Ədliyyə Nazirliyi qanunvericiliklə müəyyən edilmiş hallarda cinayət işləri üzrə ibtidai istintaqı aparır.
Bununla əlaqədar Nazirliyin İstintaq idarəsi cinayət işlərini araşdırır, hüquq pozuntularının müəyyən edilməsi və qanunun aliliyinin təmin edilməsi istiqamətində fəaliyyət göstərir.
Nazirliyin istintaq sahəsində faəliyyəti aşağıdakılardır:
- qanunvericiliklə müəyyən edilmiş hallarda cinayət işləri üzrə ibtidai istintaq aparılır;
- törədilmiş və ya hazırlanan cinayətlər haqqında məlumatlara baxılır, cinayət işinin başlanması və ya cinayət işinin başlanmasının rədd edilməsi məsələləri həll edilir;
- qanunvericiliklə müəyyən edilmiş digər prosessual hərəkətlər həyata keçirilir.