Vətən müharibəsində könüllü iştirak edən və 2020-ci il oktyabrın 21-də döyüşlərdə şəhid olan Ədliyyə Nazirliyinin İcra xidmətinin məsləhətçisi I dərəcəli ədliyyə qulluqçusu Ruhin Xəlilovun əziz xatirəsi anılıb.
Bununla əlaqədar Ədliyyə Nazirliyinin rəhbərliyi və kollektivi İkinci Fəxri xiyabanda şəhidin məzarını ziyarət edib.
Qubadlı rayonu istiqamətində gedən döyüşlərdə qəhrəmanlıq göstərərək şəhidlik zirvəsinə ucalan Ruhin Xəlilov ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə “Vətən uğrunda”, “Cəsur döyüşçü”, “Cəbrayılın azad olunmasına görə” və “Qubadlının azad olunmasına görə” medalları və 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.