Azərbaycan Respublikası Ədliyyə Nazirliyi

Ədliyyə naziri “Yüksəliş” müsabiqəsinin qalibləri ilə növbəti görüşünü keçirib

Ədliyyə naziri “Yüksəliş” müsabiqəsinin qalibləri ilə növbəti görüşünü keçirib
Ədliyyə naziri “Yüksəliş” müsabiqəsinin qalibləri ilə növbəti görüşünü keçirib

Ədliyyə naziri Fərid Əhmədov “Yüksəliş” müsabiqəsinin Mentorluq Proqramı çərçivəsində sayca beşinci müsabiqənin qalibləri Məmməd Balacanov və Ramil Hüseynzadə ilə növbəti görüşünü keçirib.

Fərid Əhmədov qaliblərin peşəkar inkişafı, idarəetmə bacarıqlarının təkmilləşdirilməsi və praktiki təcrübələrinin artırılması ilə bağlı tövsiyələrini bölüşüb. Nazir fərdi inkişaf planında nəzərdə tutulan məqsədlərin ardıcıl şəkildə həyata keçirilməsinin əhəmiyyətini vurğulayıb.

Görüş zamanı qaliblərin proqram çərçivəsində əldə etdikləri təcrübə, qarşılaşdıqları məsələlər və gələcək fəaliyyətləri ilə bağlı fikirləri dinlənilib. Mentorluq prosesinin səmərəli təşkili və müəyyən edilmiş hədəflərə nail olunması istiqamətində görüləcək işlər nəzərdən keçirilib.

Qeyd edək ki, “Yüksəliş” müsabiqəsi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 26 iyul 2019-cu il tarixli Sərəncamı ilə təsis edilib. Müsabiqə qalibləri bir il müddətində mentor dəstəyi ilə fərdi inkişaf planı əsasında fəaliyyət göstərir və 20 min manat məbləğində mükafat əldə edirlər.

2026-10-19 17:59:11