Azərbaycan Respublikası Ədliyyə Nazirliyi

Notariuslar və dövlət orqanları tərəfindən notariat hərəkətlərinin aparılmasına, notariat fəaliyyəti ilə məşğul olmaq üçün şəhadətnamənin verilməsinə və onun müddətinin uzadılmasına görə dövlət rüsumunun dərəcələri

Daşınmaz əmlakın (torpaq sahələri, binalar, qurğular və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) digər əşyalar, yəni təyinatına tənasübsüz zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan obyektlər) və ya mülkiyyətində daşınmaz əmlak olan müəssisədəki payın özgəninkiləşdirilməsi və yaşayış sahələrinin müvəqqəti istifadəyə verilməsi barədə müqavilələrin təsdiqi - müqavilə üzrə əmlak ərin (arvadın), uşaqların, valideynlərin, babanın, nənənin, nəvənin, qardaşın, bacının mülkiyyətinə keçirsə

25 AZN

Daşınmaz əmlakın (torpaq sahələri, binalar, qurğular və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) digər əşyalar, yəni təyinatına tənasübsüz zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan obyektlər) və ya mülkiyyətində daşınmaz əmlak olan müəssisədəki payın özgəninkiləşdirilməsi və yaşayış sahələrinin müvəqqəti istifadəyə verilməsi barədə müqavilələrin təsdiqi -müqavilə üzrə əmlak başqa şəxslərin mülkiyyətinə keçirsə

280 AZN

Daşınmaz əmlakın (torpaq sahələri, binalar, qurğular və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) digər əşyalar, yəni təyinatına tənasübsüz zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan obyektlər) və ya mülkiyyətində daşınmaz əmlak olan müəssisədəki payın özgəninkiləşdirilməsi və yaşayış sahələrinin müvəqqəti istifadəyə verilməsi barədə müqavilələrin təsdiqi - yaşayış sahələrinin müvəqqəti istifadəyə verilməsi

35 AZN

Nəqliyyat vasitələrinin özgəninkiləşdirilməsi müqavilələrinin təsdiqi - müqavilə üzrə əmlak ərin (arvadın), uşaqların, valideynlərin, babanın, nənənin, nəvənin, qardaşın, bacının mülkiyyətinə keçirsə

35 AZN

Nəqliyyat vasitələrinin özgəninkiləşdirilməsi müqavilələrinin təsdiqi - müqavilə üzrə əmlak digər şəxsin mülkiyyətinə keçirsə

70 AZN

Yaşayış evlərinin tikintisi üçün torpaq sahələrinin müddətsiz istifadəyə verilməsi haqqında müqavilələrin təsdiqi - müqavilə üzrə istifadə hüququ ərə (arvada), uşaqlara, valideynlərə, babaya, nənəyə, nəvəyə, qardaşa, bacıya keçirsə

15 AZN

Yaşayış evlərinin tikintisi üçün torpaq sahələrinin müddətsiz istifadəyə verilməsi haqqında müqavilələrin təsdiqi - müqavilə üzrə istifadə hüququ digər şəxsə keçirsə

20 AZN

Kredit müqavilələrinin təminatı kimi bağlanılan girov (ipoteka) müqavilələri - dəyəri 2000 manatadək olduqda

6 AZN

Kredit müqavilələrinin təminatı kimi bağlanılan girov (ipoteka) müqavilələri - dəyəri 2000 manatdan 5000 manatadək olduqda

25 AZN

Kredit müqavilələrinin təminatı kimi bağlanılan girov (ipoteka) müqavilələri - dəyəri 5000 manatdan çox olduqda

40 AZN

İpoteka krediti hesabına alınan yaşayış sahəsinə dair qarışıq müqavilə formasında bağlanan alqı-satqı və ipoteka müqaviləsinin təsdiqi - Bakı şəhərində

150 AZN

İpoteka krediti hesabına alınan yaşayış sahəsinə dair qarışıq müqavilə formasında bağlanan alqı-satqı və ipoteka müqaviləsinin təsdiqi - digər şəhər və rayonlarda

50 AZN

Qanunvericilikdə nəzərdə tutulmuş güzəştli ipoteka krediti hesabına alınan yaşayış sahəsinə dair qarışıq müqavilə formasında bağlanan alğı-satqı və ipoteka müqaviləsinin təsdiqi - Bakı şəhərində

