2024-cü ildə ədliyyə orqanları üzrə əmək, icra intizamının və etik davranış qaydalarının tələblərini pozduqlarına görə 160 əməkdaş intizam məsuliyyətinə cəlb edilmişdir. Onlardan 12 nəfər ədliyyə orqanlarından xaric edilmiş, 4 nəfər tutduğu vəzifədən azad olunmuşdur. Korrupsiya hüquqpozmaları təəssüratı yaradan əməllərə yol verdiklərinə görə xaric olunan 5 nəfər barəsində materiallar hüquqi qiymət verilməsi üçün prokurorluq orqanlarına göndərilmişdir.
Etik davranış qaydalarının tələblərinə ciddi əməl olunması ilə bağlı preventiv tədbirlər çərçivəsində, işçilərin tədrisi və təlimi diqqət mərkəzində saxlanılaraq 2024-cü ildə 431 nəfər Ədliyyə Akademiyasında müvafiq kurslara cəlb edilmişdir.
2024-cü ildə etik davranış qaydalarına əməl olunması vəziyyətinə dair məlumat