxsin yazılı ərizəsi notariat ofisinə daxil olduqdan sonra notarius bir iş günü müddətində icra qeydini aparır və icra qeydini müvafiq icra hakimiyyəti orqanının Elektron notariat informasiya sistemi vasitəsilə "İcra haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq icra olunması üçün müvafiq icra hakimiyyəti orqanının Elektron icra informasiya sisteminə göndərir.
Notariat xidmətlərinə əlçatanlığın daha da artırılması, o cümlədən vaxtından və yerindən (həm Azərbaycan Respublikası ərazisində, həm də Azərbaycan Respublikası hüdudlarından kənarda) asılı olmayaraq peşəkar hüquqi yardım almaq imkanının təşkili məqsədilə 2019-cu ildə "Mobil Notariat" tətbiqi istifadəyə verilmiş və onun vasitəsilə bəzi notariat hərəkətlərinin bilavasitə notariat ofisinə müraciət etmədən məsafədən rəsmiləşdirilməsi təşkil edilmişdir. "Mobil Notariat" tətbiqi "AppStore" və ya "Google Play" mobil yükləmə platformalarından ödənişsiz olaraq yüklənilir. Tətbiqdə qeydiyyat – 1) videoyazı vasitəsilə; 2) notariusdan alınan istifadəçi kodu və 3) digital login (Sima Rəqəmsal İmza, ASAN İmza, Sima Token (Elektron İmza), fərdi identifikasiya Nömrəsi) vasitəsilə həyata keçirilə bilər.
Azərbaycan Respublikasının vətəndaşları, eləcə də ölkəmizdə daimi və ya müvəqqəti yaşamaq icazəsi olan əcnəbi və vətəndaşlığı olmayan şəxslər 24/7 rejimində olduqları yerdən asılı olmayaraq tətbiqin xidmətlərindən yararlana bilərlər.
Qeydiyyatdan keçən istifadəçilər aşağıdakı növ etibarnamələri elektron qaydada rəsmiləşdirə bilərlər:
- Nəqliyyat vasitələrinin idarə edilməsinə dair etibarnamələr;
- Nəqliyyat vasitələrinə sərəncam verilməsinə dair etibarnamələr;
- Vəkillərə verilən etibarnamələr;
- Sosial etibarnamələr;
- Banklarda təmsilçilik məqsədilə verilən etibarnamələr;
- Vərəsəlik işləri ilə bağlı etibarnamələr;
- Müxtəlif qurumlarda təmsilçiliyə dair etibarnamələr;
- Daşınmaz əmlaka sərəncam verilməsinə dair etibarnamələr.
Bundan əlavə, adıçəkilən tətbiq vasitəsilə müvafiq ərizələrin (etibarnamələrə xitam verilməsinə dair, daşınmaz əmlaka sərəncam verilməsinə dair, əvvəl verilmiş ərizədən imtinaya dair, təhsil tələbə kreditinin verilməsinə dair ərizələr, yetkinlik yaşına çatmamış şəxslərin ümumvətəndaşlıq pasportu almasına dair, o cümlədən ölkə ərazisini tərk etmələri üçün valideynləri tərəfindən yazılan razılıq ərizələri, yaşayış sahəsində qeydiyyata alınma ilə əlaqədar mülkiyyətçinin razılıq ərizəsi), habelə mənzillərin, evlərin (bağların) müvəqqəti istifadəyə verilməsinə (kirayə müqaviləsi) dair müqavilələrin də rəsmiləşdirilməsi mümkündür.
"Mobil Notariat" tətbiqi vasitəsilə aparılan notariat hərəkətlərinə görə "Dövlət rüsumu haqqında" və "Notariat haqqında" qanunları ilə müəyyən edilmiş məbləğdə haqq tutulur.
"Notariat haqqında" Azərbaycan Respublikası Qanununun 32-ci maddəsinə əsasən notariat hərəkətləri barədə arayışlar və sənədlər yalnız notariat hərəkətlərinin aparılmasını tapşırmış və ya barəsində notariat hərəkətləri aparılmış fiziki və hüquqi şəxslərə verilməlidir.
Dövlət notariat arxivindən notariat hərəkətləri barədə məlumatların və onlarla bağlı sənədlərin surətlərinin verilməsi üçün fiziki şəxslər tərəfindən müraciət olunduğu halda:
-şəxsiyyəti təsdiq edən sənəd
notariat hərəkəti aparılmış şəxs öldükdə:
-onun vərəsə olduğu barədə vərəsəlik hüququ haqqında şəhadətnamə və ya qohumluq münasibətini təsdiq edən sənədlər (müvafiq olaraq şəxsiyyət vəsiqəsi, doğum, ölüm və ya nikah haqqında şəhadətnamələr)
hüquqi şəxslər tərəfindən müraciət olunduğu halda isə:
-nizamnamə,
-dövlət reyestrdən çıxarış,
-etibarnamə.
"Notariat haqqında" Qanunun 90-cı maddəsinə əsasən xarici hakimiyyət orqanlarının iştirakı ilə xaricdə tərtib edilmiş və ya onların göndərdiyi sənədləri notariuslar bu şərtlə qəbul edirlər ki, həmin sənədlər Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanlarında leqallaşdırılmış olsun. Azərbaycan Respublikasının qanunvericiliyində və ya Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə və sazişlərdə nəzərdə tutulduğu hallarda notariuslar bu cür sənədləri leqallaşdırılmadan qəbul edirlər. "Xarici rəsmi sənədlərin leqallaşdırılması tələbini ləğv edən Konvensiya"ya qoşulmaq barəsində 5 mart 2004-cü il tarixli Qanunu ilə Azərbaycan Respublikası 1961-ci il oktyabrın 5-də Haaqa şəhərində imzalanmış "Xarici rəsmi sənədlərin leqallaşdırılması tələbini ləğv edən Konvensiya"ya qoşulmuşdur. Konvensiyanın 1-ci maddəsinə əsasən Bu Konvensiyanın məqsədləri üçün aşağıdakılar rəsmi sənəd hesab edilir: a) dövlət orqanından və ya dövlətin məhkəməsi və ya iqtisadi məhkəməsi ilə əlaqəsi olan vəzifəli şəxsdən alınan sənədlər, o cümlədən dövlət ittihamçısından (prokurordan), məhkəmə katibindən, məhkəmə icraçısından alınan sənədlər; b) inzibati sənədlər; c) notarial aktlar; d) özəl fiziki şəxs tərəfindən imzalanmış sənədlərə bərkidilən (əlavə edilən) rəsmi qeydlər, sənədin qeydiyyatını və ya müəyyən tarixdə baş vermiş faktı təsdiq edən və imzaların notarial və rəsmi təsdiqlənməsinə bərabər tutulan rəsmi sənədlər (qeydlər). Konvensiyanın 2-ci və 3-cü maddələrinə əsasən razılığa gələn hər bir dövlət bu Konvensiyanın tətbiq edildiyi və onun ərazisində təqdim olunmalı sənədləri leqallaşdırmadan azad edir və həmin sənədlərə dövlətin səlahiyyətli orqanı tərəfindən apostilin əlavə edilməsi tələb olunur. "Xarici rəsmi sənədlərin leqallaşdırılması tələbini ləğv edən Konvensiya"nın üzvü olan dövlətlərdə verilmiş sənədlərə apostil əlavə olunmalı, digər dövlətlərdə verilmiş sənədlər isə leqallaşdırılmalıdır.
Notariat ofisinə müraciət edən şəxsin Elektron Hökumət Portalından ("E-GOV") iş yerinə dair arayışın əldə edilərək surətinin təsdiqlənməsi haqqında yazılı ərizəsi daxil olduqda notarius həmin şəxsin elektron imzası vasitəsilə portaldan əldə etdiyi sənədin surətinin düzgünlüyünü təsdiq edir. Bu əməliyyata görə tutulan dövlət rüsumu və xidmət haqqının məbləği 3 manat təşkil edir.
Azərbaycan Respublikası Ailə Məcəlləsinin 56-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 29-cu və 30-cu maddələrinə görə 14 yaşı tamam olmamış yetkinlik yaşına çatmayanların əvəzinə əqdləri onların adından yalnız valideynləri, övladlığa götürənlər və ya qəyyumlar bağlaya bilərlər. 14 yaşından 18 yaşınadək olan yetkinlik yaşına çatmayanlar isə əqdləri öz qanuni nümayəndələrinin – valideynlərinin, övladlığa götürənlərin və ya himayəçinin yazılı razılığı ilə bağlayırlar. Qanunların bu tələblərinə uyğun olaraq daşınmaz əmlakın özgəninkiləşdirilməsinə dair müqavilərin rəsmiləşdirilməsi zamanı hər iki valideynin iştirakı zəruridir. Valideynlərdən biri öldüyü halda notariat hərəkətləri sağ qalmış valideynin iştirakı ilə aparılır.
"Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat"ın 71-ci hissəsinə əsasən vəsiyyətnamə təsdiq olunarkən vəsiyyət edəndən vəsiyyət etdiyi əmlak üzərində mülkiyyət hüququnu, eləcə də onun xeyrinə vəsiyyət olunan şəxslə qohumluq əlaqəsini təsdiq edən sənəd tələb olunmur. Bununla yanaşı, əmlaka dair məlumatların vəsiyyətnamədə dürüst əks edilməsi üçün müvafiq çıxarışın notariusa təqdim olunması məqsədəuyğundur. Belə ki, vəsiyyət edilən əmlaka dair məlumatlarda səhv olduğu halda vəsiyyət edilən əmlakın müəyyən edilməsində çətinlik yarana bilər.
"Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında" Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinə əsasən mənzili öz mülkiyyətinə almış vətəndaşlar yetkinlik yaşına çatmış ailə üzvlərinin razılığı ilə bu mənzili vəsiyyət edə bilərlər.
Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1180-cı maddəsinə görə vəsiyyətnaməni vəsiyyət edənin sözlərindən notariusun iki şahidin yanında yazmasına yol verilir. Vəsiyyətnamənin yazılması zamanı hamılıqla qəbul olunmuş texniki vasitələr tətbiq edilə bilər. Vəsiyyət edənin sözlərindən notariusun yazdığı vəsiyyətnaməni vəsiyyət edən oxumalı və notariusun, şahidlərin yanında imzalamalıdır.
"Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat"ın 79-cu hissəsinə əsasən etibarnaməni vermiş və ya etibarnamə verilmiş şəxsin notariat qaydasında təsdiq edilmiş ərizəsi əsasında etibarnaməyə xitam verilir. Etibarnaməyə xitam verildikdə, etibar edilmişi başqasına etibaretmə qüvvədən düşür. Bir və ya bir neçə şəxsin adından bir və ya bir neçə şəxsə verilmiş etibarnamə onların hər hansı birinin notariat qaydasında təsdiq edilmiş ərizəsinə əsasən seçdiyi şəxsə qarşı etibarnamə hissəvi xitam olunur. Əgər etibarnamə başqa notariat ofisində təsdiq edilibsə, etibarnaməyə xitam verilməsi barədə ərizəni qəbul edən notarius “Elektron notariat” informasiya sistemində etibarnaməyə xitam verilməsi barədə qeyd yazmaqla, etibarnaməyə xitam verir və ərizəni dərhal sistem vasitəsilə etibarnaməni təsdiq etmiş notariusa göndərir. Həmin notarius isə dərhal notariat reyestrində etibarnaməyə xitam verilməsi barədə müvafiq qeyd aparır.
Azərbaycan Respublikası Mülki Məcəlləsinin 362.1-ci maddəsinə əsasən bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamə sayılır. Yetkinlik yaşına çatmayanların ölkədən getməsinə valideynlərinin razılığı sonuncuların notariat qaydasında təsdiqlənmiş və bununla əlaqədar müvafiq səlahiyyəti konkret nəzərdə tutan (uşağa dair məlumatlar və ölkədən getməsinə razılığın verilməsi) etibarnamələri üzrə nümayəndələrinin müraciəti əsasında notarius tərəfindən təsdiqlənə bilər.
Azərbaycan Respublikası Mülki Məcəlləsinin 365.1.4-cü maddəsinə əsasən etibarnamə verilmiş şəxsin imtinası nəticəsində etibarnamənin qüvvəsinə xitam verilir. "Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat"ın 79-cu hissəsinə əsasən bir və ya bir neçə şəxsin adından bir və ya bir neçə şəxsə verilmiş etibarnamə onların hər hansı birinin notariat qaydasında təsdiq edilmiş ərizəsinə əsasən seçdiyi şəxsə qarşı etibarnamə hissəvi xitam olunur.
Qanunvericilikdə etibarnamənin müddəti onun subyektinin vətəndaşlıq mənsubiyyətindən deyil, bu əqd üzrə verilən səlahiyyətlərdən asılı olaraq fərqlənir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 363-cü maddəsinə əsasən etibarnamə istənilən müddətə verilə bilər. Əgər etibarnamədə müddət göstərilməyibsə, o bağlandığı gündən bir il ərzində qüvvəsini saxlayır. Bağlandığı tarix göstərilməyən etibarnamə əhəmiyyətsizdir. Xaricdə hərəkətlərin yerinə yetirilməsi üçün nəzərdə tutulan və qüvvədə olma müddəti göstərilməyən etibarnamə notarius tərəfindən təsdiqləndikdə etibarnaməni vermiş şəxs tərəfindən ləğv edilənədək qüvvəsini saxlayır. Nəqliyyat vasitəsinə dair sərəncam vermə hüququnu nəzərdə tutan etibarnamə bir ildən artıq müddətə verilə bilməz. "Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat"ın 77-ci hissəsinə əsasən nəqliyyat vasitələrindən müvəqqəti əvəzsiz istifadə edilməsi üçün verilən etibarnamələrin müddəti sürücülük vəsiqəsinin qüvvədə olma müddətindən artıq ola bilməz.
Ölkə hüdudlarında axtarışda olan borclu fiziki şəxsin MDB-yə üzv olan ölkənin ərazisində olması barədə məlumat əldə edildikdə, onun Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi (BƏSİİ) vasitəsilə dövlətlərarası axtarışı elan olunur. Borclu fiziki şəxslərin axtarılması ilə bağlı dövlətlərarası axtarış MDB ölkələrinin hökumət başçılarının 2015-ci il 30 oktyabr tarixində Düşənbə şəhərində imzaladığı "Səlahiyyətli orqanlar tərəfindən dövlətlərarası axtarışın həyata keçirilməsi haqqında reqlament"lə müəyyən edilmiş qaydada həyata keçirilir.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin “İnformasiya resurslarının dövlət satınalmalarının vahid internet portalına inteqrasiya olunması hədləri”nin təsdiq edilməsi haqqında 30.12.2023-cü il tarixli Qərarının icrası ilə bağlı görülmüş tədbirlər nəticəsində borca görə əmlaka tələbin yönəldilib-yönəldilməməsinə dair məlumatların “etender.gov.az” informasiya portalından əldə edilməsi mümkündür.
Bundan əlavə, fiziki və hüquqi şəxslərin tərəf olduqları icra işləri ilə bağlı məlumatlar Ədliyyə Nazirliyinin rəsmi veb-saytında dövlət xidmətləri (İcra xidməti) bölməsindən əldə oluna bilər.
“İcra haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən tərəflər icra sənədinin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icrası, yaxud icra sənədinin icrası üsulunun və qaydasının dəyişdirilməsi haqqında işə baxmış məhkəməyə müraciət edə bilərlər. Borclunun əmlak vəziyyətini və digər halları nəzərə alaraq, məhkəmə həmin müraciətlərə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231-ci maddəsi ilə müəyyən edilmiş qaydada baxır.
“İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84-1-ci maddəsinə əsasən borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfindən dərhal borclunun özünə, tələbkara və müvafiq icra hakimiyyəti orqanına məlumat verilir.
Ədliyyə Nazirliyinin rəsmi veb-saytının "Dövlət xidmətləri" bölməsində “Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məlumatın verilməsi” bölməsinə daxil olub, şəxsiyyət vəsiqəsinin nömrəsi və doğum tarixini daxil etməklə, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məlumat əldə etmək mümkündür.
"İcra haqqında" Azərbaycan Respublikası Qanununun 63-cü maddəsinə əsasən məcburi icra tədbiri kimi tələbin borclunun əmək haqqına və digər gəlirlərinə yönəldilməsinə vaxtaşırı ödəmələrin tutulması haqqında icra sənədləri icra edildikdə, icra sənədində göstərilən tələb üzrə tutulmalı olan məbləğin həcmi bu Qanunun 65-ci maddəsində müəyyən edilmiş miqdardan artıq olmadıqda, tələbin tam ödənilməsi üçün borclunun əmlakı olmadıqda və ya onun əmlakı kifayət etmədikdə yol verilir.
"İcra haqqında" Azərbaycan Respublikası Qanununun 82.3-cü maddəsinə əsasən icra sənədi qərəzli olaraq icra edilmədikdə, icra məmuru məhkəmə qərarını icra etməyə borclu olan şəxsin Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətinə cəlb olunması haqqında müvafiq cinayətlərə dair işlər üzrə ibtidai istintaq aparan orqana icra xidmətinin rəhbəri (baş icra məmuru) tərəfindən təsdiq olunan təqdimat verir. Materialların İstintaq idarəsinə göndərilməsi müddəti qanunla müəyyən edilməyib.
Məhkəmələr tərəfindən:
- Azərbaycan Respublikası məhkəmələrinin qərarları;
- İddianın təmin edilməsi ilə bağlı tədbirlərin görülməsi haqqında məhkəmələrin qərardadları;
- Məhkəmələrin cinayət işləri üzrə hökmlərinin, qərardadlarının və qərarlarının əmlakın alınmasına dair hissəsi;
- Xarici və yerli arbitraj məhkəmələrinin qərarları;
- Xarici dövlətlərin məhkəmələrinin qərarları əsasında verilən icra vərəqələri;
Məhkəmə əmrləri;
icra məmurlarının icra ödənişinin alınması barədə qərarları;
Alimentlərin ödənilməsi barədə notariat qaydasında təsdiq edilmiş sazişlər;
Notariusun icra qeydləri;
İnzibati xətalara dair işlərə baxmaq səlahiyyəti olan orqanların (vəzifəli şəxslərin) qərarları;
Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş hallarda digər orqanların qərarları;
Vekseldə onun aksepti haqqında qeyd olunubsa, onun aksepti hallarında veksel üzrə ödənilməməsinə görə qanunvericiliyə uyğun verilən protestlər;
Bələdiyyələr tərəfindən qəbul edilmiş inzibati aktlar və digər inzibati orqanların pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktlar;
Məişət zorakılığı ilə bağlı işlərə baxmaq səlahiyyəti olan orqanlar tərəfindən verilən qısamüddətli mühafizə orderləri.
İcra sənədində göstərilmiş tələblərin borclu tərəfindən könüllü icrası üçün məhkəmənin qərarında digər icra müddəti müəyyən edilməyibsə, icraata başlanıldığı vaxtdan ən çoxu on gün könüllü icra müddəti təyin edilir. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikasının qanunvericiliyi ilə və ya icra sənədi ilə icrası dərhal nəzərdə tutulmuş tələblər təxirə salınmadan icra olunur.
Bundan əlavə icra sənədində satılmalı əmlak müəyyən edildikdə və borclu könüllü icra bildirişini aldıqdan sonra 7 iş günü ərzində əmlakın açıq bazarda satılması üçün icra məmuruna müraciət etdikdə, yaxud notarius tərəflərdən birinin istəyi ilə ipoteka predmetinin açıq bazarda satılması barədə notariat qaydasında təsdiq edilmiş müraciəti icra qeydi ilə birlikdə icra orqanına göndərdikdə əmlakın açıq bazarda satılmaqla tələbin könüllü icra edilməsi üçün 2 ay müddət müəyyən edilir.
İcra sənədinin icra olunması müxtəlif şərtlərdən asılı olduğu üçün onun icrasının dəqiq müddəti qanunvericilikdə göstərilməmişdir. Yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə və ya icra sənədi ilə icrası dərhal nəzərdə tutulmuş tələblərin təxirəsalınmadan icra olunduğu müəyyən edilmiş, digər sənədlər üzrə isə icra məmurunun icra sənədini aldığı gündən iki ay müddətində bütün zəruri icra hərəkətlərini həyata keçirməli olduğu göstərilmişdir (İcra haqqında Qanunun 12-ci maddəsi).
İcraatda tərəflər tələbkar və borcludur ("İcra haqqında" Qanunun 28-ci maddəsi).
İcra hərəkətləri saat 8-dən tez və saat 22-dən gec olmamaqla, iş günlərində həyata keçirilir. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyənləşdirilmiş qeyri-iş günlərində icra hərəkətlərinin həyata keçirilməsinə yalnız təxirəsalınmaz hallarda və ya borclunun təqsiri üzündən icra hərəkətlərinin həyata keçirilməsi iş günlərində mümkün olmadıqda yol verilir. Saat 22-dən saat 8-dək icra hərəkətlərinin həyata keçirilməsinə yalnız (digər vaxtda keçirilməsi) fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə törədən hallarda yol verilir ("İcra haqqında" Qanunun 11-ci maddəsi).
İcraatda iştirak edən nümayəndə təmsil etdiyi şəxsin adından icraatla bağlı bütün hərəkətləri etmək hüququna malikdir. Təmsil olunan şəxs tərəfindən verilən etibarnamədə nümayəndənin icra sənədini təqdim etmək və geri çağırmaq, səlahiyyətləri başqa şəxsə vermək, icra məmurunun hərəkətlərindən (hərəkətsizliyindən) şikayət vermək, tələbkarın xeyrinə qət edilmiş əmlakı, o cümlədən pulu almaq səlahiyyəti xüsusi qeyd olunmalıdır ("İcra haqqında" Qanunun 34-cü maddəsi).
Qiymətləndiricinin xidmətlərindən istifadə olunması ilə bağlı xərclər bərabər həcmdə icra sənədi üzrə tərəflərin üzərinə qoyulur ("İcra haqqında" Qanunun 51.2-ci maddəsi).
İcra məmurundan müvafiq sifarişin alındığı gündən ən geci iki ay müddətində ixtisaslaşdırılmış müəssisələr tərəfindən hərrac keçirilməlidir ("İcra haqqında" Qanunun 62.1-ci maddəsi).
İcra sənədinin icrası ilə bağlı borclunun əmlakının elektron hərracda satılması məqsədilə yaradılan elektron platformadır.
Portalda "digital.login" seçimlərindən birini etməklə qeydiyyatdan keçməlisiniz. Bu zaman siz elektron kabinet yaradırsınız.
Qeydiyyat zamanı şərtlər və qaydalarla tanış olduğunuzu təsdiq etməlisiniz. Hərraca çıxarılan əmlakla bağlı beh və iştirak haqqını ödədikdən sonra hərracda iştirak edə bilərsiniz.
Hərracın iştirakçısı hərracın predmetinin ilkin satış qiymətinin əgər əmlak daşınmaz əmlakdırsa və ya ipoteka predmeti ilə bağlıdırsa, 5%, ipoteka predmeti ilə bağlı deyilsə və daşınar əmlakdırsa, 10% faizi məbləğində beh ödəməlidir.
Hərracda iştirak etmək istəyən şəxslər iştirak haqqını hərracın başa çatmasına 1 (bir) saat qalanadək “elektron kabinet”i vasitəsilə ödədikdə, hərracda iştirak edə bilərlər. İştirak haqqı hərracın nəticələrindən asılı olmayaraq geri qaytarılmır. Hərracda iştirak haqqı 15 AZN-dir.
Hərracı udan, lakin 7 təqvim günü müddətində əmlakın alış qiymətini ödəməyən şəxsin behi qaytarılmır. Hərracda iştirak edən, lakin onu udmayan şəxslərin behi 7 təqvim günü müddətində geri qaytarılır. Hərracı udmuş şəxslə müqavilə bağlandıqda onun verdiyi behin məbləği əmlakın alış qiymətinə daxil edilir.
Hərrac addımı olaraq siz əmlakın qiymətinin minimum 1%-i, maksimum 3%-i olmaqla təklif verə bilərsiniz.
Elektron hərrac üzrə xidmət haqqı (hərrac xərcləri) əmlakın son satış qiymətinin 3%-i məbləğində təşkil edir.
Xeyr. Verilmiş təklif geri qaytarıla bilməz.
Qalib olduqdan və əmlakın dəyərini tam ödədikdən sonra hərrac portalı vasitəsilə protokol hazırlanır və təsdiqlənir. Hərrac protokolunu əldə etdikdən sonra icra məmuruna müraciət etməklə əmlakı əldə edə bilərsiniz.
Borcludan icra sənədinin icrasını tələb etmək, onu tələbin icrasına məcbur etmək, habelə həmin tələbi borclunun iradəsindən asılı olmayaraq icra etdirmək səlahiyyətləri olan məcburi icra orqanının vəzifəli şəxsidir.
İcra sənədi icra edilərkən borclunun əmək haqqından və ona bərabər sayılan digər gəlirlərindən tutmaların məbləği 50 faizdən çox ola bilməz. Tələb bir neçə icra sənədi üzrə borclunun əmək haqqına və ona bərabər sayılan digər gəlirlərinə yönəldildikdə qazancın 50 faizi borcluda qalmalıdır. Alimentlərin tutulması, sağlamlığa vurulmuş ziyanın ödənilməsi, ailəni dolandıranın itkisi nəticəsində zərər çəkmiş şəxslərə vurulmuş ziyanın ödənilməsi və cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsi zamanı "İcra haqqında" Qanunun 65.1-ci və 65.2-ci maddələri ilə müəyyən edilmiş məhdudiyyətlər tətbiq edilmir. Belə hallarda əmək haqqından və ona bərabər sayılan digər gəlirlərdən tutmaların məbləği 70 faizdən çox ola bilməz. Tələbin borclunun təqaüdünə, pensiyasına, müəlliflik və əlaqəli hüquqlardan istifadəyə görə müəlliflik mükafatlarına yönəldildiyi hallarda da "İcra haqqında" Qanunun 65-ci maddəsi ilə müəyyən edilmiş qaydalar tətbiq edilir ("İcra haqqında" Qanunun 65-ci maddəsi).
Məhkəmə, digər orqan və ya vəzifəli şəxs tərəfindən verilən, müəyyən etdiyi tələb hökmən icra edilməli olan hüquqi qüvvəli aktdır.
Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir ("İcra haqqında" Qanunun 3-cü maddəsi).
İcra hərəkətlərinin həyata keçirilməsinə çətinlik yaradan hallar olduqda, icra məmuru tələbkarın və ya borclunun əsaslandırılmış müraciətinə əsasən icra hərəkətlərini 10 gündən çox olmayan müddətə təxirə salır ("İcra haqqında" Qanunun 16-cı maddəsi).
İcra sənədləri üzrə icraat zamanı borclunun, borclu hüquqi şəxsin icra orqanının rəhbərinin yeri məlum olmadıqda, icra məmuru öz təşəbbüsünə və ya tələbkarın ərizəsinə əsasən borclunun axtarılması haqqında qərar qəbul edir və həmin qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur ("İcra haqqında" Qanunun 27-ci maddəsi).
Məcburi icra tədbirləri aşağıdakılardır:
-Borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi;
-Tələbin borclunun əmək haqqına, pensiyasına, təqaüdünə və sair gəlirlərinə yönəldilməsi;
-Tələbin borclunun üçüncü şəxslərdə olan pul vəsaitlərinə və digər əmlakına yönəldilməsi;
-İcra sənədində göstərilmiş müəyyən əşyaların borcludan götürülüb tələbkara verilməsi;
-"İcra haqqında" Qanuna və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarına uyğun olaraq icra sənədinin icrasını təmin edən başqa tədbirlər məcburi icra tədbirləridir ("İcra haqqında" Qanunun 43-cü maddəsi).
İcraata başlamaq haqqında qərar borcluya təqdim olunduğu gündən ən geci 1 ay müddətində, təxirəsalınmaz hallarda isə qərarın təqdim olunması ilə eyni vaxtda borclunun əmlakı üzərinə həbs qoyulur. İcra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs, bir qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Təxirəsalınmaz hallarda borclu tərəfindən əmlakın məhv edilməsini, zədələnməsini, korlanmasını, gizlədilməsini və ya özgəninkiləşdirilməsini güman etməyə əsas verən dəqiq məlumat olduqda, icra məmuru məhkəmənin qərarı olmadan da əmlakın üzərinə həbs qoya bilər. İcra məmuru 24 saat ərzində bu barədə icra üzrə nəzarəti həyata keçirən məhkəməyə məlumat verməlidir ("İcra haqqında" Qanunun 50-ci maddəsi).
İcra sənədi icra edilərkən borclunun əmək haqqından və ona bərabər sayılan digər gəlirlərindən tutmaların məbləği 50 faizdən çox ola bilməz. Tələb bir neçə icra sənədi üzrə borclunun əmək haqqına və ona bərabər sayılan digər gəlirlərinə yönəldildikdə, qazancın 50 faizi borcluda qalmalıdır. Alimentlərin tutulması, sağlamlığa vurulmuş ziyanın ödənilməsi, ailəni dolandıranın itkisi nəticəsində zərər çəkmiş şəxslərə vurulmuş ziyanın ödənilməsi və cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsi zamanı "İcra haqqında" Qanunun 65.1-ci və 65.2-ci maddələri ilə müəyyən edilmiş məhdudiyyətlər tətbiq edilmir. Belə hallarda əmək haqqından və ona bərabər sayılan digər gəlirlərdən tutmaların məbləği 70 faizdən çox ola bilməz. Tələbin borclunun təqaüdünə, pensiyasına, müəlliflik və əlaqəli hüquqlardan istifadəyə görə müəlliflik mükafatlarına yönəldildiyi hallarda da "İcra haqqında" Qanunun 65-ci maddəsi ilə müəyyən edilmiş qaydalar tətbiq edilir (İcra haqqında Qanunun 65-ci maddəsi).
