Azərbaycan Respublikası Ədliyyə Nazirliyi

Ədliyyə Nazirliyi qanunvericilik aktlarının layihələrini hazırlayır, layihələr üzrə rəy verir, Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrini aparır, mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarları istisna olmaqla) məcburi hüquqi ekspertizasını keçirir.

Bu fəaliyyəti Ədliyyə Nazirliyinin Qanunvericilik baş idarəsi həyata keçirir.

Nazirliyin qanunvericilik sahəsində faəliyyəti aşağıdakılardır:

  • qüvvədə olan qanunvericiliyin yeni qəbul olunmuş qanunvericilik aktlarına uyğunlaşdırılması məqsədilə normativ hüquqi aktların layihələrinin hazırlanması;
  • təqdim olunan hüquqi akt və beynəlxalq müqavilə layihələrinin Azərbaycan Respublikasının Konstitusiyasına və qanunvericiliyinə uyğunluğu barədə hüquqi rəylərin verilməsi;
  • Hüquqi Aktların Dövlət Reyestrinin aparılması, Reyestrə daxil edilməsi üçün təqdim olunan hüquqi aktların qanunvericiliklə müəyyən edilmiş hallarda məcburi hüquqi ekspertizanın aparılması;
  • müxtəlif dövlət proqramlarının, strategiyalarının, fəaliyyət planlarının və rəhbərliyin tapşırıqlarının icrası çərçivəsində yeni hüquqi akt layihələrinin hazırlanması;
  • dövlət orqanlarının və qurumlarının müraciətləri üzrə hüquqi rəy və təkliflərin verilməsi;
  • beynəlxalq müqavilələrin hüquqi qüvvəsi məsələləri üzrə, habelə onların qüvvəyə minməsi və yerinə yetirilməsi ilə bağlı digər məsələlər üzrə rəy verilməsində iştirak edilməsi;
  • beynəlxalq müqavilələrdən irəli gələn öhdəliklərin icrası ilə bağlı Azərbaycan Respublikası tərəfindən beynəlxalq təşkilatlara təqdim olunan dövri hesabatların hazırlanmasında iştirak edilməsi;
  • hüquqi aktların vahid internet informasiya resursunun aparılması;
  • hüquqi və fiziki şəxslərin qanunvericiliklə bağlı müraciətləri üzrə izahlar verilməsi;
  • Normativ xarakterli aktlar (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarları istisna olmaqla) və mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktları Azərbaycan Respublikasının Konstitusiyasına və Azərbaycan Respublikasının qanunlarına uyğun olmadıqda onların ləğv edilməsi və ya onlarda dəyişikliklərin edilməsi haqqında müvafiq orqanlar (qurumlar) qarşısında məsələlər qaldırılması.

Rəqəmsal Ədliyyə

Tez-tez verilən suallar

Hamısına bax
Normativ hüquqi aktlar nə vaxtdan qüvvəyə minir?

“Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanununun 85.1-ci maddəsinə əsasən qanunlar, fərmanlar və Nazirlər Kabinetinin qərarları həmin aktlarda qüvvəyə minmənin daha gec müddəti nəzərdə tutulmadıqda rəsmi dərc edildiyi gündən qüvvəyə minir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı dövlətlərarası müqavilələrdə daha artıq müddət müəyyən edilməyibsə, xarici ticarət fəaliyyətini tənzimləyən normativ hüquqi aktda onun dərc edildiyi gündən ən azı 30 gün sonra qüvvəyə mindiyi göstərilməlidir. Müstəsna hallarda, beynəlxalq təşkilatların dərhal məlumatlandırılması şərti ilə, xarici ticarət fəaliyyətini tənzimləyən normativ hüquqi akt onda nəzərdə tutulmuş müddətdə qüvvəyə minə bilər. Mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktları isə həmin aktlarda onların qüvvəyə minməsinin daha gec müddəti nəzərdə tutulmadıqda, Hüquqi Aktların Dövlət Reyestrinin elektron variantında dərc edildiyi gündən qüvvəyə minir.

Azərbaycan Respublikasının qanunlarının, Azərbaycan Respublikası Prezidentinin fərmanlarının, Nazirlər Kabinetinin qərarlarının və digər hüquqi aktların mətni ilə necə tanış olmaq olar?

Azərbaycan Respublikasının qanunlarının, Azərbaycan Respublikası Prezidentinin fərmanlarının, Nazirlər Kabinetinin qərarlarının və digər hüquqi aktların mətni ilə Hüquqi aktların vahid elektron bazası olan “www.e-qanun.az” saytı, habelə həmin elektron bazanın “E-qanun” mobil tətbiqi vasitəsilə ödənişsiz tanış olmaq mümkündür. 

Dövlət orqanları (qurumları) Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməyən hüquqi aktları tətbiq edə bilərmi?

Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 1 iyul tarixli 463 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Hüquqi aktların Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi qaydaları haqqında Əsasnamə”nin 5.1-ci bəndinə əsasən mərkəzi icra hakimiyyəti orqanları və normativ xarakterli aktları (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarları istisna olmaqla) qəbul edən orqanlar (qurumlar) tərəfindən Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməyən hüquqi aktların tətbiqi ilə bağlı məlumat əldə edildikdə, Ədliyyə Nazirliyi bu aktların Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilmək üçün təqdim olunması barədə onları qəbul etmiş orqanlara (qurumlara) müraciət edir. Bu müraciət on iş günü müddətində yerinə yetirilmədikdə, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilmədən tətbiq edilən, habelə beş gün müddətində ləğv edilməyən hüquqi aktların qüvvəsinin olmaması barədə məlumat  Ədliyyə Nazirliyi tərəfindən Hüquqi Aktların Dövlət Reyestrinin internet informasiya ehtiyatında dərc edilir.

Normativ hüquqi aktlar hansı qaydada rəsmi şərh edilir?

Normativ hüquqi aktın məzmununda qeyri-müəyyənliklər və fərqlər, habelə tətbiqi təcrübəsində ziddiyyətlər aşkar edildikdə həmin aktı qəbul etmiş normayaratma orqanı və ya Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin IV hissəsinə uyğun olaraq Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi müvafiq normaları rəsmi şərh edir.

Statistika

Statistik rəqəmlər 2025-ci ilin 9 ayını əhatə edir.

VVAQ ümumi sayı
645 Hüquqi ekspertizadan keçirilmiş hüquqi akt layihələrinin sayı
VVAQ ümumi sayı
878 Hazırlanmış normativ hüquqi akt layihələrinin sayı
VVAQ ümumi sayı
1,903 Hüquqi aktların vahid elektron bazasına - "e-qanun.az"a daxil edilmiş aktların sayı
VVAQ ümumi sayı
4,418,060 Hüquqi aktların vahid elektron bazası - "e-qanun.az"a daxilolmaların sayı