Ədliyyə Nazirliyinin Müsabiqə Komissiyası bildirir ki, ədliyyə orqanlarına qulluğa qəbulla bağlı 7 may 2026-cı il tarixində keçirilmiş test imtahanında müvəffəqiyyət qazanmış namizədlərin sənədlərinin toplanılıb yoxlanılması başa çatıb və müsabiqənin ikinci mərhələsinin başlanılması qərara alınıb.
“Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Qanunla müəyyən edilmiş tələblərə cavab verən namizədlərlə 19 oktyabr 2026-cı il tarixindən söhbət keçirilməsinə başlanılacaq.
Söhbət Nazirliyin inzibati binasında (ünvan: Bakı şəhəri, İnşaatçılar prospekti 1) fərdi qaydada keçiriləcək və onun vaxtı barədə hər bir namizədə əvvəlcədən məlumat veriləcək.
Qanunvericiliyə əsasən müsabiqənin nəticələrinə görə uğur qazanmış hüquqşünaslar peşə fəaliyyətinə buraxılması məqsədilə Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasında icbari təlimə cəlb ediləcəklər. Təlimin yekunları üzrə imtahandan müvəffəqiyyətlə keçən namizədlər qulluğa qəbul olunacaqlar.
Əlavə məlumat üçün (012) 510-10-01 (daxili: 10705, 10713) nömrəli telefonla əlaqə saxlamaq olar.