İcradan yayınan borclunun barəsində inzibati və cinayət məsuliyyəti, həmçinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması, borclunun məcburi gətirilməsi və axtarışa verilməsi kimi məhdudiyyət tədbirləri görülə bilər ("İcra haqqında" Qanunun 27, 82-84-1-ci maddələri).
İcra məmuru tərəflərdən birinin və ya onun nümayəndəsinin qohumudursa və ya qohumu olmuşdursa yaxud icraatın nəticəsində maraqlıdırsa, yaxud onların obyektivliyinə və qərəzsizliyinə şübhə doğuran kifayət qədər əsaslar vardırsa, o, icraatda iştirak edə bilməz. Belə olan halda icra məmuru özü-özünə etiraz etməyə borcludur, həmçinin icraatda iştirak edən tələbkar və ya borclu da həmin əsaslar üzrə icra məmuruna etiraz edə bilər ("İcra haqqında" Qanunun 42-ci maddəsi).
Aliment borcu alimentin məhkəmənin qətnaməsi və ya aliment ödənilməsi barədə saziş ilə müəyyən edilən miqdara uyğun olaraq icra məmuru tərəfindən müəyyən edilir (Ailə Məcəlləsinin 106-cı maddəsi).
Azərbaycan Respublikasının qanunvericiliyi ilə və ya icra sənədi ilə icrası dərhal nəzərdə tutulmuş tələblər təxirəsalınmadan icra olunur. İcra olunma müddəti qanunvericilikdə və ya icra sənədində nəzərdə tutulmamış icra sənədləri üzrə isə "İcra haqqında" Qanunun 12.1-ci maddəsinə əsasən bu Qanunun 8.2-ci maddəsinin üçüncü bəndində nəzərdə tutulmuş hal istisna olmaqla, icra məmuru icra sənədini aldığı gündən iki ay müddətində bütün zəruri icra hərəkətlərini həyata keçirməlidir ("İcra haqqında" Qanunun 12-ci maddəsi).
İcra sənədi könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, icra məmuru borcludan tutulmalı pul məbləğinin 10 faizi həcmində icra ödənişinin alınması barədə qərar qəbul edir. Qeyri-əmlak xarakterli tələbin nəzərdə tutulduğu icra sənədi icra edilmədikdə, borclu fiziki şəxsdən yüz manat, borclu hüquqi şəxsdən isə beş yüz manat miqdarında icra ödənişi alınır.
Könüllü icra üçün müəyyən olunmuş vaxtda icra sənədi üzrə ödənilməli pul məbləği borclu tərəfindən qismən ödənildikdə icra ödənişi borcun qalan hissəsindən hesablanır.
İcra ödənişi icra sənədi ilk dəfə icraya yönəldilərkən alınır. Həmin icra sənədinin yenidən icraya yönəldilməsi zamanı icra ödənişi alınmır.
İcra ödənişinin alınması barədə qərar onun qəbul edilməsinə səbəb olmuş icra sənədi üzrə icraat çərçivəsində icra olunur. Bu icraat çərçivəsində icra ödənişinin alınması barədə qərarın tam icrası mümkün olmadıqda, icra ödənişinin alınması barədə qərarın icrası müstəqil icraat çərçivəsində davam etdirilir.
İcra ödənişi borcludan tam və ya hissə-hissə tutula bilər. Qanunla başqa qayda nəzərdə tutulmamışdırsa, borcun hissə-hissə ödənilməsi hallarında, yaxud borcun qismən ödənilməsi mümkün olduqda icra ödənişi faktiki ödənilən məbləğə mütənasib olaraq hər bir ödəniş üzrə hesablanır və tutulur.
İcra ödənişinin məbləğinin 25 faizi dövlət büdcəsinə, qalan hissəsi isə ədliyyə orqanlarının xüsusi xəzinə hesabına köçürülür
Qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi tələbi ilə bağlı məhkəməyə ərizə verməklə (Mülki Prosessual Məcəllənin 231-ci maddəsi).
"İcra haqqında" Qanunda icra sənədi üzrə icraatın dayandırılması əsaslarında icra sənədinin verilməsinə əsas olmuş məhkəmə qərarından əlavə kassasiya qaydasında şikayətin verilməsi nəzərdə tutulmamışdır. İcra sənədinin verilməsinə əsas olmuş məhkəmə aktlarından konstitusiya şikayəti Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin icraatına qəbul olunduqda icra sənədi üzrə icraat məcburi olaraq dayandırılır. Konstitusiya Məhkəməsinin Palatasında daxil olmuş şikayətin yoxlanılması icraatın dayandırılmasına əsas deyil. Belə ki, Konstitusiya Məhkəməsinin Palatasında şikayətlərin icraata qəbul edilib-edilməməsi məsələsi həll olunur ("İcra haqqında" Qanunun 17-ci maddəsi, "Konstitusiya Məhkəməsi haqqında" Qanunun 7-ci maddəsi).
Borclunun razılığı olduğu hallarda da tələbin onun gəlirinin 100%-nə yönəldilməsinə yol verilmir ("İcra haqqında" Qanunun 65-ci maddəsi).
İcraat zamanı tərəflərdən biri sıradan çıxdıqda (fiziki şəxs öldükdə, hüquqi şəxs yenidən təşkil edildikdə, tələb güzəşt edildikdə, borc köçürüldükdə) icra məmuru qərar qəbul edərək Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş qaydada həmin tərəfi onun vərəsəsi və ya hüquq varisi ilə əvəz edir. Vərəsə və hüquq varisi icraata daxil olanadək həyata keçirilmiş bütün hərəkətlər, onun əvəz etdiyi şəxs üçün məcburi olduğu kimi, vərəsə və ya hüquq varisi üçün də eyni dərəcədə məcburidir ("İcra haqqında" Qanunun 31-ci maddə).
Vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar (Mülki Məcəllənin 1306-cı maddəsi). İcra sənədində göstərilmiş tələb qəbul edilmiş miras əmlakın dəyərindən çox olduqda qalıq borc miras qoyanın vərəsələrindən tələb edilə bilməz.
Bələdiyyə öz fəaliyyətini iclaslar, daimi və başqa komissiyalar vasitəsilə həyata keçirir. Bələdiyyənin iclasları ayda bir dəfədən az olmayaraq bələdiyyənin sədri tərəfindən çağırılır. Bələdiyyənin icra orqanı onun icra aparatıdır. Bələdiyyənin icra aparatının fəaliyyətinə bələdiyyənin sədri rəhbərlik edir.
Bələdiyyələr öz səlahiyyətlərinə aid olan məsələlərlə bağlı müstəqil qərarlar qəbul edə bilərlər. Qərarlar bələdiyyə iclasında səs çoxluğu ilə qəbul edilir. İclasda bələdiyyə üzvlərinin ən azı yarıdan çoxu iştirak etdikdə, iclas səlahiyyətli sayılır. Qəbul edilən qərar bələdiyyə sədri tərəfindən imzalanır və qüvvəyə minir.
Bələdiyyənin öz səlahiyyətləri daxilində qəbul etdiyi qərarlar təşkilati-hüquqi formasından asılı olmayaraq, bələdiyyənin ərazisində yerləşən bütün hüquqi və fiziki şəxslər tərəfindən mütləq icra edilməlidir. Bələdiyyə qərarları onları qəbul etmiş orqanlar tərəfindən ləğv oluna və ya məhkəmənin qərarı ilə etibarsız sayıla bilər. Bələdiyyə qərarlarının icra edilməməsi qanuna müvafiq olaraq məsuliyyətə səbəb olur.
Yerli büdcə bələdiyyə statusuna uyğun olaraq özünüidarəetmə prinsiplərini reallaşdırmaq, Azərbaycan Respublikasının Konstitusiyası və qanunları ilə müəyyənləşdirilmiş bələdiyyə səlahiyyətlərini həyata keçirmək üçün formalaşan və istifadə olunan maliyyə vəsaitidir. Yerli büdcə bələdiyyə büdcəsidir, dövlət büdcəsinin tərkib hissəsi deyil. Bələdiyyələrin qanunvericiliyə uyğun olaraq yerli büdcənin tənzimlənməsi prosesində dövlət büdcəsindən vəsait almaq hüququ var.
Yerli büdcənin icrasına, o cümlədən sərf edilən vəsaitin təsdiq edilmiş büdcə göstəricilərinə uyğunluğuna bələdiyyə nəzarət edir və bu məqsədlə ildə bir dəfədən az olmayaraq müstəqil auditorları cəlb edir. Yerli əhalini tanış etmək məqsədilə auditin nəticələri onların bələdiyyəyə təqdim edildiyi gündən bir ay müddətinə bələdiyyə binasının qarşısında xüsusi lövhələrdə yerləşdirilir.
Bələdiyyə əmlakının yaranması mənbələri aşağıdakılardır:
- “Bələdiyyə mülkiyyətinə əmlakın verilməsi haqqında” Qanuna və digər normativ hüquqi aktlara uyğun olaraq bələdiyyələrin mülkiyyətinə verilən dövlət əmlakı;
- bələdiyyələrin fəaliyyəti nəticəsində əldə olunan və yaradılan əmlak;
- fiziki və hüquqi şəxslər, beynəlxalq təşkilatlar və fondlar tərəfindən bələdiyyələrə könüllü maddi yardım şəklində verilən əmlak;
- varisi olmayan əmlakın bələdiyyələrə keçməsi yolu ilə əldə olunan əmlak;
- bələdiyyələrə vəsiyyət edilən əmlak;
- qanunvericilikdə nəzərdə tutulan digər hallarda əldə olunan əmlak.
Bələdiyyə büdcəsindən pul vəsaiti yalnız bələdiyyə iclasının qərarı ilə ayrılır və bu qərarda həmin vəsaitin təyinatı, məqsədi və dəqiq miqdarı göstərilməlidir.
Bələdiyyə öz torpaqları üzərində sərəncam verə bilmək üçün ilk növbədə onun həmin torpaq sahələrinə mülkiyyət hüququ dövlət qeydiyyatına alınmalıdır. Bələdiyyə tərəfindən bələdiyyə ərazisində daimi yaşayan və ən azı beş il müddətində qeydiyyatda olan şəxslərə həyatyanı torpaq sahəsi müvafiq dövlət orqanlarının (yerli icra hakimiyyəti orqanlarının memarlıq xidmətinin və İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin yerli qurumlarının) rəyləri alındıqdan sonra birbaşa bələdiyyə iclasının qərarı ilə satılır. Bələdiyyə qərarında torpaq sahəsinin satış qiyməti və alıcı tərəfindən torpaq sahəsinin digərinin ödənilməsi müddəti (60 gündən cox olmamaqla) göstərilir. Həmin müddətdə torpağın dəyəri alıcı şəxs tərəfindən ödənildikdə bələdiyyə ilə alıcı arasında notariat qaydasında alqı-satqı müqaviləsi bağlanılır. Bu qaydada həyatyanı torpaq sahəsi almış şəxs onu beş il müddətində özgəninkiləşdirə bilməz. Digər şəxslər həyatyanı torpaq sahəsini hərrac və ya müsabiqədə iştirak etməklə qalib gəldikləri təqdirdə ala bilərlər.
- fiziki şəxslərin torpaq vergisi:
- təyinatı üzrə istifadə edilən və ya irriqasiya, meliorasiya və digər aqrotexniki səbəblərdən təyinatı üzrə istifadə edilməsi mümkün olmayan kənd təsərrüfatı torpaqları;
- sənaye, tikinti, nəqliyyat, rabitə, ticarət-məişət xidməti və digər xüsusi təyinatlı torpaqlar; yaşayış fondlarının, həyətyanı sahələrin torpaqları və vətəndaşların bağ sahələrinin tutduğu torpaqlar;
- fiziki şəxslərin binalara, su və hava nəqliyyatı vasitələrinə görə əmlak vergisi;
- bələdiyyə mülkiyyətində olan müəssisə və təşkilatların mənfəət vergisi.
Bu fiziki şəxslərin mülkiyyətində olan torpaqlara görə torpaq vergisinin məbləği 10 manat azaldılır:
- Azərbaycan Respublikasının Vətən Müharibəsi Qəhrəmanları;
- Azərbaycanın Milli Qəhrəmanları;
- Sovet İttifaqı və Sosialist Əməyi Qəhrəmanları;
- müharibə ilə əlaqədar əlilliyi olan şəxslər;
- həlak olmuş, yaxud sonradan vəfat etmiş döyüşçülərin dul arvadları (ərləri) və övladları;
- 1941-1945-ci illərdə arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslər;
- qanunvericiliklə müəyyən edilmiş qaydada müharibə veteranı adı almış şəxslər;
- Çernobıl AES-də qəza, mülki və ya hərbi təyinatlı atom obyektlərində digər radiasiya qəzaları nəticəsində, habelə nüvə qurğularının hər hansı növləri, o cümlədən nüvə silahı və kosmik texnika ilə bağlı olan sınaqlar, təlimlər və başqa işlər nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslər; şəhid statusu almış şəxslərin valideynləri, dul arvadları (ərləri) və övladları.
Geoloji ayırma sənədi əsasında faydalı qazıntı yataqlarının (neft və qaz yataqları istisna olmaqla) axtarışı, qiymətləndirilməsi və kəşfiyyatı işlərinə cəlb edilən torpaq sahələrinə görə torpaq vergisi müvafiq təsdiqedici sənədlər (geoloji-kəşfiyyat işlərini həyata keçirən şəxsin podrat müqaviləsi, geoloji-kəşfiyyat planı, geoloji-kəşfiyyatla bağlı təqdim edilən hesabat) əsasında faydalı qazıntı yataqlarının axtarışı, qiymətləndirilməsi və kəşfiyyatı işlərinə başlanıldığı təqvim ili üzrə 75 faiz azaldılır (eyni vergi ilində geoloji ayırma sənədi əsasında faydalı qazıntı yataqlarının (neft və qaz yataqları istisna olmaqla) axtarışı, qiymətləndirilməsi və kəşfiyyatı işlərinə cəlb edilən və istismar edilərək faydalı qazıntılar çıxarılan torpaq sahələrinə münasibətdə tətbiq edilmir).
Vergi Məcəlləsinin 199.11-ci və 199.14-cü maddələri nəzərə alınmaqla, Bakı, Sumqayıt, Xırdalan şəhərləri və Abşeron rayonu istisna olmaqla, respublikanın digər şəhər və rayonlarında, o cümlədən Naxçıvan Muxtar Respublikasında mehmanxana (hotel) və sanatoriya fəaliyyətində istifadə edilən (sahibkarlıq fəaliyyətinin müvəqqəti dayandırıldığı dövr istisna olmaqla) yerləşmə vasitəsi olan daşınmaz əmlaklara görə əmlak vergisi 2024-cü il yanvarın 1-dən 3 il müddətinə 75 faiz azaldılır.
Binaların icarəyə, kirayəyə verildiyi, habelə sahibkarlıq və ya kommersiya fəaliyyəti ilə məşğul olmaq üçün istifadə edildiyi hallar istisna olmaqla, torpaq vergisindən güzəşt verilən fiziki şəxslərin, habelə pensiyaçıların və müddətli hərbi xidmət hərbi qulluqçularının və onların ailə üzvlərinin müddətli hərbi xidmət dövründə binalara görə ödəməli olduqları əmlak vergisinin məbləği 30 manat azaldılır.
Torpaq vergisi torpaq mülkiyyətçilərinin və ya torpaqdan icarə və ya digər əsaslarla istifadə edən şəxslərin təsərrüfat fəaliyyətinin nəticələrindən asılı olmayaraq torpağın sahəsinə görə hər il sabit tədiyə şəklində hesablanır.
Fiziki şəxslərin torpaq vergisi və xüsusi mülkiyyətində olan binalara görə əmlak vergisi yerləşdiyi ərazinin bələdiyyəsi tərəfindən hesablanır və verginin ödənilməsi barədə tədiyə bildirişi vergi ödəyicilərinə avqustun 1-dən gec olmayaraq verilir.
Su və hava nəqliyyatı vasitələrinə görə vergi onların qeydiyyatını həyata keçirən təşkilatlar tərəfindən verilən məlumatlar əsasında hər il yanvarın 1-i vəziyyətinə hesablanır. Belə qeydiyyatın olmadığı hallarda, həmin əmlakın sahibi mülkiyyətində olan su və hava nəqliyyatı vasitələri barədə lazımi məlumatları (buraxılış ili, alış qiyməti və texniki xarakteristikası) əks etdirən sənədləri hər il yanvar ayının 1-dək müvafiq bələdiyyənin vergi xidməti orqanına təqdim edir.
Fiziki şəxslərin torpaq vergisi, xüsusi mülkiyyətində olan binalara, su və hava nəqliyyatı vasitələrinə görə əmlak vergisi bərabər hissələrlə - həmin il avqustun 15-dək və noyabrın 15-dək bələdiyyə büdcəsinə ödənilir.
Ayrılıqda bir neçə fiziki şəxsin mülkiyyətində və ya istifadəsində olan tikililərin altında qalan və ya onlara xidmət üçün ayrılmış torpaq sahələrinə görə vergi onlara məxsus tikili sahələrinə mütənasib surətdə hesablanır.
Bir neçə sahibi olan bina üzrə əmlak vergisi həmin binanın hər sahibi üçün onun binanın sahəsindəki payına uyğun olaraq əmlak sahəsinin hər kvadratmetrinə əsasən hesablanır.
Bir neçə fiziki şəxsə məxsus olan su və hava nəqliyyatı vasitəsinə görə əmlak vergisi həmin nəqliyyat vasitəsini öz adına qeydiyyatdan keçirmiş şəxsdən tutulur.
Fiziki şəxslər tərəfindən torpaq vergisi torpağın əvvəlki sahibi tərəfindən ödənilmədiyi halda, vergi müəyyən edilmiş ödəmə vaxtına həmin torpağın sahibi tərəfindən ödənilir.
Vergi ödəyicisinin hesabat dövründə torpaq sahəsinə mülkiyyət hüququ, habelə dövlət və bələdiyyə mülkiyyətində olan torpaqlardan icarə və ya digər əsaslarla istifadə hüququ yarandıqda və ya bu hüquqa xitam verildikdə, həmin torpaq sahəsinə münasibətdə vergi məbləğinin hesablanması bu torpaq sahəsinin vergi ödəyicisinin mülkiyyətinə (icarə və ya digər əsaslarla istifadəsinə) keçdiyi aydan sonrakı aydan etibarən mülkiyyətində (icarə və ya digər əsaslarla istifadəsində) olduğu ayların sayına mütənasib olaraq aparılır.
Bələdiyyələr təsərrüfat orqanı olmadığından onlar birbaşa özləri sahibkarlıqla məşğul ola bilməzlər. Lakin qanunvericilik bələdiyyələrə öz hüquqi şəxslərini (müəssisələrini) yaratmaq hüququ verir. Bələdiyyələr qanunvericiliklə qadağan olunmuş fəaliyyət növləri istisna olmaqla sahibkarlığın bütün formaları ilə (istehsal, xidmət və s.) məşğul olan hüquqi şəxslərini (müəssisələrini) yarada bilirlər.
Bələdiyyə ərazisində mehmanxana, sanatoriya-kurort və turizm xidmətləri göstərən şəxslərdən alınan ödəniş burada qalan hər bir şəxs üçün sutkada 1,1 manatdan çox olmamaqla həmin xidmətləri göstərən şəxslər tərəfindən hesablanır və hesablanmış məbləğ növbəti ayın 5-dək müvafiq bələdiyyənin büdcəsinə ödənilir.
Yerli vergilər və ödənişlər ilə bağlı qərarlar bələdiyyə üzvlərinin üçdə iki səs çoxluğu ilə qəbul edilir. Qanunvericiliklə müəyyən olunmuş qaydada vergilərin və ödənişlərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət bələdiyyələrin vergi xidməti orqanları tərəfindən həyata keçirilir.
Bələdiyyənin sədri yeni seçilmiş bələdiyyənin birinci iclasında bələdiyyə üzvləri sırasından açıq və ya gizli səsvermə yolu ilə seçilir. Bələdiyyə sədri bələdiyyə üzvlərinin yarısından çoxunun səsini topladıqda seçilmiş hesab olunur.
Yerli özünüidarəetmə dedikdə yerli ərazi vahidi əhalisinin (ərazi kollektivinin) və bu əhalini təmsil edən seçkili orqanların yerli əhəmiyyətli məsələlərin həlli üzrə fəaliyyəti başa düşülür. Yerli özünüidarəetmə orqanları onları yerli idarəetmə orqanlarından fərqləndirən bir sıra özünəməxsus xüsusiyyətlərə malikdir: yerli özünüidarəetmə orqanları inzibati ərazi vahidinin əhalisi tərəfindən ümumi, bərabər, birbaşa seçki hüququ əsasında formalaşdırılır; yerli idarəetmə orqanları isə mərkəzi dövlət orqanları tərəfindən təyin olunur və onların səlahiyyətləri tabe olduqları orqan tərəfindən müəyyən olunur; yerli özünüidarəetmə orqanları yerli əhəmiyyətli məsələlərin həllində müstəqildirlər. Lakin yerli özünüidarəetmə orqanlarının müstəqilliyi qanunvericiliklə müəyyən olunmuş səlahiyyətlər çərçivəsindədir, onların qəbul etdikləri aktlar hüquqa, haqq-ədalətə əsaslanmalı, Konstitusiyaya, Qanunlara, Prezident Fərmanlarına, Nazirlər Kabinetinin qərarlarına zidd olmamalıdır. Yerli özünüidarəetməni bələdiyyələr həyata keçirir.
Bələdiyyə qanunla müəyyən edilmiş ərazi hüdudları daxilində yerli özünüidarəetmə formasıdır. Bələdiyyələr bərabərlik əsasında qurulur və fəaliyyət göstərirlər. Azərbaycan Respublikasında ilk bələdiyyə seçkiləri 12 dekabr 1999-cu ildə keçirilmişdir. O dövrdə Respublikamızda 2700 bələdiyyə yaradılmışdır.
"Azərbaycan Respublikasında bələdiyyələrin birləşməsi yolu ilə yeni bələdiyyələrin yaradılması haqqında" 18 oktyabr 2024-cü il tarixli Qanunla 63 şəhər və rayon üzrə 1400 bələdiyyənin birləşməsi nəticəsində 480 yeni bələdiyyə yaradılıb. Ölkə üzrə bələdiyyələrin ümumi sayı 1606-dan 685 bələdiyyəyə azaldılıb.
Seçkilərdə 21 yaşı tamam olan və yaşı 21-dən yuxarı olan Azərbaycan Respublikasının vətəndaşları bələdiyyələrə üzv seçilə bilərlər. İcra hakimiyyəti orqanlarında işləyən vəzifəli şəxslərin, hakimlərin, hüquq-mühafizə orqanlarının işçilərinin bələdiyyə üzvlüyünə namizədliyi qeydə alındıqdan sonra 3 gün ərzində onlar tutduqları vəzifədən azad olunmalı və bu barədə müvafiq sənədi ərazi seçki komissiyasına təqdim etməlidirlər.
Fiziki şəxslərin xüsusi mülkiyyətində olan və Azərbaycan Respublikasının ərazisində yerləşən binalar, yerindən və istifadə edilib-edilməməsindən asılı olmayaraq fiziki şəxslərə məxsus su və hava nəqliyyatı vasitələri əmlak vergisinin vergitutma obyektidir. Bu obyektlərə görə ödənilən vergi əmlak vergisidir. Fiziki şəxslərin əmlak vergisi nağdsız qaydada bələdiyyə büdcəsinə ödənilir. Fiziki şəxslərin mülkiyyətində olan binaya görə əmlak vergisi onun yerləşdiyi ərazinin bələdiyyəsi tərəfindən binanın sahəsinin hər kvadratmetrinə görə (yaşayış sahələrinə münasibətdə - onların 30 kv.metrdən artıq olan hissəsi), vergi dərəcələri üzrə və Bakı şəhərində yerləşən binalara tətbiq edilən əmsallarla (bina Bakı şəhərində yerləşdikdə, həmin dərəcələrə Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi 0,7-dən aşağı və 1,5-dən yuxarı olmayan əmsallar tətbiq edilməklə) hesablanır. Fiziki şəxsin bir neçə yaşayış sahəsi olduqda, yaşayış sahələrinin hər birindən vergiyə cəlb olunmayan 30 kv.metr çıxılır. Bir neçə sahibi olan bina üzrə əmlak vergisi həmin binanın hər sahibi üçün onun binanın sahəsindəki payına uyğun olaraq hesablanır. Fiziki şəxslərin əmlak vergisinin dərəcələri:
|
Yaşayış məntəqələri |
Fiziki şəxsin xüsusi mülkiyyətində olan yaşayış və qeyri-yaşayış sahələri (manatla) |
|
Bakı |
0,4 |
|
Gəncə, Sumqayıt şəhərləri və Abşeron rayonu |
0,3 |
|
Digər şəhərlər (rayon tabeliyində olan şəhərlər istisna olmaqla), rayon mərkəzləri |
0,2 |
|
Rayon tabeliyində olan şəhərlərdə, qəsəbələrdə və kəndlərdə (Bakı və Sumqayıt şəhərlərinin, habelə Abşeron rayonunun qəsəbə və kəndləri istisna olmaqla) |
0,1 |
Fərdi ev (ya mənzil) üzrə vergilərin hesablanması nümunəsi:
Ümumi sahəsi 60 kvadratmetr, 30 kv.metri vergi hesablanmasına daxil edilmir.
1.Ünvan – Bakı ş. İnşaatçılar prospekti (zona 3, əmsal 1,3) Bakıda 1 kv.metr üçün vergi – 0.40 AZN; (60 -30) х 0,40 х1,3 = 15,6 manat
2.Ünvan - Quba r., Dəlləkli k. 1 kv.metr üçün vergi – 0.1 AZN (60 -30) х 0,1 =3 manat
Qeyri-yaşayış sahəsi üzrə vergilərin hesablanması nümunəsi
Obyektin ümumi sahəsi 70 kv.metr, ünvan – Bakı ş. İstiqlaliyyət küçəsi (zona 1, əmsal 1,5) Bakıda 1 kv.metr üçün vergi – 0.40 AZN; 70 х 0,40 х1,5 =42 manat
Su və hava nəqliyyatı vasitələrinə görə əmlak vergisi onların qeydiyyatını həyata keçirən təşkilatlar tərəfindən verilən məlumatlar əsasında hər il yanvarın 1-i vəziyyətinə hesablanılır. Belə qeydiyyatın olmadığı hallarda, həmin əmlakın sahibi mülkiyyətində olan su və hava nəqliyyatı vasitələri barədə lazımi məlumatları (buraxılış ili, alış qiyməti və texniki xarakteristikası) əks etdirən sənədləri hər il yanvar ayının 1-dək müvafiq bələdiyyənin vergi xidməti orqanına təqdim edir. Bir neçə fiziki şəxsə məxsus olan su və hava nəqliyyatı vasitəsinə görə vergi həmin nəqliyyat vasitəsini öz adına qeydiyyatdan keçirmiş şəxsdən tutulur. - su nəqliyyatı vasitəsinin mühərrikinin 1 kub santimetri üçün 0,02 manat; - hava nəqliyyatı vasitəsinin mühərrikinin 1 kub santimetri üçün 0,02 manat; - mühərriki olmayan su və hava nəqliyyatı vasitələri üçün - onların bazar qiymətinin 1 faizi.
Torpaq vergisi torpaq barəsində mülkiyyət və ya istifadə hüququnu təsdiq edən sənədlər əsasında müəyyənləşdirilir. Tikililərin və qurğuların altında olan torpaqlara, həmçinin obyektlərin sanitariya mühafizəsi üçün zəruri olan torpaq sahələrinə görə torpaq vergisi tutulur. Torpaq vergisi torpaq mülkiyyətçilərinin və ya istifadəçilərinin təsərrüfat fəaliyyətinin nəticələrindən asılı olmayaraq torpaq sahəsinə görə hər il sabit tədiyə şəklində hesablanılır. Azərbaycan Respublikasının ərazisində mülkiyyətində və ya istifadəsində torpaq sahələri olan fiziki şəxslər torpaq vergisinin ödəyiciləridir. Fiziki şəxslərin Azərbaycan Respublikasının ərazisində mülkiyyətində və ya istifadəsində olan torpaq sahələri torpaq vergisinin vergitutma obyekti sayılır. Fiziki şəxslər özlərinin mülkiyyət və istifadə hüquqlarını təsdiq edən sənədləri aldıqdan sonra 1 ay ərzində bələdiyyədə uçota durmalıdırlar. Vətəndaşların öhdəliyi olan torpaq vergisi bərabər məbləğlərdə 15 avqust və 15 noyabr tarixlərindən gec olmayaraq ödənilməlidir. Torpaq sahibi əvvəlki illərə görə vergini ödəmə vaxtına həmin torpağın sahibi tərəfindən ödənilir. Fiziki şəxslərin torpaq vergisi bələdiyyə büdcəsinə ödənilməlidir.