60 AZN

Qanunvericilikdə nəzərdə tutulmuş güzəştli ipoteka krediti hesabına alınan yaşayış sahəsinə dair qarışıq müqavilə formasında bağlanan alqı-satqı və ipoteka müqaviləsinin təsdiqi - digər şəhər və rayonlarda

25 AZN

Qiymətləndirilən başqa müqavilələrin təsdiqi - tərəflər ər (arvad), uşaqlar, valideynlər, baba, nənə, nəvə, qardaş, bacıdan ibarətdirsə

15 AZN

Qiymətləndirilən başqa müqavilələrin təsdiqi - tərəflərdən biri kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan fiziki və ya hüquqi şəxsdirsə

15 AZN

Qiymətləndirilən başqa müqavilələrin təsdiqi - tərəflər digər şəxslərdirsə

100 AZN

Əmlak bölgüsü, zaminlik, təsis və başqa qiymətləndirilməyən müqavilələrin, əvvəllər bağlanmış müqavilələrin ləğvi barədə sazişin təsdiqi - tərəflər ər (arvad), uşaqlar, valideynlər, baba, nənə, nəvə, qardaş, bacıdan ibarətdirsə

15 AZN

Əmlak bölgüsü, zaminlik, təsis və başqa qiymətləndirilməyən müqavilələrin, əvvəllər bağlanmış müqavilələrin ləğvi barədə sazişin təsdiqi - tərəflər digər şəxslərdirsə

30 AZN

Vərəsəlik hüququ haqqında şəhadətnamələrin verilməsi - qanunla müəyyən edilən bütün növbəli vərəsələrə (şəhadətnamənin qanun üzrə və ya vəsiyyətnamə üzrə verilməsindən asılı olmayaraq)

25 AZN

Vərəsəlik hüququ haqqında şəhadətnamələrin verilməsi - vərəsə digər şəxsdirsə

50 AZN

Ər-arvadın birgə nikah müddətində əldə etdikləri ümumi birgə əmlakındakı paya mülkiyyət hüququ haqqında şəhadətnamələrin verilməsi

15 AZN

Nəqliyyat vasitələrinin özgəninkiləşdirilməsi və ona sərəncam verilməsi ilə bağlı verilən etibarnamələrin təsdiqi - etibarnamə təmsil edilənin ərinə (arvadına), uşaqlarına, valideynlərinə, babasına, nənəsinə, nəvəsinə, qardaşına, bacısına verilərsə

15 AZN

Nəqliyyat vasitələrinin özgəninkiləşdirilməsi və ona sərəncam verilməsi ilə bağlı verilən etibarnamələrin təsdiqi - etibarnamə digər şəxslərə verilərsə

30 AZN

Nəqliyyat vasitələrindən istifadə edilməsi və başqa etibarnamələrin təsdiqi - etibarnamə təmsil edilənin ərinə (arvadına), uşaqlarına, valideynlərinə, babasına, nənəsinə, nəvəsinə, qardaşına, bacısına verilirsə

10 AZN

Nəqliyyat vasitələrindən istifadə edilməsi və başqa etibarnamələrin təsdiqi - etibarnamə digər şəxslərə verilirsə

15 AZN

Vərəsəlik əmlakının mühafizəsi barədə tədbir görülməsi

30 AZN

Dəniz protestlərinin tərtibi

30 AZN

Vəsiyyətnamələrin təsdiqi

15 AZN

Notariat qaydasında təsdiq edilmiş sənədlərin təkrarən verilməsi (dublikat)

6 AZN

Sənədlərdəki imzanın həqiqiliyinin, həmçinin tərcüməçinin imzasının həqiqiliyinin (hər imza üçün) təsdiqi

3 AZN

Sənədlərin bir dildən başqa dilə tərcüməsinin düzgünlüyünün təsdiqi (hər səhifəyə görə), sənədlərdən surət və çıxarışların düzgünlüyünün təsdiqi və vətəndaşla fotoşəkildəki şəxsin eyniliyinin təsdiqi - (əlavə olaraq sənədlərdən surət və çıxarışların düzgünlüyünün təsdiqi üçün ikinci səhifədən başlayaraq hər səhifəyə görə 0.50 AZN)

