Ədliyyə orqanlarına qulluğa qəbulla bağlı müsabiqənin test imtahanından uğur qazanmış namizədlərlə fərdi qaydada keçirilmiş söhbət mərhələsi yekunlaşıb.
Bu mərhələdə iştirak etmiş 37 namizəddən zəruri keçid balı toplamış 23 nəfərin Ədliyyə Akademiyasında icbari təlimə cəlb olunmaları barədə Nazirliyin Müsabiqə Komissiyası tərəfindən qərar qəbul edilib.
Dekabr ayının 22-dən başlayan icbari təlimin yekunları üzrə imtahandan uğurla keçən hüquqşünaslar peşə fəaliyyətinə buraxılma haqqında şəhadətnamə alaraq ədliyyə orqanlarına qulluğa qəbul olunacaqlar.
Namizədlər icbari təlimlə bağlı Ədliyyə Akademiyası ilə əlaqə saxlaya bilərlər (ünvan: Bakı şəhəri, Vidadi küçəsi 158, telefon: 012-493-71-31).
Söhbət mərhələsində uğur qazanaraq icbari təlimə cəlb olunan namizədlərin siyahısı
- Abbasova Nailə Əflatun qızı
- Ağazadə Tural Arif oğlu
- Aslanov Anar Tahir oğlu
- Babayeva Ayşən Salman qızı
- Əliyev Ülfət Vilayət oğlu
- Fərzəliyeva Səriyyə Salman qızı
- Heydərli Əlixan Əskərqulu oğlu
- Həmid-zadə Elnur Rəsul oğlu
- Hüseynova Əntiqə Yaşar qızı
- İbrahimova Reyhan Dəyanət qızı
- İbrahimova Vüsalə Əfqan qızı
- Kazımlı Elmira Elşən qızı
- Qədiməliyeva Aynur Firuz qızı
- Qəhrəmanov Abbas Cəsarət oğlu
- Quliyeva Nərmin Nicat qızı
- Mahmudov İsmayıl İlham oğlu
- Məmmədova Zülfiyyə Elçin qızı
- Məmmədzadə Aytən Sərdar qızı
- Osmanova Xavər Vaqif qızı
- Səfərli Könül Qurban qızı
- Yusifzadə Vəfa Arif qızı
- Zeynallı Aysel Fəzail qızı
- Zeynalov Cabir İbrahim oğlu