Ədliyyə Nazirliyinin Tibb baş idarəsində əməkdaşlar üçün psixiatrik və psixoloji yardım, eləcə də iş və şəxsi həyat balansı və motivasiya mövzularına həsr olunmuş təlim keçirilib.
Təlimdə psixi sağlamlığın qorunması, stress və emosional gərginliyin idarə edilməsi, iş və şəxsi həyat arasında balansın təmin olunması, vaxtın səmərəli idarə edilməsi, motivasiyanın artırılması və kollektivdə sağlam ünsiyyət mühitinin formalaşdırılması məsələləri ətraflı müzakirə olunub.
Təlimin əsas məqsədi əməkdaşların psixoloji rifahının yaxşılaşdırılması, emosional dayanıqlılığının gücləndirilməsi, iş mühitində motivasiyanın artırılması və nəticə etibarilə fəaliyyətin səmərəliliyinin yüksəldilməsidir.
Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb, mövzular ətrafında fikir mübadiləsi aparılıb.