Kənd təsərrüfatı təyinatlı torpaqlar istisna olmaqla, başqa torpaqlar üzrə torpaq vergisi torpaq sahəsinin hər 100 kv.metrinə görə aşağıdakı cədvəldə göstərilən dərəcələr tətbiq olunmaqla hesablanılır:
|
Yaşayış məntəqələri |
Sənaye, tikinti, nəqliyyat, rabitə, ticarət-məişət xidməti və digər xüsusi təyinatlı torpaqlar (manatla) |
Yaşayış fondlarının, həyətyanı sahələrin torpaqları və vətəndaşların bağ sahələrinin tutduğu torpaqlar (manatla) |
||
|
10000 m²- dək olduqda |
10000 m²- dən yuxarı olan hissə üçün |
10000 m²- dək olduqda |
10000 m²-dən yuxarı olan hissə üçün |
|
|
Bakı şəhəri, habelə onun qəsəbə və kəndləri |
10 |
20 |
0,6 |
1,2 |
|
Gəncə, Sumqayıt, Xırdalan şəhərləri və Abşeron rayonunun qəsəbə və kəndləri |
8 |
16 |
0,5 |
1,0 |
|
Digər şəhərlər və rayon mərkəzləri |
4 |
8 |
0,3 |
0,6 |
|
Rayon tabeliyində olan şəhərlər, qəsəbələr və kəndlər |
2 |
4 |
0,1 |
0,2 |
Vergi Məcəlləsinin 206.1-1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, kənd təsərrüfatı torpaqları üzrə torpaq vergisinin dərəcəsi torpaq sahəsinin hər 100 kv metrinə görə 2 manat müəyyən edilir. Fiziki şəxslərə torpaq vergisi torpaq sahələrinin ölçüsünə və torpaq vergisinin dərəcələrinə əsasən müvafiq ərazinin bələdiyyəsi tərəfindən hər il iyulun 1-dək hesablanılır.
Yaşayış fondu üzrə vergilərin hesablanması nümunəsi: Ünvan: Bakı şəhəri, Mərdəkan qəsəbəsi 10500 kv.metr bağ sahəsi 10000 x 0,6/100=60 manat; torpaq sahəsinin 10000 kv.metrdən yuxarı olan hissəsi üçün 10500 - 10000) x 1,2/100)= 6 manat; cəmi: 60 + 6= 66 manat Ticarət-məişət xidmətlərinin göstərilməsi üzrə vergilərin hesablanması nümunəsi Ünvan: Goranboy rayonu Dəliməmmədli şəhəri 200 kv.metr torpaq sahəsi 200 kv.metr x 2 manat/100 kv.metr=4 manat
Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 16.1-ci maddəsinə əsasən cəzanı icra edən müəssisə və ya orqanın vəzifəli şəxsləri məhkumun razılığı ilə onun ailəsinə və ya yaxın qohumlarından birinə, yaxud məhkumun göstərdiyi şəxsə ona təyin olunmuş cəzanın icrası, cəzanın çəkilmə yeri, məhkumun yerdəyişmələri və azad edilməsi barədə məlumat verməlidirlər.
Probasiya xidməti üzərində probasiya nəzarəti həyata keçirilən məhkumların qanunvericiliklə müəyyən olunmuş üsul və vasitələrlə sosial adaptasiya və reabilitasiyası, habelə islahı işini təşkil etmək üçün tədbirlər görür. Bu tədbirlər probasiya nəzarətində olan şəxslərin cəmiyyətə yenidən inteqrasiyasına yönəlib. Buraya daxildir:
1) Sosial-psixoloji yardım - psixoloq və sosial işçi tərəfindən fərdi və qrup şəklində məsləhətlər, psixoloji dəstək və davranış dəyişikliklərinə yönəldilmiş fəaliyyətlərin həyata keçirilməsi;
2) Hüquqi yardım – peşəkar vəkillərin iştirakı ilə mütəmadi olaraq hüquqi məsləhət və yardım xidmətlərinin göstərilməsi;
3) Peşə və məşğulluq xidmətləri – məşğulluq qurumları ilə əməkdaşlıq, işə düzəldilməyə kömək, peşə təlimlərinə cəlb olunma;
4) Təhsil və ixtisasartırma dəstəyi - təhsilin davam etdirilməsi, tədris və peşə proqramlarına qoşulma üçün yönləndirmə;
5) Tibbi yardıma yönləndirmə və asılılıqdan azad olma tədbirləri: məhkumların hər hansı xəstəliyi və ya alkoqol, narkotik və digər asılılıqlarla mübarizə məqsədilə tibbi xidmətlərə və ya reabilitasiya proqramlarına cəlb etmə;
6) Ailə və sosial əlaqələrin bərpası: ailə üzvləri ilə münasibətlərin bərpasına və ictimai mühitə uyğunlaşmaya yardım.
Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 23.1-ci maddəsinə əsasən məhkum cəriməni hökm qanuni qüvvəyə mindiyi gündən bir aydan gec olmayaraq müvafiq bank hesabına köçürməklə ödəməlidir. İcra məmuru cərimənin ödənilmədiyi halda məhkumu, ondan cərimənin məcburi tutulacağı barədə xəbərdar edir.
Cərimə məbləği yerli probasiya qurumuna məxsus bank hesabına ödənilməlidir (bank hesabları ilə bu linkə keçid etməklə tanış ola bilərsiniz).
Həmin Məcəllənin 23.2-ci maddəsinə əsasən məhkum cəriməni üzrlü səbəbdən bir ay müddətində ödəyə bilmədikdə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə uyğun olaraq, məhkəmə məhkumun ərizəsinə əsasən cərimənin ödənilməsinin altı ayadək müddətə təxirə salınması və ya müddəti göstərilməklə onun hissə-hissə ödənilməsi haqqında qərar qəbul edə bilər (ərizə formasını bu linkə keçid vasitəsilə əldə edə bilərsiniz).
Azərbaycan Respublikası Cinayət Məcəlləsinə əsasən cəzadan azad etmə məhkəmə qaydasında, əfvetmə və ya amnistiya aktının tətbiqi ilə mümkündür.
Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 80-1-ci maddəsinə əsasən məhkum edilmiş şəxs cəza çəkdiyi dövrdə cinayət məsuliyyətdən azad etmə ilə bağlı bu Məcəllənin 73.2, 73-1.1, 73-1.2 və 73-2-ci maddələrində, habelə 72, 263 və 306-cı maddələrinin “Qeyd” hissələrində nəzərdə tutulmuş şərtləri yerinə yetirdikdə cəza çəkməkdən azad edilir.
Həmin Məcəllənin 81-ci maddəsinə əsasən Amnistiya aktı fərdi qaydada müəyyən edilməyən şəxslər barəsində Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən qəbul edilir. Cinayət törətmiş şəxslər amnistiya aktı ilə cinayət məsuliyyətindən azad edilə bilərlər. Cinayət törətməyə görə məhkum olunmuş şəxslər isə cəzadan azad edilə bilərlər, yaxud onlara təyin olunmuş cəzanın müddəti azaldıla bilər və ya belə şəxslərin cəzasının çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edilə bilər və yaxud belə şəxslər əlavə cəzadan azad edilə bilərlər. Amnistiya aktı ilə cəzasını çəkmiş şəxslərin məhkumluğu götürülə bilər.
Həmin Məcəllənin 82-ci maddəsinə əsasən Əfvetmə fərdi qaydada müəyyən edilmiş şəxs barəsində Azərbaycan Respublikasının Prezidenti tərəfindən həyata keçirilir. Cinayət törətməyə görə məhkum olunmuş şəxs əfvetmə aktı ilə cəzanın qalan hissəsini çəkməkdən azad edilə bilər, yaxud ona təyin olunmuş cəzanın müddəti azaldıla bilər və ya belə şəxsin cəzasının çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edilə bilər.
Əfvetmə aktı ilə cəzasını çəkmiş şəxsin məhkumluğu götürülə bilər.
Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 76-cı maddəsinə əsasən məhkəmə islah işləri, azadlığın məhdudlaşdırılması, hərbi xidmət üzrə məhdudlaşdırma, azadlığın məhdudlaşdırılması, intizam xarakterli hərbi hissədə saxlama, müəyyən müddətə azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum etmə növündə cəza çəkən şəxsin islah olunmaq üçün cəzanı tam çəkməsinə lüzum olmadığı qənaətinə gələrsə, onu cəzadan şərti olaraq vaxtından əvvəl azad edə bilər. Bu halda, şəxs tamamilə və ya qismən əlavə cəzadan da azad edilə bilər. Həmin Məcəllənin 76.3-cü maddəsinə əsasən cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə, məhkum:
- böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətməyə görə təyin edilmiş cəza müddətinin ən azı yarısını;
- ağır cinayət törətməyə görə təyin edilmiş cəza müddətinin ən azı üçdə iki hissəsini;
- ağır cinayət törətməyə görə təyin edilmiş cəza müddətinin ən azı üçdə iki hissəsini;
- ağır və ya xüsusilə ağır cinayət törətməyə görə təyin edilmiş cəza müddətinin ən azı dörddə üç hissəsini, habelə əvvəllər cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş şəxs, əgər şərti olaraq vaxtından əvvəl azad etmə bu Məcəllənin 76.6-cı maddəsində nəzərdə tutulmuş əsaslara görə ləğv edilmişdirsə, yaxud əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmiş şəxs cinayətlərin residivinə görə yenidən azadlıqdan məhrum etmə növündə cəzaya məhkum edilmişdirsə, təyin edilmiş cəza müddətinin ən azı dörddə üç hissəsini həqiqətən çəkdikdən sonra tətbiq edilə bilər.
Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 513-cü maddəsinə əsasən cəza çəkməkdən şərti olaraq vaxtından əvvəl azad etmə məhkumun ərizəsi əsasında cinayət qanununun müddəalarına müvafiq olaraq cinayət cəzalarını icra edən müəssisə və ya orqanın mülahizəsi nəzərə alınmaqla cəzanın çəkildiyi yer üzrə birinci instansiya məhkəməsi tərəfindən tətbiq olunur.
Məhkəmə cəzanın çəkilməsindən şərti olaraq vaxtından əvvəl azad etmədən imtina etdikdə, həmin məsələlər üzrə ərizənin və ya vəsatətin təkrarən baxılmasına müvafiq ərizənin təmin edilməsinin rədd edilməsi haqqında məhkəmə qərarı çıxarıldığı gündən azı 6 (altı) ay keçdikdən sonra yol verilir.
Azərbaycan Respublikası Cəzaların icrası məcəlləsinin 178.2-ci maddəsinə əsasən Cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə haqqında qərarın surəti şəxsin azad olunduğu vaxtdan üç gündən gec olmayaraq onun yaşayış yeri üzrə məhkəməyə və probasiya qurumuna göndərilir. Eyni zamanda cəzaçəkmə müəssisəsinin müdiriyyəti tərəfindən şəxsdən azad edildiyi vaxtdan on beş gün müddətində yaşayış yeri üzrə probasiya qurumuna qeydiyyata götürülməsi ilə əlaqədar müraciət etməsi haqqında iltizam alınır.
Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 51-2.1ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır.
Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 51-3.6-ci maddəsinə əsasən icra məmuru azadlığın məhdudlaşdırılması növündə cəza çəkən məhkumun yaşayış yerini (yalnız Azərbaycan Respublikasının ərazisi hüdudlarında) dəyişdirməsinə dair ərizəsi əsasında bu barədə məhkumun yaşayış yeri üzrə məhkəməyə təqdimat verir. Məhkəmə aşağıdakı müstəsna hallarda məhkumun yaşayış yerini dəyişməsinə icazə verilməsi barədə qərar qəbul edir:
- məhkumun ailə vəziyyəti dəyişdikdə;
- məhkum digər yaşayış sahəsi üzərində mülkiyyət hüququ əldə etdikdə;
- şəxsin xəstəliyi ilə bağlı ona yaşayış məntəqəsinin ərazisindən kənar tibb müəssisəsində uzunmüddətli tibbi yardım göstərilməsi zərurəti yarandıqda (yaşayış yerində və ya məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilindəki tibb müəssisəsində tələb olunan tibbi yardımın göstərilməsi mümkün olmadıqda).
Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 51-7.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmiş şəxs cəzanın çəkilməsi qaydalarını pozduqda və ya onun üzərinə qoyulmuş vəzifələri yerinə yetirməkdən boyun qaçırdıqda, icra məmuru ona töhmət növündə tənbeh verir. Tənbeh tədbiri yazılı şəkildə əsaslandırılmış qərarla verilir.
Azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmiş şəxsin aşağıdakı əməlləri törətməsi, onun üzərinə qoyulmuş vəzifələri yerinə yetirməkdən boyun qaçırma hesab edilir:
51-7.2.1. icra məmurunun cəzanın çəkilməsi üçün gəlib qeydiyyatdan keçməsinə dair yazılı bildirişini aldıqdan sonra 3 gün müddətində üzrlü səbəblər olmadan cəzanın icrasına nəzarət edən orqana gəlməməsi;
51-7.2.2. üzrlü səbəb olmadan məhkəmə tərəfindən müəyyən edilmiş vəzifələri yerinə yetirməməsi;
51-7.2.3. cəzanın çəkilməsi məsələləri ilə bağlı yazılı izahat vermək üçün icra məmurunun çağırışı ilə gəlməməsi;
51-7.2.4. barəsində inzibati həbs növündə tənbeh tədbirinin tətbiq edilməsi.
51-7.4. Azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmiş şəxs onun üzərinə qoyulmuş vəzifələri yerinə yetirməkdən mütəmadi və ya qərəzli olaraq boyun qaçırdıqda icra məmuru cəzanın çəkilməmiş hissəsinin müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza ilə əvəz edilməsi üçün məhkəməyə təqdimat verir.
51-7.5. Üzərinə qoyulmuş vəzifələri yerinə yetirməkdən boyun qaçırdığına görə töhmət almış məhkumun il ərzində daha iki dəfə bu Məcəllənin 51-7.2-ci maddəsində nəzərdə tutulmuş əməlləri törətməsi vəzifələri mütəmadi yerinə yetirməmə hesab edilir.
51-7.6. Aşağıdakı əməllər azadlığın məhdudlaşdırılması növündə cəzanın icrasından qərəzli boyun qaçırma hesab edilir:
51-7.6.1. məhkumun müəyyən edilmiş ərazi hüdudlarını icazəsiz tərk etməsi;
51-7.6.2. məhkumun elektron nəzarət vasitəsini gəzdirməkdən imtina etməsi, onu zədələməsi və ya digər üsulla yararsız vəziyyətə salması, yaxud həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün üzrsüz səbəbdən ona xidmət etməməsi;
51-7.6.3. məhkumun yaşayış yerini bu Məcəllənin 51-3.3 və ya 51-3.6-cı maddələrində nəzərdə tutulmuş icazə olmadan 10 gündən artıq müddətdə tərk etməsi.
Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 51-6.1-ci maddəsinə əsasən Azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum olunmuş şəxsə cəzanın icrası qaydalarını nümunəvi yerinə yetirdiyinə görə icra məmuru tərəfindən təşəkkür elan edilə, əvvəllər verilmiş tənbeh götürülə, istirahət və bayram günlərini müəyyən edilmiş ərazi hüdudlarından kənarda keçirməyə icazə verilə bilər.
Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir.
Şərti məhkum edilmiş şəxslər barəsində — sınaq müddəti başa çatdıqda, çəkilməmiş əlavə cəzası olduğu hallarda isə həmçinin əlavə cəza icra olunub qurtardıqda;
Cəzanın çəkilməsi təxirə salınmış şəxslər barəsində — həmin Məcəllənin 79.3-cü maddəsində nəzərdə tutulmuş qaydada cəzadan və ya cəzanın çəkilməmiş hissəsindən azad edildikdə;
Azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəzaya məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən bir il keçdikdə məhkumluq ödənilmiş hesab edilir.
İcra məmuru zərər çəkmiş şəxsi dəvət edir, ehtiyaclarının fərdi qiymətləndirilməsi məqsədilə onunla profilaktiki söhbət aparır, ona hüquqlarını izah edir. Könüllülük prinsipinə əsasən zərərçəkmiş şəxsin şəxsən gəlmək istəmədiyi hallarda isə qeyd olunan tədbirləri telefon əlaqəsi vasitəsilə həyata keçirir. Razılığı olduğu təqdirdə zərər çəkmiş şəxsin yaşayış yerinə baş çəkir, onunla və onun ailə üzvləri ilə söhbət aparır və qanunvericiliyin tələblərini izah edir. Zərər çəkmiş şəxsin sosial işçi və psixoloqla görüşünü təşkil edir, zərurət yaranarsa stresin aradan qaldırılması və münaqişələrin həlli üzrə psixoloji yardıma cəlb edir.
Müvafiq arayışın əldə edilməsi üçün fiziki şəxs və ya hüquqi şəxs xidmətə rəsmi sorğu məktubu ünvanlamalı, məktuba qoşma olaraq barəsində arayış veriləcək şəxsin şəxsiyyət vəsiqəsinin surətini (xarici vətəndaş olduqda daimi yaşamaq üçün icazə vəsiqəsi, müvafiq sənəd olmadıqda isə xarici pasportunun surətini) əlavə etməlidir. Arayış müraciətin qeydiyyata alındığı vaxtdan 2 iş günü müddətində verilir (Əlavə suallar üçün tel: 012-525-40-95).
Qeyd: Dövlət satınalmalarının vahid internet portalı - “E-satınalma” vasitəsilə elan olunan tenderlərdə sözügedən arayış həmin portaldan sorğu edərək onlayn rejimdə əldə edilə bilər (texniki məsələlərə dair tel: +(99412) 310-86-67).
Probasiya nəzarətində olan şəxslərin çoxu narkotik vasitələrin qanunsuz dövriyəsi ilə bağlı və mülkiyyət əleyhinə olan cinayətlər törətmiş şəxslərdir.
Məhkum qeydiyyata alınan zaman ilk olaraq ona cəzanın icrası qaydaları, həmin qaydaların pozulmasının hüquqi nəticələri, o cümlədən üzərində elektron nəzarət vasitəsi daşımalı olduğu, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət qaydaları, habelə hər hansı müdaxilənin və ya cihazın üzərindən çıxarılmasının yol verilməzliyi izah edilir və ona elektron nəzarət vasitəsi tətbiq olunaraq nəzarət subyekti kimi elektron monitorinq sistemində qeydiyyata alınır.
Azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmiş şəxs onun üzərinə qoyulmuş vəzifələri yerinə yetirməkdən mütəmadi və ya qərəzli olaraq boyun qaçırdıqda icra məmuru cəzanın çəkilməmiş hissəsinin müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza ilə əvəz edilməsi üçün məhkəməyə təqdimat verir.
Müvafiq arayışın əldə edilməsi üçün fiziki şəxs və ya hüquqi şəxs xidmətə rəsmi sorğu məktubu ünvanlamalı, məktuba qoşma olaraq barəsində arayış veriləcək şəxsin şəxsiyyət vəsiqəsinin surətini (xarici vətəndaş olduqda daimi yaşamaq üçün icazə vəsiqəsi, müvafiq sənəd olmadıqda isə xarici pasportunun surətini) əlavə etməlidir.
Qeyd: Dövlət satınalmalarının vahid internet portalı - “E-satınalma” vasitəsilə elan olunan tenderlərdə sözügedən arayışı həmin portaldan sorğu edərək onlayn rejimdə əldə edə bilərlər (texniki məsələlərə dair tel: +(99412) 310-86-67).
Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin tələblərinə uyğun olaraq məhkumun cəzadan şərti olaraq vaxtından əvvəl azad edildiyi və ya cəzanın çəkilməmiş hissəsinin daha yüngül cəza növü ilə əvəz edildiyi hallarda qərarın surəti məhkəmə tərəfindən cəzanın icrası üçün məhkumun yaşadığı yerin probasiya qurumuna göndərilir.
Cəzaların İcrası Məcəlləsinin 23.2-ci maddəsinə əsasən, məhkum cəriməni üzrlü səbəbdən bir ay müddətində ödəyə bilmədikdə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 510.3-cü maddəsinə uyğun olaraq, məhkəmə məhkumun ərizəsinə əsasən cərimənin ödənilməsinin altı ayadək müddətə təxirə salınması və ya müddəti göstərilməklə onun hissə-hissə ödənilməsi haqqında qərar qəbul edə bilər.
Cəzaların İcrası Məcəlləsinin 26-cı maddəsinə əsasən, məhkum ona edilən rəsmi xəbərdarlıqdan sonra cəriməni ödəməkdən boyun qaçırarsa və onun xüsusi mülkiyyətdə əmlakı, ümumi mülkiyyətdə payı və digər qazancı olmazsa, məhkəmə əsas cəza kimi təyin edilmiş bu cəza növünü icra məmurunun (probasiya üzrə) təqdimatına əsasən ictimai işlər, islah işləri, azadlığın məhdudlaşdırılması və ya müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edə bilər.
Cinayət Məcəlləsinin 46.3-cı maddəsinə əsasən, müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəza növünün intizam xarakterli hərbi hissədə saxlama və ya azadlıqdan məhrum etmə cəzalarına əlavə olaraq təyin edildiyi hallarda, əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunur. Bu cəza növünün cərimə və digər əsas cəzalara əlavə olaraq təyin edildiyi hallarda, habelə şərti məhkum etmə zamanı əlavə cəzanın müddəti hökmün qanuni qüvvəyə mindiyi andan hesablanır.
Cəzaların İcrası Məcəlləsinin 35.1-ci maddəsinə əsasən, məhkumlar ictimai işləri yerinə yetirdikləri yerin müəssisədaxili intizam qaydalarına riayət etməli, əməyə vicdanla yanaşmalı, onlar üçün müəyyən olunmuş yerlərdə və hökmdə müəyyən olunmuş müddətdə işləməli, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin müəyyən etdiyi qaydada elektron nəzarət vasitəsindən istifadə etməli, elektron nəzarət vasitəsini ictimai işlərin yerinə yetirildiyi yerlərdə gəzdirməli, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etməli və yaşayış yerini dəyişdikdə bu barədə icra məmuruna məlumat verməlidirlər.
Cəzaların İcrası Məcəlləsinin 39-cu maddəsinə əsasən, üzrsüz səbəbdən ayda iki dəfədən çox ictimai işə çıxmayanlar, ayda iki dəfədən çox cəzanın icrası yerlərində əmək intizamını pozanlar, elektron nəzarət vasitəsini gəzdirməkdən imtina edənlər, onu zədələyənlər və ya digər üsulla yararsız vəziyyətə salanlar, yaxud həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün üzrsüz səbəbdən ona xidmət etməyənlər, cəzanı çəkməmək məqsədilə gizlənənlər - ictimai işlər növündə cəzanın çəkilməsindən qərəzli boyun qaçıran məhkumlar hesab olunurlar.
Cəzaların İcrası Məcəlləsinin 45-ci maddəsinə əsasən, islah işləri növündə cəzanın icrası müddəti məhkumun işlədiyi və onun qazancından tutulmalar aparıldığı aylar və günlərlə hesablanır. Məhkumun işlədiyi günlərin sayı məhkəmənin cəza üçün müəyyən etdiyi təqvim ayına düşən iş günlərinin sayına uyğun olmalıdır. Məhkum göstərilən miqdarda iş günlərini işləmədikdə və işlənməmiş günlərin cəza müddətinə hesablanması üçün Cəzaların İcrası Məcəlləsi ilə müəyyən edilmiş əsaslar olmadıqda, islah işləri növündə cəzanın icrası nəzərdə tutulmuş miqdarda iş günlərinin məhkum tərəfindən tamamilə işlənməsinədək davam edir. Məhkumun üzrlü səbəblərə görə işləmədiyi və qanuna uyğun olaraq onun əmək haqqı saxlandığı vaxt cəzanın icrası müddətinə hesablanır. Tibbi sənədlərlə təsdiq edilmiş əmək qabiliyyətinin müvəqqəti itirildiyi vaxt, habelə sosial məzuniyyətlərdə olma vaxtı bu müddətə daxil edilir. Kənd təsərrüfatı müəssisələrində məhkumların işlədikləri günlərin ümumi sayı təsərrüfat üzrə işçilər üçün müəyyən edilmiş illik minimumdan və ya onun ayrı-ayrı dövrləri üzrə minimumdan aşağı olmadıqda, obyektiv səbəblərə görə onlara iş verilməyən vaxt da cəzanın çəkilməsi müddətinə hesablanır. İslah işləri növündə cəzanın icrası zamanı məhkuma inzibati tənbeh kimi verilmiş, yaxud başqa cinayət işi ilə əlaqədar qətimkan tədbiri kimi seçilmiş həbsin müddəti islah işləri növündə cəzanın icrası müddətinə hesablanmır.
Cəzaların İcrası Məcəlləsinin 46-cı maddəsinə əsasən, islah işləri növündə cəzaya məhkum olunmuş şəxslərin qazancından tutulmalar bütün qazanc məbləğindən, vergilər və digər tədiyyələr daxil olmaqla, habelə icra sənədlərindən asılı olmayaraq aparılır. Qazancdan tutulmalar əmək haqqı verilərkən hər işlənmiş ay üçün, məhkum işdən çıxdıqda isə ayın işlənmiş hissəsi üçün aparılır. Əvəzçilik üzrə işləyən şəxslərin iş yerlərindəki qazancından pul məbləği tutulur. Qazancdan tutulmalar pensiyalardan və müavinətdən, birdəfəlik verilən və əməkhaqqı sistemində nəzərdə tutulmayan ödəmələrdən, ezamiyyətlərlə əlaqədar xərclər üçün əvəz kimi verilən məbləğlərdən və başqa ödəmələrdən aparılmır. Məhkumların qazancından tutulmalara onların qazancının həm pul, həm də natura hissəsi cəlb edilir. Qazancın məhkumlardan tutulmuş natura hissəsi işəgötürənin sərəncamında qalır, onun dəyəri isə dövlətin nəfinə keçirilir. Tutulmuş pul məbləği hər ay əmək haqqı verilən gün dövlətin nəfinə keçirilir. Tutulmalar qazancın natura hissəsi daxil olduqca təsərrüfat ilinin yekunlarına görə haqq-hesab çəkilərkən aparılır. İşə xitam verilməklə məhkəmənin hökmü ləğv olunduqda və ya dəyişdirildikdə, məhkumun qazancından tutulmuş məbləğlər tamamilə və ya artıq tutulmuş məbləğlər ona qaytarılır.
Cəzaların İcrası Məcəlləsinin 43.3-cü maddəsinə əsasən, işsiz məhkum özü işə düzəlməli və ya icra məmurunun (probasiya üzrə) iştirakı ilə məşğulluq xidməti orqanında qeydiyyata durmalıdır. Məhkum məşğulluq xidməti orqanının ona təklif etdiyi işdən imtina edə bilməz.
Cəzaların İcrası Məcəlləsinin 51.4-cü maddəsinə əsasən, islah işləri növündə cəzaya məhkum olunmuş şəxslər rəsmi xəbərdarlıqdan sonra cəzanı çəkməkdən qərəzli boyun qaçırdıqda icra məmuru (probasiya məmuru) Azərbaycan Respublikası Cinayət Məcəlləsinə uyğun olaraq islah işlərinin çəkilməmiş hissəsinin azadlığın məhdudlaşdırılması və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza ilə əvəz edilməsi haqqında məhkəməyə təqdimat verir.
Cəzaların İcrası Məcəlləsinin 51-2.1-ci maddəsinə əsasən, azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun probasiya qurumunda qeydiyyata alındığı vaxtdan hesablanır.
Cəzaların İcrası Məcəlləsinin 51-2.2-ci maddəsinə əsasən, azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası zamanı məhkuma inzibati tənbeh kimi verilmiş, yaxud başqa cinayət işi ilə əlaqədar qətimkan tədbiri kimi seçilmiş həbsin müddəti həmin cəzanın icrası müddətinə hesablanmır.
Cəzaların İcrası Məcəlləsinin 51-3.3-cü maddəsinə əsasən, icra məmuru (probasiya üzrə) tərəfindən azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmiş şəxsin müəyyən vaxtlarda yaşayış yerini və ya məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını (yalnız Azərbaycan Respublikasının ərazisi hüdudlarında) müvəqqəti tərk etməsinə aşağıdakı müstəsna hallarda icazə verilir:
- yaxın qohumların ölümü və ya həyatı üçün təhlükə yaradan ağır xəstəliyi (yeddi gün müddətinə qədər);
- təbii fəlakət və digər fövqəladə hadisə ilə bağlı şəxsin yaşayış yerində müəyyən müddət qalmasının mümkün olmaması;
- yaxın qohumların nikaha daxil olması (iki gün müddətinə qədər);
- şəxsə tibbi yardım göstərilməsi zərurətinin yaranması (yaşayış yerində və ya məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilindəki tibb müəssisəsində tələb olunan tibbi yardımın göstərilməsi mümkün olmadıqda);
- istirahət və bayram günlərində, həvəsləndirmə tədbiri qismində.
Cəzaların İcrası Məcəlləsinin 51-3.6-cı maddəsinə əsasən, məhkumun yaşayış yerini (yalnız Azərbaycan Respublikasının ərazisi hüdudlarında) dəyişdirməsinə onun ərizəsi və icra məmurunun (probasiya üzrə) təqdimatı əsasında məhkəmə qərarı ilə aşağıdakı müstəsna hallarda verilə bilər:
- məhkumun ailə vəziyyəti dəyişdikdə;
- məhkum digər yaşayış sahəsi üzərində mülkiyyət hüququ əldə etdikdə;
- şəxsin xəstəliyi ilə bağlı ona yaşayış məntəqəsinin ərazisindən kənar tibb müəssisəsində uzunmüddətli tibbi yardım göstərilməsi zərurəti yarandıqda (yaşayış yerində və ya məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilindəki tibb müəssisəsində tələb olunan tibbi yardımın göstərilməsi mümkün olmadıqda).
