Ədliyyə Nazirliyinin təşkilatçılığı, Məhkəmə-Hüquq Şurası və Ali Məhkəmənin birgə dəstəyi ilə 18-22 may tarixlərində Lənkəranda hakimlər üçün inzibati hüquq və proses üzrə təlimlər təşkil olunub.
Təlimlər Almaniyanın Berlin şəhərinin inzibati məhkəməsinin hakimi Jorg Pudelka tərəfindən keçirilib.
Hakimlərin təlimçi kimi inkişaf etdirilməsi və sonradan həmin hakimlər vasitəsilə digər hakimlərin və hakimliyə namizədlərin bilik və bacarıqlarının artırılması məqsədilə təşkil edilən təlimlərdə müxtəlif instansiyalar üzrə hakimlər iştirak ediblər.
Ölkəmizdə hakim korpusunun komplektləşdirilməsi, məhkəmə hakimiyyətinin peşəkar hakimlərlə təmin edilməsi və bu çərçivədə hakimlərin hazırlığının təkmilləşdirilməsi məqsədilə ilk dəfə hakim təyin olunmuş şəxslərin təlimi və hakimlərin davamlı tədrisi Ədliyyə Nazirliyi tərəfindən həyata keçirilir.