1.5 AZN

İcra qeydlərinin aparılması

25 AZN

Ərizələrin və ya digər sənədlərin başqasına verilməsi, habelə kağız və ya elektron daşıyıcıda olan ərizə və ya digər sənədlərin hazırlanmış elektron və kağız nüsxələri ilə eyniləşdirilməsi haqqında şəhadətnamələrin verilməsi (hazırlanmış hər səhifəyə görə) və bu Qanunun 10.1-10.19-cu maddələrində göstərilənlərdən başqa digər notariat hərəkətləri

10 AZN

Müştərinin verdiyi bildiriş üzrə əvvəlcədən razılaşdırılmış vaxtda qəbulu

7.5 AZN

Bu Qanunda nəzərdə tutulmuş notariat hərəkətlərinin müştərinin qabaqcadan verdiyi bildiriş üzrə iş yerindən kənarda aparılmasına görə (1 saat üçün) (notariusun iş yerindən kənarda notariat hərəkətlərinin aparılmasına görə 1 saatdan əlavə sərf olunan hər saat üçün 5 AZN)

10 AZN

Ödəniş (qiymətli) kağızlarına dair təsdiq qeydi və imtina (protest) aktlarının rəsmiləşdirilməsi

7.5 AZN

Notariat fəaliyyəti ilə məşğul olmaq üçün şəhadətnamənin verilməsi

150 AZN

Notariat fəaliyyəti ilə məşğul olmaq üçün şəhadətnamənin müddətinin uzadılması

75 AZN

İpoteka krediti hesabına alınan yaşayış sahəsinə dair qarışıq müqavilə formasında bağlanan alğı-satqı və ipoteka müqaviləsinin təsdiqi üçün: Bakı şəhərində

150 AZN

İpoteka krediti hesabına alınan yaşayış sahəsinə dair qarışıq müqavilə formasında bağlanan alğı-satqı və ipoteka müqaviləsinin təsdiqi üçün: digər şəhər və rayonlarda

50 AZN

Qanunvericilikdə nəzərdə tutulmuş güzəştli ipoteka krediti hesabına alınan yaşayış sahəsinə dair qarışıq müqavilə formasında bağlanan alğı-satqı və ipoteka müqaviləsinin təsdiqi üçün: Bakı şəhərində

60 AZN

Qanunvericilikdə nəzərdə tutulmuş güzəştli ipoteka krediti hesabına alınan yaşayış sahəsinə dair qarışıq müqavilə formasında bağlanan alğı-satqı və ipoteka müqaviləsinin təsdiqi üçün: digər şəhər və rayonlarda

25 AZN
"Dövlət rüsumu haqqında" Azərbaycan Respublikasının Qanununun 10-cu maddəsi

Notariuslar və dövlət orqanları tərəfindən notariat hərəkətlərinin aparılmasına, notariat fəaliyyəti ilə məşğul olmaq üçün şəhadətnamənin verilməsinə və onun müddətinin uzadılmasına görə dövlət rüsumunun dərəcələri

  • Dövlət rüsumu tutulmalı olan hərəkətlər və dövlət rüsumunun məbləği "Rüsumlar" bölməsində siyahı üzrə təqdim edilib.
"Dövlət rüsumu haqqında" Azərbaycan Respublikasının Qanununun 11-ci maddəsi

Notariat hərəkətlərinin aparılması üzrə dövlət rüsumunun ödənilməsindən azadolmalar və dövlət rüsumunun ödənilməsinin xüsusiyyətləri

11.1. Notariat hərəkətlərinin aparılmasına görə aşağıdakı hallarda dövlət rüsumu ödənilmir:

11.1.1. doğumu, ölümü, övladlığa götürülməni və atalığı (analığı) təsdiqləyən sənədləri almaq üçün;

11.1.2. təminatlı kreditorun iştirakçısı olduğu girov və ya ipoteka müqaviləsi ilə bağlı notariat hərəkətləri aparılarkən dövlət rüsumu tutulmuşdursa, həmin müqavilədən irəli gələn borc öhdəliklərinin təmin edilməsi üçün iflas prosesi zamanı təminatlı kreditor ilə əmlak inzibatçısı arasında bağlanmış saziş ilə əlaqədar notariat hərəkətləri üzrə - təminatlı kreditor və əmlak inzibatçısı;

11.1.3. mənzil və ya ev (evin bir hissəsi) alqı-satqısı və dəyişdirilməsi ilə bağlı notariat hərəkətləri üzrə - işləyib-işləməməsindən asılı olmayaraq müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər, orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş və işləməyən, eləcə də 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər, qaçqınlar və məcburi köçkünlər;