Cəzaların İcrası Məcəlləsinin 51-7.6.2-ci maddəsinə əsasən, aşağıdakı hallar azadlığın məhdudlaşdırılması növündə cəzanın icrasından qərəzli boyun qaçırma hesab edilir:
- məhkumun müəyyən edilmiş ərazi hüdudlarını icazəsiz tərk etməsi;
- məhkumun elektron nəzarət vasitəsini gəzdirməkdən imtina etməsi, onu zədələməsi və ya digər üsulla yararsız vəziyyətə salması, yaxud həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün üzrsüz səbəbdən ona xidmət etməməsi;
- məhkumun yaşayış yerini icazə olmadan 10 gündən artıq müddətdə tərk etməsi.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 10 aprel 2018-ci il tarixli 144 Qərarı ilə təsdiq edilmiş "Məhkum edilmiş və ya barəsində qətimkan tədbiri seçilmiş şəxslərə elektron nəzarət vasitələrinin tətbiqi Qaydaları"nın 7.5-ci bəndinə əsasən, məhkum elektron nəzarət vasitəsini zədələdikdə və ya digər üsulla yararsız vəziyyətə saldıqda, həmin vasitənin dəyəri ondan tutulur.
Cəzaların İcrası Məcəlləsinin 180.4-cü maddəsinə əsasən, şərti məhkum edilmiş şəxslər məhkəmə tərəfindən onlara həvalə edilən vəzifələri yerinə yetirməli və icra məmurunun (probasiya üzrə) çağırışı ilə gəlməlidirlər. Üzrsüz səbəblərdən gəlməyən məhkumlar probasiya qurumunun rəhbəri tərəfindən təsdiq olunmuş icra məmurunun qərarı ilə məcburi gətirilə bilərlər.
Cəzaların İcrası Məcəlləsinin 181.1-ci maddəsinə əsasən, sınaq müddəti məhkəmənin hökmünün qanuni qüvvəyə mindiyi gündən hesablanır.
Cəzaların İcrası Məcəlləsinin 182.4-cü maddəsinə əsasən, məhkum tərəfindən onun üzərinə qoyulmuş vəzifələrin il ərzində dəfələrlə yerinə yetirilməməsi sınaq müddəti ərzində vəzifələri mütəmadi yerinə yetirməmə hesab edilir. Həmin məcəllənin 182.5-ci maddəsinə görə, on gündən artıq müddətdə olduğu yer müəyyən edilməyən və ya elektron nəzarət vasitəsini gəzdirməkdən imtina edən, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün üzrsüz səbəbdən ona xidmət etməyən, elektron nəzarət vasitəsini zədələyən və ya digər üsulla yararsız vəziyyətə salan məhkum ona həvalə edilmiş vəzifələri yerinə yetirməkdən qərəzli boyun qaçırmış hesab edilir.
Cinayət Məcəlləsinin 45.2-ci maddəsinə əsasən, nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəzasının intizam xarakterli hərbi hissədə saxlama və ya azadlıqdan məhrum etmə cəzalarına əlavə olaraq təyin edildiyi hallarda, əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunur. Həmin cəzanın digər əsas cəzalara əlavə olaraq təyin edildiyi hallarda, habelə şərti məhkum etmə zamanı əlavə cəzanın müddəti hökmün qanuni qüvvəyə mindiyi andan hesablanır.
Cəzaların İcrası Məcəlləsinin 178.4-cü maddəsinə əsasən, cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş şəxslər məhkəmə tərəfindən onlara həvalə edilən vəzifələri yerinə yetirməli və icra məmurunun (probasiya üzrə) çağırışı ilə gəlməlidirlər. Üzrsüz səbəblərdən gəlməyən şəxslər probasiya qurumunun rəhbəri tərəfindən təsdiq olunmuş icra məmurunun qərarı ilə məcburi gətirilə bilərlər.
Cinayət Məcəlləsinin 79.2-ci və Cəzaların İcrası Məcəlləsinin 173.3-cü maddələrinə əsasən, məhkum edilmiş şəxslər üzərində nəzarəti həyata keçirən icra məmurunun (probasiya üzrə) xəbərdarlığından sonra uşaqdan imtina etdiyi və ya uşağı tərbiyə etməkdən boyun qaçırmaqda davam etdiyi halda, məhkəmə həmin orqanın təqdimatı əsasında cəzaçəkmənin təxirə salınmasını ləğv edə və məhkumu cəzanı çəkmək üçün hökmlə müəyyən olunmuş yerə göndərə bilər.
“Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanununun 85.1-ci maddəsinə əsasən qanunlar, fərmanlar və Nazirlər Kabinetinin qərarları həmin aktlarda qüvvəyə minmənin daha gec müddəti nəzərdə tutulmadıqda rəsmi dərc edildiyi gündən qüvvəyə minir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı dövlətlərarası müqavilələrdə daha artıq müddət müəyyən edilməyibsə, xarici ticarət fəaliyyətini tənzimləyən normativ hüquqi aktda onun dərc edildiyi gündən ən azı 30 gün sonra qüvvəyə mindiyi göstərilməlidir. Müstəsna hallarda, beynəlxalq təşkilatların dərhal məlumatlandırılması şərti ilə, xarici ticarət fəaliyyətini tənzimləyən normativ hüquqi akt onda nəzərdə tutulmuş müddətdə qüvvəyə minə bilər. Mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktları isə həmin aktlarda onların qüvvəyə minməsinin daha gec müddəti nəzərdə tutulmadıqda, Hüquqi Aktların Dövlət Reyestrinin elektron variantında dərc edildiyi gündən qüvvəyə minir.
Normativ hüquqi aktın məzmununda qeyri-müəyyənliklər və fərqlər, habelə tətbiqi təcrübəsində ziddiyyətlər aşkar edildikdə həmin aktı qəbul etmiş normayaratma orqanı və ya Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin IV hissəsinə uyğun olaraq Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi müvafiq normaları rəsmi şərh edir.
“Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanununun 87-ci maddəsinə görə normativ hüquqi aktın geriyə qüvvəsi Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin VII hissəsi ilə tənzimlənir. Fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquqi məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktın qüvvəsi həmin normativ hüquqi aktda və ya onun qüvvəyə minməsi haqqında aktda birbaşa göstərilib- göstərilməməsindən asılı olmayaraq onun qüvvəyə minməsindən əvvəl əmələ gələn münasibətlərə şamil edilir. Törədilməsi anında məsuliyyətə səbəb olmayan və ya daha yüngül məsuliyyətə səbəb olan əməllərə görə fiziki və hüquqi şəxslərin məsuliyyətinin yaranmasını və ya ağırlaşdırılmasını nəzərdə tutan normativ hüquqi aktın qüvvəsinin geriyə şamil edilməsinə yol verilmir.
Azərbaycan Respublikasının qanunlarının, Azərbaycan Respublikası Prezidentinin fərmanlarının, Nazirlər Kabinetinin qərarlarının və digər hüquqi aktların mətni ilə Hüquqi aktların vahid elektron bazası olan “www.e-qanun.az” saytı, habelə həmin elektron bazanın “E-qanun” mobil tətbiqi vasitəsilə ödənişsiz tanış olmaq mümkündür.
Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 1 iyul tarixli 463 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Hüquqi aktların Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi qaydaları haqqında Əsasnamə”nin 5.1-ci bəndinə əsasən mərkəzi icra hakimiyyəti orqanları və normativ xarakterli aktları (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarları istisna olmaqla) qəbul edən orqanlar (qurumlar) tərəfindən Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməyən hüquqi aktların tətbiqi ilə bağlı məlumat əldə edildikdə, Ədliyyə Nazirliyi bu aktların Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilmək üçün təqdim olunması barədə onları qəbul etmiş orqanlara (qurumlara) müraciət edir. Bu müraciət on iş günü müddətində yerinə yetirilmədikdə, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilmədən tətbiq edilən, habelə beş gün müddətində ləğv edilməyən hüquqi aktların qüvvəsinin olmaması barədə məlumat Ədliyyə Nazirliyi tərəfindən Hüquqi Aktların Dövlət Reyestrinin internet informasiya ehtiyatında dərc edilir.
“Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanununun 79.3-cü və 79.4-cü maddələrinə əsasən Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilmiş hüquqi aktların mətnləri rəsmi dərc edilmiş hüquqi aktların mətnləri ilə birgə istinad üçün rəsmi mənbə hesab olunur. Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilmiş və rəsmi dərc edilmiş hüquqi aktların mətnləri arasında ziddiyyət olarsa Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilmiş hüquqi aktın mətninə üstünlük verilir. Beləliklə, dövlət orqanları, digər idarə, müəssisə və təşkilatlara təqdim edilməsi üçün hüquqi aktların mətnlərinin həqiqiliyinin təsdiq edilməsinə zərurət yoxdur.
“Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanununun 90.1-ci maddəsinə uyğun olaraq normativ hüquqi aktın məzmununda qeyri-müəyyənliklər və fərqlər, habelə tətbiqi təcrübəsində ziddiyyətlər aşkar edildikdə həmin aktı qəbul etmiş normayaratma orqanı və ya Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin IV hissəsinə uyğun olaraq Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi müvafiq normaları rəsmi şərh edir.
Azərbaycan Respublikası Konstitusiyasının 96-cı maddəsinə əsasən Azərbaycan Respublikasının Milli Məclisində qanunvericilik təşəbbüsü hüququ (qanun layihələrini və başqa məsələləri Azərbaycan Respublikası Milli Məclisinin müzakirəsinə təqdim etmək hüququ) Azərbaycan Respublikası Milli Məclisinin deputatlarına, Azərbaycan Respublikasının Prezidentinə, Azərbaycan Respublikasının Ali Məhkəməsinə, Azərbaycan Respublikasının seçki hüququ olan 40 min vətəndaşına, Azərbaycan Respublikasının Prokurorluğuna və Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə mənsubdur.
Qeyri-kommersiya qurumlarının dövlət qeydiyyatı üçün ərizə ilə müraciət edilməlidir (ərizə forması Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13.04.2005-ci il tarixli 70 nömrəli Qərarı ilə təsdiq edilmişdir).
Ərizəyə aşağıdakı sənədlər əlavə edilir:
• təsis sənədləri – qurumun təsisçisi (təsisçiləri) və ya onun (onların) səlahiyyətli nümayəndəsi tərəfindən təsdiq edilmiş nizamnaməsi, siyasi partiyalara münasibətdə proqramı, habelə həmin qurumun təsis edilməsi, nizamnaməsinin təsdiq edilməsi və idarəetmə orqanlarının formalaşdırılması barədə qərarlar (təsis sənədləri Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş, habelə təsisçilər tərəfindən zəruri hesab edilən digər məsələləri əks etdirməli və bütün təsisçilər (və ya onların səlahiyyətli nümayəndələri) tərəfindən imzalanmalıdır);
• dövlət rüsumunun ödənilməsi haqqında sənəd;
• təsisçi hüquqi şəxs olduqda - onun dövlət qeydiyyatı haqqında şəhadətnaməsinin (dövlət reyestrindən çıxarışın) və nizamnaməsinin notariat qaydasında təsdiq olunmuş surəti;
• təsisçi fiziki şəxs olduqda - onun şəxsiyyətini təsdiq edən sənədin surəti;
• qeyri-hökumət təşkilatının təsisçisi (təsisçiləri) və qanuni təmsilçisi (təmsilçiləri), habelə xarici qeyri-hökumət təşkilatının filial və ya nümayəndəliyinin qanuni təmsilçisi (təmsilçiləri) Azərbaycan Respublikasında daimi yaşamaq hüququ olan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər olduqda – onların daimi yaşamaq hüququnu təsdiq edən sənəd;
•hüquqi şəxs statusu almaq istəyən qeyri-kommersiya qurumunun hüquqi ünvanını (daimi fəaliyyət göstərən orqanın, siyasi partiyanın qərargahının yerləşdiyi yerə dair məlumatı) təsdiq edən sənəd;
• siyasi partiyalara münasibətdə üzvlərinin reyestri;
• qanuni təmsilçinin şəxsiyyətini təsdiq edən sənədin surəti;
• fondlarda nizamnamə kapitalının ödənilməsini təsdiq edən sənəd;
• təsisçilərinin əcnəbilər və ya xarici hüquqi şəxslər olduğu qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin rəhbərlərinin müavinlərinin təyin olunması barədə sənəd;
• nizamnaməsində dini dəyərlərin təbliği ilə bağlı fəaliyyət istiqamətləri olan qeyri-kommersiya hüquqi şəxslərin dövlət qeydiyyatına alınması üçün Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin rəyi;
• qeyri-kommersiya qurumunun adında “Şuşa” sözündən (“Şuşa” sözü olan söz birləşməsindən) istifadə olunduqda, bu barədə Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin razılığı barədə sənəd.
Mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin yaradılması haqqında qərar çoxmənzilli binanın sahə mülkiyyətçiləri tərəfindən onların ümumi yığıncağında qəbul edilir. Bu qərar onun lehinə çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi səslərinin sayının əlli faizindən çoxuna malik olan sahə mülkiyyətçiləri səs verdikdə qəbul edilmiş hesab edilir.
Qeyri-kommersiya hüquqi şəxslərin dövlət qeydiyyatı üçün dövlət rüsumu 15 manat, xarici qeyri-kommersiya hüquqi şəxslərin nümayəndəliklərinin və filiallarının dövlət qeydiyyatı üçün dövlət rüsumu 300 manat, kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən qeyri-kommersiya hüquqi şəxslərinin dövlət qeydiyyatı üçün dövlət rüsumu 5 manatdır.
Qeyri-kommersiya qurumunun dövlət qeydiyyatı 40 gündən gec olmayaraq həyata keçirilməlidir. Sənədlər Ədliyyə Nazirliyi tərəfindən qəbul edildikdən sonra 30 gün müddətində onların qanunvericiliyə uyğunluğu yoxlanılır. Müstəsna hallarda yoxlama zamanı əlavə araşdırma aparılması zərurəti yarandıqda, bu müddət daha 30 günə qədər artırıla bilər (Müddətlər hesablanarkən yalnız iş günləri nəzərə alınır).
Dövlət reyestrində dəyişikliklər rüsumsuz aparılır.
Dəyişiklik qanunvericiliyin tələblərinə zidd olmadıqda 5 iş günü müddətində qeydiyyata alınır.
Qurumun səlahiyyətli şəxsi tərəfindən imzalanmış və möhürü ilə təsdiq edilmiş ərizə ilə müraciət edilir və ərizəyə aşağıdakı sənədlər əlavə edilir:
• sənədlərin itirilməsi barədə mətbuatda dərc edilmiş elan;
• dövlət rüsumunun ödənilməsi barədə sənəd;
• sənədin tapılmaması barədə müvafiq daxili işlər orqanı tərəfindən verilmiş arayış.
Sənədlərin surəti dövlət orqanları və təsisçilər istisna olmaqla, digər şəxslərə rüsum ödənilməklə verilir. Sənədlərin surəti şəklində dövlət reyestrindən çıxarışların verilməsi üçün hər səhifəyə görə 2 manat dövlət rüsumu ödənilir.
Ərizə (forması Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21.10.2015-ci il tarixli 336 nömrəli Qərarı ilə təsdiq edilmiş "Qeyri-hökumət təşkilatının, habelə xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin qəbul etdiyi ianələrin məbləği və ianəni vermiş şəxslər barədə məlumatların təqdim edilməsi Qaydası"nın 1 nömrəli Əlavəsi ilə müəyyən edilmişdir) ilə müraciət edilir. Ərizə ianə qəbul edən qeyri-hökumət təşkilatının qanuni təmsilçisi tərəfindən imzalanır və həmin təşkilatın möhürü ilə təsdiq edilir. Ərizəyə ianənin qeyri-hökumət təşkilatının bank hesabına köçürüldüyünü təsdiq edən sənəd əlavə edilməlidir. Nizamnaməsinə əsasən başlıca məqsədi xeyriyyəçilik olan qeyri-hökumət təşkilatı, habelə xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəlikləri iki yüz manatadək ianəni nağd şəkildə qəbul edə bilər.
Qüvvədə olan qanunvericilikdə fiziki şəxslərin qəbul etdiyi ianə barədə məlumatların reyestrə daxil edilməsi nəzərdə tutulmayıb.
Ərizə (forması Azərbaycan Respublikası Nazirlər Kabinetinin 05.06.2015-ci il tarixli 216 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qrant müqavilələrinin (qərarlarının) qeydə alınması Qaydası”nın 2 və 4 nömrəli Əlavələri ilə müəyyən edilmişdir) ilə müraciət olunur. Ərizəyə aşağıdakı sənədlər əlavə edilir:
• müqavilənin (qərarın), o cümlədən əlavə müqavilənin (qərarın) və ya onlarda edilmiş dəyişikliyin tərəflərin imzaladığı əslinin nüsxəsi;
• müqavilə (qərar) üzrə həyata keçirilməsi nəzərdə tutulan layihənin tərəflərin imzaladığı əslinin nüsxəsi;
• donor olan fiziki şəxsin şəxsiyyətini təsdiq edən sənədin surəti;
• ərizə başqa şəxs tərəfindən verildikdə, habelə müqaviləni (qərarı) qanuni təmsilçi olmayan şəxs imzaladıqda, onların müvafiq səlahiyyətə malik olması barədə sənəd (müqavilənin qeydiyyata alınması ilə bağlı sənədləri imzalamaq səlahiyyəti müqavilədə göstərilmədiyi halda).
Sənədlər xarici ölkədə tərtib olunduqda, leqallaşdırılmalı və ya onlara apostil verilməlidir. Sənədlər xarici dildə tərtib edildikdə, onların tərcüməsi də əlavə edilir.
Ərizə (forması Azərbaycan Respublikası Nazirlər Kabinetinin 05.06.2015-ci il tarixli 216 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qrant müqavilələrinin (qərarlarının) qeydə alınması Qaydası”nın 1 və 3 nömrəli Əlavələri ilə müəyyən edilmişdir) ilə müraciət olunur. Ərizəyə aşağıdakı sənədlər əlavə edilir:
• müqavilənin (qərarın), o cümlədən əlavə müqavilənin (qərarın) və ya onlarda edilmiş dəyişikliyin tərəflərin imzaladığı əslinin nüsxəsi;
• müqavilə (qərar) üzrə həyata keçirilməsi nəzərdə tutulan layihənin tərəflərin imzaladığı əslinin nüsxəsi;
• donor (resipiyent) olan fiziki şəxsin şəxsiyyətini təsdiq edən sənədin surəti;
• ərizə başqa şəxs tərəfindən verildikdə, habelə müqaviləni (qərarı) qanuni təmsilçi olmayan şəxs imzaladıqda, onların müvafiq səlahiyyətə malik olması barədə sənəd (müqavilənin qeydiyyata alınması ilə bağlı sənədləri imzalamaq səlahiyyəti müqavilədə göstərilmədiyi halda).
Sənədlər xarici ölkədə tərtib olunduqda, leqallaşdırılmalı və ya onlara apostil verilməlidir. Sənədlər xarici dildə tərtib edildikdə, onların tərcüməsi də əlavə edilir.
Sənədlərin təqdim edildiyi gündən 15 (on beş) iş günü müddətində qeydə alınır. Əlavə araşdırılma zərurəti yarandıqda, bildirişin verilməsi müddəti 15 (on beş) iş gününədək uzadıla bilər.
Xarici maliyyə mənbələri hesabına xidmətlərin göstərilməsi və ya işlərin görülməsi haqqında müqavilə qeydə alınması üçün qeyri-hökumət təşkilatı, habelə xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliyi tərəfindən Ədliyyə Nazirliyinə təqdim olunur.
Ərizə (forması Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21.10.2015-ci il tarixli 337 nömrəli Qərarı ilə təsdiq edilmiş "Qeyri-hökumət təşkilatları, habelə xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəlikləri tərəfindən xarici maliyyə mənbələri hesabına xidmətlərin göstərilməsi və ya işlərin görülməsi haqqında müqavilələrin qeydiyyata alınması Qaydası"nın 1 və 2 nömrəli Əlavələri ilə müəyyən edilmişdir) ilə müraciət olunur. Ərizəyə aşağıdakı sənədlər əlavə edilir:
• müqavilənin, o cümlədən əlavə müqavilənin və ya ona edilmiş dəyişikliyin tərəflərin imzaladığı əslinin nüsxəsi;
• göstərilən xidmətlərin və ya görülən işlərin sifarişçisi olan əcnəbi və ya vətəndaşlığı olmayan fiziki şəxsin şəxsiyyətini təsdiq edən sənədin surəti;
• göstərilən xidmətlərin və ya görülən işlərin sifarişçisi olan xarici hüquqi şəxsin qeydiyyatını, kommersiya və ya qeyri-kommersiya olduğunu təsdiq edən sənədin (ticarət reyestrindən çıxarışın, qeydiyyat şəhadətnaməsinin) notariat qaydasında təsdiq edilmiş surəti;
• müqavilə üzrə göstərilən xidmətlər və ya görülən işlər barədə sifarişçi tərəfindən imzası ilə təsdiq olunmuş ətraflı məlumat (məqsədi, müqavilənin başlama və başa çatma tarixi, mövcud vəziyyət, gözlənilən nəticə, faydalanan şəxslərin dairəsi, iş və xidmətin həcmi, göstəriləcəyi yer və məbləği) (surəti notariat qaydasında təsdiq edilir);
• başqa şəxs ərizəni verdiyi halda onun səlahiyyətini təsdiq edən etibarnamə;
• müqavilə qanuni təmsilçi olmayan şəxs tərəfindən imzalandıqda, onun müvafiq səlahiyyətə malik olması barədə sənədin notariat qaydasında təsdiq edilmiş surəti;
• müqavilənin digər icraçıları olduqda, onlar barədə məlumat.
Xarici dildə olan müqavilənin və digər sənədlərin notariat qaydasında təsdiq edilmiş tərcüməsi də əlavə edilməlidir. Xarici ölkədə tərtib edilmiş sənədlər həmçinin leqallaşdırılmalı və ya onlara apostil verilməlidir.
Terrorçuluğun maliyyələşdirilməsinin qarşısını almaq məqsədilə öz fəaliyyətinin tərkib hissəsi kimi vəsait alan, toplayan, verən və ya vəsait köçürən hər hansı qeyri-hökumət təşkilatı, o cümlədən xarici dövlətlərin qeyri-hökumət təşkilatının Azərbaycan Respublikasındakı filial və ya nümayəndəliyi qrant və ianə alarkən, habelə verərkən risklərin minimallaşdırılmasına yönəldilmiş qayda və prosedurlara malik olmalı, qrant və ianələr, həmçinin onlardan istifadə üzrə təfsilatlı illik maliyyə hesabatı tərtib etməlidir. Maliyyə hesabatı hər il aprel ayının 1-dən gec olmayaraq Ədliyyə Nazirliyinə təqdim edilməlidir. Həmin hesabatın formaları Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25.12.2009-cu il tarixli 201 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qeyri-hökumət təşkilatının illik maliyyə hesabatının forması, məzmunu və təqdim edilməsi Qaydası” ilə (5 və 6 nömrəli Əlavələr) müəyyən edilmişdir.
Valideynlər “myGov” elektron portalı vasitəsilə qeydiyyat şöbəsinə getmədən doğumun elektron qaydada qeydə alınması üçün müraciət edə bilərlər. Müraciət göndərildikdən sonra seçilmiş qeydiyyat orqanında doğum dövlət qeydiyyatına alınır və uşağın doğumu haqqında şəhadətnamə rəqəmsal formatda “myGov” platformasında “Ailə məlumatlarım” bölməsində əks olunur. Həmçinin vətəndaşın müraciəti əsasında ona istənilən qeydiyyat orqanı tərəfindən kağız daşıyıcıda doğum haqqında şəhadətnamə də təqdim edilə bilər.
Ölümün “myGov” elektron portalı vasitəsilə elektron qaydada qeydə alınması vəfat etmiş şəxsin ailə üzvlərinin (valideynlər, ər (arvad), uşaqlar) elektron müraciəti əsasında həyata keçirilir. Onlar qeydiyyat şöbəsinə getmədən ölümün elektron qaydada qeydə alınması üçün müvafiq portal vasitəsilə müraciət edə və elektron imza ilə təsdiq olunmuş şəhadətnamə əldə edə bilərlər. Ölən şəxsin ailə üzvləri, həmçinin qeydiyyat orqanına şəxsən müraciət etməklə ölüm haqqında şəhadətnaməni kağız daşıyıcıda əldə edə bilərlər.
Azərbaycan Respublikasında nikah yaşı 18 yaş müəyyən olunmuşdur.
Nikahın dövlət qeydiyyatına alınması üçün qeydiyyat şöbəsinə gəlmədən elektron ərizə ilə müraciət etmək mümkündür. Bunun üçün Ədliyyə Nazirliyinin rəsmi internet səhifəsinə daxil olmaq lazımdır: Dövlət xidmətləri > Vətəndaşlıq vəziyyəti > Nikahın qeydə alınması.
Elektron ərizədə nikaha daxil olanların tibbi müayinədən keçdiklərini təsdiq edən arayışlar barədə məlumatlar göstərilməlidir.
Həmçinin nikaha daxil olmaq istəyən şəxslər tibbi müayinədən keçmələri barədə arayışı elektron qaydada əldə etdikdən sonra nikahın qeydə alınacağı qeydiyyat şöbəsini seçməklə, “myGov” elektron portalı vasitəsilə nikaha daxil olmaq haqqında elektron ərizə göndərə bilərlər. Nikah qeydə alınarkən hər iki tərəfin şəxsən iştirakı vacibdir. Nikahın etibarnamə əsasında qeydə alınmasına yol verilmir.
Vətəndaşlıq vəziyyətli aktlarının dövlət qeydiyyatı Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin və Naxçıvan Muxtar Respublikasının ərazisində Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri, nikah evləri, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin xaricdəki konsulluq idarələri, rayon tabeli şəhərlərdə, qəsəbələrdə və kəndlərdə rayon, şəhər, şəhər rayonu icra hakimiyyətlərinin nümayəndəlikləri (bundan sonra – müvafiq olaraq "qeydiyyat şöbəsi", "konsulluq idarəsi, "icra hakimiyyətinin nümayəndəliyi"), habelə “ASAN xidmət” mərkəzlərində fəaliyyət göstərən qeydiyyat şöbələri tərəfindən həyata keçirilir.
Adın, ata adının və soyadın dəyişdirilməsi üçün qeydiyyat orqanına aşağıdakı sənədlər təqdim olunmalıdır: - ərizə verən şəxsin doğum haqqında şəhadətnaməsi; - ərizə verən şəxs nikahdadırsa, nikah haqqında şəhadətnamə; - ərizə verən şəxsin nikahı pozulmuşdursa, nikahın pozulması haqqında şəhadətnamə; - ərizə verən şəxsin yetkinlik yaşına çatmayan uşaqları vardırsa, onların doğumu haqqında şəhadətnamələr; - şəxsiyyətini təsdiq edən sənədin notariat qaydasında təsdiq olunmuş surəti; - ilkin hərbi qeydiyyata alınma haqqında vəsiqənin və ya hərbi biletin notariat qaydasında təsdiq edilmiş surəti; - ərizə verən şəxsin 3x4 sm ölçüdə 2 ədəd fotoşəkli; - soyadın, adın, ata adının dəyişdirilməsinin qeydə alınması üçün 15 manat məbləğində dövlət rüsumunun ödənilməsi barədə sənəd.
Azərbaycan Respublikası vətəndaşlarının öz adını, ata adını və soyadını dəyişdirməsinə 18 yaşına çatdıqdan sonra yol verilir.
Doğumun qeydə alınması üçün bu barədə məlumat verən şəxs tərəfindən seçdiyi yer üzrə qeydiyyat şöbəsinə, konsulluq idarəsinə və ya icra hakimiyyətinin nümayəndəliyinə uşağın doğulduğu gündən 1 ay ərzində, uşaq ölü doğulduqda isə 3 gün müddətində müraciət edilməlidir. Üzrlü səbəblər olmadan doğumun qeydə alınması üçün qanunvericiliklə müəyyən edilmiş müddətdə müraciət olunmamasına görə valideynlərə xəbərdarlıq edilir və ya onlar 10 (on) manat məbləğində cərimə olunurlar.
Doğumun qeydə alınması ilə bağlı aşağıdakı sənədlər təqdim edilməlidir:
- valideynlərin şəxsiyyətini təsdiq edən sənədlər (Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi, hərbi qulluqçunun şəxsi vəsiqəsi, Azərbaycan Respublikasında müvəqqəti yaşayan əcnəbilərin pasportu, Azərbaycan Respublikasında daimi yaşayan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında daimi yaşamaq üçün icazə vəsiqəsi).
Valideynlərin birinin sənədlərini üzürlü səbəbdən təqdim etmək mümkün olmadıqda doğumun qeydiyyatı valideynlərdən digərinin sənədləri əsasında aparıla bilər. Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin uşaqlarının doğumunun dövlət qeydiyyatı üçün bütün hallarda hər iki valideynin şəxsiyyətini təsdiq edən sənədlər təqdim olunmalıdır;
- valideynlərin nikahı haqqında şəhadətnamə;
- valideynlərin doğumu haqqında şəhadətnamələr;
- doğum haqqında tibb müəssisəsindən verilmiş tibbi şəhadətnamə (tibb müəssisəsinin sənədi olmadıqda uşağın doğulması faktının müəyyən edilməsi barədə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi);
- uşaq ölü doğulduqda – onun ölü doğulması barədə həkimin verdiyi sənəd;
- uşaq doğulduğu tibb müəssisəsində öldükdə –tibb müəssisəsindən verilmiş doğum və ölüm haqqında sənədlər;
- atılmış və ya tapılmış uşaqların doğumunun qeydə alınması barədə yerli icra hakimiyyətinin yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın müraciəti və ona əlavə olunmuş zəruri sənədlər.
