Azərbaycan Respublikası Ədliyyə Nazirliyi

Azərbaycan və Türkiyə arasında ədliyyə sahəsində əməkdaşlığın inkişafı müzakirə olunub

Azərbaycan və Türkiyə arasında ədliyyə sahəsində əməkdaşlığın inkişafı müzakirə olunub
Azərbaycan və Türkiyə arasında ədliyyə sahəsində əməkdaşlığın inkişafı müzakirə olunub
Azərbaycan və Türkiyə arasında ədliyyə sahəsində əməkdaşlığın inkişafı müzakirə olunub

Azərbaycan Respublikasının ədliyyə nazirinin müavini Toğrul Hüseynov Bakıda Türkiyə Respublikası Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasının rəhbəri Metin Yıldırım ilə görüşüb.

Görüşdə Azərbaycan və Türkiyə arasında hüquqi sahədə əlaqələrin inkişafından, hər iki ölkənin ədliyyə orqanları, xüsusilə ədliyyə akademiyaları arasında əməkdaşlığın mövcud vəziyyətindən və perspektivlərindən bəhs olunub.

Bildirilib ki, əməkdaşlıq çərçivəsində penitensiar və probasiya sahələrinin, eləcə də tibb xidmətinin təkmilləşdirilməsi üzrə bir sıra tədbirlər həyata keçirilir. Eyni zamanda, hakimliyə namizədlərin peşə hazırlığının artırılması məqsədilə birgə təlimlər təşkil olunur. Əlaqələrin Türk Dövlətləri Təşkilatı çərçivəsində də inkişaf etdirildiyi, qarşılıqlı səfərlərin bu prosesdə əhəmiyyəti vurğulanıb.

Görüşdə iki ölkə arasında 300-ə yaxın müqavilənin imzalandığı, 30-dan çox sənədin isə hazırda baxılma mərhələsində olduğu diqqətə çatdırılıb.

Həmçinin 2007-ci ildən Türkiyə Ədliyyə Akademiyasının təşkilatçılığı ilə Azərbaycan hakimliyə namizədləri üçün 447 nəfərin iştirakı ilə 9 təlimin keçirildiyi bildirilib.

Görüşdə akademiyalar arasında mövcud əməkdaşlığın bundan sonra da birgə təlimlər, qarşılıqlı səfərlər və beynəlxalq tədbirlər vasitəsilə inkişaf etdirilməsinin, əlaqələrin ikitərəfli və çoxtərəfli formatlarda genişləndirilməsinin əhəmiyyəti qeyd edilib. 

2026-11-23 18:00:25