Azərbaycan Respublikası Ədliyyə Nazirliyi

Ədliyyə Akademiyasına işə qəbul

"Ədliyyə orqanlarında qulluq keçmə haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən böyük (baş ədliyyə müşaviri, ədliyyə polkovniki və tibb xidməti polkovniki istisna olmaqla) və orta xüsusi rütbələr nəzərdə tutulan vəzifələrə şəxslər, bir qayda olaraq, müsabiqə əsasında qəbul edilirlər.

Ədliyyə Akademiyasında fakültə dekanı, kafedra müdiri, elmi və professor- müəllim heyəti vəzifələrinin tutulması  üçün seçkilər Akademiyanın Elmi Şurası tərəfindən əmək qanunvericiliyinə, o cümlədən Azərbaycan Respublikası Təhsil Nazirliyi Kollegiyasının 15.11.2017-ci il tarixli, 5/5 nömrəli Qərarı ilə təsdiq edilmiş "Ali Təhsil müəssisələrində kafedra müdiri, dekan və dekan müavini vəzifələrinin tutulması qaydaları"na  və 07.08.1996-cı il tarixli, 401 nömrəli əmri ilə təsdiq edilmiş "Ali təhsil müəssisələrində professor-müəllim və kafedra müdiri vəzifələrinin tutulması" qaydaları haqqında Əsasnaməyə uyğun qaydada həyata keçirilir. 

Digər ali təhsil tələb olunan vəzifələrə qəbul olmaq arzusunda olan namizədlərlə Ədliyyə Akademiyasına qulluğa qəbul üzrə Müsabiqə Komissiyası  tərəfindən müsahibə keçirilir.