Doğumun dövlət qeydiyyatı üçün uşağın doğulduğu gündən 1 aydan artıq müddət keçdikdən sonra müraciət edildikdə uşağın qeydiyyatda olduğu tibb müəssisəsindən arayış da təqdim olunmalıdır.
Ata və ana öz aralarında nikahda olduqda onlar doğum haqqında şəhadətnamədə uşağın valideynləri kimi qeyd olunurlar. Uşaq aralarında nikah bağlanmış şəxslərdən olduqda, eləcə də nikahın pozulması və ya etibarsız sayılması vaxtından və ya uşağın atasının ölümündən 300 gün ərzində doğulduqda, başqa sübutlar yoxdursa, ananın əri (keçmiş əri) uşağın atası hesab olunur. Ata və ana öz aralarında nikahda olmadıqda uşağın anası haqqında qeyd ananın ərizəsi, atası haqqında qeyd isə uşağın anasının ərizəsi və ya atalığın müəyyən edilməsi haqqında akt qeydi əsasında aparılır. Uşaq nikahı olmayan anadan doğulduqda və atalıq müəyyən edilmədikdə doğum haqqında şəhadətnamədə uşağın atasının soyadının əvəzinə ananın soyadı yazılır. Bu halda uşağa ananın soyadı verilir. Uşağın atasının və babasının adı, habelə atasının milliyyəti ananın göstərişi üzrə yazılır.
Doğumun qeydə alınması və bu barədə ilkin şəhadətnamənin verilməsi üçün dövlət rüsumu ödənilmir. Valideynlərin arzusu ilə doğumun təntənəli şəraitdə qeydiyyatı mərasimi onların vəsaiti hesabına aparılır.
Nikaha daxil olmağı arzu edən şəxslər istənilən qeydiyyat şöbəsinə və ya icra hakimiyyətinin nümayəndəliyinə bu barədə şəxsən ərizə verirlər. Nikah ərizə verilən gündən bir ay sonra həmin şəxslərin iştirakı ilə bağlanır. Nikaha daxil olmağı arzu edən şəxslər təyin olunmuş vaxtda gəlmədikdə və gəlməməyin səbəbi üzrlü hesab edilmədikdə nikahın qeydə alınması haqqında ərizə ləğv edilir. Nikaha daxil olmağı arzu edən şəxslər fikirlərini dəyişmədikdə yenidən ərizə verməlidirlər. Nikahın qeydə alınması üçün yenidən 1 aylıq müddət müəyyən edilir.
Üzrlü səbəblər (təcili olaraq uzunmüddətli ezamiyyətə getmə və ya daimi yaşamaq üçün başqa yerə köçmə, birgə uşaqların olması, nikaha daxil olmaq istəyən qadının hamilə olması, evlənənlərin və ya onların yaxın qohumlarının ağır xəstəliyi, hərbi xidmətə çağırılma və digər hallar) olduqda nikahın bağlanma müddəti qeydiyyat şöbəsi və ya icra hakimiyyətinin nümayəndəliyi tərəfindən azaldıla və ya 1 aydan çox olmayan müddətə uzadıla bilər. Nikaha daxil olmaq istəyən şəxslərin ümumi uşaqları olduqda, onların hər ikisinin yaşı 50-dən yuxarı olduqda, habelə qadın hamilə olduqda nikahın qeydiyyatı ərizə verilən gün aparıla bilər.
Nikahın qeydə alınması üçün aşağıdakı sənədlər təqdim olunmalıdır:
- müraciət edənlərin şəxsiyyətini təsdiq edən sənədlər (Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi, hərbi qulluqçunun şəxsi vəsiqəsi, Azərbaycan Respublikasında müvəqqəti yaşayan əcnəbilərin pasportu, Azərbaycan Respublikasında daimi yaşayan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında daimi yaşamaq üçün icazə vəsiqəsi);
- nikaha daxil olan şəxslərin tibbi müayinədən keçdiklərini təsdiq edən arayışlar;
- əvvəllər nikahda olmuş şəxslər tərəfindən – nikahın pozulması haqqında şəhadətnamə (surəti) və ya ərinin (arvadının) ölüm şəhadətnaməsi (surəti), yaxud nikahın etibarsız sayılması barədə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya ondan çıxarış;
- əcnəbilərin və ya vətəndaşlığı olmayan şəxslər tərəfindən – şəxsiyyətini təsdiq edən sənədlərində ailə vəziyyəti barədə qeyd olmadıqda onların vətəndaşı olduqları və ya daimi yaşadıqları ölkənin səlahiyyətli orqanları tərəfindən verilmiş ailə vəziyyəti haqqında arayış. Həmin arayış verildiyi ölkənin səlahiyyətli orqanı tərəfindən leqallaşdırılmalıdır. Qeyd olunan arayış verildiyi gündən 6 ay müddətində etibarlıdır.
Nikahın təntənəli şəraitdə qeydiyyatı mərasimləri vətəndaşların vəsaiti hesabına aparılır.
Nikahın qeydə alınması üçün 10 manat məbləğində dövlət rüsumu ödənilir.
Nikah müqaviləsi nikaha daxil olan şəxslər arasında bağlanan, nikah dövründə və nikah pozulduqda ər-arvadın əmlak hüquqlarını və vəzifələrini müəyyən edən sazişdir. Nikah müqaviləsi nikahın dövlət qeydiyyatına qədər, eləcə də nikah dövründə istənilən vaxt bağlana bilər. Nikahın dövlət qeydiyyatına qədər bağlanmış nikah müqaviləsi nikahın dövlət qeydiyyatına alındığı gündən qüvvəyə minir. Nikah müqaviləsi yazılı formada bağlanır və notariat qaydasında təsdiq olunur.
Övladlığa götürmə qeydə alınarkən uşağın soyadı, adı, ata adı, doğum tarixi, doğulduğu yer, valideynlərin soyadı, adı, ata adı və milliyyəti haqqında məlumatlar övladlığa götürmə haqqında məhkəmənin qətnaməsinə uyğun yazılır.
Övladlığa götürmənin qeydə alınması və bu barədə ilkin şəhadətnamənin verilməsi üçün dövlət rüsumu ödənilmir.
Nikahın pozulması həm ərlə arvadın hər ikisinin, həm də onlardan birinin ərizəsi üzrə qeydə alır. Məhkəmə qətnaməsi əsasında nikahın pozulması bu barədə qətnamənin çıxarıldığı yer üzrə qeydiyyat şöbəsində qeydə alınır. Arvadın hamiləliyi dövründə və ya uşağın doğulmasından sonra 1 il müddətində arvadın razılığı olmadan ər nikahın pozulması barədə məhkəmədə iddia qaldıra bilməz.
Yetkinlik yaşına çatmamış ümumi uşaqları olmayan ər-arvadın razılığı ilə birgə ərizə əsasında nikahın pozulması onlardan birinin yaşadığı və ya nikahın qeydiyyata alındığı yer üzrə qeydiyyat şöbəsində qeydə alına bilər. Ər-arvadın razılığı əsasında nikahın pozulması ərizə verilən gündən bir ay keçdikdən sonra ər-arvadın hər ikisinin iştirakı ilə qeydə alınır. Ər-arvad təyin olunmuş vaxtda nikahın pozulması üçün gəlmədikdə və gəlməməyin səbəbi üzrlü hesab edilmədikdə onların ərizəsi ləğv edilir. Ər-arvadın gəlməməyinin səbəbi üzrsüz hesab edildikdə, lakin nikahı pozmaq arzusu dəyişmədikdə, onlar nikahın pozulması haqqında qeydiyyat şöbəsinə yeni ərizə verə bilərlər. Qeydiyyat şöbəsi nikahın pozulmasını qeyd etmək üçün yenidən 1 ay müddət təyin edir.
Yetkinlik yaşına çatmamış ümumi uşaqlarının olmasından asılı olmayaraq ərin (arvadın) ərizəsi əsasında nikahın pozulması onun yaşadığı yer üzrə qeydiyyat şöbəsində qeydə alınır:
– ər (arvad) məhkəmə qaydasında xəbərsiz itkin düşmüş hesab edildikdə
– digər ərin (arvadın) ərizəsi əsasında;
– ər (arvad) məhkəmə qaydasında fəaliyyət qabiliyyəti olmayan hesab edildikdə
– digər ərin (arvadın) və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilmiş ərin (arvadın) qəyyumunun ərizəsi əsasında.
Göstərilən hallarda nikahın pozulması ərizə verilən gün qeydə alınır.
Nikahın pozulmasının dövlət qeydiyyatına alınması üçün elektron ərizə ilə müraciət etmək mümkündür. Bunun üçün Ədliyyə Nazirliyinin rəsmi internet səhifəsinə daxil olaraq ardıcıllıqla Dövlət xidmətləri > Vətəndaşlıq vəziyyəti > Nikahın pozulmasının qeydə alınması seçilməlidir.
Nikahın pozulması haqqında xarici məhkəmələrin (MDB-nin üzvü olan ölkələrin məhkəmələrindən başqa) qətnamələri Azərbaycan Respublikasının Ali Məhkəməsi tərəfindən tanındıqdan sonra icra edilir.
Atalığın müəyyən edilməsi valideynlərin birgə ərizəsi və ya məhkəmənin qətnaməsi əsasında qeydə alınır. Ana öldükdə, fəaliyyət qabiliyyəti olmayan hesab edildikdə, valideynlik hüquqlarından məhrum olunduqda və ya onun yaşayış yerini müəyyən etmək mümkün olmadıqda yerli icra hakimiyyətinin qəyyumluq və himayə orqanlarının razılığı ilə atanın ərizəsi, bu razılıq olmadıqda isə məhkəmənin qərarı ilə qeydə alınır. Atalığın müəyyən edilməsinin qeydə alınması üçün notariat qaydasında təsdiq edilmiş etibarnamə əsasında şəxsi təmsil edən nümayəndə də müraciət edə bilər. 18 yaşına çatmış şəxslər barəsində atalığın müəyyən edilməsinin qeydə alınmasına yalnız onların özünün razılığı ilə yol verilir.
Atalığın müəyyən edilməsinin qeydə alınması üçün aşağıdakı sənədlər təqdim olunmalıdır:
- müraciət edən valideynin şəxsiyyətini təsdiq edən sənəd (Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi, hərbi qulluqçunun şəxsi vəsiqəsi, Azərbaycan Respublikasında müvəqqəti yaşayan əcnəbilərin pasportu, Azərbaycan Respublikasında daimi yaşayan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında daimi yaşamaq üçün icazə vəsiqəsi);
- uşağın doğumu əvvəllər qeydə alınmışdırsa, doğum haqqında şəhadətnamənin əsli;
- atalıq məhkəmə qətnaməsi əsasında müəyyən edildikdə məhkəmənin bu barədə qanuni qüvvəyə minmiş qətnaməsi.
Atalığın müəyyən edilməsinin dövlət qeydiyyatına alınması üçün elektron ərizə ilə müraciət etmək mümkündür. Bunun üçün Ədliyyə Nazirliyinin rəsmi internet səhifəsinə daxil olmaq lazımdır: Nazirliyin rəsmi veb- saytında > Dövlət xidmətləri > Vətəndaşlıq vəziyyəti > Atalığın müəyyən edilməsinin qeydə alınması.
Atalığın müəyyən edilməsinin qeydə alınması və bu barədə ilkin şəhadətnamənin verilməsi üçün dövlət rüsumu ödənilmir.
Ərizə verən şəxs cinayət mühakimə icraatına şübhəli və ya təqsirləndirilən şəxs qismində cəlb edildiyi dövrdə, onun götürülməmiş və ya ödənilməmiş məhkumluğu olduqda, habelə barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilmiş şəxs olduqda adın, ata adının, soyadın dəyişdirilməsinə yol verilmir.
Ər-arvaddan birinin soyadını dəyişdirməsi digərinin soyadının dəyişilməsinə səbəb olmur.
Xarici dövlətlərdə doğulmuş Azərbaycan Respublikası vətəndaşının adının, ata adının və soyadının dəyişdirilməsi haqqında ərizəsinə onun doğumu haqqında və nikahdadırsa, nikah haqqında akt qeydləri xarici ölkələrin səlahiyyətli orqanlarından konsulluq vasitəsilə və ya digər rəsmi yolla qeydiyyat şöbəsi və ya konsulluq tərəfindən əldə edildikdən sonra baxılır.
Atanın öz adını dəyişdirməsi qeydə alınarkən, onun yetkinlik yaşına çatmayan uşaqlarının ata adı dəyişdirilir. Yetkinlik yaşına çatanların ata adı yalnız o hallarda dəyişdirilir ki, onların özləri bu barədə müraciət etmiş olsunlar. Hər iki valideynin soyadı dəyişdirildikdə, yetkinlik yaşına çatmayanların soyadı dəyişdirilir. Soyadı valideynlərdən biri dəyişdirərsə, onun yetkinlik yaşına çatmayan uşaqlarının soyadının dəyişdirilməsi məsələsi valideynlər arasında razılığa görə, razılıq olmadıqda isə yerli icra hakimiyyətinin qəyyumluq və himayə orqanı tərəfindən həll edilir. Valideynlərdən birinin və ya hər ikisinin soyadı, yaxud atanın adı dəyişdirildikdə, yetkinlik yaşına çatmış övladın ərizəsi ilə onun soyadı və ata adı dəyişdirilir.
Ölüm haqqında məlumat tibb müəssisəsi tərəfindən Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən isə həmin gün EHİS vasitəsilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin informasiya sisteminə və oradan da avtomatlaşdırılmış rejimdə ölümün baş verdiyi yer üzrə qeydiyyat şöbəsinə ötürülür. Qeydiyyat şöbəsi Azərbaycan Respublikasının ərazisində ölmüş şəxsin ölümünü informasiya sisteminə ötürülmüş məlumat əsasında həmin məlumatın ötürüldüyü iş günü ərzində dövlət qeydiyyatına alır.
Ölüm faktını təsdiq edən tibb müəssisəsindən verilmiş tibbi şəhadətnamə, tibbi sənəd olmadıqda ölüm faktı məhkəmə qaydasında müəyyən edilir.
Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı haqqında təkrar şəhadətnamələrin verilməsi üçün 3 manat məbləğində dövlət rüsumu ödənilir.
MDB-nin üzvü olan ölkələrdən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı haqqında şəhadətnamələrin alınmasına görə dövlət rüsumu tutulmur.
Azərbaycan Respublikasının Ailə Məcəlləsinin (bundan sonra – Məcəllə) tələblərinə əsasən nikah qeydiyyat şöbəsi və ya konsulluq idarəsi tərəfindən nikaha daxil olmaq istəyən şəxslərin, tibbi müayinədən keçdiklərini təsdiq edən arayış əlavə edilməklə, bu barədə ərizə verdikləri gündən 1 ay sonra onların iştirakı ilə bağlanır.
Nikaha daxil olmaq istəyən şəxslər qeydiyat orqanına getmədən Ədliyyə Nazirliyinin rəsmi internet səhifəsi (justice.gov.az) və "myGov" elektron portalı vasitəsilə elektron qaydada nikaha daxil olmaq haqqında ərizə formasını dolduraraq, nikahın vaxtını və tarixini müəyyənləşdirə bilərlər.
İstifadəçi aidiyyatı qeydiyyat orqanını seçərək, elektron qaydada ərizə formasını doldurduqdan sonra nikahın qeydiyyatının aparılması üçün vətəndaşın müraciətinə əsasən tarix təyin edilir və vətəndaş nikahın rəsmiləşdirilməsi üçün qeydiyyat orqanına dəvət edilir.
Nikahın qeydiyyatının təyin edildiyi tarixdə tərəflər qeydiyyat şöbəsinə şəxsən müraciət etməklə şəxsiyyətini təsdiq edən sənədləri, tibbi müayinədən keçdiklərinə dair arayışı, dövlət rüsumunun ödənilməsi barədə sənədi və digər zəruri sənədləri (tərəflərdən biri və ya hər ikisi əcnəbi və ya vətəndaşlığı olmayan şəxs olduqda onun (onların) ailə vəziyyəti barədə sənəd, tərəflərdən biri və ya hər ikisi əvvəllər nikahda olmuş şəxs olduqda nikahın pozulması haqqında şəhadətnamə və ya ərinin (arvadının) ölümü haqqında şəhadətnamə və s.) təqdim etməlidirlər.
Məcəllənin 164.1-ci maddəsinə əsasən həmin sənədlərin Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda onlar ərizəçidən tələb edilmir.
Azərbaycan Respublikasının Ailə Məcəlləsinin tələblərinə əsasən ərizə əsasında nikahın pozulması ər-arvadın və ya onlardan birinin seçdiyi, məhkəmə qətnaməsi əsasında nikahın pozulması isə bu barədə qətnamənin çıxarıldığı yer üzrə qeydiyyat şöbəsində və ya konsulluq idarəsində dövlət qeydiyyatına alınır.
Yetkinlik yaşına çatmayan ümumi uşaqları olmayan ər-arvadın qarşılıqlı razılığı üzrə nikahın pozulması ərizə verildiyi gündən 1 ay keçdikdən sonra onların iştirakı ilə həyata keçirilir, nikahın pozulması haqqında akt qeydi tərtib edilməklə tərəflərə müvafiq şəhadətnamələr verilir.
Nikah məhkəmə qaydasında pozulduqda isə bu barədə məhkəmənin qətnaməsi qanuni qüvvəyə mindikdən sonra həmin qətnamədən çıxarış dərhal hakim tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiqlənərək "Elektron məhkəmə" informasiya sistemi vasitəsilə qeydiyyat şöbəsinin informasiya sisteminə ötürülür (Məcəllənin 23.3-cü maddəsi).
Qeydiyyat şöbəsi tərəfindən həmin gün qətnamənin icrası təmin edilir, sonradan tərəflərin müraciətləri əsasında onlara nikahın pozulması haqqında şəhadətnamələr təqdim edilir.
Yetkinlik yaşına çatmayan ümumi uşaqlarının olmasından asılı olmayaraq ər (arvad) məhkəmə qaydasında itkin düşmüş hesab edildikdə və ya məhkəmə qaydasında fəaliyyət qabiliyyəti olmayan hesab edildikdə nikahın pozulması onlardan birinin ərizəsi ilə müvafiq məhkəmə qətnaməsi əsasında rəsmiləşdirilir.
Nikahın pozulması "Vətəndaşlıq vəziyyəti aktları2 avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində qeydə alındıqdan sonra müvafiq məlumat Azərbaycan Respublikası Əhalisinin Dövlət Reyestrində əks olunur. Elektron hökumət informasiya sistemi vasitəsilə ötürülmüş məlumat əsasında "myGov" portalında şəxsin ailə üzvlərinə avtomatlaşdırılmış qaydada nikahın pozulmasına müvafiq dəyişiklik həyata keçirilir.
Azərbaycan Respublikası Ailə Məcəlləsinin 12-ci maddəsinə əsasən yaxın qohumlar (valideynlər və uşaqlar, baba-nənə və nəvələr, doğma və ögey (ümumi ata və anası olan) qardaş və bacılar), övladlığa götürənlər və övladlığa götürülənlər arasında nikahın bağlanmasına yol verilmir.
Eyni zamanda, 2024-cü il 28 iyun tarixli 1198-VIQD nömrəli Qanunla Məcəllənin 12-ci maddəsinə qardaşların və (və ya) bacıların ümumi bioloji baba və (və ya) nənəsi olan uşaqları, habelə bioloji qohumluğu olan əmi (dayı) və qardaş (bacı) qızı, həmçinin bibi (xala) və qardaş (bacı) oğlu arasında nikahıın bağlanmasına yol verilməməsinə dair müddəalar əlavə edilmişdir və həmin dəyişiklik 2025-ci il iyulun 1-dən qüvvəyə minib.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş "Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası"nın 3.4-cü bəndinə əsasən Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə başqa qayda nəzərdə tutulmadıqda, evlənmək arzusunda olan əcnəbilərin və ya vətəndaşlığı olmayan şəxslərin vəziyyətini təsdiq edən sənədlərində onların ailə vəziyyəti barədə qeydin olmamasına əsaslanaraq, onlardan vətəndaşı olduqları və ya daimi yaşadıqları ölkənin səlahiyyətli orqanları tərəfindən verilmiş ailə vəziyyəti haqqında arayış tələb edilir. Arayış müəyyən olunmuş qaydada leqallaşdırılmalıdır.
Ailə Məcəlləsinin 180.2-ci maddəsinə əsasən yalnız nikahının pozulması qeydə alınmış və müvafiq şəhadətnaməni əldə etmiş şəxs yeni nikaha daxil ola bilər.
Göstərilənlərə əsasən xarici vətəndaşın başqa ölkədə nikahda olması onun Azərbaycan Respublikasında yeni nikaha daxil olmasını istisna edir.
Ailə Məcəlləsinin 30-cu maddəsinə əsasən ər-arvad öz arzuları ilə onlardan birinin soyadını özləri üçün ümumi soyad seçə, yaxud onlardan hər biri nikahdan əvvəlki soyadını saxlaya və ya öz ərinin (arvadının) soyadını öz soyadı ilə birləşdirə bilər. Nikaha daxil olanların biri və ya hər ikisi qoşa soyada malik olduqda soyadların birləşdirilməsinə yol verilmir.
Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 26-cı maddəsinə əsasən hər bir fiziki şəxsin addan, ata adından və soyaddan ibarət adı olmaq hüququ vardır.
Azərbaycan Respublikasının Mülki Məcəlləsinin qeyd edilən maddəsinə əsasən fiziki şəxsin adı adlardan deyil, yalnız addan ibarət ola bilər.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 79 nömrəli qərarı ilə təsdiq edilmiş "Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydaları"nın 1.5-ci bəndinə əsasən adın verilməsindən və ya dəyişdirilməsindən imtina barədə qeydiyyat orqanının qərarından inzibati qaydada (və ya) məhkəməyə şikayət verilə bilər.
Amnistiya aktı fərdi qaydada müəyyən edilməyən şəxslər barəsində Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən qəbul edilir. Cinayət törətmiş şəxslər amnistiya aktı ilə cinayət məsuliyyətindən azad edilə bilərlər. Cinayət törətməyə görə məhkum olunmuş şəxslər isə cəzadan azad edilə bilər, yaxud onlara təyin olunmuş cəzanın müddəti azaldıla və ya belə şəxslərin cəzasının çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edilə bilər və yaxud belə şəxslər əlavə cəzadan azad edilə bilərlər. Amnistiya aktı ilə cəzasını çəkmiş şəxslərin məhkumluğu götürülə bilər.
Əfvetmə fərdi qaydada müəyyən edilmiş şəxs barəsində Azərbaycan Respublikasının Prezidenti tərəfindən həyata keçirilir. Cinayət törətməyə görə məhkum olunmuş şəxs əfvetmə aktı ilə cəzanın qalan hissəsini çəkməkdən azad edilə bilər, yaxud ona təyin olunmuş cəzanın müddəti azaldıla bilər və ya belə şəxsin cəzasının çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edilə bilər. Ömürlük azadlıqdan məhrum etmə növündə cəzaya məhkum olunmuş şəxs cəzanın on il müddətini çəkdikdən sonra Azərbaycan Respublikasının Prezidentinə əfvetmə barədə müraciət edə bilər. Ömürlük azadlıqdan məhrum etmə cəzası əfv qaydasında iyirmi beş ildən çox olmayan müddətə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilə bilər. Əfvetmə aktı ilə cəzasını çəkmiş şəxsin məhkumluğu götürülə bilər.
Məhkəmə islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, azadlığın məhdudlaşdırılması, intizam xarakterli hərbi hissədə saxlama, müəyyən müddətə azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum etmə növündə cəza çəkən şəxsin islah olunmaq üçün cəzanı tam çəkməsinə lüzum olmadığı qənaətinə gələrsə, onu cəzadan şərti olaraq vaxtından əvvəl azad edə bilər. Bu halda, şəxs tamamilə və ya qismən əlavə cəzadan da azad edilə bilər. Cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə, məhkum böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətməyə görə təyin edilmiş cəza müddətinin ən azı yarısını, ağır cinayət törətməyə görə təyin edilmiş cəza müddətinin ən azı üçdə iki hissəsini, xüsusilə ağır cinayət törətməyə görə təyin edilmiş cəza müddətinin ən azı dörddə üç hissəsini, habelə əvvəllər cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş şəxs, əgər şərti olaraq vaxtından əvvəl azad etmə Cinayət Məcəlləsində nəzərdə tutulmuş əsaslara görə ləğv edilmişdirsə, yaxud əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmiş şəxs cinayətlərin residivinə görə yenidən azadlıqdan məhrum etmə növündə cəzaya məhkum edilmişdirsə, təyin edilmiş cəza müddətinin ən azı dörddə üç hissəsini həqiqətən çəkdikdən sonra tətbiq edilə bilər. Azadlıqdan məhrum etmə cəzasının məhkum tərəfindən həqiqətən çəkilmiş müddəti altı aydan az ola bilməz.
Böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətməyə görə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza çəkən şəxsin cəzasını çəkdiyi dövrdə davranışını nəzərə alaraq, məhkəmə cəzanın çəkilməmiş hissəsini daha yüngül cəza növü ilə əvəz edə bilər. Bu halda şəxs tamamilə və ya qismən əlavə cəzadan da azad edilə bilər.
- Böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətməyə görə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza çəkən şəxsin cəzasını çəkdiyi dövrdə davranışını nəzərə alaraq, məhkəmə cəzanın çəkilməmiş hissəsini daha yüngül cəza növü ilə əvəz edə bilər. Bu halda şəxs tamamilə və ya qismən əlavə cəzadan da azad edilə bilər.
- Cəzanın çəkilməmiş hissəsinin daha yüngül cəza növü ilə əvəz edilməsi, cəza müddətinin ən azı üçdə bir hissəsi çəkildikdən sonra tətbiq edilə bilər.
- Cəzanın çəkilməmiş hissəsinin əvəz edilməsi zamanı məhkəmə Cinayət Məcəlləsinin 42-ci maddəsində nəzərdə tutulmuş istənilən daha yüngül cəza növünü, hər cəza növü üçün həmin Məcəllə ilə müəyyən edilmiş həddə seçə bilər.
Cinayət törətdikdən sonra psixi xəstəliyə tutulmuş və bunun nəticəsində öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və ya həmin əməli idarə etmək imkanından məhrum olmuş şəxs qanuni qüvvəyə minmiş hökmlə təyin edilmiş cəzadan və ya cəzanın qalan hissəsini çəkməkdən azad olunur. Belə şəxs barəsində məhkəmə tərəfindən tibbi xarakterli məcburi tədbirlər tətbiq edilə bilər. Cinayət törətdikdən sonra cəzanın çəkilməsinə mane olan ağır xəstəliyə düçar olmuş şəxs məhkəmənin qərarı ilə cəza çəkməkdən azad edilə bilər. Məhkumun cəza çəkməsinə mane olan xəstəliklər Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilmiş "Məhkumların cəza çəkməsinə mane olan ağır xəstəliklərin Siyahısı" ilə müəyyən olunur.
Sahibkarlıq sahəsində yoxlama aparmaq səlahiyyətinə malik dövlət orqanları, publik hüquqi şəxslər, habelə dövlət mülkiyyətində olan və müvafiq xidmətlər göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslərin sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə keçirdikləri bütün növ yoxlamalar Reyestrdə qeydiyyata alınmalıdır.
Sahibkarlıq sahəsində aparılan hər bir yoxlama yalnız Reyestrdə qeydiyyata alındıqdan sonra keçirilə bilər. Reyestrdə qeydiyyata alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur.
Cinayət təqibinin həyata keçirilməsi və ya məhkəmə icraatı çərçivəsində aparılan yoxlamaların Reyestrdə qeydiyyatı aparılmır.
Sahibkarın müraciətinə əsasən yoxlayıcı orqan tərəfindən ona metodiki kömək göstərilməsi, məsləhət verilməsi və vəziyyətin qiymətləndirilməsi məsələsinin Reyestrdə qeydiyyatı aparılmır.
Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 50.4-cü maddəsinə əsasən operativ vergi nəzarəti vergi ödəyicisinə əvvəlcədən xəbərdarlıq edilmədən başlanıldığından həmin məlumat reyestrdə bu tələb nəzərə alınmaqla yerləşdirilir.
Planlı (yoxlama planında mövcud olan) yoxlamaların qeydiyyata alınması üçün hər bir yoxlama barədə məlumatlar yoxlamadan ən azı 5 iş günü (vergi yoxlamasından ən azı 15 gün) əvvəl Ədliyyə Nazirliyinə göndərilir.
Plandankənar (yoxlama planında mövcud olmayan) yoxlamaların qeydiyyata alınması üçün hər bir yoxlama barədə məlumatlar yoxlamadan ən azı 1 iş günü əvvəl, yoxlamanın təxirə salınmadan keçirilməsi zərurəti əsaslandırıldıqda isə dərhal Ədliyyə Nazirliyinə təqdim edilir.
Yoxlama müraciət edilən gündən 1 iş günü müddətində, plandankənar yoxlamanın təxirə salınmadan keçirilməsi zərurəti əsaslandırıldıqda isə dərhal qeydiyyata alınır.
Yoxlayıcı orqanların vəzifəli şəxsləri Reyestrdə qeydiyyata alınmadan yoxlama aparılmasına görə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 602.1-ci maddəsinə əsasən vəzifəli şəxslər iki min manatdan üç min manatadək məbləğdə cərimə edilir.
