Azərbaycan Respublikası Ədliyyə Nazirliyi

ADA Universitetində keçirilən XIV Karyera Sərgisində ədliyyə orqanlarında karyera imkanları təqdim olunub

Ədliyyə Nazirliyi aprelin 24-də ADA Universitetində təşkil olunan XIV Karyera Sərgisində iştirak edib.

Sərgi çərçivəsində iştirakçılara ədliyyə orqanlarında qulluğa qəbul qaydaları, mövcud karyera imkanları, peşə perspektivləri, eləcə də könüllülük fəaliyyəti barədə ətraflı məlumat verilib. Eyni zamanda, icra məmuru vəzifələri üzrə hüquq təhsili tələbinin ləğvi ilə bağlı tətbiq edilən yeniliklər diqqətə çatdırılıb. Bildirilib ki, bu dəyişikliklər müxtəlif ixtisaslar üzrə ali təhsilli məzunların ədliyyə orqanlarında fəaliyyət imkanlarını genişləndirir.

Bununla yanaşı, sərgi iştirakçılarına Ədliyyə Nazirliyində mövcud könüllülük və təcrübə proqramları təqdim edilib, bu proqramların üstünlükləri qeyd edilib. Tələbələrin erkən mərhələdə praktiki bilik və bacarıqlar əldə etməsində bu proqramların mühüm rol oynadığı xüsusi olaraq diqqətə çatdırılıb.

2026-04-27 16:23:42