Azərbaycan Respublikası Ədliyyə Nazirliyi

Ədliyyə nazirinin müavini Abiddin Hüseynov videoqəbul keçirib

Ədliyyə nazirinin müavini Abiddin Hüseynov videoqəbul keçirib
Ədliyyə nazirinin müavini Abiddin Hüseynov videoqəbul keçirib
Ədliyyə nazirinin müavini Abiddin Hüseynov videoqəbul keçirib

Ədliyyə Nazirliyi vətəndaş məmnunluğunun artırılması, ədliyyə orqanlarına əlçatanlığın təmin olunması, regionlarda yaşayan vətəndaşların müraciətlərinə operativ və yerində baxılması məqsədilə mütəmadi olaraq videoqəbullar təşkil edir.

Dekabrın 25-də Nazirliyin Sənəd dövriyyəsi və vətəndaşların müraciətləri ilə iş idarəsi və regional ədliyyə idarələrinin təşkilatçılığı ilə ədliyyə nazirinin müavini Abiddin Hüseynov tərəfindən Göyçay, Lənkəran, Şəki, Gəncə və Bərdə regional ədliyyə idarələri ilə həmin qurumların yurisdiksiyalarına daxil olan rayonların sakinləri üçün videokonfrans vasitəsilə qəbul keçirilib.

Virtual qəbul məntəqələri vasitəsilə keçirilən videoqəbulda Notariat, qeydiyyat və reyestr baş idarəsi, Tibb baş idarəsi, Məhkəmə Ekspertizası Mərkəzi və İnsan resursları idarəsinin fəaliyyət istiqamətləri ilə bağlı vətəndaşların müraciətləri dinlənilib, vətəndaşlara qanunvericiliyin tələbləri ətraflı izah olunub və qəbul zamanı təqdim edilmiş müraciətlər zəruri tədbirlərin görülməsi üçün nəzarətə götürülüb.

Qəbula qatılan vətəndaşlar belə görüşlərin region sakinləri üçün əhəmiyyətini vurğulayıb, operativ həll mexanizmlərindən məmnunluqlarını ifadə ediblər.

Regionlarda yaşayan vətəndaşlar videoqəbullarda iştirak etmək üçün qebul@justice.gov.az elektron poçt ünvanına və ya Nazirliyin regional ədliyyə idarələrinə müraciət etməklə qəbula yazıla bilərlər.

2025-12-26 11:01:51