11.1.4. Mülki-hüquqi əqdlərin bağlanması zamanı, habelə mənzil (fərdi ev) alınması və ya dəyişdirilməsi əqdləri ilə bağlı notariat hərəkətləri üzrə - “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuş valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar, habelə onların arasından olan şəxslər və qəyyumluqda (himayədə) olan uşaqlar;

11.1.5. pensiya, müavinət, yardım və alimentin alınması üçün verilən etibarnamələr üzrə;

11.1.6. notariat hərəkətlərinin aparılması üçün müraciət etmiş şəxsə verilməsi nəzərdə tutulmayan sənədlərin, o cümlədən notariat işinə əlavə edilməsi məqsədi ilə hazırlanmış sənədlərin notariat qaydasında təsdiq edilməsinə görə;

11.1.7. digər notariat hərəkətinin aparılması çərçivəsində elektron informasiya sistemləri və ya ehtiyatları vasitəsilə əldə edilmiş məlumat və ya sənədlərin surətinin kağız daşıyıcıya keçirilərək təsdiq edilməsinə görə;

11.1.8. sosial xidmət müəssisələrinə yerləşdirilən şəxslər tərəfindən verilən etibarnamələr üzrə.

11.2. Notariat hərəkətlərinə görə dövlət rüsumu notarius tərəfindən qəbul edilərək bir bank günü ərzində dövlət büdcəsinə köçürülür.

Notarius tərəfindən notariat hərəkətlərinə görə dövlət rüsumunun qəbulu zamanı ödəyiciyə dövlət rüsumunun ödənilməsini təsdiq edən rəsmi sənədin (mədaxil qəbzi, kassa mədaxil orderi və s.) əsli verilir.

11.3. Bu Qanunun 10.1.2-ci maddəsində nəzərdə tutulmuş dövlət rüsumunun Bakı şəhəri üzrə 100 faizi, Sumqayıt, Gəncə şəhərləri və Abşeron rayonu üzrə 70 faizi, digər regionlar üzrə isə 50 faizi ödənilir.

"Notariat haqqında" Azərbaycan Respublikasının Qanununun 29-cu maddəsi

Notariat hərəkətləri ilə əlaqədar göstərilən xidmətə görə haqq

Notariuslar bu Qanunun 17-ci maddəsinin birinci hissəsinin 6-8-ci bəndlərində nəzərdə tutulmuş notariat hərəkətləri ilə əlaqədar göstərilən xidmətə (məsləhətlərin verilməsi, əqdlərin, ərizələrin və digər sənədlərin layihələrinin tərtib edilməsi, texniki işlərin yerinə yetirilməsi) görə həmin hərəkətlərin aparılması üçün müəyyən edilmiş dövlət rüsumu məbləğində, bu qanunun 17-ci maddəsinin birinci hissəsinin 1-ci bəndində nəzərdə tutulmuş notariat hərəkətləri ilə əlaqədar göstərilən xidmətə görə isə həmin hərəkətlərin aparılması üçün müəyyən edilmiş dövlət rüsumu məbləğinin 15 faizi miqdarında haqq tuturlar.

Notariuslar bu Qanunun 17-ci maddəsinin birinci hissəsinin 1-ci və 7-ci bəndlərində nəzərdə tutulmuş notariat hərəkətlərinin ölkə ərazisində real vaxt rejimində videoyazı vasitəsilə (bundan sonra - videoyazı vasitəsilə) rəsmiləşdirilməsinə görə həmin hərəkətlərin aparılması üçün müəyyən edilmiş dövlət rüsumu məbləğində haqq tuturlar.

Notariuslar bu Qanunun 49-cu və 67-ci maddələrində nəzərdə tutulan notariat hərəkətlərinin xaricdə olan şəxslə videoyazı vasitəsilə həyata keçirilməsinə görə “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 16.6.1-ci və 16.6.6-cı maddələri ilə müəyyən edilmiş dövlət rüsumu məbləğində haqq tuturlar.

"Dövlət rüsumu haqqında" Azərbaycan Respublikasının Qanununa görə notariat hərəkətlərinin aparılması üzrə dövlət rüsumunun ödənilməsindən azadolmalar tətbiq edilən hallarda notariat hərəkətləri ilə əlaqədar göstərilən xidmətə görə haqq tutulmur.