Plan üzrə (növbəti) yoxlamaların aparılması dövriliyi sahibkarların aid olduğu risk qruplarına uyğun aşağıdakı kimi müəyyən edilmişdir:
- Yüksək risk qrupuna aid edilən sahibkara münasibətdə - ildə bir dəfədən çox olmayaraq;
- Orta risk qrupuna aid edilən sahibkara münasibətdə - iki ildə bir dəfədən çox olmayaraq;
- Aşağı risk qrupuna aid edilən sahibkara münasibətdə - üç ildə bir dəfədən çox olmayaraq.
Qida və yem məhsullarının təhlükəsizliyinə nəzarət, yanğın nəzarəti, təhlükə potensiallı obyektlərin və dağ-mədən sahələrinin təhlükəsiz istismarına nəzarət və radiasiya təhlükəsizliyinə nəzarət sahələrində yoxlamalar:
- Yüksək risk qrupuna aid edilən sahibkarlara münasibətdə - altı ayda bir dəfədən çox olmayaraq;
- Orta risk qrupuna aid edilən sahibkarlara münasibətdə ildə bir dəfədən çox olmayaraq;
- Aşağı risk qrupuna aid edilən sahibkarlara münasibətdə iki ildə bir dəfədən çox olmayaraq aparılır.
Yoxlama başlamazdan əvvəl yoxlayıcı xidməti vəsiqəsini (şəxsiyyət vəsiqəsi ilə birlikdə), yoxlamanın aparılması haqqında qərarın surətini və yoxlamanın Reyestrdə qeydiyyata alınması barədə çıxarışı sahibkara və ya onun səlahiyyətli nümayəndəsinə təqdim edir, yoxlamanın hüquqi əsasları, predmeti, müddəti, yoxlama zamanı tərəflərin hüquq və vəzifələri haqqında məlumat verir.
Azərbaycan Respublikası ərazisində sahibkarlıq sahəsində aparılan yoxlamalar 2026-ci il yanvarın 1-dək dayandırılıb.
Bu müddətdə yalnız vergi yoxlamaları, maliyyə bazarları sahəsində aparılan yoxlamalar, gömrük auditi, müvafiq icra hakimiyyəti orqanı tərəfindən özəl tibb fəaliyyətinin subyektlərində aparılan yoxlamalar, eləcə də dərman vasitələrinin keyfiyyəti, təhlükəsizliyi qaydalarına riayət edilməsi və qida və yem məhsullarının təhlükəsizliyinə nəzarətin həyata keçirilməsi ilə bağlı yoxlamalar, yanğın nəzarəti, tikintiyə dövlət nəzarəti, təhlükə potensiallı obyektlərin və dağ-mədən sahələrinin təhlükəsiz istismarına nəzarət və radiasiya təhlükəsizliyinə nəzarət sahəsində yoxlamalar, enerji, su, kanalizasiya və qaz təchizatı müəssisələrinin səlahiyyətli nümayəndələri tərəfindən sahibkarlıq subyektlərinin elektrik, su, istilik və qaz sayğaclarının göstəricilərinin oxunması zamanı müəyyən edilən həmin sayğaclara müdaxilə, habelə sayğacdan kənar paylayıcı şəbəkəyə və ya istilik şəbəkəsinə qanunsuz qoşulma (təchizat müəssisəsinin razılığı olmadan şəbəkəyə qoşulma) hallarının araşdırılması ilə bağlı yoxlamalara, "Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında" və "Hədəfli maliyyə sanksiyaları haqqında" Azərbaycan Respublikası qanunlarının tələblərinə əməl edilməsinə nəzarətin həyata keçirilməsi ilə bağlı "Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında" Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş nəzarət orqanları tərəfindən həyata keçirilən yoxlamalar, habelə insanların həyat və sağlamlığına, dövlətin təhlükəsizliyinə və iqtisadi maraqlarına mühüm təhlükə yaradan hallar üzrə siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən yoxlamalar aparıla bilər.
Bu sahədə beynəlxalq müqavilələr üzrə səlahiyyətli qurum olan Ədliyyə Nazirliyinə müraciət daxil olduqdan sonra məhkumun verilməsi icraatına başlanılır.
Belə ki, xarici ölkədə cəza çəkən Azərbaycan Respublikasının vətəndaşı olan məhkumun gətirilməsi ilə bağlı vətəndaş müraciət etdiyi halda məsələyə Ədliyyə Nazirliyinin Kollegiyasının 15 fevral 2017-ci il tarixli 3-N nömrəli qərarı ilə təsdiq edilmiş “Azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxslərin cəzanın qalan hissəsinin çəkilməsi üçün Azərbaycan Respublikasına qəbul edilməsi ilə bağlı icraat qaydalarına” uyğun olaraq baxılır. Bu halda müraciət (ərizə) yazılı formada tərtib olunur və məhkumun adı, soyadı, atasının adı, doğulduğu yer və tarix, cəza çəkdiyi yerin dəqiq ünvanı, ərizəçi məhkumun yaxın qohumu olduqda qohumluq dərəcəsi barədə məlumatları əks etdirir.
Müraciətə aşağıdakı sənədlər əlavə edilir:
- məhkum barədə qanuni qüvvəyə minmiş hökmün surəti;
- Azərbaycan Respublikasının vətəndaşı olan məhkumun pasportunun və ya şəxsiyyət vəsiqəsinin surəti, Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxslərə münasibətdə isə Azərbaycan Respublikasının hüdudlarında istifadə edilməsi və ya Azərbaycan Respublikasının hüdudlarından kənara getməsi üçün vətəndaşlığı olmayan şəxsə verilən şəxsiyyət vəsiqəsinin və ya Azərbaycan Respublikasının ərazisində daimi yaşamaq üçün icazə vəsiqəsinin surəti (bu sənədlər olmadığı təqdirdə, həmin məlumatları özündə əks etdirən müvafiq sənəd);
- müraciət vəkil tərəfindən edildiyi halda şəxsiyyətini və Azərbaycan Respublikasının ərazisində vəkillik fəaliyyətini həyata keçirmək hüququnu təsdiq edən sənəd, habelə vəkil qurumunun orderi;
- müraciət qanuni nümayəndə tərəfindən edildiyi halda onun şəxsiyyətini və qanuni nümayəndə səlahiyyətlərini təsdiq edən sənədlər. Qaydalara uyğun olaraq vətəndaşın müraciəti və ona əlavə olunmuş sənədlər Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinə ünvanlanmalıdır, habelə həmin işlər üzrə vətəndaş qəbulu da xidmət tərəfindən həyata keçirilir.
Ölkəmizdə cəza çəkən əcnəbi məhkumların vətəndaşları olduqları ölkələrə verilməsi ilə bağlı icraat yalnız Ədliyyə Nazirliyinin Beynəlxalq əməkdaşlıq baş idarəsi tərəfindən beynəlxalq müqavilələrin tələblərinə uyğun aparılır. Bu halda vətəndaşın və ya məhkumun ərizə ilə Beynəlxalq əməkdaşlıq baş idarəsinə müraciət etməsi kifayət edir və hər hansı bir sənədin müraciətə əlavə edilməsi tələb olunmur.
Xarici dövlət ilə Azərbaycan Respublikası arasında hüquqi yardım sahəsində müqavilə bazası olduğu təqdirdə və sənədlər həmin xarici ölkənin rəsmi orqanları vasitəsilə təqdim edildikdə müvafiq sənədlərin apostil olunması və ya leqallaşdırılması tələb olunmur. Sənədlər vətəndaşlar (onların qanuni nümayəndəsi, nümayəndəsi və vəkili) tərəfindən şəxsən təqdim olunduqda apostil olunmalı və ya leqallaşdırılmalıdır.
Xarici məhkəmə qərarlarının tanınması üçün sənədlər vətəndaşlar tərəfindən Ədliyyə Nazirliyinə təqdim olunur. Ədliyyə Nazirliyi sənədlərin qanunvericilik və mövcud beynəlxalq müqavilələrin tələblərinə uyğun tərtib edildiyini yoxladıqdan sonra xarici məhkəmə qərarlarının ölkəmizdə tanınmasında və məcburi icraya yönəldilməsində səlahiyyətli olan Azərbaycan Respublikasının Ali Məhkəməsinə aidiyyəti üzrə baxılması üçün göndərir.
Məhkəmə qərarlarının tanınması və icrası sahəsində müvafiq dövlətlə müqavilə bazası olduğu təqdirdə yerli məhkəmə qərarları xarici dövlətin səlahiyyətli məhkəməsi tərəfindən tanındıqdan sonra məcburi icraya yönəldilə bilər. Bununla əlaqədar lazımi məhkəmə sənədlərinin toplanması və müvafiq qaydada tərtib olunması üçün maraqlı şəxs qərarı çıxaran məhkəməyə müraciət edə bilər.
Müvafiq dövlətlə müqavilə bazası olmadığı təqdirdə maraqlı şəxs yerli məhkəmə qərarının tanınması və icraya yönəldilməsi ilə bağlı həmin xarici dövlətin səlahiyyətli məhkəməsinə şəxsən özü və ya nümayəndəsi və vəkili vasitəsilə müraciət edə bilər.
Xarici dövlətlərdən vətəndaşlıq vəziyyəti aktlarının istənilməsi qeydiyyat orqanlarının tapşırığı əsasında həyata keçirilir. Müvafiq tapşırığın tərtib edilməsi və Ədliyyə Nazirliyinə təqdim olunması üçün aidiyyəti üzrə qeydiyyat şöbəsinə müraciət edilməlidir.
Sorğu edilən dövlət ilə hüquqi yardım haqqında müqavilə olduqda icra sənədinin icrası ilə əlaqədar cavabdehin (borclunun) xarici dövlətdə olduğu yerin və gəlirlərinin müəyyən edilməsi icra məmurunun hüquqi yardım haqqında sorğu əsasında mümkündür.
“Uşaqlara görə alimentin tutulması və ailənin saxlanılmasının digər formalarının beynəlxalq qaydası haqqında” 23.11.2007-ci il tarixli Konvensiyanın tələblərinə uyğun olaraq Ədliyyə Nazirliyi (mərkəzi orqan olaraq), həmin Konvensiyaya üzv olan dövlətlərdə olan borclunun dəqiq yerinin, varsa əmlakının və gəlirlərinin müəyyən edilməsi ilə bağlı “xüsusi tədbirlər barədə sorğu” göndərə bilər.
Avropa ölkələrində aliment qərarlarının tanınması və icrası “Uşaqlara görə alimentin tutulması və ailənin saxlanılmasının digər formalarının beynəlxalq qaydası haqqında” 2007-ci il noyabrın 23-də Haaqa şəhərində imzalanmış Konvensiyaya uyğun olaraq həyata keçirilir. Sənədlərin müvafiq Konvensiyaya uyğun tərtib olunması və Ədliyyə Nazirliyinə təqdim edilməsi üçün aidiyyəti məhkəməyə müraciət oluna bilər.
Avropa dövlətlərində mülki və ya ticarət məsələləri üzrə sənədlərin təqdim edilməsi Azərbaycan Respublikasının tərəfdar çıxdığı 15 noyabr 1965-ci ildə Haaqa şəhərində imzalanmış “Mülki və ya ticarət işləri üzrə məhkəmə və qeyri-məhkəmə sənədlərinin xaricdə təqdim edilməsi haqqında” Konvensiya əsasında həyata keçirilir. Müvafiq sənədlər adıçəkilən Konvensiyaya uyğun tərtib edilərək xarici dövlətlərin səlahiyyətli orqanına göndərilməsi üçün Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə təqdim olunmalıdır.
Ədliyyə orqanlarında qulluq Azərbaycan Respublikasının hüquq mühafizə orqanları sisteminə daxil olan ədliyyə orqanlarının qanunvericilikdə nəzərdə tutulan fəaliyyət istiqamətləri üzrə səlahiyyətlərini həyata keçirən Azərbaycan Respublikası vətəndaşlarının dövlət qulluğunun xüsusi növüdür.
İrqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, sosial mənşəyindən, əmlak vəziyyətindən, yaşayış yerindən, əqidəsindən, həmkarlar ittifaqlarına və ya digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq müvafiq vəzifənin tələblərinə uyğun peşə hazırlığına malik olan və Azərbaycan Respublikasının dövlət dilini sərbəst bilən Azərbaycan Respublikası vətəndaşlarının ədliyyə orqanlarında qulluq etmək hüququ vardır.
İkili vətəndaşlığı, digər dövlətlər qarşısında öhdəlikləri olan şəxslər, din xadimləri, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli hesab edilmiş, cinayət törətdiyinə görə əvvəllər məhkum edilmiş, habelə barəsində cinayət işinin icraatına bəraətverici əsaslar olmadan xitam verilmiş, tibbi rəyə əsasən fiziki və əqli qüsurlarına görə ədliyyə orqanlarında işləməyə qadir olmayan, məhkəmə, prokurorluq, ədliyyə, digər hüquq mühafizə və ya başqa dövlət orqanlarında əvvəllər yol verdiyi kobud nöqsanlara və ya qulluqla bir araya sığmayan hərəkətlərə görə bu orqanlardan xaric edilmiş şəxslər ədliyyə orqanlarına qulluğa qəbul edilə bilməzlər.
Xarici ölkədə ali təhsil almış şəxs Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 13 may tarixli 64 nömrəli qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları” əsasında Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən verilmiş ali təhsil sahəsində ixtisasının tanınması haqqında şəhadətnaməni aldıqdan sonra ədliyyə orqanlarına qulluğa qəbulla bağlı müraciət edə bilər.
Qanunla müəyyən olunmuş müddətli həqiqi hərbi xidmət keçməmiş (qanuni əsaslarla müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ olanlar və ya müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilənlər istisna olmaqla) çağırış yaşlı vətəndaşlar ədliyyə orqanlarında xüsusi rütbələr nəzərdə tutulmuş vəzifələrə qulluğa qəbul edilmirlər. Qanuni əsaslarla müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ olanlar və ya müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilənlər tibbi rəyə əsasən fiziki və əqli qüsurlarına görə ədliyyə orqanlarında qulluğa yararlı hesab edilərlərsə, qulluğa qəbul oluna bilərlər.
Ədliyyə orqanlarına qulluğa qəbul olunmaq üçün müraciət etmiş hər bir namizədin bilik səviyyəsinin, peşə hazırlığının, ümumi dünyagörüşünün, ədliyyə orqanlarında vəzifələrə yararlı və layiqli olmasının müəyyən edilməsi məqsədilə aşkarlıq şəraitində şəffaflıq təmin edilməklə müsabiqə və ya müsahibə keçirilir. Müsabiqə ixtisas imtahanından və söhbətdən ibarətdir. İxtisas imtahanı test yolu ilə keçirilir. İlk dəfə ədliyyə orqanlarına qulluğa qəbul olunmaq üçün müsabiqədən keçmiş namizədlər Ədliyyə Akademiyasında icbari təlimə cəlb edilirlər. Bu təlimi müvəffəqiyyətlə bitirmiş namizədlər ədliyyə orqanlarına qulluğa qəbul edilirlər.
"Ədliyyə orqanlarında qulluq keçmə haqqında" Qanuna əsasən Nazirliyin Penitensiar xidmətində qulluğa yaşı 20-dən aşağı və bir qayda olaraq 30-dan yuxarı olmayan Azərbaycan Respublikası vətəndaşları qəbul olunurlar. Digər ədliyyə orqanlarına qulluğa qəbulla bağlı yaş məhdudiyyəti müəyyən edilməmişdir. Bununla belə qulluğa qəbul zamanı "Dövlət qulluğu haqqında" Qanunun 16 yaşına çatmış vətəndaşların dövlət qulluğuna qəbul edilmək hüququ vardır tələbi, mülki vəzifələrə işə qəbul zamanı isə Əmək Məcəlləsinin yaşı 15-dən az olan şəxslərin işə qəbul edilməsinə yol verilməməsi tələbi nəzərə alınır.
Ədliyyə orqanlarında qulluğa qəbul üzrə müsabiqə barədə kütləvi informasiya vasitələrində və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin internet səhifəsində elan verilir.
"Ədliyyə orqanlarında qulluq keçmə haqqında" Qanunun tələblərinə cavab verən ali hüquq təhsilli Azərbaycan Respublikasının vətəndaşları müsabiqədə iştirak edə bilərlər.
Müsabiqədə iştirak üçün namizəd nazirliyin internet səhifəsindən (www.exidmet.justice.gov.az) və ya "Elektron hökumət" portalından (www.e-gov.az) "Ədliyyə orqanlarına qulluğa qəbulla bağlı müsabiqədə iştirak üçün namizədin qeydə alınması" adlı elektron xidmət vasitəsilə ərizə formasını doldurmalı və təsdiq etməlidir. Ərizələr poçt vasitəsilə də göndərilə bilər. Qeydiyyata alınmış bütün namizədlərin fərdi elektron kabinetləri yaranır və onlar müraciətlərinin qəbulu ilə bağlı məlumatlandırılır. Namizəd müsabiqənin gedişi barədə məlumatları kütləvi informasiya vasitələri ilə yanaşı, elektron kabinetindən də əldə edə bilər. Müsabiqənin ixtisas imtahanından müvəffəqiyyətlə keçənlər digər kadr sənədlərini təqdim edirlər.
Namizədlərin imtahanlara mükəmməl hazırlaşmalarına və yüksək nəticələrə nail olmalarına köməklik məqsədilə əvvəlcədən Ədliyyə Akademiyasında hazırlıq kursları təşkil edilir, həmçinin onlara imtahanlarda istifadə olunan suallara dair xülasə və “Yaddaş kitabçası” verilir.
İmtahan suallarının hazırlanmasında istifadə olunan normativ hüquqi aktların siyahısı Ədliyyə Nazirliyinin internet səhifəsində (www.justice.gov.az) "Qulluğa qəbul" bölməsində, namizədlərin elektron kabinetlərində və onlara təqdim edilən "Yaddaş kitabçası"nda yerləşdirilib. Həmçinin bu sənədlər nazirliyə və regional ədliyyə idarələrinə müraciət edənlərə təqdim olunur.
İmtahan 3 (üç) saat müddətində fasilə verilmədən keçirilir.
İmtahanda 100, o cümlədən hüququn müxtəlif sahələrinə və ədliyyə fəaliyyətini əhatə edən qanunvericiliyə dair 80, namizədin məntiqi nəticələr çıxarmaq qabiliyyətini, ümumi bilik səviyyəsini və dünyagörüşünü müəyyən edən 20 sual olur.
Hüququn müxtəlif sahələrinə və ədliyyə fəaliyyətini əhatə edən qanunvericiliyə dair hər bir sualın düzgün cavabı 1 balla qiymətləndirilir (cəmi 80 mümkün bal). Namizədin məntiqi nəticələr çıxarmaq qabiliyyətini, ümumi bilik səviyyəsini və dünyagörüşünü müəyyən edən 20 sualın hər birinin düzgün cavabı 0,5 balla qiymətləndirilir (cəmi 10 mümkün bal). İxtisas imtahanının yekununa görə 55 və daha artıq bal toplamış namizədlər söhbətə buraxılırlar.
İmtahan kompüter vasitəsilə keçirildikdə nəticələrə dair məlumat imtahan bitdikdən sonra namizədlərə dərhal yerindəcə təqdim olunur. Bununla yanaşı, imtahanın nəticələri Ədliyyə Nazirliyinin internet səhifəsində (www.justice.gov.az), həmçinin Dövlət İmtahan Mərkəzi ilə birgə keçirildikdə həmin Mərkəzin internet səhifəsində (www.dim.gov.az) yerləşdirilir.
Ali hüquq təhsili tələb olunmayan vəzifələrə şəxslər "Ədliyyə orqanlarına qulluğa qəbul olunmaq üçün namizədlərlə müsabiqənin və müsahibənin keçirilməsi qaydaları haqqında" Əsasnaməyə uyğun olaraq müsahibə əsasında qəbul edilirlər.
"Ədliyyə orqanlarına qulluğa qəbul olunmaq üçün namizədlərlə müsabiqənin və müsahibənin keçirilməsi Qaydaları"na müvafiq olaraq aşağıda göstərilən şəxslər qulluğa müsahibə əsasında qəbul olunur:
- prokurorluqda və digər hüquq mühafizə orqanlarında xüsusi və ya hərbi rütbə nəzərdə tutulan vəzifələrdə işləyən şəxslər;
- digər dövlət orqanlarında dövlət qulluğu keçən inzibati vəzifələri tutan şəxslər;
- hüquq sahəsində elmi dərəcəsi olan şəxslərlə, əvvəllər hakim işləmiş şəxslər;
- hakim vəzifəsinə namizədlər üçün nəzərdə tutulmuş tədris kurslarını bitirmiş, lakin hakim vəzifəsinə təklif olunmamış şəxslər;
- ali hüquq təhsili tələb olunmayan vəzifələrə qəbul olunmaq üçün namizədlər;
- sıravi və kiçik rəis heyəti vəzifələrinə qəbul olunmaq üçün namizədlər;
- xüsusi rütbələr nəzərdə tutulmayan vəzifələrə namizədlər;
- ədliyyə sistemində inzibati vəzifə tutmaqla dövlət qulluğunun ixtisas dərəcəsinə malik olan işçilər xüsusi rütbələr nəzərdə tutulan vəzifələrə keçdikdə;
- Dövlət Proqramı çərçivəsində xaricdə təhsil almış şəxslər;
- əvvəllər azı 5 il ədliyyə orqanlarında qulluq etmiş və fəaliyyətində müsbət xarakterizə olunmuş şəxslər.
Söhbətin və ya müsahibənin keçirildiyi yer və vaxt barədə namizədlərə fərdi qaydada Ədliyyə Nazirliyinin Müsabiqə Komissiyası tərəfindən əvvəlcədən məlumat verilir.
Ərizə, kadrların uçotunun şəxsi vərəqəsi, tərcümeyi-hal, ali təhsil haqqında sənədin (diplomun) notariat qaydasında təsdiq olunmuş surəti (xarici dövlətlərin ali təhsil sahəsində ixtisasları Azərbaycan Respublikasında tanınmaqla və ekvivalentliyi müəyyən edilməklə (nostrifikasiya olunmaqla)), şəxsiyyət vəsiqəsinin notariat qaydasında təsdiq olunmuş surəti, əmək kitabçasının notariat qaydasında və ya kadrlar xidməti tərəfindən təsdiq olunmuş surəti (ilk dəfə əmək fəaliyyətinə başlayanlar istisna olmaqla), sağlamlıq barədə Ədliyyə Nazirliyi tibb xidmətinin arayışı (yaşadığı ərazi üzrə poliklinikadan keçirdiyi xəstəliklər barədə tibbi arayış, narkoloji və ruhi-əsəb dispanserlərindən qeydiyyatda olub-olmaması barədə sənəd təqdim etməklə), hərbi biletin notariat qaydasında təsdiq edilmiş surəti, Səfərbərlik və Hərbi Xidmətə Cağırış üzrə Dövlət Xidmətinin yerli qurumundan həqiqi hərbi xidmət keçmə və qeydiyyat haqqında, müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ varsa və ya azad edilmişdirsə müvafiq təsdiqedici sənəd, ailə tərkibi haqqında arayış, 4x6 sm ölçüdə 4 ədəd, 3x4 sm ölçüdə 2 ədəd rəngli fotoşəkil.
İştirak edə bilər.
İlk dəfə ədliyyə orqanlarına qulluğa qəbul edilən şəxslər üçün bir qayda olaraq, altı aylıq stajorluq müddəti müəyyən edilir. Stajorluq müddəti bitdikdən sonra stajor barəsində müsbət rəy olduğu halda onun üç aylıq sınaq müddəti ilə vəzifəyə təyin edilməsi məsələsi həll olunur. Sınaq müddəti başa çatdıqdan sonra attestasiyadan müvəffəqiyyətlə keçmiş işçi müvafiq vəzifəyə təyin olunmaqla ədliyyə orqanlarında daimi qulluğa qəbul edilir.
Könüllü fəaliyyət – Azərbaycan Respublikasının qanunvericiliyi ilə qadağan edilməyən, işlərin görülməsi və ya xidmətlərin göstərilməsi ilə bağlı ictimai faydalı və gəlirsiz fəaliyyətdir.
Həmin münasibətlər tərəflər arasında yazılı formada bağlanan müqavilə ilə tənzimlənir.
Könüllünün gün ərzində fəaliyyətə cəlb olunma müddəti tərəflər arasında bağlanan müqavilə əsasında müəyyən edilir.
Bu sahədə fəaliyyətin daha mütəşəkkil qaydada həyata keçirilməsi üçün gənclərə bilavasitə Nazirliyə müraciət etmək imkanı yaradılır. Hüquqşünaslıq və informasiya-kommunikasiya texnologiyaları ixtisasları üzrə ali təhsil müəssisələrinin bakalavr səviyyəsinin sonuncu kurslarında, habelə magistratura səviyyələrində təhsil alan gənclər ədliyyə sahəsində könüllü fəaliyyətə dəvət edilirlər.
Müraciətləri hr@justice.gov.az elektron ünvanı vasitəsilə və ya Nazirliyin inzibati binasında (Bakı şəhəri, İnşaatçılar prospekti 1) təqdim etmək mümkündür.
Könüllülük ictimai faydalı və gəlirsiz fəaliyyət olduğundan bu zaman könüllüyə əmək haqqı ödənilmir.
- cəlb olunduğu sahənin fəaliyyət istiqamətləri üzrə vəzifələrin icrasında işçilərə köməklik göstərir;
- sənədlərin qəbulu və göndərilməsi, habelə sənədlərin qeydə alınması, rəsmiləşdirilməsi, işlərin formalaşdırılmasında kargüzarlara köməklik göstərir;
- icra olunmuş sənədlərin səliqə ilə işə tikilməsini və təşkilatın dəftərxanasında saxlanılmasını təmin etməkdə kargüzarlara köməklik göstərir.
Görüləcək işlərin (göstərilən xidmətlərin) dairəsinə yalnız tərəflərin qarşılıqlı razılığı ilə əlavə və dəyişiklik edilə bilər.
Nazirlikdə qəbul “Ədliyyə orqanlarında vətəndaşların qəbulu Qaydası”na və qəbul qrafikinə uyğun olaraq Sənəd dövriyyəsi və vətəndaşların müraciətləri ilə iş idarəsinin Vətəndaşların qəbulu şöbəsi tərəfindən təşkil olunur. Vətəndaşlar ədliyyə naziri, onun müavinləri, baş idarə və idarə rəislərinin qəbulunda olmaq üçün Nazirliyin rəsmi internet səhifəsində yerləşdirilmiş qəbul qrafikinə uyğun olaraq qeydiyyatda olduqları və ya yaşadıqları rayon və ya şəhərin yurisdiksiyasına aid olduğu regional ədliyyə idarələrinə, Bakı şəhəri üzrə isə Nazirliyin Sənəd dövriyyəsi və vətəndaşların müraciətləri ilə iş idarəsinin Vətəndaşların qəbulu şöbəsinə şəxsiyyət vəsiqəsi və ya şəxsiyyəti təsdiq edən digər sənəd əsasında şəxsən müraciət etməklə və ya Nazirliyin rəsmi internet səhifəsində dövlət xidmətləri bölməsi vasitəsilə yazılır, qəbulun vaxtı və yeri barədə məlumatlandırılırlar.
Vətəndaşlar ədliyyə nazirinin qəbuluna müvafiq nazir müavini, nazir müavinlərinin qəbuluna isə Nazirliyin müvafiq baş idarə və idarə rəisləri tərəfindən qəbul edildikdən sonra yazılırlar.
“Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinə əsasən vətəndaşların müraciətlərinə ən gec 15 iş günü, əlavə öyrənilmə və yoxlanılma tələb edən müraciətlərə isə ən gec 30 iş günü müddətində baxılmasına dair tələblərinə uyğun olaraq müvafiq qəbulun nəticəsinə dair cavab məktubunu aldıqdan sonra növbəti qəbula yazıla bilərlər.
Bununla əlaqədar Sənəd dövriyyəsi və vətəndaşların müraciətləri ilə iş idarəsinin Vətəndaşların qəbulu şöbəsinə (əlaqə məlumatları: 012-510-10-01 (daxili nömrə 10941), 012-537-24-04, “contact@justice.gov.az” elektron poçt ünvanı və ya müvafiq elektron xidmət (https://exidmet.justice.gov.az:8284/Other/Reception) vasitəsilə müraciət etmək lazımdır.
Azərbaycan Respublikasının Mülki Məcəlləsinin tələblərinə əsasən şəxsin üçüncü şəxslər qarşısında təmsil olunması müvafiq hüquqların verilməsinə dair etibarnamə əsasında mümkündür.
“Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində vətəndaşların videoqəbulunun təşkili” Qaydasının 3.1-ci maddəsinə əsasən ədliyyə naziri, onun müavinləri, nazirliyin baş idarə və idarə rəislərinin videoqəbulları qəbul cədvəlində müəyyən edilmiş günlərdə və saatlarda Nazirliyin aparatının və ya regional ədliyyə idarələrinin xüsusi avadanlıqla təchiz olunmuş qəbul otaqlarında həyata keçirilir.
"Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində vətəndaşların videoqəbulunun təşkili" Qaydasının 4-cü maddəsinə əsasən videoqəbullar zamanı edilmiş müraciətlər video fayl şəklində Nazirliyin “Elektron sənəd dövriyyəsi” informasiya sistemində qeydiyyata alınır, habelə müraciətlər üçün qeydiyyat-nəzarət vərəqələri tərtib edilir. Müraciətlərə "Vətəndaşların müraciətləri haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun baxılır və Nazirliyin rəhbərliyi tərəfindən vətəndaşların videoqəbulu həyata keçirilərkən onların müraciətlərinin Nazirliyin Kollegiyasının 2011-ci il 29 noyabr tarixli 5-N nömrəli qərarı ilə təsdiq edilmiş "Ədliyyə orqanlarında vətəndaşların qəbulu Qaydası"na Əlavə 4-də nümunəvi forması göstərilmiş blankda müvafiq qeydiyyatı aparılır.
