Ədliyyə Nazirliyinin bir sıra struktur qurumlarının yerləşdiyi ünvanda dəyişiklik edilib. Belə ki, Nazirliyin İcra xidməti, Tibb baş idarəsi, İstintaq idarəsinin yerləşdiyi ünvanlar dəyişdirilib.
Yeni ünvanlar aşağıdakı kimidir:
- İcra xidməti – Bakı şəhəri, Nəsimi rayonu, Nəcəf bəy Vəzirov küçəsi 56
- Tibb baş idarəsi – Bakı şəhəri, Yasamal rayonu, Akim Abbasov küçəsi 86
- İstintaq idarəsi – Bakı şəhəri, Nərimanov rayonu, Heydər Əliyev prospekti 80/2
Vətəndaşlardan müraciətlərini yeni ünvanlar üzrə etmələri xahiş olunur. Ünvanlarla bağlı ətraflı məlumat almaq üçün vətəndaşlar Ədliyyə Nazirliyinin “881” Çağrı Mərkəzi ilə əlaqə saxlaya bilərlər.