Azərbaycan Respublikası Ədliyyə Nazirliyi

Ədliyyə işçilərinin könüllü qanvermə aksiyası keçirilir

Ədliyyə işçilərinin könüllü qanvermə aksiyası keçirilir

“Talassemiyasız həyat naminə” proqramı çərçivəsində Ədliyyə Nazirliyi və Səhiyyə Nazirliyi Respublika Qan Bankının birgə təşkilatçılığı ilə talassemiyalı və hemofiliyalı xəstələrə dəstək məqsədilə ədliyyə işçilərinin könüllü qanvermə aksiyası keçirilir.

Aksiya çərçivəsində Ədliyyə Nazirliyinin əməkdaşları könüllü donor kimi iştirak edərək qan xəstəliklərindən əziyyət çəkən insanların müalicəsinə dəstək göstərirlər.

Toplanan qan ehtiyatlarının talassemiya və digər irsi qan xəstəliklərindən əziyyət çəkən şəxslərin müalicəsində istifadə olunması nəzərdə tutulur.

Qeyd edək ki, qanvermə aksiyası aprelin 24-dək Respublika Qan Bankında davam edəcək.

2026-04-22 12:34:05