"Vətəndaşların müraciətləri haqqında" Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinə əsasən vətəndaşların müraciətlərinə ən gec 15 iş günü, əlavə öyrənilmə və yoxlanılma tələb edən müraciətlərə isə ən gec 30 iş günü müddətində baxılır.
Arxiv şöbəsində saxlanılan sənədlərdən çıxarış və surətlərin əldə olunması üçün vətəndaş Ədliyyə Nazirliyinə müraciət edir. Sənəd dövriyyəsi və vətəndaşların müraciətləri ilə iş idarəsinin Arxiv şöbəsi müvafiq struktur qurum tərəfindən daxil olmuş sorğu əsasında təhlillər aparır və zəruri sənəd vətəndaşa təqdim edilməsi məqsədilə həmin idarəyə/baş idarəyə göndərilir.
“Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun və həmin Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 25.08.2000-ci il tarixli 387 nömrəli Fərmanına əsasən Azərbaycan Respublikası CM-nin 196 (kreditor borclarını ödəməkdən qəsdən yayınma), 289 (məhkəməyə hörmətsizlik etmə), 303 (siyahıya alınmış və ya üzərinə həbs qoyulmuş, yaxud müsadirə olunmalı əmlak barəsində qanunsuz hərəkətlər), 305 (azadlıqdan məhrum etmə növündə cəza çəkməkdən boyun qaçırma), 306 (məhkəmənin hökmünü, qərarını, yaxud digər aktını icra etməmə), 317-1.1 (cəzaçəkmə müəssisələrində və ya istintaq təcridxanalarında saxlanılan şəxslərə qadağan olunmuş əşyaların verilməsi və ya ötürülməsi), 317-2-ci (cəzaçəkmə müəssisələrində və ya istintaq təcridxanalarında saxlanılan şəxs tərəfindən qadağan olunmuş əşyaların hazırlanması, saxlanılması, gəzdirilməsi, daşınması və ya istifadəsi) maddələrində nəzərdə tutulmuş cinayətlərə dair işlər üzrə ibtidai istintaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən həyata keçirilir.
AR CPM-in 178.2-ci maddəsinə əsasən məcburi gətirilmə cinayət prosesində iştirak edən və cinayət prosesini həyata keçirən orqana çağırılan şəxsə yalnız aşağıdakı hallarda tətbiq edilə bilər:
- cinayət prosesini həyata keçirən orqanın məcburi çağırışlarına üzrlü səbəb olmadan gəlmədikdə;
- cinayət prosesini həyata keçirən orqanın çağırışlarını almaqdan boyun qaçırdıqda;
- cinayət prosesini həyata keçirən orqandan gizləndikdə;
- daimi yaşayış yeri olmadıqda.
AR CPM-in 155-ci maddəsinə əsasən həbs qətimkan tədbiri müstəntiqin vəsatəti əsasında və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı, habelə cinayət işinə baxan məhkəmənin öz təşəbbüsü ilə və yalnız məhkəmənin qərarına əsasən aşağıdakı hallarda seçilə bilər:
- cinayət prosesini həyata keçirən orqandan gizlənmək;
- cinayət prosesində iştirak edən şəxslərə qanunsuz təsir göstərmək,
- cinayət təqibi üzrə əhəmiyyət kəsb edən materialları gizlətməklə və ya saxtalaşdırmaqla ibtidai istintaqın və ya məhkəmə baxışının normal gedişinə mane olmaq;
- cinayət qanunu ilə nəzərdə tutulmuş əməli yenidən törətmək və ya cəmiyyət üçün təhlükə yaratmaq.
AR CM-in 306.1-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 02.10.2012-ci il qərarına əsasən məhkəmə aktlarını icra etməmə yalnız qərəzli olduqda CM-in 306-cı maddəsində nəzərdə tutulmuş cinayət tərkibini yaradır. İcra etməmə o halda qərəzli olur ki, təqsirkar şəxsə yazılı şəkildə xəbərdarlıq edildikdən sonra da o, məhkəmə aktının tələbini icra etmir və ya məhkəmə aktlarının icrasını mümkünsüz etməyə yönələn hərəkətlərini davam etdirir.
Məhkəmə aktlarının qərəzli icra edilməməsini aşağıdakılara əsasən müəyyən etmək olar:
- məhkəmə qərarında nəzərdə tutulmuş tələblərin həmin qərarda müəyyən edilmiş müddət ərzində icra edilməməsi;
- borcluya məhkəmə qərarının icra edilməməsi haqqında dəfələrlə rəsmi xəbərdarlıq edilməsi;
- borclunun məhkəmə qərarını icra etməməsinə görə inzibati məsuliyyətə cəlb edilməsi;
- borclu tərəfindən məhkəmə qərarının icrası üçün yetərli tədbirlərin görülməməsi;
- borclunun məhkəmə qərarının icrası üçün faktiki imkanlarının olması.
Ədliyyə Nazirliyinin 19.11.2010-cu il tarixli 16-T əmri ilə təsdiq edilmiş Cəzaçəkmə müəssisələrinin Daxili İntizam Qaydalarına və Nazirlər Kabinetinin 26.02.2014-cü il tarixli 63 nömrəli qərarı ilə təsdiq edilmiş İstintaq təcridxanalarının daxili intizam Qaydalarına əsasən cəzaçəkmə müəssisələrində və ya istintaq təcridxanalarında məhkumlara verilməsi və ya ötürülməsi, habelə onlar tərəfindən hazırlanması, saxlanılması, gəzdirilməsi, daşınması və ya istifadəsi qadağan olunmuş əşyaların siyahısı:
- Odlu və soyuq silahların bütün növləri, döyüş sursatları, partlayıcı maddələr və onların hissələri, xüsusi vasitələr, zəhərli (insan həyatı üçün təhlükəli olan) maddələr.
- Konstruksiyasına görə soyuq silaha oxşar kəsici və deşici alətlər.
- Narkotik vasitələr, psixotrop maddələr və onların prekursorları.
- Güclü təsir edən dərman vasitələri.
- Spirtli içkilərin bütün növləri, spirt qarışığı olan maddələr.
- Radiodalğaların (elktromaqnit dalğaların) ötürücü-boğucu qurğuları, radioelektron cihazlar və elementlər, dinləmə qurğuları və gizli kameraların detektorları (aşkaredici qurğular).
- Radioqəbuledici və ötürücülərin bütün növləri, peycer, mobil telefon, faks, kompüter, internet şəbəkəsinə daxil olmaq üçün vasitəçi qurğular.
- Müharibəni, zorakılığı, ekstremizmi, terroru və qəddarlığı təbliğ edən, milli, dini və irqi ədavəti qızışdıran, habelə pornoqrafiya xarakterli nəşrlər, audio-video daşıyıcıları.
Bu əmələ görə Azərbaycan Respublikası CM-in 317-2-ci maddəsilə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Həmin maddənin tələblərinə əsasən cəzaçəkmə müəssisələrində və ya istintaq təcridxanalarında saxlanılan şəxs tərəfindən qadağan olunmuş əşyaların hazırlanması, saxlanılması, gəzdirilməsi, daşınması və ya istifadəsi altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Eyni əməllər təkrar törədildikdə iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Bu əmələ görə Azərbaycan Respublikası CM-in 317-1.1. (Cəzaçəkmə müəssisələrində və ya istintaq təcridxanalarında saxlanılan şəxslərə qadağan olunmuş əşyaların verilməsi və ya ötürülməsi) maddəsi ilə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Həmin maddənin tələblərinə əsasən cəzaçəkmə müəssisələrində və ya istintaq təcridxanalarında saxlanılan şəxslərə qadağan olunmuş əşyaların yoxlamadan gizlətməklə və ya hər hansı digər üsulla verilməsi və ya ötürülməsi min manatdan iki min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
AR CM-in 306.1-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 02.10.2012-ci il qərarına əsasən məhkəmə aktlarını icra etməmə yalnız qərəzli olduqda CM-in 306-cı maddəsində nəzərdə tutulmuş cinayət tərkibini yaradır.
Həmin hərəkətlər alimentin ödənilməsinə dair məhkəmə qətnaməsinin icrasına dair icra məmurunun qanuni tələbləri yerinə yetirilmədiyinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edildikdən sonra şəxs tərəfindən həmin icra sənədinin yenidən qərəzli olaraq icra edilmədiyi hallarda Azərbaycan Respublikası CM-nin 306-cı maddəsi ilə (Məhkəmənin hökmünü, qərarını, yaxud digər aktını icra etməmə) cinayət məsuliyyətinə cəlb edilə bilər.
Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 306-cı maddəsi ilə nəzərdə tutulmuş əməlləri törətmiş şəxs qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, hökmünü, qərardadını, qərarını və ya əmrini həmin əməllərlə bağlı hökm qanuni qüvvəyə minənədək tam icra etdikdə cinayət məsuliyyətindən azad edilir. Eyni zamanda, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 80-1-ci maddəsinə əsasən (Zərərçəkmiş şəxslə barışmaqla, cinayət nəticəsində vurulmuş ziyanı və ya əldə edilmiş gəliri tamamilə ödəməklə bağlı cəza çəkməkdən azad etmə) məhkum edilmiş şəxs cəza çəkdiyi dövrdə cinayət məsuliyyətdən azad etmə ilə bağlı CM-in 306-cı maddələrinin "Qeyd" hissələrində nəzərdə tutulmuş şərtləri yerinə yetirdikdə cəza çəkməkdən azad edilir.
Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 306.1.-ci maddəsinə əsasən qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, hökmünü, qərardadını, qərarını və ya əmrini qərəzli olaraq icra etməmə və ya həmin məhkəmə aktlarının icrasına maneçilik törətməyə görə iki min manatdan dörd min manatadək miqdarda cərimə və ya üç yüz iyirmi saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılması nəzərdə tutulmuşdur. Cinayət Məcəlləsinin 306.2.-cı maddəsinə əsasən eyni əməllər vəzifəli şəxs tərəfindən törədildikdə üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə beş min manatdan yeddi min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya üç ildən beş ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ildən beş ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılması nəzərdə tutulmuşdur.
Bu əmələ görə Azərbaycan Respublikası CM-in 196-cı maddəsilə (Kreditor borclarını ödəməkdən qəsdən yayınma) cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Həmin maddənin tələblərinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş müvafiq qərarına əsasən təşkilat rəhbərinin və ya vətəndaşın kreditor borclarını, yaxud qiymətli kağızları ödəməkdən qəsdən yayınması xeyli miqdarda ziyan vurduqda - üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə cinayət nəticəsində vurulmuş ziyanın iki mislindən üç mislinədək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Eyni əməllər külli miqdarda ziyan vurduqda - üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə cinayət nəticəsində vurulmuş ziyanın üç misli miqdarında cərimə və ya iki ilədək müddətə islah işləri və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Azərbaycan Respublikası CM-in 73-2.2 ci maddəsinə əsasən bu Məcəllənin 196-cı maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş və cinayət nəticəsində vurulmuş ziyanı tamamilə ödəmiş və ya cinayət nəticəsində əldə edilmiş gəliri tamamilə dövlət büdcəsinə köçürmüş şəxs, bundan əlavə vurulmuş ziyanın (əldə edilmiş gəlirin) bir misli miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir.
Azərbaycan Respublikası CM-in 196.1-cı maddəsi ilə kreditor borcların ödəməkdən qəsdən yayınmağa görə cinayət məsuliyyəti yaradan məbləğ xeyli miqdarda ziyan vurduqda - əlli min manatdan yuxarı, lakin iki yüz min manatdan artıq olmayan məbləğ, 196.2-ci maddəsi ilə külli miqdarda ziyan vurduqda iki yüz min manatdan artıq olan mәblәğ nəzərdə tutulur.
Azərbaycan Respublikası CM-in 305-ci maddəsinə əsasən azadlıqdan məhrum etmə yerindən qısa müddətə getməsinə icazəsi olan şəxsin icazə müddəti başa çatmaqdan sonra geri qayıtmaması − bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Azərbaycan Respublikası CM-in 303-cü maddəsinə əsasən siyahıya alınmış və ya üzərinə həbs qoyulmuş əmlak barəsində qanunsuz hərəkətlər dedikdə həmin əmlakın etibar olunmuş şəxs tərəfindən israf edilməsi, özgəninkiləşdirilməsi, gizlədilməsi, həmçinin dəyişdirilməsi başa düşülür. Bu əmələ görə habelə üzərinə həbs qoyulmuş pul vəsaitləri (əmanətləri) ilə bank əməliyyatlarının bank və ya digər kredit təşkilatının nümayəndəsi tərəfindən həyata keçirilməsi min manatdan iki min manatadək miqdarda cərimə və ya üç yüz altmış saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. CM-in 303.2. maddəsinə əsasən məhkəmənin hökmünə (qərarına) əsasən müsadirə edilməli olan əmlakı gizlətmə və ya mənimsəmə, habelə əmlakın müsadirə olunması barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmünün (qərarının) icra olunmasından başqa cür yayınma iki min manatdan dörd min manatadək miqdarda cərimə və ya min manatdan iki min manatadək miqdarda cərimə edilməklə və ya edilməməklə üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Azərbaycan Respublikası CM-in 289-cu maddəsinə əsasən məhkəmə baxışı iştirakçılarını təhqir etməklə məhkəməyə hörmətsizlik etmə beş yüz manatdan min manatadək miqdarda cərimə və ya üç yüz iyirmi saatdan dörd yüz saatadək ictimai işlər və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Həmin məcəllənin 289.2.-ci maddəsinə əsasən eyni əməllər hakim barəsində törədildikdə min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Elektron xidmətlər Ədliyyə Nazirliyinin rəsmi internet səhifəsində dövlət xidmətləri bölməsində və müxtəlif mobil tətbiqlər vasitəsilə ictimaiyyətə təqdim olunur.
Ədliyyə Nazirliyinin “Mobil notariat”, “e-qanun” və “Mobil icra” tətbiqləri mövcuddur. Həmçinin Nazirliyin müvafiq xidmətləri vətəndaşlara “myGov” mobil tətbiqi üzərindən təqdim edilir.
“www.exidmet.justice.gov.az” portalına daxil olub, Ədliyyə Nazirliyi tərəfindən təqdim olunan e-xidmətlərin siyahısından “Azərbaycan Respublikasının vətəndaşlarına, həmçinin Azərbaycan Respublikasında daimi yaşayan əcnəbilər və vətəndaşlığı olmayan şəxslərə fərdi identifikasiya nömrəsi barədə məlumatın verilməsi” bölməsini seçərək şəxsiyyəti təsdiq edən sənədin seriya və nömrəsi, şəxsiyyəti təsdiq edən sənəd olmadıqda isə ad, soyad, ata adı və doğum tarixi barədə məlumatlar daxil edilərək ödənişsiz əldə edilir. Eyni zamanda, informasiya təhlükəsizliyinin təmin edilməsi üçün bu xidmətdən istifadə zamanı istifadəçiyə məxsus mobil telefon nömrəsinə göndərilən təhlükəsizlik kodundan istifadə edilir.
Bu xidmətlərdən Azərbaycan Respublikası vətəndaşları, o cümlədən ölkə xaricində olanlar, eləcə də Azərbaycan Respublikası ərazisində müvəqqəti və ya daimi yaşayış üçün icazəsi olan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər istifadə edə bilərlər.
Proqram təminatı həm "Appstore"dan, həm də "Google Play"dən mobil cihazlara ödənişsiz yüklənilir. Tətbiqdə istənilən notariusu seçərək birdəfəlik şifrə əldə edilməklə "Digital Login" sistemi ilə və ya "Mobil Notariat" tətbiqi vasitəsilə notariusa video müraciət göndərməklə qeydiyyatdan keçilir.
Nəqliyyatdan istifadə, nəqliyyata sərəncam, qurumlarda təmsilçilik, daşınmaz əmlaka sərəncam, vəkil etibarnaməsi, bank etibarnaməsi, vərəsəlik etibarnaməsi, dərmanların alınması üçün etibarnamələrin, kirayə müqavilələrinin rəsmiləşdirilməsi, azyaşlının ölkəni tərk etməsi, daşınmaz əmlaka sərəncam, etibarnaməyə xitam, azyaşlıya pasportun verilməsi, yaşayış sahəsində qeydiyyata alınma, təhsil tələbə krediti, ərizədən imtina edilməsi, sərbəst məzmunlu ərizələrin təsdiqlənməsi, tərcümə və sığorta xidmətləri göstərilir.
Notariat sənədlərinin həqiqiliyi onun üzərində yerləşdirilmiş QR kod, barkod və şəxsin fərdi identifikasiya nömrəsi vasitəsilə “Mobil Notariat” tətbiqi və ya “notariat.az” internet səhifəsi üzərindən yoxlanıla bilər.
Göstərilən xidmətlərə görə ödəniş müraciətlərin tərtibi zamanı son mərhələ olaraq birbaşa “Mobil Notariat” tətbiqində “Hökumət ödəniş” portalı sistemi üzərindən istənilən bank kartı vasitəsilə həyata keçirilə bilər. Ödəniş üsullarının asanlaşdırılması məqsədilə tətbiqdə bank kartlarına dair məlumatların əlavə edilməsi funksionallığı yaradılıb.
Notarius tərəfindən notariat hərəkətlərinin rəsmiləşdirilməsindən qanunvericiliyə uyğun olaraq imtina edildiyi halda vəsait dərhal ödəniş edilən bank kartına geri qaytarılır.
Çantada yerləşdirilmiş və "Elektron notariat" informasiya sisteminə qoşulmuş avadanlıqlar (kompüter, veb-kamera, printer) vasitəsilə notariat ofisinə gəlmək iqtidarında olmayan şəxslərin olduğu yerlərdə notariat xidmətlərinin göstərilməsi təmin edilir.
Ədliyyə Nazirliyinin yaxın qohumlar barədə məlumatın əldə edilməsi, doğum və ölüm şəhadətnaməsinə müraciət, etibarnaməyə xitam ərizəsi, qurumlarda təmsilçilik etibarnaməsi, nəqliyyat vasitəsindən istifadə etibarnaməsi, nəqliyyata sərəncam etibarnaməsi, nikahın qeydə alınması, subaylıq haqqında arayışın alınması xidmətləri "myGov" portalında həyata keçirilir.
Mobil tətbiqdə günün istənilən saatında məkana bağlı olmadan normativ hüquqi aktların çevik və daha rahat şəkildə əldə edilməsi, sənədlərin içərisində ad, mətn, nömrə və tarix üzrə axtarış həyata keçirilməsi, habelə onların statusuna görə fərqləndirilməsi, sənədin mətn və ya şəkil formasında nəzərdən keçirilməsi, habelə rekvizitləri, ayrı-ayrı vaxtlarda edilmiş dəyişikliklərdən asılı olaraq müxtəlif versiyaları ilə və onunla əlaqəli sənədlərlə tanış olunması imkanları mövcuddur. Mətnlə işləmək üçün paneldə yerləşdirilmiş alətlər vasitəsilə mətni kiçildib - böyütmək, onun daxilində axtarış etmək, gözdən əlil şəxslər üçün xüsusi rejimə keçmək mümkündür. "E-qanun" mobil tətbiqini "Google Play" və "Applestore" platformalarından hər hansı qeydiyyat və ödəniş tələb edilmədən yükləmək olar.
Ədliyyə sahəsində şəffaflığın və səmərəliliyin artırılması, vətəndaş yönümlü xidmətlərə əlçatanlığın təmin edilməsi, eləcə də məmur-vətəndaş ünsiyyətinin minimuma endirilməsi məqsədilə icra sənədlərinin icrası ilə bağlı borclunun əmlakının satışı prosesinin həyat keçirilməsi Elektron Hərrac Portalı vasitəsilə təmin edilir.
Portala qanunvericiliyə əsasən elektron hərracda iştirakına icazə verilən fiziki və hüquqi şəxslər, eləcə də tələbkar və borclular "ASAN Login" vahid giriş sistemi ilə daxil ola bilərlər.
Ədliyyə Nazirliyinin rəsmi internet səhifəsində dövlət xidmətləri bölməsinə daxil olaraq "Azərbaycan adları barədə məlumat" elektron xidmətində istənilən adı yazıb həmin adla bağlı izahlı şərhi, illər üzrə ən çox verilən adların sayı haqqında statistik məlumatları əldə etmək mümkündür.
Ədliyyə Nazirliyinin rəsmi internet səhifəsində dövlət xidmətləri bölməsinə daxil olaraq "İcra məmuruna elektron müraciət" elektron xidmətində vətəndaşlar FİN əsasında sorğu etməklə özlərinin tərəf olduqları icra işləri barədə məlumatları əldə edə və seçdikləri işlə bağlı icra məmuruna müraciət edə, habelə zəruri sənədləri müraciətə əlavə edə bilərlər.
Ödənişlər "ASAN ödəniş" platforması, eləcə də "Hökumət ödəniş portalı" sistemi üzərindən müxtəlif mobil tətbiqlər vasitəsilə qeyri-nağd şəklində plastik kartla, "ASAN pay" və "Milli Ön" terminalları vasitəsilə nağd şəkildə həyata keçirilə bilər.
"Penitensiar" sözü latın dilindəki “paenitentia" sözündən yaranıb, tərcüməsi "peşmanlıq" deməkdir.
Qulluğa qəbul üçün müraciət etmiş namizədlərin fiziki hazırlığı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 fevral 2000-ci il tarixli 41S nömrəli Sərəncamı ilə təsdiq olunmuş “Hərbi qulluqçuların və hüquq-mühafizə orqanlarının şəxsi heyətinin fiziki hazırlıq normativləri”nə və ədliyyə nazirinin 30 mart 2009-cu il tarixli 12-T nömrəli əmri ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar xidmətinə qulluğa qəbul edilən şəxslərin fiziki hazırlığının yoxlanılması” Qaydalarına əsasən yoxlanılır. Şəxslərin fiziki hazırlığının yoxlanılması onların güc, sürət və dözümlülük kimi fiziki keyfiyyətlərinin müəyyən edilməsindən ibarətdir. Kişi namizədlər üçün güc keyfiyyətləri turnikdə dartınma (ən azı 8 dəfə), sürət keyfiyyəti 100 metr məsafəyə qaçış (ən azı 14.5 saniyə), dözümlülük keyfiyyəti 1000 metr məsafəyə qaçışla (ən azı 3 dəqiqə 50 saniyə) müəyyən edilir. Qadın namizədlər üçün güc keyfiyyətləri arxası üstə uzanmış halda əllər boyun ardında daraqlanmış şəkildə döşəmədən bədənin qaldırılıb endirilməsi (ən azı 31 dəfə), sürət keyfiyyəti 100 metr məsafəyə qaçış (ən azı 19.0 saniyə), dözümlülük keyfiyyəti isə 1000 metr məsafəyə qaçışla (ən azı 5 dəqiqə 10 saniyə) müəyyən edilir. Qeyd olunan normativlərdən hər hansı birindən “qeyri-kafi” qiymət almış namizəd ümumilikdə normativləri yerinə yetirməmiş hesab olunur.
Penitensiar xidmətdə qulluq keçmək arzusunda olan Azərbaycan Respublikasının vətəndaşları elektron poçt (info@penitensiar.justice.gov.az), Azərpoçt və Bakı şəhəri, Nizami küçəsi 114 ünvanda yerləşən xidmətin Baş idarəsindəki poçt qutusu vasitəsilə müraciət edə bilərlər. Müraciət edən vətəndaşlar xidmətin Baş idarəsində qəbul edilir və “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə cavab verən şəxslər müsahibədə iştirak etmək üçün “Ədliyyə orqanlarına qulluğa qəbul olunmaq üçün namizədlərlə müsabiqənin və müsahibənin keçirilməsi Qaydaları”nda göstərilmiş siyahıda sənədlərini təqdim edirlər. Sənədlərin təqdim olunmasından sonra namizədin ədliyyə orqanlarına qulluğa qəbul edilməsinin mümkün olub-olmaması qanunvericiliklə müəyyən edilmiş qaydada yoxlanılır və onun qulluğa qəbul edilməsinin mümkünlüyü barədə rəy tərtib olunur. Müraciət etmiş namizədlərin hər birinə müsahibə və onun keçirilməsi ilə bağlı zəruri məlumatları özündə əks etdirən “Yaddaş kitabçası” verilir. Müraciət edən vətəndaşların qulluğa yararlı olub-olmaması Ədliyyə Nazirliyi Tibb baş idarəsinin hərbi-həkim komissiyası tərəfindən müəyyən edilərək bu barədə rəy verilir. Həkim komissiyasının rəyindən sonra namizədlər Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 fevral 2000-cil tarixli 41S nömrəli Sərəncamı ilə təsdiq olunmuş “Hərbi qulluqçuların və hüquq mühafizə orqanlarının şəxsi heyətinin fiziki hazırlıq normativləri”nə əsasən fiziki hazırlıq üzrə normativləri yerinə yetirməlidirlər. Həkim komissiyası müsbət rəy vermiş, fiziki hazırlıqdan normativləri yerinə yetirmiş və qulluğa qəbulu edilməsinin mümkünlüyü barədə rəy tərtib olunmuş namizədlər müsahibəyə buraxılırlar. Müsahibənin keçirildiyi yer və vaxt barədə namizədlərə əvvəlcədən məlumat verilir. Müsahibəyə gələnlər özləri ilə şəxsiyyət vəsiqəsini gətirməlidirlər. Müsahibə hər bir namizədlə fərdi qaydada yuxarıda qeyd olunan Qaydalara uyğun həyata keçirilir. Hər namizədə iddiasında olduğu vəzifənin tələblərinə uyğunluğunu müəyyən etmək üçün 5 sual verilir. Bu suallara verilən cavablar üzrə ən çox 25 bal toplamaq mümkündür. Müsahibənin nəticələri üzrə namizəd mümkün balın 60%-ni və daha çox topladıqda müsahibədən müvəffəqiyyətlə keçmiş hesab olunur. Müsahibədən sonra kiçik rəis heyəti vəzifələri üçün müraciət etmiş namizədlərin təyinatı məsələsi həll edilir. Orta rəis heyəti vəzifələri üçün müsahibədən keçən şəxslər isə Ədliyyə Akademiyasında icbari təlimə cəlb olunur və təlimi müvəffəqiyyətlə bitirərək peşə fəaliyyətinə buraxılma barədə şəhadətnamə almış şəxslərin müvafiq vəzifələrə təyin olunması yerinə yetirilir.
“Ədliyyə orqanlarına qulluğa qəbul olunmaq üçün namizədlərlə müsabiqənin və müsahibənin keçirilməsi Qaydaları”na uyğun olaraq aşağıdakı sənədlər təqdim olunur:
- müsahibədə iştirak etmək üçün vahid forma üzrə ərizə;
- kadrlar uçotunun şəxsi vərəqəsi;
- tərcümeyi-hal;
- ali təhsil haqqında sənədin notariat qaydasında təsdiq olunmuş surəti;
- şəxsiyyət vəsiqəsinin notariat qaydasında təsdiq olunmuş surəti;
- əmək kitabçasının notariat qaydasında və ya kadr xidməti tərəfindən təsdiq olunmuş surəti;
- sağlamlıq barədə Ədliyyə Nazirliyi tibb xidmətinin arayışı;
- hərbi biletin notariat qaydasında təsdiq olunmuş surəti;
- ailə tərkibi haqqında arayış;
- 3x4 ölçüdə 2 ədəd rəngli fotoşəkil.
Azərbaycan Respublikasının “Məhkəmə və hüquq mühafizə orqanları işçilərinin dövlət icbari şəxsi sığortası haqqında” Qanununun 3-cü maddəsinə əsasən məhkəmə və hüquq mühafizə orqanları işçilərinin sığortaçısı dövlət sığorta orqanıdır. Həmin Qanunun 5-ci maddəsinə əsasən məhkəmə və hüquq mühafizə orqanları işçilərinin xidməti vəzifələrinin icrası ilə bağlı həlak olması (vəfat etməsi), xəsarət (yaralanma, travma, kontuziya) alması sığorta hadisələri hesab edilir. İstinad edilən qanunvericiliyə əsasən, sığorta ödənişi sığorta hadisəsi baş verdikdə sığortaçı tərəfindən ödənilir.
Bu müavinət “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanununun 23.2-ci maddəsində nəzərdə tutulmuşdur və Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi üzrə 28 aprel 2008-ci il tarixli 7-T nömrəli əmri ilə təsdiq edilmiş “Ədliyyə orqanları işçilərinə müalicə olunmaları ilə əlaqədar birdəfəlik müavinətin verilməsi” Qaydaları ilə tənzimlənir. Həmin Qaydaların 2.1-ci bəndinə əsasən "müavinət işçinin və ya onun nümayəndəsinin müraciəti əsasında verilir. Qaydalarda pensiyaya çıxan əməkdaşlara müavinətin verilməsi nəzərdə tutulmamışdır.
Penitensiar xidmətdə qulluq etmiş əməkdaşların və onların ailə üzvlərinin pensiya təminatı “Əmək pensiyaları haqqında” və “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikasının qanunları ilə tənzimlənir. Pensiyaya çıxan əməkdaşların sənədləri toplanaraq məlumat vərəqi hazırlanıb pensiya təyin olunması məqsədilə Əmək və Əhalinin Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə göndərilir.
Cəza müddətinin bitməsi ilə əlaqədar üzərinə qoyulmuş məhdudiyyətin götürülməsinə dair məlumatın əldə edilməsi üçün Ədliyyə Nazirliyi Penitensiar xidmətinə yazılı şəkildə müraciət oluna bilər.
Amnistiya hüquq pozuntuları törətmiş fərdi qaydada müəyyən edilməmiş şəxslər barəsində onlara tətbiq olunmuş və ya tətbiq oluna biləcək cəzadan azad edilməsi, yaxud onlara təyin olunmuş cəzanın müddətinin azaldılması və ya cəzanın çəkilməmiş hissəsinin daha yüngül cəza növü ilə əvəz edilməsidir. Amnistiya aktı Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən qəbul edilir. Əfvetmə fərdi qaydada müəyyən edilmiş, məhkəmələr tərəfindən məhkum edilmiş şəxslər barəsində cəzadan azad edilməsi, yaxud onlara təyin olunmuş cəzanın müddətinin azaldılması və ya cəzasının çəkilməmiş hissəsinin daha yüngül cəza növü ilə əvəz edilməsidir. Əfvetmə Azərbaycan Respublikasının Prezidenti tərəfindən həyata keçirilir.
1840-cı ildə şotlandiyalı coğrafiyaçı və Kral ordusunun Dəniz qüvvələrinin kapitanı Aleksandr Makonokin Avstraliyanın Norfolk adasındakı Britaniya cəzaçəkmə müəssisəsinə rəhbər təyin edildikdən sonra cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə ilə bağlı ilk ideya irəli sürmüşdür. Bu zaman məhkumlara 3 bənddən ibarət plan tərtib edilmişdir. Planda nəzərdə tutulmuş 1-ci iki bənd yaxşı davranış, əmək və təhsil vasitəsi ilə qazanılmış həvəsləndirmələr, 3-cü bənd isə yuxarda qeyd edilən bəndlərə əməl etmə müqabilində cəzadan şərti olaraq vaxtından əvvəl azad etmədən ibarət idi.
Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 18 iyun tarixli Fərmanı ilə təsdiq edilmiş «Əfvetmə haqqında Əsasnamə»yə əsasən əfvetmə barədə müraciət məhkum olunmuş şəxs, onun müdafiəçisi, nümayəndəsi və ya qanuni nümayəndəsi tərəfindən verilə bilər. Əfvetmə barədə müraciət islah işləri, azadlığın məhdudlaşdırılması, intizam xarakterli hərbi hissədə saxlama, hərbi xidmət üzrə məhdudlaşdırma və böyük ictimai təhlükə törətməyən cinayətə görə azadlıqdan məhrum etmə növündə cəzaya məhkum olunmuş şəxs barədə – hökm qanuni qüvvəyə mindikdən sonra, az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etmə növündə cəzaya məhkum edilmiş şəxs barədə – cəza müddətinin ən azı üçdə bir hissəsini çəkdikdən sonra, ağır və xüsusilə ağır cinayət törətməyə görə azadlıqdan məhrum etmə növündə cəzaya məhkum edilmiş şəxs barədə – cəza müddətinin ən azı yarısını çəkdikdən sonra, ömürlük azadlıqdan məhrum etmə növündə cəzaya məhkum olunmuş şəxs barədə – cəzanın on il müddətini çəkdikdən sonra, məhkumluğun götürülməsi barədə – məhkum olunmuş şəxs cəzanı çəkdikdən sonra verilə bilər. Əfvetmə barədə məsələni, həmçinin Azərbaycan Respublikası Milli Məclisinin deputatı, insan hüquqlarına dair müvəkkili, cəzanı icra edən orqan, beynəlxalq və ya qeyri-hökumət təşkilatı da öz vəsatəti ilə qaldıra bilər. Cinayət törədərkən on dörd yaşından on səkkiz yaşınadək olmuş və Azərbaycan Respublikasının məhkəmələri tərəfindən məhkum olunmuş şəxslərin əfv olunması barədə yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyalar da vəsatət verə bilər.
Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 76-cı, Cəzaların İcrası Məcəlləsinin 170-ci, Cinayət-Prosesssual Məcəlləsinin 513-cü maddələrinə uyğun olaraq, məhkumların cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsi institutu ümumi az ağır rejimdə cəzanın yarısı, ümumi ağır rejimdə cəzanın üçdə ikisi, ciddi rejimdə cəzanın dörddə üçü və ömürlük azadlıqdan məhrumetmə növündə cəzada 25 il müddətində cəza çəkdikdən sonra həyata keçirilir.
Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 513.2-ci və 514.3-cü maddələrinə əsasən məhkəmə cəzanın çəkilməsindən şərti olaraq vaxtından əvvəl azad etmədən, eləcə də cəzaçəkmə müəssisəsinin növünün dəyişdirilməsindən imtina etdikdə, həmin məsələlər üzrə ərizənin və ya vəsatətin təkrarən baxılmasına müvafiq ərizənin təmin edilməsinin rədd edilməsi haqqında məhkəmə qərarı çıxarıldığı gündən azı 6 (altı) ay keçdikdən sonra yol verilir. Məcəllənin 513.2-ci maddəsinə əsasən ömürlük azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş şəxs barəsində eyni məzmunlu ərizənin məhkəmə tərəfindən rədd olunması hallarında isə təkrar ərizə belə qərarın çıxarıldığı gündən azı 1 (bir) il keçdikdə verilə bilər.
Ədliyyə Akademiyasının fəaliyyətinin əsas məqsədi ədliyyə, prokurorluq və məhkəmə orqanları, vəkillik fəaliyyəti üçün ixtisaslı kadrların hazırlanması, ali hüquq təhsili olmayan ədliyyə işçilərinin hüquqi hazırlığının təmin edilməsi, ədliyyə və məhkəmə orqanlarının, vəkilliyin inkişafı naminə konseptual problemlərin tədqiq edilməsi, hüquq elminin müxtəlif sahələri üzrə fundamental, eksperimental və tətbiqi elmi araşdırmaların aparılmasıdır.
Ədliyyə Akademiyasında ilk dəfə ədliyyə orqanlarına qulluğa qəbul edilən namizədlərin, habelə vəkilliyə namizədlərin peşə fəaliyyətinə buraxılması məqsədilə icbari təlimi, hakim vəzifəsinə namizədlərin ilkin uzunmüddətli tədrisi həyata keçirilir.
Ədliyyə Akademiyasında ilkin uzunmüddətli tədris, icbari təlim və ixtisaslarının artırılması əyani təhsilalma forması üzrə, doktorantların hazırlanması isə əyani və qiyabi təhsil formaları üzrə həyata keçirilir.
Müraciət edən şəxs aztaminatlı şəxslərə aid deyilsə, müraciət olunan məsələ cinayət mühakimə icraatı ilə bağlıdırsa, müraciət olunan məsələ hüquqi məsələ deyilsə, bölmədə əks tərəfin müraciətinə baxılırsa, müraciət edənin hüquqa zidd məqsədi varsa, müraciət edən şəxs aqressiv və qeyri-etik davranış nümayiş etdirirsə, müraciət edən şəxs sərxoş haldadırsa, müraciət edən şəxs pulsuz hüquqi yardımdan sui-istifadə etdikdə və dəfələrlə eyni predmet üzrə müraciət etdikdə, müraciət (Ədliyyə Nazirliyi ilə bağlı olduqda) maraqlarının toqquşmasına səbəb olduqda pulsuz hüquqi yardımdan imtina edilir.
Hüquqi Təminat bölməsində vətəndaşlara şifahi və ya yazılı formada pulsuz (ödənişsiz) hüquqi yardım göstərilir.
Hüquqi Təminat bölməsində peşəkar vəkilin nəzarəti altında hüquq fakültəsinin tələbələri və gənc hüquqşünaslar tərəfindən pulsuz hüquqi yardım göstərilir.
Hüquqi Təminat bölməsində əhalinin aztəminatlı təbəqəsinə, adambaşına düşən orta aylıq gəlirləri yaşayış minimumundan aşağı olan şəxslərə, pensiya yaşına çatmış şəxslərə, müharibə veteranları, əmək veteranları və silahlı qüvvələr veteranlarına, yetkinlik yaşına çatmayanlara, uşaqların hüquq və qanuni mənafeyini müdafiə edən qanuni nümayəndələrə, pulsuz hüquqi yardıma ehtiyacı olan əlilliyi olan şəxslərə, hüquq və qanuni maraqlarının müdafiəsi üçün pulsuz hüquqi yardıma müraciət edən məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli elan edilmiş şəxslərə və onların qanuni nümayəndələrinə, 01 yanvar 2006-cı il tarixli "Ünvanlı dövlət sosial yardımı haqqında" Azərbaycan Respublikası Qanununa əsasən sosial yardım almaq hüququ olan şəxslərə, hamilə qadınlar və 8 yaşınadək uşağı təkbaşına böyüdən şəxslərə, qaçqın və məcburi köçkünlərə və şəhid ailəsinin üzvlərinə pulsuz hüquqi yardım göstərilir.
Mülki hüquq, ailə hüququ, əmək hüququ, mənzil hüququ, sosial təminat hüququ, inzibati hüquq, mülki prosessul hüquq, inzibati prosessual hüquq.
Pulsuz hüquqi yardım şifahi və yazılı formada (ərizə, iddia ərizələri, apellyasiya şikayətləri, vəsatətlərin və digər hüquqi sənədlərin tərtibi) olur.
Xeyr, vətəndaşlara pulsuz hüquqi yardım göstərən tələbələr, gənc hüquqşünaslar həmin şəxsləri məhkəmə və digər orqanlarda təmsil edə bilməzlər.
Vətəndaşlara pulsuz hüquqi yardımın göstərilməsi “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş müddətdə həyata keçirilir.
Bəli, pulsuz hüquqi yardım göstərilməsindən imtina üçün əsaslar olduqda yardım göstərilməsindən imtina edilir.
Müraciət edən şəxs aztaminatlı şəxslərə aid deyildirsə, müraciət olunan məsələ cinayət mühakimə icraatı ilə bağlıdırsa, müraciət olunan məsələ hüquqi məsələ deyilsə, bölmədə əks tərəfin müraciətinə baxılırsa, müraciət edənin hüquqa zidd məqsədi varsa, müraciət edən şəxs aqressiv və qeyri-etik davranış nümayiş etdirirsə, müraciət edən şəxs sərxoş haldadırsa, müraciət edən şəxs pulsuz hüquqi yardımdan sui-istifadə etdikdə və dəfələrlə eyni predmet üzrə müraciət etdikdə pulsuz hüquqi yardımdan imtina edilir.
Ali təhsilli və müəyyən ekspertiza ixtisası üzrə xüsusi biliklərə malik Azərbaycan Respublikasının vətəndaşı.
İkili vətəndaşlığı, digər dövlətlər qarşısında öhdəlikləri olan şəxs, din xadimi, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli hesab olunmuş, cinayət törətdiyinə görə məhkum olunmuş, barəsində ekspertiza fəaliyyəti ilə məşğul olma hüququndan məhrum etmə və ya tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi haqqında qanuni qüvvəyə minmiş məhkəmə qərarı çıxarılmış, habelə barəsində cinayət işinin icraatına bəraətverici əsaslar olmadan xitam verilmiş şəxslər.
Özəl məhkəmə eksperti qismində fəaliyyət göstərmək istəyən aşağıdakı tələblərdən birinə cavab verdiyini təsdiq edən sənədləri təqdim etməlidir:
- ekspert qismində fəaliyyət göstərmək istədiyi ixtisas üzrə ən azı 10 il işlədiyini;
- ekspert qismində fəaliyyət göstərmək istədiyi ixtisas üzrə fəlsəfə doktoru və ya elmlər doktoru elmi dərəcəsinin olduğunu;
- xüsusi biliklərə malik olduğunu təsdiq edən beynəlxalq səviyyədə tanınan sənədlərinin (diplom, sertifikat və sair) mövcudluğunu.
Şəxs yalnız şəhadətnamə aldıqdan və barəsində məlumat Reyestrə daxil edildikdən sonra məhkəmə eksperti qismində fəaliyyət göstərə bilər.
Məhkəmə ekspertlərinin Reyestri açıq olacaq, Nazirliyin rəsmi internet səhifəsində yerləşdiriləcək və məlumatlar daim yenilənəcək. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi məhkəmə ekspertizası idarələrinin ekspertləri və özəl məhkəmə ekspertləri barədə məlumatları Reyestrə daxil edəcək.
Reyestrə daxil edilməyən şəxslərin məhkəmə ekspertizası fəaliyyəti ilə məşğul olması qadağandır və qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur.
Ekspert rəyi-məhkəmə ekspertizasını təyin (sifariş) etmiş orqanın və ya şəxsin ekspertin qarşısında qoyduğu suallara verilən əsaslandırılmış yekun nəticədir.
Mütəxəssis istintaq və digər prosessual hərəkətlərin aparılmasına kömək məqsədilə təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə tərəfindən dəvət olunmuş müxtəlif qeyri-hüquq sahələri üzrə biliyə malik olan və işdə marağı olmayan şəxsdir. Mütəxəssis prosessual statusuna görə ekspertdən fərqlənir. Ekspert öz xüsusi biliyindən istifadə edərək apardığı ekspert tədqiqatları nəticəsində qanunla sübut növlərindən biri olan ekspert rəyi verir. Mütəxəssis isə iş materialları üzrə icraatda istintaq (məhkəmə) və digər prosessual hərəkətlərin aparılmasında iştirak etməklə cinayət prosesini həyata keçirən orqana yazılı və şifahi məsləhətlər verir.
- Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə uyğun olaraq təhqiqatçının, müstəntiqin, prokurorun və hakimin qərarı 1 (bir) aydan gec olmayaraq;
- Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə uyğun olaraq məhkəmənin qərardadı 1 (bir) aydan gec olmayaraq;
- həmin Məcəllənin 172.2-ci maddəsində nəzərdə tutulmuş işlərə münasibətdə 10 gündən gec olmayaraq;
- 172.3-cü maddəsində nəzərdə tutulmuş işlərə münasibətdə isə 3 günədək, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərardadı 10 gündən gec olmayaraq;
- “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, qanunvericilikdə başqa müddət nəzərdə tutulmamışdırsa, inzibati orqanın qərarı 30 gündən gec olmayaraq;
- inzibati məhkəmə icraatında məhkəmə ekspertizası ilə bağlı məsələlərin tənzimlənməsində Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müvafiq müddəaları tətbiq olunur;
- ekspertiza sifariş edildikdə şəxslə bağlanan müqavilədə göstərilən müddətdə.
Maddi sübutlar, sənədlər, müqayisəli tədqiqat üçün nümunələr, əşyalar, canlı insan və onun psixi vəziyyəti, heyvanlar, meyitlər və onların hissələri, həmçinin əsasında məhkəmə ekspertizası aparılması üçün zəruri olan iş materialları.
Tədqiqat obyektləri ekspertizanı təyin (sifariş) etmiş orqanın və ya şəxsin müvafiq razılığı əsasında yalnız tədqiqat aparılması və rəy verilməsi üçün zəruri olan ölçüdə zədələnə və ya istifadə oluna bilər.
Müddət materialın Mərkəzə daxil olduğu gündən hesablanır və rəyin imzalandığı gün başa çatır. Ekspertizanın aparılma müddətinin sonuncu günü istirahət, səsvermə, iş günü hesab edilməyən bayram gününə və ya ümumxalq hüzn gününə düşərsə, növbəti iş günü müddətin qurtardığı gün hesab olunur.
Əlavə tədqiqat materiallarının təqdim edilməsinə zərurət yarandıqda, ekspertizanın təyin edilməsi haqqında qərar (qərardad) məhkəmə ekspertizası idarəsinə daxil olduğu vaxtdan 5 gündən gec olmayaraq bu barədə ekspertizanı təyin etmiş orqana və ya şəxsə vəsatət göndərilir. Azərbaycan Respublikasının prosessual qanunvericiliyinə uyğun olaraq ekspertizanı təyin etmiş orqan və ya şəxs tərəfindən ekspertin həmin vəsatətinə 3 gün müddətində baxılır və əlavə tədqiqat materiallarının əldə edilməsi müəyyən vaxt tələb etdikdə məhkəmə ekspertizası idarəsinin rəhbərinə məlumat verilməklə qanunvericilikdə nəzərdə tutulan müvafiq müddətlər uzadılır.
Prosessual qanunvericiliyin tələblərinə əsasən ekspertin rəyi istintaq orqanları və ya məhkəmə üçün məcburi deyil, hər hansı başqa sübut kimi cinayət prosesini həyata keçirən orqan tərəfindən yoxlanılmalı və işin bütün halları ilə bağlı surətdə qiymətləndirilməlidir.
İstintaq zamanı və ya məhkəmə prosesində tərəflər və ya işdə iştirak edən şəxslər ekspert rəyi ilə razılaşmadıqda yenidən ekspertizanın keçirilməsi ilə bağlı aidiyyəti orqanlar qarşısında vəsatət qaldıra bilərlər.
İşdə iştirak edən şəxslər onların mənafelərinə xidmət edə biləcək halların müəyyən edilməsi üçün öz təşəbbüsləri ilə ekspertizanın aparılmasını sifariş vermək üçün məhkəmə ekspertizası idarəsinə və ya özəl məhkəmə ekspertinə rəsmi müraciət etmək hüququna malikdirlər.
Yalnız Azərbaycan Respublikasının prosessual qanunvericiliyi ilə belə hüquqları nəzərdə tutulmuş proses iştirakçıları məhkəmə ekspertizasını təyin etmiş orqanın və ya şəxsin icazəsi ilə məhkəmə ekspertizasının aparılmasında iştirak edə bilərlər.
Ekspert vəsatət verdikdən sonra tədqiqatın gedişində ehtiyac yaranarsa, növbəti dəfə yenə vəsatət verə bilər.
Mərkəzdə aşağıdakı istiqamətlər üzrə ekspertizalar aparılır:
- təhqiqat, ibtidai istintaq orqanının və ya məhkəmənin (hakimin) icraatında olan işin, o cümlədən cinayət işinin başlanılması üçün əsasların kifayət qədər olmasına dair ilkin yoxlamanın halları üzrə təyin edilmiş məhkəmə ekspertizaları;
- notariusun və ya notariat hərəkətləri aparmaq səlahiyyəti olan orqanların və vəzifəli şəxslərin müraciəti əsasında ekspertizalar.
İlkin məhkəmə ekspertizasının rəyi kifayət qədər aydın olmadıqda, ekspert qoyulmuş sualları tam həll etmədikdə və ya tədqiqat aparılmış obyektlərə dair əlavə suallar yarandıqda, aparılmış tədqiqatın və ya rəydəki boşluğun aradan qaldırılması üçün əlavə məhkəmə ekspertizası təyin edilir və onun aparılması həmin ekspertə və ya başqa ekspertə həvalə edilir.
Ekspertin rəyi kifayət qədər əsaslı olmadıqda və ya şübhə doğurduqda, yaxud onun əsaslandığı sübutlar etibarsız (qeyri-mötəbər) hesab edildikdə və ya ekspertiza aparılmasının prosessual qaydaları pozulduqda, təkrar ekspertiza aparılır. Təkrar ekspertizanın aparılması başqa ekspertə və ya ekspertlərə tapşırılır.
Əvvəlki ekspertizanı aparmış ekspertlər təkrar ekspertizanın aparılmasında iştirak edə və izahlar verə bilərlər, lakin tədqiqat zamanı və rəy tərtib edilərkən, onlar iştirak etmirlər.
Təkrar ekspertizanın aparılması haqqında qərarda əvvəlki ekspertizaların nəticələri ilə razı olmamağın motivləri göstərilməlidir.
Ekspert məhkəmə ekspertizasının aparılmasından aşağıdakı hallarda imtina edə bilər:
- məhkəmə ekspertizasının təyin edilməsinin prosessual qaydası pozulduqda və bu ekspertizanın aparılmasını çətinləşdirdikdə və ya onun aparılmasını qeyri-mümkün etdikdə;
-verilən suallar ekspertin zəruri biliyindən kənara çıxdıqda;
- tədqiqat obyektləri və iş üzrə materiallar rəy verilməsi üçün yararsız olduqda və ya kifayət qədər olmadıqda və onların tamamlanması barədə ekspertin vəsatəti təmin edilmədikdə;
- tədqiqat aparılması və rəy verilməsi üçün zəruri olan şərait, metodika və avadanlıqlar olmadıqda;
-ekspertin həyatı və sağlamlığı üçün real təhlükə mövcud olduqda.
Vətəndaşlar Məhkəmə Ekspertizası Mərkəzinə rəsmi internet səhifəsində yerləşdirilən "Qaynar xətt" və ya "Online müraciət" bölmələri üzərindən müraciət edə bilərlər.
Təhqiqat aparan şəxsin, müstəntiqin, prokurorun, hakimin qərarı və ya məhkəmənin qərardadı, habelə cinayət təqibi xüsusi ittiham qaydasında həyata keçirildiyi halda müdafiə tərəfinin müraciəti məhkəmə ekspertizasının aparılması üçün əsas sayılır.
Məhkəmə-tibb (məhkəmə-psixiatriya), məhkəmə-ballistik, məhkəmə partlayış-texniki, pul nişanları və qiymətli kağızların, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının, güclü təsir edən və zəhərli maddələrin, dərman vasitələrinin məhkəmə ekspertizaları.
Məhkəmə ekspertizasının komission xarakteri onu təyin (sifariş) etmiş orqan və ya şəxs, yaxud məhkəmə ekspertizası idarəsinin rəhbəri tərəfindən müəyyən edilir.
İş üçün əhəmiyyətli olan halların aydınlaşdırılması müxtəlif bilik və ya elm sahələri, yaxud biliyin bir sahəsi daxilində müxtəlif üsullar sistemi əsasında yalnız bir neçə tədqiqat aparılmaqla həyata keçirilə bildikdə kompleks məhkəmə ekspertizası təyin (sifariş) edilir.
Məhkəmə ekspertlərinin fəaliyyəti müvafiq icra hakimiyyəti orqanının məhkəmə ekspertizası idarələrində, elmi müəssisə və təşkilatlarda, ali təhsil müəssisələrində, "Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq akkreditasiyadan keçmiş sınaq laboratoriyalarında, özəl hüquqi şəxslərdə, habelə özəl məhkəmə eksperti tərəfindən ayrıca şəkildə təşkil edilə bilər.
Ekspertə aşağıdakıları etmək qadağandır:
- məhkəmə ekspertizası idarəsinin ekspertlərinə həmin idarənin rəhbərindən başqa, hər hansı şəxsdən və ya orqandan məhkəmə ekspertizasının aparılması haqqında tapşırıq almaq;
- məhkəmə ekspertizası idarəsinin ekspertlərinə başqa idarənin əməkdaşı qismində, həmçinin özəl ekspert kimi məhkəmə ekspertizası fəaliyyətini həyata keçirmək;
- məhkəmə ekspertizasının aparılması ilə bağlı işin gedişatında maraqlı olduğunu güman etməyə əsas verən proses iştirakçıları ilə şəxsi əlaqələr yaratmaq;
- məhkəmə ekspertizasını aparmaq üçün müstəqil olaraq material toplamaq;
- təhqiqat aparan şəxsin, müstəntiqin və ya prokurorun icazəsi olmadan təhqiqat və ibtidai istintaqın məlumatlarını yaymaq;
- dövlət, qulluq, peşə və kommersiya sirri təşkil edən və qanunla qorunan məlumatları, habelə məhkəmə ekspertizasının aparılması ilə əlaqədar ona məlum olan və açıqlanması insan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulmasına səbəb ola bilən məlumatları yaymaq;
- məhkəmə ekspertizasını təyin (sifariş) etmiş orqanın və ya şəxsin razılığı olmadan tədqiqat obyektini məhv etmək və ya onun xassəsini əhəmiyyətli dərəcədə dəyişdirmək.
Ekspert bilə-bilə yalan rəy verməyə görə Cinayət Məcəlləsinin 297-ci maddəsi ilə məhkum oluna bilər.
Ekspertin rəyi kifayət qədər aydın olmadıqda və ya həmin rəydə əlavə tədqiqatlar aparılmasını tələb etməyən boşluqlar olduqda, habelə rəydə istifadə olunmuş terminlərin və tətbiq edilən metodların dəqiqləşdirilməsinə zərurət yarandıqda təhqiqat aparan şəxs, müstəntiq və ya məhkəmə (hakim) qanunvericiliyə uyğun olaraq eksperti dindirə bilər.
Mərkəzin fəaliyyət istiqamətləri aşağıdakılardır:
-məhkəmə ekspertizalarını keçirir və tədqiqatlar aparır;
-elmi-tədqiqat işlərini aparır, ekspert tədqiqatının yeni metod və metodikalarını hazırlayır və təkmilləşdirir;
-məhkəmə və hüquq mühafizə orqanlarına elmi-metodik kömək göstərir;
-ekspert profilaktikasını həyata keçirir;
-qanunvericiliklə müəyyən edilmiş digər istiqamətlərdə fəaliyyət göstərir.
Penitensiar müəssisələrdə saxlanılan məhkumların və təqsirləndirilən şəxslərin müayinə və müalicələri Ədliyyə Nazirliyi Tibb baş idarəsi tərəfindən həyata keçirilir.
Penitensiar müəssisələrdə saxlanılan məhkumların və təqsirləndirilən şəxslərin müayinə və müalicələri mütamadi olaraq müxtəlif ixtisaslı həkim mütəxəssislərdən ibarət müayinə qrupları tərəfindən icra olunur.
Penitensiar müəssisələrdə saxlanılan məhkumlara və həbs edilmiş şəxslərə tibbi xidmət Penitensiar müəssisələrin Tibb-sanitar hissələrində, Müalicə müəssisəsində, İxtisaslaşdırılmış müalicə müəssisələrində və mülki tibb müəssisələrində həyata keçirilir.
Ədliyyə Nazirliyinin Tibb baş idarəsində çalışmaq istəyən vətəndaşlar hr.medical@justice.gov.az ünvanına və ya +994 12493 3146 nömrəsinə müraciət edə bilərlər.
Ədliyyə Nazirliyinin Tibb baş idarəsinin poliklinikası ədliyyə orqanlarının işçilərinə və onların ailə üzvlərinə, Nazirliyin Penitensiar xidmətində müddətli həqiqi hərbi xidmət keçən hərbi qulluqçulara, ədliyyə pensiyaçılarına tibb xidmətin göstərilməsini təmin edir.
“Ədliyyə orqanlarının inkişafı haqqında” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 17 avqust tarixli 446 nömrəli Fərmanı ilə Ədliyyə Nazirliyinin strukturu təsdiq edilmiş, həmçinin Nazirliyin Kollegiyasının tərkibi və Azərbaycan Respublikası ədliyyə orqanlarında ali xüsusi rütbəli vəzifələrin siyahısı müəyyən edilmişdir. Bundan başqa, Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 18 aprel tarixli 391 nömrəli Fərmanı ilə “Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi haqqında Əsasnamə” təsdiq edilmişdir.
Nazirliyin rəsmi saytında "Əlaqə" bölməsinə keçid etməklə, eləcə də contact@justice.gov.az elektron poçt ünvanına və "881" Çağrı Mərkəzinə müraciət etmək mümkündür. Vətəndlaşlar, həmçinin qəbul qaydalarına və qəbul cədvəlinə uyğun olaraq Nazirliyin fəaliyyət istiqamətləri üzrə qəbula yazıla bilərlər.
Nazirliyin rəsmi internet saytında "Nazirlik" bölməsindən "Struktur" bölməsinə keçid edərək, eləcə də "Xidmət məntəqələri" bölməsindən "Regional ədliyyə idarələri" bölməsinə keçid edərək məlumat əldə etmək mümkündür.
Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Kollegiyasının 19 aprel 2022-ci il tarixli 4-N №-li qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Regional ədliyyə idarələri haqqında” Əsasnamənin 2-ci hissəsinə əsasən regional idarənin fəaliyyət istiqamətləri aşağıdakılardır:
- müvafiq ərazi vahidlərində qeydiyyat şöbələrinin, onların bölmələrinin, icra xidmətinin idarə və şöbələrinin, probasiya xidmətinin idarə və şöbələrinin, Məhkəmə Ekspertizası Mərkəzinin regional bölmələrinin və notariat ofislərinin işini əlaqələndirir və onların fəaliyyətinə nəzarət edir;
- penitensiar müəssisələrin cəzaların icrası sahəsindəki fəaliyyətini öyrənir, nəzarət funksiyalarını həyata keçirir;
- bələdiyyələrin fəaliyyətinin təşkil edilməsinə kömək və onlara metodoloji yardım göstərilməsi üzrə tədbirlər görür və onların fəaliyyətinə inzibati nəzarəti həyata keçirir;
- Nazirliyin səlahiyyətlərinə aid edilmiş cinayətlər üzrə ibtidai istintaqı aparır;
- mülki, ailə və cinayət işləri üzrə qarşılıqlı hüquqi yardımın göstərilməsində iştirak edir;
- yerli ədliyyə qurumlarının informasiya texnologiyaları üzrə məsələlərinin həllində iştirak edir və bu sahədə işi Nazirliyin Ədliyyə sahəsində rəqəmsallaşma və innovasiyalar idarəsi ilə əlaqələndirir;
- kommunikasiya strategiyasının həyata keçirilməsində iştirak edir.
Xeyr, mövcud qanunvericiliyə əsasən Ədliyyə Nazirliyi bununla bağlı müvafiq səlahiyyətlərə malik deyil. Məhkəmə fəaliyyəti və hakimlərlə bağlı Məhkəmə-Hüquq Şurasına, qərarlardan isə qanunla müəyyən edilmiş qaydada yuxarı instansiya məhkəmələrinə (aidiyyəti apellyasiya məhkəmələrinə və Ali Məhkəməyə) şikayət verilə bilər.